CƏBHƏ XƏBƏRLƏRİ

Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146184
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#51 Сообщение smersh70 » 25 дек 2015, 17:07

Ermənistan Silahlı Qüvvələrinin pilotsuz uçan aparatı (PUA) məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 25-də saat 11.45 radələrində Tərtər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçan aparat aşkarlanıb. Aparat bölmələrimiz tərəfindən sərrast atəşlə dərhal məhv edilib.

Bu son bir ayda Azərbaycan tərəfindən vurulan ilk erməni PUA-sı deyil. Ay ərzində ermənilərin ən azı bir neçə belə aparatı məhv edilib. Məsələn, dekabrın 9-da saat 9.00 radələrində erməni PUA-sı Tərtər rayonu istiqamətində vurulub. Qurğu Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Ermənistan Silahlı Qüvvələrinə məxsus DJI Inspire 1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

12-ci di uje ;)

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146184
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#52 Сообщение smersh70 » 06 янв 2016, 19:36

CƏBHƏ XƏBƏRLƏRİ
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Изображение
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Novruzlu, Cəvahirli, Kəngərli, Sarıcalı, Şuraabad, Yusifcanlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 116 dəfə atəş zərbəsi endirib.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146184
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#53 Сообщение smersh70 » 21 янв 2016, 13:23

Ermənistanın Müdafiə nazirliyinin rəsmi nümayəndəsinin 2015-ci il ərzində silahlı qüvvələrinin ümumilikdə guya 57 nəfər itki vermələri ilə bağlı yaydığı xəbər qeyri-ciddi və saxtadır. Belə ki, bu rəqəmlər erməni tərəfinin il ərzində verdiyi rəsmi xəbərlərlə tamamilə üst-üstə düşmür.
Yalnız erməni mətbuatından götürülən məlumatlara əsasən düşmən tərəfi 2015-ci ildə ölü olaraq 83 nəfər, yaralı olaraq isə 100 nəfərdən artıq itki verib.
Erməni mətbuatının ordularındakı ölüm halları barədə yaydıqları məlumatların statistikası
ИзображениеИзображение
Dağlıq Qarabağdan orduya çağırılanlar, məcburi surətdə silahlandırılıb səngərlərə yerləşdirilən mülki əhali və qaynar nöqtələrdən gətirilən muzdlular arasındakı itkilər də statistik məlumatlar hazırlanarkən nəzərə alınmalıdır.
Erməni ictimaiyyətindən gizlədilən, müxtəlif mənbələrdən, o cümlədən elə düşmənin daxilindən əldə edilən məlumatlardakı rəqəmləri də hesablasaq erməni xalqı üçün dəhşətli bir rəqəm alınır. Hətta təqribi hesablamalara əsasən düşmən tərəfinin 2015-ci ildə verdiyi itki 276 nəfərdən çoxdur.
2016-cı ilə də düşmən tərəfi itkilərlə başlayıb. Ermənilər döyüş itkilərinin gizlədilməsi, hadisə və cinayətlərin ört-basdır edilməsi barədə çox ciddi tapşırıqlar verib və bu istiqamətdə tədbirlər göməyə çalışırlar.
Bu il yanvarın 19-da baş verən, lakin düşmən tərəfindən gizlədilən, əldə etdiyimiz yalnız bir faktı təqdim edirik. Belə ki, həmin gün saat 17.20-də Ermənistan silahlı qüvvələrinin əsgəri, 2014-cü ildə hərbi xidmətə çağırılmış, artilleriya divizionunun hərbi qulluqçusu Avetisyan Edqar Vartaninin silahla ehtiyatsız davranması nəticəsində, sağ qolunun alt nahiyəsindən yaralandığı üçün onun hospitala yerləşdirilməsi və hadisənin ört-basdır edilməsi barədə komandirlərə qəti tapşırıq verilib.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146184
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#54 Сообщение smersh70 » 25 янв 2016, 19:00

Azərbaycan ordusu Ermənistanla sərhəddə yeni strateji yüksəkliyi ələ keçirib.

