КОСМОС АЗЕРБАЙДЖАНА
Добавлено: 01 июл 2012, 08:40
"Azərkosmos”: "Azərbaycan peykinin gəliri 650 milyon dollar təşkil edəcək" (MÜSAHİBƏ)
Qurumun PR üzrə meneceri Nigar Mədətli ANS PRESS-ə Yerüstü Peyk İdarəetmə Mərkəzi haqda danışdı
Azərbaycan bu il ilk telekummunikasiya peykini geostasionar orbitə çıxaracaq. Ölkəmizin ilk peykini Azərbaycanda inşa ediləcək Yerüstü Peyk İdarəetmə Mərkəzindən idarə ediləcək. Hazırda Azərbaycanda Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi (ƏYPİM) tikintisi davam edir. Ötən həftə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ABŞ-ın "Orbital Sciences" şirkəti və telekommunikasiya peykinin istehsalına texniki nəzarəti həyata keçirən Kanadanın "Telesat" şirkətinin nümayəndələri ilə birlikdə “Azərkosmos” ASC-nin mərkəzindəki tikinti işləri ilə tanış olub.
"Azərkosmos” ASC-nin PR üzrə idarəçisi Nigar Mədətli ANS PRESS-in yeni mərkəzlə bağlı suallarını cavablandırıb.
- Əsas Yerüstü Peyk İdarəetme Mərkəzinin (ƏYPİM) tikinti prosesi hansı mərhələdədir və nə vaxt başa çatacaq?
- ƏYPİM-in tikintisinin ilk telekommunikasiya peykinin orbitə buraxılmasından əvvəl (2012-ci ilin sonu) başa çatması və tam istifadəyə verilməsi nəzərdə tutulur.
Hal-hazırda ƏYPİM-də Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalçısı olan ABŞ-ın “Orbital Sciences” şirkəti və Azərbaycanlı mütəxəssislər tərəfindən peykin idarə edilməsi üçün antenalar, texniki cihazlar və digər avadanlıqlar quraşdırılır. Əsas tikinti işləri başa çatmaqda olan ƏYPİM-də mülki işlər də davam etməkdədir.
- Mərkəzin tikilməsində məqsəd nədir?
- "Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi Azərbaycanın telekommunikasiya və müşahidə peyklərinin idarə edilməsi və istismarının həyata keçirilməsi məqsədilə inşa edilir.
- ƏYPİM harada tikilir və ərazisi nə qədərdir?
-Mərkəz Abşeron rayonunun inzibati ərazisində, Bakı-Şamaxı şosesinin 38-ci km-də yerləşir və təxminən 10 hektar sahəni əhatə edir. ƏYPİM-in tərkibinə peykin idarə edilməsi və istismarı üçün tam təchizatlı texniki bina ilə yanaşı, “Azərkosmos” ASC-nin inzibati binası da daxildir.
Mərkəz memar Nəriman İmaməliyevin müəllifi olduğu layihə əsasında inşa edilir. Sözügedən layihə 2011-ci ildə Beynəlxalq Memarlıq Festivalında Memarlar İttifaqının Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunan müsabiqədə 1-ci yer üzrə nominasiyanın qalibi elan edilmiş, xüsusi mükafatla təltif olunub.
-Tikinti işləri hansı şirkətlərlə birgə həyata keçirilir?
-“Azərkosmos” ASC kosmik sahə üzrə inkişaf etmiş təcrübəyə malik ölkələr və şirkətlərlə bir çox sahələrdə təcrübə və informasiya mübadiləsi aparır. ƏYPİM-in tikintisində də xarici ölkələrin bu sahə üzrə təcrübəsindən geniş istifadə olunur.
Mərkəzə yerüstü texniki avadanlıqlar və cihazların quraşdırılmasında Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalçısı olan ABŞ-ın “Orbital Sciences” şirkəti və həmin şirkətin subpodratçı şirkətləri iştirak edir.
-Layihənin ümumi dəyəri nə qədərdir?
-“Azərspace-1” telekommunikasiya peykinin istehsalı və orbitə buraxılması ilə bağlı layihənin dəyəri 250 milyon ABŞ dolları həcmindədir. Layihənin 15% Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına, 85% isə xaricdən alınan kreditlər hesabına həyata keçirilir.
Peykin gəlirlərinin isə istismar müddəti ərzində təqribən 650 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir. “Azərspace-1” peykinin tutumlarının 40%-nin peyk hələ orbitə buraxılmamış uzunmüddətli şərtlər əsasında satılmış olması, o cümlədən peyk texnologiyalarına əsaslanan xidmətlərə yüksək yerli və regional tələbat olması, peykin kommersiya dəyərini yüksəldir, Azərbaycanın gələcək telekommunikasiya və çoxməqsədli peyklərinin mənfəətliliyini artırır.
-Gələcəkdə belə mərkəzdən bölgələrdə də tikilməsi nəzərdə tutulub?
-“Azərkosmos” ASC-nin Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Nəhəcir adlanan ərazisində yerləşir. Bu mərkəzin inşası üzrə tikinti işləri də nəzərdə tutulmuş qaydada davam etməkdədir. Mərkəzin texniki təchizatı və avadanlıqlarla təmin olunması eyni şəkildə ABŞ-ın “Orbital Sciences” şirkəti tərəfindən həyata keçirilir. Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzin tikintisinin ƏYPİM-lə eyni ərəfədə, peykin orbitə buraxılmasından öncə tamamlanması planlaşdırılır.
-Bu mərkəzin Azərbaycana nə kimi faydası olacaq?
- Peyk layihəsi yalnız informasiya təhlükəsizliyinin təmin edilməsi və xarici ölkələrdən informasiya asılılığın ortadan qaldırılması baxımından deyil, eyni zamanda mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu və innovasiya yönümlü iqtisadiyyatın təşəkkül tapması üçün də böyük əhəmiyyət kəsb edir.
