FaktXeber.com-un məlumatına görə, Amerikanın tanınmış siyasətçisi, keçmiş xarici işlər naziri
Henri Kissincer Suriya ilə bağlı “New Yorker” qəzetinə verdiyi müsahibədə bəzi həqiqətlərə etiraf edib.
O, Bəşşar Əsəd hakimiyyətinin Suriya xalqı tərəfindən dəstəkləndiyinə işarə edərək deyib: “Suriya prezidenti Bəşşar Əsəd məni keçmişdə məğlub edən yeganə şəxsdir və bu gün də o məni təəccübləndirir. Həqiqət budur ki, Suriya xalqının əksəsriyyəti Əsədi sevir və onun arxasında durublar.
Amma buna baxmayaraq xoşbəxtlikdən Suriyada hələ 3 milyon axmaq mövcudur. Siz elə bilirsiz ki, biz Tunis, Liviya və Misir inqilabını ərəblərə görə dəstəklədikmi?! (Burada Kissinger gülərək deyir:) Bütün bu olayları biz Suriya və İran əleyhinə çevirmək üçün etmişik. Mən şəxsən Əsədi ələ almaq üçün çox səy göstərdim. Amma etiraf edirəm ki, o məni məğlub etdi”.
Daha sonra jurnalistin: Nəyə görə ABŞ bu ölkəyə qarşı hərbi müdaxilə etmir sulanına, Kissincer belə cavab verib: “O zaman Niksonun (ABŞ-ın sabiq prezidenti) axmaqlığı Əsəd hakimiyyətinin bura gəlib çıxmasına səbəb olub. Elə buna görə də bu ölkəni daxildən odlamaq lazımdır. Mənim təccübümə səbəb olan məsələ budur ki, Suriya hər hansı bir təbii sərvətə malik olmadığı və su qıtlığından əziyyət çəkdiyi halda bu naliyyətləri necə əldə edib. Bu ölkə hazırda infrastruktur baxımdan çox möhkəmdir. Təhsil və səhiyyə bu ölkədə demək olar ki, tam pulsuzdur. Bu ölkənin hazırda 5 illik buğda ehtiyatı mövcuddur. Daha önəmli məsələ isə xalqın Əsəd hakimiyyətini dəstəkləməsidir”.