Modern.az saytı Ermənistanın KİV-nə istinadən xəbər verir ki, Noyamberyan rayonunun Baqanis kəndinin sakinləri (Azərbaycanın Qazax rayonu ilə həmsərhəd) yaxınlıqdakı strateji yüksəkliyin Azərbaycan ordusunun nəzarətinə keçdiyini bildiriblər.

Onların sözlərinə görə, “Odndax” adı verilən yüksəklikdən bütün Baqanis kəndi və ətraf ərazilər asanlıqla görünür.

Erməni jurnalistlər həmin yüksəskliyin fotolarını da çəkib. Modern.az saytı şəkilləri təqdim edir.
Изображение
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146184
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#55 Сообщение smersh70 » 31 мар 2016, 22:46

Oxu.Az axar.az-a istinadən Ermənistan ordusunun yanvar-mart ayları ərzində verdiyi itkiləri təqdim edir:

Yanvarın 9-da Ermənistan ordusunun hərbi qulluqçusu, 1996-cı il təvəllüdlü Aramais Voskanyan cəbhədə öldürülüb.

Yanvarın 19-da Ermənistan Silahlı Qüvvələrinin əsgəri Avetisyan Edqar Vartani silahla ehtiyatsız davrandığı üçün hospitala yerləşdirilib.

Azərbaycan Müdafiə Nazirliyi fevralın 3-də Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribat qrupunun 3 nəfər üzvünün məhv edildiyi barədə məlumat yayıb.

Fevralın 4-dən 5-nə keçən gecə təmas xəttində baş verən atışma nəticəsində 1996-cı il təvəllüdlü erməni əsgər Simon Çavrşyan ölüb.

Azərbaycan ordusunun fevralın 5-də düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələri nəticəsində erməni tərəfinin texnikası və şəxsi heyəti sıradan çıxarılıb. Ehtimala görə, ən azı düşmən tərəfdən 2 hərbi texnika və canlı qüvvə məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 12-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində mövqelərimizə basqın etməyə cəhd göstəriblər. Nəticədə düşmən 5-7 nəfər itki verib.

1997-ci il təvəllüdlü David Terteryan Dağlıq Qarabağdakı hərbi hissələrdən birində öldürülüb.

Fevralın 19-da işğal altında olan Dağlıq Qarabağda erməni hərbçilər arasında münaqişə baş verib. Pulemyotçu Temur Sloyan qulluq etdiyi bölmənin komandiri kiçik serjant Kamo Ovanisyanı güllələdikdən sonra intihar edib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 3-dən 4-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısı alınıb. Ermənilər qoşunların təmas xəttində mövqelərimizə yaxınlaşaraq ərazini minalamağa cəhd göstəriblər. Görülən qabaqlayıcı tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə yerində düşmənə məxsus iki ədəd mina, iki ədəd qumbara və istifadə etmək istədikləri qana bulaşmış ləvazimatlar aşkar olunub.

Azərbaycan ordusu martın 4-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin son təxribat törətmək cəhdinə cavab olaraq və bölmələrimiz növbəti təxribata hazırlaşan düşməni əvvəlcədən aşkar edərək ona qabaqlayıcı zərbə endiriblər. Düşmən atəş nəticəsində hərbi texnika və onlarla canlı qüvvə itirib.

Martın 10-da erməni hərbçilərin olduğu maşın İrəvan-Mehri yolunda qəzaya düşüb. Nəticədə Ermənistan ordusunda müqavilə əsasında xidmət edən 3 hərbçi ölüb, ikisi yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 11-də cəbhənin Ağdam istiqamətində Ermənistan ordusunun növbəti dəfə təxribatının qarşısı alınıb. Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Ermənistan tərəfi martın 12-də 1997-ci il təvəllüdlü Sarkis Ohanyanın ölümü barədə xəbər yayıb. O, cəbhənin şərq istiqamətində qumbara partlaması nəticəsində ölüb.