Kosmik fəzadan və peyk xidmətlərindən səmərəli istifadə etməklə iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrin inkişaf etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” qəbul olunmuşdur. Ölkəmiz üçün yeni sənaye sahəsi olduğu üçün, peyklərin idarə edilməsi və istismarı, kosmik avadanlıqların istehsalı, kosmik məlumatların alınması və emalı üzrə kadr hazırlığı kosmik sənaye potensialının yaradılması üçün xüsusi əhəmiyyət kəsb edir.
2012-ci ilin sonunda ilk telekommunikasiya peykinin, 2013-cü ildə aşağıorbitli peykin, daha sonrakı illərdə isə digər telekommunikasiya peyklərinin orbitə buraxılması hazırda bizi peyk rabitə xidmətlərinin istifadəçisindən təminatçısına çevirərək, eyni zamanda gələcəkdə bu sahə üzrə istehsalçı və beynəlxalq bazarın iştirakçısı qismində çıxış etməyimiz, habelə dünya informasiya məkanına inteqrasiyamız üçün güclü elmi-texniki və iqtisadi zəmin hazırlayır.
-Mərkəzdə işləmək üçün ölkədə kifayət qədər mütəxəssis varmı?
- Peykin idarəsi və istismar edilməsi “Azərkosmos” ASC-də çalışan Azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçiriləcəkdir. Bu mütəxəssislər mütəmadi olaraq xarici ixtisasartırma kurslarında və peykin idarə edilməsi üzrə müxtəlif təlimlərdə iştirak edirlər, texniki hazırlıq səviyyələrini artırmaq üçün iş aparırlar.
Ölkəmizdə kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi ilə əlaqədar elmi potensialın artırılması və ixtisaslı kadr hazırlığının təmin edilməsi məqsədilə, yerli ali təhsil müəssisələrində kosmik sahədə mövcud peşə istiqamətləri üzrə dövlət sifarişli qəbula diqqət artmaqda davam edir.
Belə ki, Nazirlər Kabinetinin 5 aprel 2012-ci il tarixli qərarı ilə texniki və texnoloji ixtisaslar qrupu üzrə bakalavriat səviyyəsində “kosmik texnologiyalar mühəndisliyi”, “kosmik texnika mühəndisliyi”, “kosmik idarəetmə sistemləri mühəndisliyi” ixtisasları, magistratura səviyyəsində isə “kosmik texnika və texnologiya mühəndisliyi” ixtisası yaradılıb.
Ümumiyyətlə, gələcəkdə ölkəmizdə kosmik sənayeyə olan marağın, xüsusilə də mütəxəssislər və yüksək təhsilli kadrlar üçün tələbatın çoxalacağı gözlənilir.
-Azərbaycanın süni peykinin orbitə çıxarılması nə vaxt reallaşacaq?
-Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə ABŞ-ın aparıcı peyk istehsalçısı olan “Orbital Sciences Corporation” şirkəti arasında Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı ilə əlaqədar imzalanmış müqavilənin tələblərinə uyğun olaraq, peykin istehsalı ilə bağlı işlər planlaşdırılmış qaydada həyata keçirilir.
Hal-hazırda “Azərkosmos” ASC-nin bir nəfər əməkdaşı peykin istehsalına texniki nəzarəti həyata keçirən Kanadanın “Telesat” məsləhətçi şirkətinin 2 nəfər əməkdaşı ilə birgə peykin istehsalı prosesi ilə yaxından tanış olmaq məqsədilə, “Orbital Sciences Corporation” şirkətinin zavodunda peykin sınaqdan keçirilmə mərhələlərinin izlənilməsində iştirak edir, peykin faydalı yükünün platforma ilə inteqrasiyası prosesinə nəzarət edirlər.
Peykin geostasionar orbitə Fransanın “Arianespace” şirkətinin öz yüksək etibarlılığı ilə seçilən “Ariane-5″ raket daşıyıcısı ilə çıxarılmasına dair müqavilənin şərtləri və tələbləri nəzərdə tutulan qaydada və müddətdə həyata keçirilməkdədir. Bununla əlaqədar olaraq, “Azərkosmos” ASC, “Arianespace” və “Orbital Sciences Corporation” şirkəti arasında mütəmadi görüşlər keçirilir və lazımi danışıqlar aparılır. Raketdaşıyıcının istehsalının planlaşdırılmış tarixdə yekunlaşacağı gözlənilir.
Peykin nəzərdə tutulan tarixdə orbitə çıxarılması istiqamətində lazımi tədbirlər həyata keçirilir və “Azerspace-1” peyki 2012-ci ilin son rübündə Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan geostasionar orbitə çıxarılacaq.
- Adıçəkilən mərkəz neçə nəfərin işlə təmin etməyəimkan verəcək?
- Hazırda “Azərkosmos” ASC-nin əməkdaşlarının sayı 60-dan çoxdur. Ölkəmizdə texnologiya tutumlu sahələrin yeni təşəkkül tapmasına və peyk sənayesinin yaradılması işinə son illərdə başlanılmasına baxmayaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərkosmos” ASC-i işçi heyətinə yüksək ixtisaslı kadrlar cəlb edərək, mütəmadi olaraq onların xaricdə ixtisasartırma məqsədilə müxtəlif təlimlər və kurslarda iştirakını təmin edə bilib. Bununla yanaşı, “Azərkosmos” ASC bir sıra texniki və texnologiya yönümlü ixtisaslar üzrə təcrübəli mütəxəssislərin işə cəlb edilməsinə hər zaman böyük diqqət yetirir və maraqlanan namizədləri əməkdaşlıq etməyə dəvət edir.