ORDUDA TƏYİNAT !
Добавлено: 15 апр 2012, 09:56
http://milaz.info/news.php?id=24060" onclick="window.open(this.href);return false;
ORDUDA ŞOK TƏYİNAT
00:52 15-04-2012
Müdafiə naziri Səfər Əbiyev dünən bütün ordu sistemini, xüsusən də yüksək rütbəli zabitləri şoka salan bir təyinata imza atıb. Belə ki, nazir bütün karyerası boyunca Rusiya Silahlı Qüvvələri sıralarında xidmət edən, bu yaxınlarda qonşu ölkədə ordudan tərxis olunandan sonra Azərbaycana gələn bir generalı Bakıda mühüm hərbi postlardan birinə təyin edib.
Bu barədə hərbi qaynaqlardan məlumat almışıq. Xəbərdə deyilir ki, hazırda da Rusiya vətəndaşı olan həmin hərbçi general Bağır Fətullayev adlı bir azərbaycanlıdır. General Fətullayev Azərbaycana bu yaxınlarda elə Rusiyadan gəlib. O, Azərbaycan müdafiə nazirinin 13 aprel, 2012-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Akademiyasında mühüm rəhbər vəzifələrdən birinə təyinat alıb. Məlumatı verən mənbə bu təyinatın ordu sistemində yerli azərbaycanlı zabitlər tərəfindən ciddi narazılıqla qarşılandığını bildirib. Onun sözlərinə görə, çoxu bundan şoka düşüb. Nazirin bu qərarının, yəni Rusiya vətəndaşı olan bir generalın Azərbaycanda strateji vəzifəyə təyin edilməsinin qanunlara uyğun olub-olmadığı barədə sual verdiyimiz hərbçi-ekspertin cavabı qısa oldu: “Bu, aşkar qanunsuzluqdur”.
İş gününün sonu olduğu üçün Müdafiə Nazirliyinin bu məsələ ilə bağlı mövqeyini öyrənə bilmədik. Nazirliyin də mövqeyini dərc etməyə hazırıq.