Əsgər dəfnində zabitlərin iştirakı reqlamentləşdirilməlidir?

Ответить
Автор
Сообщение
Одиссей
партизан
Сообщения: 4027
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 547 раз
Поблагодарили: 541 раз

Əsgər dəfnində zabitlərin iştirakı reqlamentləşdirilməlidir?

#1 Сообщение Одиссей » 28 дек 2013, 23:20

Nə hesab edirsiniz? Din xadimlərini, ağsaqqalları, psixoloqları, təlim-tərbiyə uzrə çalışan zabitləri yığıb komandirlərin əskər dəfnində iştirakını reqlamentləşdirmək lazımdırmı? Həm mərasim təntənəli olsun, dövlətin mövqeyin əyani olaraq bildirsin, gənc nəsil üçün tərbiyəvi əhəmiyyət daşıyan şəkil alsın, həm də zabitlər təsadüfi artıq bir hərəkətlə şəhid ailəsinin qəlbinə dəyməsinlər. Və bu hərəkəti etməkdən çəkinərək orada sıxıntı keçirməyib, özlərini zabitə layiq qürurlu aparsınlar.
Axırıncı əskər dəfn mərasimində buna bir cəhd var. Amma mənə elə gəlir ki, buna nail olunmayıb.

Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 83211
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1698 раз
Поблагодарили: 1190 раз

Re: Əsgər dəfnində zabitlərin iştirakı reqlamentləşdirilməli

#2 Сообщение smersh70 » 22 фев 2015, 02:14

Изображение
Şəhid əsgər Zəlimxan Eybalı oğlu Cavadov son mənzilə uğurlanıb

Fevralın 21-nə keçən gecə düşmənin Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqını zamanı şəhid olan əsgər Cavadov Zəlimxan Eybalı oğlu doğulduğu Qobustan rayonunun Ərəbşalbaş kəndində son mənzilə uğurlanıb.
Fəxri qarovulun müşayiəti ilə böyük izdiham şəhidin hələ beş yaşında itirdiyi anasının da uyuduğu kənd qəbiristanlığına doğru irəliləyib. Burada keçirilən vida mərasimini Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani açaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başsağlığını şəhidin ailəsinə və doğmalarına çatdıraraq qeyd edib ki, dünən ATƏT-in Minsk Qrupunun həmsədrləri regionu tərk etdikdən sonra erməni Silahlı Qüvvələrinin təxribat qrupu növbəti dəfə mövqelərimizə basqın etməyə cəhd göstərib. Lakin əsgərlərimizin ayıq-sayıqlığı nəticəsində düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Azərbaycan əsgəri şəhidimizin qisasını alıb və bundan sonra da alacaqdır. Şiddətli atışma zamanı mərdliklə həlak olmuş şəhid əsgərimizin xatirəsi heç vaxt unudulmayacaqdır.
Sonra Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək bütün qobustanlıların Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bəyan edib və şəhidin dəfn mərasiminin bütün əsgəri ənənələrə uyğun olaraq təşkil edilməsində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Millət vəkili, professor Xanhüseyn Kazımlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin rəisi polkovnik-leytenant Mərdan Nəhmətov və başqaları çıxış edərək şəhidin atasına Vətən üçün belə igid oğul yetişdirdiyinə görə dərin minnətdarlıqlarını bildiriblər.
Şəhidin tabutu "Vətən sağ olsun!", "Şəhidlər ölməz, Vətən bölünməz!" nidaları və yaylım atəşləri altında məzara endirilib. Cənazə üzərinə sərilmiş bayraq əbədi xatirə saxlanılması üçün şəhidin atasına təqdib olunub.
Şəhid atası bu bayrağın tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlarda ucaldılacağına əminliyini bildirib və həqiqi hərbi xidmətini bu yaxınlarda başa vuran böyük oğlu Elsevərlə birlikdə oğlunun qisasını almaq üçün Qarabağ uğrunda döyüşlərə hazır olduqlarını deyib.
Şəhid məzarı üzərinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Qobustan rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsi, Qobustan rayon Polis şöbəsi və digər təşkilatlar adından əklillər və gül dəstələri qoyulub.
Yas mərasimi şəhidin atasının yaşadığı Abşeron rayonunun Nübar qəsəbəsində davam etdiriləcək.

http://www.mod.gov.az/index.php" onclick="window.open(this.href);return false;

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 83211
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1698 раз
Поблагодарили: 1190 раз

Re: Əsgər dəfnində zabitlərin iştirakı reqlamentləşdirilməli

#3 Сообщение smersh70 » 05 фев 2016, 17:16

Bu da valideynlər............................................. :roll:
Dəfn mərasimi keçirilib.

Ermənistan silahlı bölmələri tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri 1996-ci il təvəllüdlü İmran Xudaverdi oğlu Mirzəyevin dəfn mərasimində ailə üzvləri iştirak etməyib.
Изображение
Axar.az xəbər verir ki, dəfn mərasimində şəhidin dayıları və xalaları iştirak ediblər.

Məlumata görə, valideynləri o, uşaqkən ayrılıblar. Hazırda anası Türkiyədə, atası isə Azərbaycanın bölgələrindən birində yaşayır.
Изображение
Yevlax rayon Aran qəsəbəsi bələdiyyəsindən bildirilib ki, İmranın şəhid olması xəbərini anasına çatdırıblar və o, şəhidin üç mərasimində iştirak üçün ölkəyə gəlməyə hazırlaşır. Şəhidin atasının hansı bölgədə yaşaması barədə isə dəqiq məlumat olmadığından onun baş verənlərdən xəbəri yoxdur.
Xatırladaq ki, Ermənistan silahlı bölmələri tərəfindən açılan atəş nəticəsində şəhid olan əsgərimizin 2 bacısı var və onlar anaları ilə birlikdə Türkiyədə yaşayır.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 83211
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1698 раз
Поблагодарили: 1190 раз

Re: Əsgər dəfnində zabitlərin iştirakı reqlamentləşdirilməlidir?

#4 Сообщение smersh70 » 01 апр 2017, 02:26


Ответить

Вернуться в «Hərbi sahədəki digər xəbər və yeniliklər»