Həmçinin erməni mətbuatının yazdığına görə, mart ayının ilk 15 günü ərzində ancaq daxili çəkişmələr, intizamsızlıq, silahla davranma qaydalarının pozulması və özünəqəsd nəticəsində Ermənistan ordusunda 5 nəfər ölüb, 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Martın 17-də Dağlıq Qarabağ ərazisində yerləşən hərbi hissələrdən birində 1996-cı il təvəllüdlü Artyom Arsenoviç Varderesyan öldürülüb.

Həmin gün Ermənistan ordusu daha bir itki verib. 1997-ci il təvəllüdlü Ovanes Arutyunyan silahla ehtiyatsız davranıb və ölüb.

24 mart səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin Qafanda yerləşən "N" saylı hərbi hissəsinin əsgəri Sevak Hambasumyan hərbi poliqonda güllə yarası almış vəziyyətdə aşkarlanıb. Aparılan araşdırmalar nəticəsində onun başından vurulduğu məlum olub.

Azərbaycan ordusu martın 26-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinə məxsus canlı qüvvə və hərbi texnikanı məhv edib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 27-də Ermənistan ordusunun bölmələri Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq ərazimizə soxulmağa cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilib və qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur ediliblər.

Martın 30-da qoşunların təmas xəttində David Qriqoryan adlı erməni hərbçisi güllə yarası alıb.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146184
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#56 Сообщение smersh70 » 02 апр 2016, 17:57

Cəbhədə vəziyyətlə bağlı son məlumat
2 aprel 2016 il

Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Изображение
Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.
Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.
Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Müdafiə naziri döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyətini, hərbi təcrübəsini və döyüş ruhunu yüksək qiymətləndirib.
Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaqdır.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146184
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#57 Сообщение smersh70 » 08 апр 2016, 14:09

Qarabağda aparılan əməliyyatların detalları. Döyüş gecəsinin təfərrüatları. Buraxılan səhvlər. Nəticələr..."

Изображение
Əslində erməni hərbi birləşmələrinin genişmiqyaslı əməliyyatı Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-da Nüvə Sammitində olanda baş tutmalı idi. Belə ki, Ermənistan tərəfi birinci əməliyyatını hələ sammitdən əvvəl - 25 martdan 26 marta keçən gecə Qazax istiqamətində başlamışdı. 20 martdan başlayaraq Ermənistan ordusu cəbhənin Qazax rayonu istiqamətində olan sərhədinə ağır texnika, canlı qüvvə toplayır və 26 mart gecəsi mövqe döyüşlərinə start verir. Nəticədə hər tərəf itkilər verir, lakin erməni tərəfin əsas məqsədinin hücum yox, Azərbaycan Ordusunun diqqətini Qazax istiqamətinə yönəldərək onun Qarabağ ətrafındakı hərbi qüvvələrini daimi dislokasiya yerlərindən çıxarıb Ermənistanla sərhədə cəmləşdirməklə qarşı tərəfin mövqelərini zəiflətmək planları Azərbaycan Müdafiə Nazirliyinin Kəşfiyyatçılarına bəlli olur…

Eyni zamanda şəxsən Lyova Mnatsakanyan (qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri) tərəfindən planlaşdırılan və həyata keçirilən əməliyyatın əsas hissəsi olaraq erməni hərbi birləşmələri Füzuli, Ağdam, Tərtər istiqamətinə əlavə ağır texnika və canlı qüvvə toplamağa başlayırlar.

Изображение
Bunların içində istifadəyə yararlı BTR-80, BMP-1, BMP-2 və T-72 ağır tanklarla yanaşı, tam şəkildə hərbi əməliyyatlar aparmağa qadir olmayan və yalnız hücum kəmiyyətini çoxaltmaq məqsədi ilə BTR-70 və hətta T-55 tankları Ermənistandan və erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Qarabağın digər regionlarından toplanaraq səfərbər olundu.


