CƏBHƏ XƏBƏRLƏRİ

Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147149
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11071 раз
Поблагодарили: 16095 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#31 Сообщение smersh70 » 26 дек 2014, 19:23

Ermənistan mətbuatı Azərbaycan tərəfinin təmas xəttindəki ərazilərini minaladığı barədə xəbər yayıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, məlumatlarda Azərbaycan ordusunun təmas xəttində diversiya əməliyyatı keçirmək istədiyi, bu məqsədlə təmas xəttini minaladığı, Ermənistan silahlı birləşmələrinin isə operativ şəkildə ərazini minalardan təmizlədiyi və əməliyyatın onlar üçün uğurlu başa çatdığı iddia edilir.

Amma erməni mətbuatının yazdığı kimi Milli Ordumuzun təmas xəttində irəliləyərək qarşı tərəfin mövqelərinə yaxın yerləri minaladığı o qədər də real görünmür. Bunu həm də təmas xəttinin 250 metrliyində yerləşən Tərtərin Qapanlı kəndinin sakinlərinin müşahidələri də sübut edir.

Sakinlərin sözlərinə görə, ötən gün səhər saatlarında ərazidə Ermənistan silahlı birləşmələrinin aktivliyi müşahidə olunub.

Ehtimala görə, qarşı tərəf özü minaladığı ərazini təmizələyərək Azərbaycan mövqelərinə növbəti hücum planlışdırırmış. Saat təqribən 11:30 radələrində isə parlayış səsi eşidilib. Ermənistan tərəfinə məxsus hərbi avtomaşın minaya düşərək partlayıb.

Otlaq sahəsində qoyun otaran çobanların sözlərinə görə, əraziyə xeyli sayda texnika cəlb edilib. Sakinlərin sözərinə görə, gecə saatlarına qədər Ermənistan tərəfi əraziə hərbi texnika cəmləməkdə davam edib.

Hava qaralandan sonra isə Qapanlı kəndi və Mili Ordumuzun mövqeləri atəşə tutulsa da, cavab atəşilə susdurulub. Hazırda cəbhənin Tərtər istiqamətində nisbi sakitlikdir. Ermənistan təfrinin ərazinin minalanması ilə bağlı yaydığı məlumata münasibət bildirən Azərbaycan Müdafiə Nazirlyi bəyan edib ki, Azərbaycan Ordusu cəbhənin həmin istiqamətində heç bir aktivlik göstərmir. Bu Ermənistanın növbəti təxribatıdır.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147149
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11071 раз
Поблагодарили: 16095 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#32 Сообщение smersh70 » 27 дек 2014, 01:27

Изображение
"Ordumuz çox itki verdi"

Ermənistan müdafiə naziri Seyran Ohanyan 2014-cü ilin Ermənistan ordusu üçün ağır il olduğunu bəyan edib.

ANS PRESS-in məlumatına görə, Ohanyan jurnalistlərə açıqlamasında bildirib ki, bu ilin ilk faciəsi Ermənistan silahlı qüvvələrinin giziri Armen Ovanisyanın Qarabağda döyüşlər zamanı ölməsi oldu.

"Ordumuz üçün ən gərgin vaxt isə iyul-avqust aylarında təmas xəttində şiddətli döyüşlərin getməsi oldu. Bu ilin ən pik nöqtəsi isə Mi-24 helikopterinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmasıdır. Həmin an 3 pilotumuz həlak oldu", deyə Ohanyan bildirib.

Qeyd edək ki, bu ilin iyul-avqust aylarında cəbhədə şiddətli döyüşlər getmişdi. Həmin döyüşlərdə Ermənistan silahlı qüvvələri xeyli itki verərək geri çəkilmişdi. Və nəhayət noyabr ayında cəbhənin Ağdam istiqamətində Ermənistan ordusuna məxsus Mi 24 hərbi helikopteri Azərbaycan Silahlı Qüvvələri tərəfindən vuruldu, 3 pilot öldü. Helikopterin vurulması dünya mətbuatının gündəmini zəbt etmişdi.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147149
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11071 раз
Поблагодарили: 16095 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#33 Сообщение smersh70 » 27 дек 2014, 01:27

II Qarabağ savaşı qorxusu.


Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik ilbəil artır.

ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında qondarma Dağlıq Qarabağ respublikasının "müdafiə naziri" Movses Akopyan bildirib.
Изображение
"İyul-avqust aylarında təmas xəttindəki şiddətli döyüşlərlə müqayisədə indi sakitçilikdir. Lakin ötən illərlə müqayisə edəndə görürük ki, təmas xəttində gərginlik ilbəil artır. Buna baxmayaraq ümid edirik ki, müharibə olmayacaq", deyə Movses Akopyan bildirib.

Qeyd edək ki, bu gün Ermənistan müdafiə naziri Seyran Ohanyan cəbhədəki hadisələrlə bağlı açıqlama verib. O, bildirib ki, 2014-cü ilin Ermənistan ordusu üçün ağır olub.

"Ordumuz üçün ən gərgin vaxt iyul-avqust aylarında təmas xəttində şiddətli döyüşlərin getməsi oldu. Bu ilin ən pik nöqtəsi isə Mi-24 helikopterinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmasıdır. Həmin an 3 pilotumuz həlak oldu", deyə Ohanyan bildirib.

