Azərbaycanda qadın hərbçi olmaq üçün Nazirliyə müraciət etdi

Ответить
Автор
Сообщение
Gunel
Новобранец
Сообщения: 48
Зарегистрирован: 18 июн 2013, 15:40

Поблагодарили: 3 раза

Azərbaycanda qadın hərbçi olmaq üçün Nazirliyə müraciət etdi

#1 Сообщение Gunel » 20 авг 2013, 12:24

Millət vəkili Qənirə Paşayeva 8 illik fəaliyyəti dövründə ən ilginc məktub aldığını açıqlayıb.


"Qafqazinfo" millət vəkilinin məktubla bağlı təəssüratlarını təqdim edir:


"İlk seçki kampaniyasına başlayanda seçicilərə “mənə hər bir məsələ ilə bağlı müraciət edə bilərsiniz amma iki məsələ ilə bağlı müraciət etsəniz, həmin dəqiqə mənfi cavab alacaqsınız: birincisi, “kömək edin, övladım hərbi xidmətə getməsin və ya kömək edin filan bölgəyə, filan xidmətə, filan hərbi hissəyə düşsün”, ikincisi, “uşağım (qardaşım, bacım, nəvəm, qohumum və.b.) imtahandan kəsilib onu tapşırın və ya tapşırın ona qiymət yazsınlar”...Ötən illər ərzində, təəsüflər ki, bu kimi “xahiş”lər eşitsəm... və təbii, mənfi cavab versəm də... bu günə qədər də belə mövzular ən çox edilən müraciətlər arasındadır. Bütün bunların fonunda Gəncə sakini Günel Məmmədovanın xahişi məni o qədər məmun etdi ki!.. Onu paylaşmaq istədim, örnək olsun deyə… (Təkcə qızlara deyil, oğlanlara da…)

“Salam. Qənirə xanim, mən qarşılaşdığım bir problemi sizə yazib bildirmək istəyirəm. Mən Gəncə şəhərində yaşayıram. 1981-ci ildə dünyaya gəlmişəm. 2 diplomum var. Hazırda Gəncə şəhərində orta məktəblərin birində işləyirəm. Eyni zamanda da mətbuatda çalışıram, jurnalistəm. Ancaq mənim ən böyük arzum hərbçi olmaq olub. Bu ay yaşadığım şəhərdə yerləşən hərbi hissəyə müraciət etdim. Daha sonra Müdafiə Nazirliyinin elektron ünvanına müraciət yazdım lakin müsbət cavab ala bilmədim. Yaşım uyğun olmadıgından məni Silahli Qüvvələrə qəbul etmədilər. ( - 32 yaşım var.)

Qənirə xanim, yaş amilinə görə arzum niyə gözümdə qalmalıdır? Axı bu hərbi işdir..! Hərbi-vətənpərvərlik işidir!.. Mən niyə belə durumla qarşılaşdım?
Əziz Qənirə xanım, ümidvaram ki, mənim də problemimlə yaxından taniş olub, bu işlə məşğul olarsız. Qabaqcadan sizə minnətdarlığımı bildiririəm. Allah sizə kömək olsun.”
Bu müraciəti Müdafiə naziri Səfər Əbiyevə göndərdim. İnanıram ki, belə bir məktub onun da indiyədək aldığı ən maraqlı məktublardan biri olacaq… Cavabı da… Amma mən gənc bir xanımın bu məktubunu gözəl bir örnək olduğu üçün paylaşdım.
Günelə isə təbrik və təşəkkür edirəm. Çünki o rəsmi olmasa da, artıq mənən (mənəvi baxımdan) Azərbaycan ordusunun əsgəridir. Könüllü əsgərlərin sayının çoxluğu isə Azərbaycan üçün çox önəmlidir!".

