МЧС Азербайджана

Войска Гражданской Обороны
Автор
Сообщение
natik209
партизан
Сообщения: 170
Зарегистрирован: 28 янв 2012, 15:37

Благодарил (а): 7 раз
Поблагодарили: 8 раз

Re: МЧС Азербайджана

#11 Сообщение natik209 » 31 авг 2012, 14:33

Nastayajaya porno :)))
Ne ojidal on MCS i ejo ubilo Kaver kogda visel a sverxu stoyat Oficeri :)

http://1news.az/tv/20120831100312447.html" onclick="window.open(this.href);return false;

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: МЧС Азербайджана

#12 Сообщение mirotvores70 » 11 сен 2012, 02:27

Без коментарии
Вложения
Untitled-1 copy.jpg
Untitled-1 copy.jpg (244.24 КБ) 12357 просмотров
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Sarmatian
партизан
Сообщения: 144
Зарегистрирован: 22 мар 2012, 02:07

Благодарил (а): 272 раза
Поблагодарили: 110 раз

Re: МЧС Азербайджана

#13 Сообщение Sarmatian » 11 сен 2012, 02:43

У меня у самого была такая ситуация. Мама была дома с дочкой, а я был на встрече. Оказывается дочка играла в комнате, а мать готовила обед на кухне. Заходит она в комнату, что посмотреть, что ребенок делает, ветер хлопает дверью, дверь заклинивает и они остаются запертыми в комнате. А на кухне горит обед и есть опастность пожара. Хорошо, что у нее был мобильник. Она звонит мне. Пока я добирался до дома, пожарники приехали, зашли, открыли дверь, пожар-филан слава Аллаху не было. Я доехал. Там пожарники. Все ок. Я им спасибо и сую им по стольнику. Не взяли! Никак!! Сказали спасибо. Дочку погладили по голове и сказали "молодец, что я побоялась, бабушку защитила". И уехали. Как в детских книгах.

Дочка потом долго гордилась, что она "помощница пожарников"

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2605
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 787 раз
Поблагодарили: 1184 раза

Re: МЧС Азербайджана

#14 Сообщение Ifti » 18 сен 2012, 17:28

SƏHRA TƏLİMİ - 2010
Dünyada baş verən təbii fəlakətlər və texnogen qəzalar respublikamızdan da yan keçmir. Bu il Kür və Araz çaylarında baş vermiş daşqınlar, respublikanın müxtəlif rayonlarında baş verən meşə yanğınları və digər texnogen qəzalar bunu deməyə əsas verir. Fövqəladə Hallar Nazirliyi və onun tabeli qurumları bu cür bədbəxt hadisələr zamanı insanların təhlükəsizliyini təmin etmək, təbii və texnogen mənşəli fövqəladə hallardan (hadisələrdən) zərər çəkməmələri üçün müxtəlif maarifləndirmə tədbirləri, təlim məşğələləri həyata keçirir.
Növbəti təlim məşğələsi 18-22 oktyabr tarixlərində Quba rayonunun Qonaqkənd qəsəbəsi ərazisində Xüsusi Riskli Xilasetmə Xidmətinin iştirakı ilə keçirilmişdir. Təlimə cəlb olunan şəxsi heyət xüsusi hazırlıq görmüş və fövqəladə hallar (hadisələr) zamanı iş təcrübəsi toplamış əməkdaşlardır. İl ərzində Xidmətin bazasında əldə edilmiş bilik və bacarıqlar təlim çərçivəsində praktiki tətbiq olunmuşdur.
Təlimin məqsədi:
• Dağ şəraitində baş vermiş fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı xilasedicilərdə dözümlülük vərdiş və bacarıqların aşılanması;
• Dağ şəraitində baş vermiş fövqəladə halların (hadisələrin) nəticələrinin aradan qaldırılmasına çevik reaksiya verilməsini və dağ şəraitində xüsusi riskli xilasetmə işlərinin təşkili, zərərçəkmişlərə ilk yardım və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, dağlarda axtarış - xilasetmə işlərində tətbiq olunan alət və avadanlıqlardan istifadəsini, keçiriləcək xilasetmə əməliyyatlarında texniki təhlükəsizlik tədbirlərinə riayət olunmasını təmin etmək üçün praktiki vərdişlərin artırılması;
• Xilasedicilərə dağ çaylarından keçid qaydalarının, zərərçəkmişlərin dağ çaylarından keçirilməsinin öyrədilməsi;
• Xilasedicilərə dağ şəraitində müvəqqəti düşərgənin salınması qaydalarının öyrədilməsi.
Bu məqsədlə təlimə cəlb olunmuş şəxsi heyət 5 gün ərzində hərbi topoqrafiya, dağ hazırlığı, xüsusi taktiki hazırlıq, psixoloji hazırlıq və tibbi hazırlıq fənləri üzrə biliklərini təkmilləşdirmiş və praktiki olaraq tətbiq etmişlər.
Xilasedicilər ərazidə istiqaməti təyin etməyi, gecə və gündüz tapşırıqlarının yerinə yetirilməsi zamanı xəritədən istifadə etməyərək hərəkətin istiqamətini düzgün müəyyənləşdirməyi, səmtləşmənin mahiyyətini öyrənmiş, dağlıq ərazilərdə praktiki məşğələlərdə vərdişlərini artırmışlar. Bunlarla yanaşı təlimlər çərçivəsində şəxsi heyətə ilk tibbi və təxirəsalınmaz yardımın göstərilməsinin metodları öyrədilmişdir. Dağ şəraitində axtarış-xilasetmə işlərinin təşkili və aparılması zamanı dağ iqlimi şəraitində fəaliyyət, xilasetmə alət-avadanlıqlarından istifadə qaydaları, dağlarda xilasetmə işlərinin aparılması zamanı təhlükəsizlik tədbirlərinə riayət etmək və beynəlxalq işarələr sistemini öyrənmək təlimin ən vacib məqsədlərindən biri idi.
Təlim çərçivəsində keçirilən fənlər üzrə bütün nəzəri biliklər praktiki olaraq həyata keçirilmişdir.

FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin
İctimaiyyətlə əlaqələr sektoru

http://fhn.gov.az/newspaper/?type=view_ ... ws_id=1326" onclick="window.open(this.href);return false;

***
старый материал. Но привлекает внимание, что у них горная (почти) подготовка. Если бы етих специалистов привлеч к созданию боевых частей или же соединений с горной подготовкой, было бы лучше. Еще и альпинистов, блого у нас ребята есть.

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2605
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 787 раз
Поблагодарили: 1184 раза

Re: МЧС Азербайджана

#15 Сообщение Ifti » 24 сен 2012, 16:49

Azərbaycan FHN-in xilasediciləri NATO-nun Gürcüstanda keçirilən təlimində iştirak edirlər

http://az.apa.az/xeber_Azerbaycan_FHN-i ... 73087.html" onclick="window.open(this.href);return false;

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Gürcüstanda NATO-nun «Gürcüstan-2012» təliminə qatılıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, NATO-nun Fəlakətlərə Cavabın Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəzinin (EADRCC) və Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların idarə olunması Departamentinin təşkilatçılığı altında keçirilən təlimdə əsas məqsəd NATO-ya üzv və tərəfdaş ölkələr arasında fövqəladə hadisələr zamanı birgə və səmərəli fəaliyyətin təşkil olunmasıdır. Təlim sentyabrın 28-dək davam edəcək.
“Gürcüstan-2012” təliminin ssenarisi Gürcüstanın mərkəzi ərazisində Tbilisidən 35 km cənubda Kvemo Kartli regionunda Rixter şkalası ilə 6,8 bal gücündə zəlzələnin törətdiyi fəsadların aradan qaldırılmasından ibarətdir.
Təlimdə Fövqəladə Hallar Nazirliyinin 60 nəfər şəxsi heyəti axtarış-xilasetmə, kimyəvi, bioloji, radioloji, nüvə və tibb xidməti üzrə əməliyyatları həyata keçirəcək.
Tədbirdə Azərbaycanla yanaşı, NATO-ya üzv və tərəfdaş dövlətlərin komandaları, həmçinin, BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2605
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 787 раз
Поблагодарили: 1184 раза

Re: МЧС Азербайджана

#16 Сообщение Ifti » 05 окт 2012, 20:19

NATO ekspertləri Azərbaycan FHN-ə yüksək qiymət verib
Sentyabrın 22-dən 28-dək Gürcüstanda, bu ölkənin Fövqəladə Hallar Departamenti və NATO-nun Avro Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzinin (EADRCC) birgə təşkilatçılığı ilə “Georgia – 2012” səhra təlimləri keçirilib.

http://azeridefence.com/news.php?id=7703" onclick="window.open(this.href);return false;

Bu barədə AzeriDefence Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat yayıb.

