MƏN GÜNELİN MÜSİBƏTİ

Ответить
Автор
Сообщение
Gunel
Новобранец
Сообщения: 48
Зарегистрирован: 18 июн 2013, 15:40

Поблагодарили: 3 раза

MƏN GÜNELİN MÜSİBƏTİ

#1 Сообщение Gunel » 17 ноя 2013, 01:07

Əziz forum iştirakçıları və veteranlarımız. Məni çoxunuz tanıyırsız. Temanın başlıgını niyə belə qoymağımı indi biləcəksiz.
Bir neçə ay bundan qabaq Gəncədə yerləşən N saylı h/h-yə müraciət etdim. Hissənin rəhbərliyi mənim müraciətimi qəbul etmədi. Buna səbəb yaş məhdudiyyətini göstərdi. Bununla baglı MN – nin elektron ünvanına müraciət etdim. Yenə də eyni cavab gəldi. Yaş məhdudiyyəti. Sonra bu barədə Qənirə xanım Paşayevaya məktub ünvanladım. Bildiyiniz kimi Qənirə xanım məktubuma həssaslıqla yanaşdı və məktubumla bağlı keçmiş müdafiə nazirimiz Səfər Əbiyevə müraciət yolladı və müraciət S. Əbiyev tərəfindən müsbət qarşılandı. Mənə müsbət cavab gəldi. Həmin vaxtda yaxın dostlarımın məsləhətiylə Daxili Qoşunlara da müraciət etdim. Bu barədə DİN – nin elektron ünvanına məktub yazdım. Məktubuma tez bir zamanda cavab gəldi. Məni şəhərimdəki Daxili Qoşunların h/h-nə çağırdılar. Rəhbərliyin qəbuluna düşdüm. Məni vəziyyətlə tanış etdikdən sonra bildirdilər ki hazırda boş yerimiz yoxdur, olanda çağırarıq, - deyə söylədilər. Az sonra məni Daxili Qoşunların Bakıda yerləşən Baş İdarəsinə dəvət etdilər. Orda bir neçə məsul şəxsin qəbulunda oldum. Orada da yaş məsələmi ortaya ataraq, məni qəbul etməyəcəklərini söylədilər.
İndi qayıdaq S. Əbiyevin müsbət qərarına. O qərardan sonra bildiyiniz kimi S. Əbiyev vəzifədən uzaqlaşdı. Mənə dedilər ki S. Əbiyev yoxdursa, onun qərarı da yoxdur. Bu o demək oldu ki, mən qaldım off-sideda.
Əziz dostlar, siz deyin mənə.
Bu ölkədə niyə mərd namərdə çevrilir?
Bu necə ölkədir? Burada necə hərbçilər axtarilir? Bəlkə siz biləsiz? Yoxsa mən hərbçi olmaq üçün başqa ölkəyə üz tutum? Gedim yoxsa başqa ölkənin suverenliyini qoruyum? Yoxsa bu ölkə bizə haramdır?

Gunel
Новобранец
Сообщения: 48
Зарегистрирован: 18 июн 2013, 15:40

Поблагодарили: 3 раза

Re: MƏN GÜNELİN MÜSİBƏTİ

#2 Сообщение Gunel » 17 ноя 2013, 23:54

Deməli herbçi olmaq isteyen xanimlarimiz meqsedlerine catmaq ucun basqa ölkə secsinler.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2959
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 395 раз
Поблагодарили: 350 раз

Re: MƏN GÜNELİN MÜSİBƏTİ

#3 Сообщение mirotvores70 » 18 ноя 2013, 13:54

Ola bilər.Amma Sizin probleminiz yaş problemidir-müvafiq qaydaya əsasəm .Amma ruhdan düşməyin.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Ответить

Вернуться в «Hərbi sahədəki digər xəbər və yeniliklər»