Gunel
Новобранец
Сообщения: 48
Зарегистрирован: 18 июн 2013, 15:40

Поблагодарили: 3 раза

Re: Azərbaycanda qadın hərbçi olmaq üçün Nazirliyə müraciət

#2 Сообщение Gunel » 20 авг 2013, 12:24

Bəli dostlar, burda söhbət məndən gedir.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2957
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 395 раз
Поблагодарили: 351 раз

Re: Azərbaycanda qadın hərbçi olmaq üçün Nazirliyə müraciət

#3 Сообщение mirotvores70 » 20 авг 2013, 17:33

Gunel писал(а):Bəli dostlar, burda söhbət məndən gedir.
Sağ ol Günel,kaş adı kişi olub özü qadın qədər də qeyrəti olmayanlar sənə baxşb bir ibrət götürəydilər.Amma inanmıram. Bu kökdən gələn meyardır,mayası sıyıq olanlarda bu ola bilmir.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Gunel
Новобранец
Сообщения: 48
Зарегистрирован: 18 июн 2013, 15:40

Поблагодарили: 3 раза

Re: Azərbaycanda qadın hərbçi olmaq üçün Nazirliyə müraciət

#4 Сообщение Gunel » 20 авг 2013, 17:52

Təşəkkürlər Mirotvorets. Düz deyirsiniz. Ancaq bircə təsəllimiz varki, az da olsa, sizin kimi qeyrətli, igid hərbçimiz
var.

Одиссей
партизан
Сообщения: 4027
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 547 раз
Поблагодарили: 541 раз

Re: Azərbaycanda qadın hərbçi olmaq üçün Nazirliyə müraciət

#5 Сообщение Одиссей » 21 авг 2013, 23:28

Gunel писал(а): “Salam. Qənirə xanim, mən qarşılaşdığım bir problemi sizə yazib bildirmək istəyirəm. Mən Gəncə şəhərində yaşayıram. 1981-ci ildə dünyaya gəlmişəm. 2 diplomum var. Hazırda Gəncə şəhərində orta məktəblərin birində işləyirəm. Eyni zamanda da mətbuatda çalışıram, jurnalistəm. Ancaq mənim ən böyük arzum hərbçi olmaq olub. Bu ay yaşadığım şəhərdə yerləşən hərbi hissəyə müraciət etdim. Daha sonra Müdafiə Nazirliyinin elektron ünvanına müraciət yazdım lakin müsbət cavab ala bilmədim. Yaşım uyğun olmadıgından məni Silahli Qüvvələrə qəbul etmədilər. ( - 32 yaşım var.)
.
Günel xanım, qadınların hərbiçi olmasına qarşı bir problem yoxdur. Amma hərbi hissələrdə o vəzifələr komandanlığın ailə üzvləri qadınlar üçün qeyri-rəsmi olaraq "bronlaşıb".
Hətta "brutalnı kişi" olan komandirlərin həyat yoldaşları da "işləyirlər". Amma əsgər onların vəzifəsini yerinə yetirir. Hətta maaş günü də hesabat hissəsinə gəlmirlər. Hesabat hissəsi rəisi özü aparıb evdə verir.
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Gunel
Новобранец
Сообщения: 48
Зарегистрирован: 18 июн 2013, 15:40

Поблагодарили: 3 раза

Re: Azərbaycanda qadın hərbçi olmaq üçün Nazirliyə müraciət

#6 Сообщение Gunel » 22 авг 2013, 13:48

Azərbaycanda hər şey mümkündür

GuneyAz
партизан
Сообщения: 1807
Зарегистрирован: 10 фев 2012, 02:49

Благодарил (а): 189 раз
Поблагодарили: 108 раз

Re: Azərbaycanda qadın hərbçi olmaq üçün Nazirliyə müraciət

#7 Сообщение GuneyAz » 15 сен 2013, 04:38

Гунел ханым, премите мое уважение!
Я не видал до сегоднешнего дня в Азербайджане, такого человека, тем более девушку, кто рвался от всех сил в сторону ВС.
Надеюсь вас примут. Удачи вам!

Гюней,

Gunel xanim, boyuk hormetle!
Men bugune qeder Azerbaycanda sizin kimi insan, hemchinin xanim gormemishdim, kim ordu siralarna can atsin.
Umud varam ki, arzuna chatarsiz. Ugurlar!

Guney,

Ответить

Вернуться в «Hərbi sahədəki digər xəbər və yeniliklər»