Şəhidlər Xiyabanında Qarabag Şəhidləri Unudulur

Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 85487
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1814 раз
Поблагодарили: 1212 раз

Re: Şəhidlər Xiyabanında Qarabag Şəhidləri Unudulur

#11 Сообщение smersh70 » 18 мар 2019, 22:05

Şəhid Əbdülməcid Axundovun anası öz hesabında bu şəkilləri paylaşaraq belə qeyd edib.
17 mart 2019...Şəhid anaları N saylı hərbi hissələrin əsgərlərinə bayram sovqatı aparmışdıq. Düşündük ki ,bizim bu əziz gündə onların yanında olmağımız onlarda ruh yüksəkliyi, düşmənə qarşı amansız olmağı, vətənin keşiyində daha ayıq sayıq olmağı, şəhidlərin qisaslnın alınmasında və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə güclü olmağa ruhlandıracaq.
Allah bütün şəhidlərimizə rəhmət etsin.
Anaların yanında hələki xəcalətliyik.
Изображение
Изображение
► Показать

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 85487
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1814 раз
Поблагодарили: 1212 раз

Re: Şəhidlər Xiyabanında Qarabag Şəhidləri Unudulur

#12 Сообщение smersh70 » 20 мар 2019, 00:38

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Milli Qəhrəmanların, veteranların, QHT rəhbərlərinin, baş redaktorların iştirakı ilə Novruz bayramı münasibətilə respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid ailəsinə bayram təbrikləri və sovqatlar çatdırılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Qəhrəman Vahid Quliyev, Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri Məmmədhüseyn Sarıyev Nərimanov rayonunda şəhid Mahir Mirzəyevin, Nəsimi rayonunda Azər və Natiq Novruzov qardaşlarının və Sabunçu rayonu Zabrat qəsəbəsində Əlizaman İslamovun ailəsinə baş çəkib, bayram münasibətilə təbrik ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin yürütdüyü sosial siyasəti, şəhid aiələrinə diqqət və qayğını öz fəaliyyətində prioritet götürən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti dövlət orqanı olaraq müxtəlif layihələr həyata keçirir.

Həyata keçirilən bu cür layihələr Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının ailələrinin qayğı ilə əhatələnməsi, onlara əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.

SHXÇDX-nin yerli idarə, şöbə və bölmələri tərəfindən bayram sovqatlarının paylanılması başa çatdırılıb.
Изображение
Изображение
Изображение
Изображение
► Показать

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 85487
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1814 раз
Поблагодарили: 1212 раз

Re: Şəhidlər Xiyabanında Qarabag Şəhidləri Unudulur

#13 Сообщение smersh70 » 02 апр 2019, 20:17

smersh70 писал(а):
20 мар 2019, 00:38
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Milli Qəhrəmanların, veteranların, QHT rəhbərlərinin, baş redaktorların iştirakı ilə Novruz bayramı münasibətilə respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid ailəsinə bayram təbrikləri və sovqatlar çatdırılıb.
Qəhrəmanlarımızla fəxr edirik! APREL 2016 :character-oldtimer: :clap:

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 85487
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1814 раз
Поблагодарили: 1212 раз

Re: Şəhidlər Xiyabanında Qarabag Şəhidləri Unudulur

#14 Сообщение smersh70 » 08 дек 2019, 00:14

halaldı Türk nazirinə... :character-oldtimer:

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 85487
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1814 раз
Поблагодарили: 1212 раз

Re: Şəhidlər Xiyabanında Qarabag Şəhidləri Unudulur

#15 Сообщение smersh70 » 24 янв 2020, 02:38

İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilən naməlum şəhidin nəşi məzardan çıxarılıb.
Naməlum şəhidin kimliyi götürülən nümunələr əsasında müəyyən edildikdən sonra aidiyyəti qurumların iştirakı ilə şəhidin məzarı açılıb.
Açılan məzardan Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü şəhid Vəliəddin Sehrab oğlu İbrahimovun nəşi çıxarılıb. Şəhidin ruhuna dualar oxunduqdan sonra nəşi İmişli Rayon Mərkəzi Xəstəxanasına gətirilib və onun Azərbaycan Bayrağına bürünmüş tabutu Yevlax rayonuna yola salınıb.
Xatırladaq ki, V.İbrahimov 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olub. Onun nəşi tanınmadığı üçün İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilib. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə naməlum şəhidlərə aid meyit qalıqları ekshumasiya olunub və müvafiq nümunələr götürülüb. Daha sonra naməlum şəhidlərin dəfn edilən qalıqlarından və şəhidin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülən nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib.

Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT-Birliyinin mütəxəssisləri tərəfindən aparılmış molekulyar-genetik ekspertizanın nəticələrinə əsasən, meyit qalıqlarından və dəfn edilən şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülən nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin iddiaçı Məmmədova Yasəmən Vəlyəddin qızı ilə valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib. Eyni zamanda meyit qalıqlarının ekshumasiyası və molekulyar-genetik ekspertizasının yekunu ilə bağlı nəticələrə dair itkin ailələrinə ətraflı məlumat verilib.
Yasəmən Məmmədovanın atası – Yevlax rayon sakini, Müdafiə Nazirliyinin 702 nömrəli hərbi hissəsində xidmət etmiş, 1971-ci il təvəllüdlü İbrahimov Vəlyəddin Səhrab oğlu 1994-cü il yanvarın 19-da Füzuli rayonu ərazisində gedən döyüşlərdə itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Şəhid Vəlyəddin İbrahimovun nəşi ailə üzvlərinin istəyi ilə Yevlax şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Hərbi rituallara uyğun dəfn mərasimi Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Komissiyası, İmişli və Yevlax rayon icra hakimiyyətlərinin təşkilatçılığı, şəhid ailəsinin, ictimaiyyətin, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında müəyyən edilmiş digər 11 naməlum meyit qalığının eyniləşdirilməsi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı tanınmadan dəfn edilmiş şəxslərə aid meyit qalıqlarının ekshumasiyası işi Dövlət Komissiyası ilə BQXK arasında 2008-ci ildə imzalanmış çərçivə sazişinə uyğun olaraq mərhələli davam etdirilir”
Изображение
Изображение
Изображение
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 85487
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1814 раз
Поблагодарили: 1212 раз

Re: Şəhidlər Xiyabanında Qarabag Şəhidləri Unudulur

#16 Сообщение smersh70 » 10 фев 2020, 18:02

2015-ci ildə düşmən təxribatının qarşısını alarkən yaralan, və indiyədək müalicəsi dəvam edən Qoşqar Hacıyev şəhadətə ucaldı
Allah rəhmət eləsin... Ruhu şad olsun...
Başın sağ olsun Azərbaycan!
Изображение
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 85487
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1814 раз
Поблагодарили: 1212 раз

Re: Şəhidlər Xiyabanında Qarabag Şəhidləri Unudulur

#17 Сообщение smersh70 » 16 фев 2020, 21:32

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Seymur Ələsgərov dəfn edilib. Mərasimdə şəhidin yaxınları, komandirləri, döyüş yoldaşları, Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin şəhər sakinləri iştirak ediblər...
S.Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın Milli Bayrağı şəhidin qardaşı Samir Ələsgərova verilib.
Qeyd edək ki, şəhid S.Ələsgərov ailəli olub, onun doqquz aylıq oğlu var.
Изображение
Изображение
Изображение
Изображение

Ответить

Вернуться в «Hərbi sahədəki digər xəbər və yeniliklər»