Tiflis şəhəri yaxınlığında reallaşdırılan Gürcüstandan, NATO-ya üzv və tərəfdaş ölkələrdən 1000 nəfərin iştirak ediyi təlimdə fövqəladə halların müxtəlif aspektləri ilə mübarizə imkanları nəzərdən keçirilib. Təlimdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təlimdə axtarış-xilasetmə, kimyəvi, bioloji, radioloji və nüvə komandalarından ibarət 53 nəfərlik heyətlə və müasir xilasetmə avadanlıqları ilə təmsil olunub.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Təlimdə iştirak edən xilasediciləri EADRCC -in və təlimdə iştirak edən digər dövlətlərin nümayəndələri tərəfindən yüksək qiymətləndirilib. Dəmiryolu qəzası zamanı vaqonlarda qalmış insanların təxliyəsi, uçqunlar altında qalmış zərərçəkmişlərin xilas edilməsi, yol-nəqliyyat hadisələri zamanı deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan zərərçəkmişlərin xilas edilməsi, ilk və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, bu barədə məlumatın mərkəzi qərargaha ötürülməsi, kimyəvi maddələrin ətrafa dağılması nəticəsində zərər görmüş insanların kimyəvi maddələrdən təmizlənməsi, ilk və təxirəsalınmaz tibbi yardımın göstərilməsi və təxliyə edilməsi kimi xilasetmə tədbirlərini həyata keçirən Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri təlim rəhbərliyinin böyük marağına səbəb olub.

Fəlakət baş vermiş ərazilərin xüsusi işarələrlə işarələnməsi NATO-nun mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib və bu məqsədlə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinə təşəkkür elan olunub. Bildirilib ki, baş vermiş təbii və texnogen mənşəli fövqəladə hallar (hadisələr) zamanı Azərbaycan FHN nəticələrin aradan qaldırılmasını öz daxili gücü hesabına müstəqil şəkildə həyata keçirməyə qadirdir və istənilən ölkənin ərazisində baş verə biləcək təbii və texnogen qəzalar zamanı Azərbaycan xilasedicilərinin təcrübəsindən istifadə etmək məqsədə uyğundur. Təlimin yekununda Azərbaycan Respublikasının nümayəndə heyəti NATO-nun beynəlxalq sertifikatı ilə təltif edilib.

Аватара пользователя
SAPAND
партизан
Сообщения: 430
Зарегистрирован: 11 фев 2012, 06:54

Благодарил (а): 140 раз
Поблагодарили: 73 раза

Re: МЧС Азербайджана

#17 Сообщение SAPAND » 05 окт 2012, 22:28

Düzü bu qurum yaradılarkən şübhəylə yanaşmışdım , amma göydə Allah var həqiqətəndə FHN təqdirə layıq bir qurum oldu . Hallaldı Kamal dayıya ;)
Doğrudanmı bu məmləkətdə hamı "Həsən ağa" ya borcludur ?

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2605
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 787 раз
Поблагодарили: 1184 раза

Re: МЧС Азербайджана

#18 Сообщение Ifti » 18 ноя 2012, 03:31

МЧС Азербайджана завершил операцию по спасению терпящих бедствие рыбаков

http://ru.apa.az/novost_mchs_azerbajdzh ... 35140.html" onclick="window.open(this.href);return false;

Во время спасательной операции соответствующие органы Туркменистана оперативно реагировали на сделанные по дипломатическим каналам обращения. В спасательной операции приняли участие соответствующие службы Туркменистана, включая вертолеты и катера.

Баку-АПА. Сотрудники МЧС Азербайджана спасли терпящих бедствие рыбаков.

Как передает АПА со ссылкой на официальный сайт МЧС, по «горячей» телефонной линии 112 в МЧС поступило сообщении о том, что в 200 метрах от берега утонул рыбацкий катер, находившиеся в нем 4 человека нуждаются в помощи.

К месту происшествия был срочно выслан вертолет авиации МЧС. Три рыбака 1974 года рождения Салахов Гудрат Ибадулла оглу, Мирзоев Шамиль Мирзага оглу, 1975 года рождения и Гулиев Заур Закир оглу, 1973 года рождения были спасены.

Еще один рыбак Алиев Алибей Исабала огду, 1959 года рождения был спасен в ходе совместной спасательной операции МЧС и Государственной морской администрацией, прибывшим к месту происшествия танкером «Джалил Мамедгулузаде»,

Спасательная операция завершилась в 22:10.

Во время спасательной операции соответствующие органы Туркменистана оперативно реагировали на сделанные по дипломатическим каналам обращения. В спасательной операции приняли участие соответствующие службы Туркменистана, включая вертолеты и катера.

***
Здорово, что партнеры из Туркменистана и наши действуют сообща. Так у потерпевших шансов на спасение будет больше.

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2605
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 787 раз
Поблагодарили: 1184 раза

Re: МЧС Азербайджана

#19 Сообщение Ifti » 26 ноя 2012, 09:47

http://www.azadinform.az/news/a-33744.html" onclick="window.open(this.href);return false;

Azərbaycan və Türkiyə axtarış və xilasetmə xidmətlərini əlaqələndirir


Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan hökuməti və Türkiyə hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında” Saziş ratifikasiya üçün müzakirəyə çıxarılıb.