Qeyd edək ki, bu ilin iyul-avqust aylarında cəbhədə şiddətli döyüşlər getmişdi. Həmin döyüşlərdə Ermənistan silahlı qüvvələri xeyli itki verərək geri çəkilmişdi. Və nəhayət noyabr ayında cəbhənin Ağdam istiqamətində Ermənistan ordusuna məxsus Mi 24 hərbi helikopteri Azərbaycan Silahlı Qüvvələri tərəfindən vuruldu, 3 pilot öldü. Helikopterin vurulması dünya mətbuatının gündəmini zəbt etmişdi.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147149
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11071 раз
Поблагодарили: 16095 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#34 Сообщение smersh70 » 27 дек 2014, 01:28

Изображение45 erməni hərbçi ölüb (VİDEO)

Ötən gün Dağlıq Qarabağda öldürülən 19 yaşlı erməni David Koloyan 2014-cü ildə bu işğal olunmuş ərazidə həyatını itirən sayca 45-ci hərbi qulluqçudur.

ANS PRESS-in Safesoldiers.am-a istinadən verdiyi məlumata görə, bu statistika Ermənistan ərazisində ölən hərbi qulluqçular nəzərə alınmadan hazırlanıb. Qeyd edək ki, ermənilərin 2013-cü ildə Dağlıq Qarabağda itkiləri 31 hərbi qulluqçu itiriblər. İl-ildən artan əsgər ölümləri artıq erməni analarını da ayağa qaldırıb. Onlar qeyri-müəyyən səbəbə görə oğullarını Qarabağda itirmək istəmirlər.

Bir neçə ay öncə Qarabağda öldürülmüş erməni hərbi qulluqçaların anaları Serj Sarkisyanın iqamətgahı qarşısında aksiyaya cəhd göstərmişdilər. Lakin polis iqamətgahda xarici qonaqların olmasını əsas gətirərək anaları ordan qovub. Sonradan Parlament qarşısında dayanaraq etiraz etməyə çalışan valideynlər oradan uzaqlaşdırılıb. Çarəsiz qalan erməni əsgər anaları Böyük Britaniyanın İrəvandakı səfirliyi qarşısında aksiya keçiriblər.

Ermənistan müdafiə naziri Seyran Ohanyan da dünən jurnalistlərə açıqlamasında 2014-cü ilin Ermənistan ordusu üçün ağır il olduğunu xüsusi vurğulayıb. Göründüyü kimi ilin başa çatmasına az müddət qalmasına baxmayaraq ermənilər hələ də itkilər verir.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 404 раза

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#35 Сообщение mirotvores70 » 27 дек 2014, 13:00

Dekabrın 26-da axşam saatlarında cəbhəninAğdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb.
Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu, ilkin məlumata görə Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.
Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147149
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11071 раз
Поблагодарили: 16095 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#36 Сообщение smersh70 » 30 дек 2014, 22:33

Миротворец,узнаешь своих ;)
Изображение
Əfqanıstan müharibəsi veteranları cəbhə bölgəsindədir

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147149
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11071 раз
Поблагодарили: 16095 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#37 Сообщение smersh70 » 08 фев 2015, 15:25

ИзображениеИзображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147149
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11071 раз
Поблагодарили: 16095 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#38 Сообщение smersh70 » 06 мар 2015, 16:29

Ermənistan tərəfinin növbəti təxribatı
6 mart 2015 il
ИзображениеИзображение
Ermənistan Müdafiə Nazirliyi cəbhədə uğursuz əməliyyat keçirmək cəhdindən sonra öz xalqının qəzəbindən qorxaraq vəziyyətlə bağlı növbəti dəfə dezinformasiya xarakterli məlumat yayıb.
Erməni tərəfi bu məlumatla xalqını aldadaraq cəbhədəki itkilərini, döyüş meydanında əsgər və zabitlərin qorxaqlıq göstərərək silah-sursatı atmaqla qaçdıqlarını, qeyri-peşəkarlıqlarını və o cümlədən ötən gecə həqiqətən cəbhənin Ağdərə-Tərtər istiqamətində uğursuz təxribat törətmək cəhdilərini etiraf edib.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşməndən fərqli olaraq qoşunların təmas xəttində heç bir xüsusi təyinatlı bölmələrimiz istifadə olunmur. Cəbhədəki vəziyyət və bir nəfər yaralı haqqında Mətbuat Xidməti tərəfindən səhər saatlarında verilən məlumatdan başqa Silahlı Qüvvələrimizin bölmələri nə canlı qüvvə, nə də silah və texnika sarıdan heç bir itki verməyib və əməliyyat şəraitinə tam nəzarət edir.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinə növbəti dəfə müraciət edərək ermənilərin təxribat məqsədilə yaydığı xəbərlərdən istifadə etməməyi tövsiyə edirik.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147149
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11071 раз
Поблагодарили: 16095 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#39 Сообщение smersh70 » 11 мар 2015, 04:15

Изображение
Yaxinda cebhede dushmenin keshfiyyat texribat qrupunun qarshisini alan esgerlerimizi komandanliqla birge mukafatlandirdiq. Itki veren dushmen silah-sursatin ataraq qachib. Novbeti "Marsh" da onlari siz de yaxindan taniyacaqsiniz.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147149
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11071 раз
Поблагодарили: 16095 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#40 Сообщение smersh70 » 14 мар 2015, 01:59

Изображение
Horadiz-Hocavend istiqamətində 12 erməni döyüşçü oldürülüb(Gruzavik avtomobili partlayib), məlumata görə düşmən silahlarını atıb geri çəkilib. Bu dəqiqə düşmən minaatan silahlardan Ağcəbədi rayonun yaxin kəndlərini atəşə tutub.

Maşın hərbi hissyə aiddi В/Ч 36534

Ответить

Вернуться в «Hərbi sahədəki digər xəbər və yeniliklər»