“Azadinform” xəbər verir ki, sənəd barədə komitə sədri Ziyafət Əsgərov məlumat verib. O bildirib ki, sazişdə qeyd olunur ki, sənəd 5 illik müddətə imzalanır və bu müddətin bitməsinə 6 ay qalmış tərəflərdən hansınınsa narazılığı olmadığı təqdirdə daha 5 il müddətinə uzadılır: “Saziş Türkiyə və Azərbaycan arasında münasibətlərin hüquqi müstəvidə bir daha möhkəmlənməsinə səbəb olacaq”.

Z.Əsgərov qeyd edib ki, sənəd iki ölkə tək xilasetmə və axtarış tədbirləri deyil, eyni zamanda fors-major hallarda qarşılıqlı yardımların göstərilməsini də əhatə edir.

Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə iclasda qeyd edib ki, bu sazişin müddəalarının həyata keçirilməsi ilə Azərbaycan və Türkiyə münasibətləri daha da yeni səviyyəyə qalxacaq. “Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyi xilasetmə işlərində fəal iştirak etdi. Artıq bu işlər əlaqələndirilmiş halda həyata keçiriləcək”. Deputat bildirib ki, saziş bütün sahələri əhatə edir və müxtəlif növ xilasetmə xidmətlərinin əlaqələndirilməsini nəzərdə tutur. Saziş axtarış və xilasetmə dəstələrinə digər tərəfin avadanlıqlarından istifadə etməsinə icazə verir.

Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: МЧС Азербайджана

#20 Сообщение mirotvores70 » 16 дек 2012, 14:24

FHN-nin yaradılmasından 7 il ötür
FHN-in qüvvələri lazımi anda, lazımi yerdə fəlakətlə üzləşən insanların yanında olmağı bacarır

Dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının yeddi ili tamam olur. Mürəkkəb geoloji və iqlim şəraitinə malik olan Azərbaycan Respublikasının ərazisi istər endogen, istərsə də eqzagen hadisələrin miqyasına və intensivliyinə görə dünyanın ən mürəkkəb regionlarından sayılır. Ölkənin demək olar ki, bütün ərazisi seysmik cəhətdən qeyri-sabitdir. Bütün bu şərtlər nəzərə alınaraq Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yaradılıb. Ötən dövr ərzində nazirlik böyük işlər görüb, uğurlu nəticələr qazanıb.

Mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması məqsədi ilə yaradılan nazirlik fövqəladə halların, təbii, texnogen və terror təhlükələrinin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edir.

FHN öz fəaliyyətində beynəlxalq təcrübəyə xüsusi əhəmiyyət verir, fövqəladə halların idarə olunması üzrə böyük təcrübəyə malik dövlətlərlə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir.

Ötən müddət ərzində nazirliyin maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığının artırılması, məlumat mübadiləsinin aparılması və digər sahələrdə məqsədyönlü işlər görülmüş, Belarus, Bolqarıstan, Fransa, Koreya, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və s. dövlətlərin müvafiq dövlət qurumları ilə, həmçinin BMT, NATO, ATƏT, MDB, Kimyəvi Silahların Qadağan Edilməsi Beynəlxalq Təşkilatı, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Mülki Müdafiə Təşkilatı və digər beynəlxalq və regional təşkilatlarla əlaqələr qurulub.

Nazirliyin əməkdaşları təcrübə toplamaq və ixtisas artırmaq məqsədi ilə müxtəlif beynəlxalq konfrans, treninq, seminar, yarış və təlimlərdə iştirak edirlər. Bu gün ixtisaslı kadrlar yetişdirmək, onların peşəkarlıq səviyyəsini artırmaq məqsədi ilə nazirliyin bir qrup əməkdaşı xarici ölkələrdə təhsil alırlar.

Nazirliyin “112 zəng mərkəzi”nin operatorları 24 saat ərzində (fasiləsiz) məlumat qəbul edir və operativ tədbirlərin görülməsi üçün müvafiq strukturları xəbərdar edir.

FHN-in əməkdaşları nəinki, respublikamızda, eləcə də xarici ölkələrdə baş vermiş təbii fəlakətlərin qarşısının alınmasında da iştirak edirlər.

Yüksək dövlət qayğısı ilə əhatə olunmuş FHN-in kollektivi ölkə ərazisində baş verə biləcək hər hansı fövqəladə hadisə barədə vaxtında xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin çevik və səmərəli şəkildə aradan qaldırılması, habelə beynəlxalq çağırışla planetin istənilən nöqtəsində baş verən fəlakətlərin vura biləcəyi ziyanın minimuma endirilməsi üçün bundan sonra da bütün qüvvə və bacarığını səfərbər edəcək.

FHN-in qüvvələri lazımi anda, lazımi yerdə fəlakətlə üzləşən insanların yanında olmağı bacarır.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Ответить

Вернуться в «МЧС»