Bu məlumatlar da tam təfərrüatı ilə Azərbaycanın mövcud peyk imkanları və daimi işləyən kəşfiyyat kanalları ilə Müdafiə Nazirliyinin rəhbərliyinə daxil oldu. Dərhal Ermənistan tərəfindən fərqli olaraq hər an hücumları dəf etmək məqsədi ilə müəyyən qaydada dislokasiya edilən və kifayət qədər ağır texnika və digər sursat və canlı qüvvə ilə təchiz olunmuş Azərbaycan ordusunun hissələri döyüş hazırlığına gətirildi və mövcud çatışmazlıqları aradan qaldırmaq üçün mərkəzdən əmrlər aldı.

Martın 29-u və 30-u Füzuli, Ağdam və Tərtər cəbhələrində yerləşən erməni postlarının qarşısında potensial hücumlara qarşı yaradılmış süni təpələr traktorlar vasitəsilə ləğv edilərək təcili surətdə 4,5 metrlik dəhlizlər açılır. Bu dəhlizlərin açılması Azərbaycan kəşfiyyatçılarına artıq erməni tərəfin ağır texnika ilə hücum əməliyyatlarına hazırlıqları haqda tam aydın məlumat verir və Müdafiə Nazirliyinin yaratdığı səyyar qərargahda hərbi analitiklər tərəfindən ermənilərin ehtimal olunan hücum taktikaları proyeksiya olunur. Eyni zamanda mövcud müdafiə planı təkmilləşdirilərək ordu hissələrinə çatışmayan və ya sıradan çıxan texnika və cihazların arxa cəbhədən gətirilməsi təmin olunur.

Amerika Birləşmiş Ştatlarının paytaxtında artıq Nüvə Sammiti işinə başlayıb və Azərbaycan Prezidenti İlham Əliyev iştirakçı olaraq Vaşinqtondadır. Bu fürsətdən istifadə edərək və bu barədə hələ 2016-cı ilin yanvar ayından məlumatı olan erməni tərəfi 31 martdan 1 aprelə keçən gecə yuxarıda adıçəkilən istiqamətlərdə genişmiqyaslı hücuma başlayır. Lakin bu əməliyyat yalnız artilleriya hazırlıqları ilə müşayiət olunur və məqsədi Azərbaycan tərəfini panikaya salmaq və mövcud sursat bazasını tükəndirmək xarakteri daşıyır. Uzunmüddətli və şiddətli artilleriya hazırlığı zamanı erməni hərbi birləşmələri bütün cəbhə boyu 5 saat ərzində D-30 tipli 122 mm haubitsa, ML-20 152 mm haubitsa-top, 2A36 152 mm top, D-44 85 mm divizion topu, minomyotlar və Qrad reaktiv atəş sistemlərindən istifadə edərək əsasən Azərbaycan ordusunun dislokasiya yerləri və panika yaratmaq məqsədi ilə yaşayış məntəqələrinə də zərbələr endirirdi.

Изображение
Lakin əvvəlcədən aparılan uğurlu hazırlıq işləri nəticəsində Azərbaycan tərəfinin mövcud dislokasiyaları artıq yerdəyişmələri etdikdən ordu həmin gecə ciddi itkilər vermədən cavab atəşi ilə erməni tərəfini susdura bildi və 1 aprel səhər saat 08:00 radələrində artıq erməni tərəfinin artilleriyası susdu. Artilleriya hazırlığından sonra gözlənilən hücum da baş tutmadı. Bunun bir neçə səbəbi ola bilər, ya bu mövcud planın birinci hissəsi idi – onda sual olunur, niyə əvvəlcədən tankların hücumu üçün təpələrdə dəhlizlər açılırdı, ya da erməni tərəfi Azərbaycan ordusunun hazırlığını gözləmirdi və şiddətli cavab atəşi onların mövqelərinə ciddi xətər yetirərək yenidən qruplaşmağa məcbur etdi.

"Müharibədən qaçmaq olmaz, onu yalnız düşmənin xeyrinə ləngitmək olar". Nikkolo Makiavelli
1 aprel, səhər tezdən cəbhə xəttində yerləşən bəzi hərbi hissələrə azərbaycanlı gənclərin axışması müşahidə olunur. Bu yerli sakinlər də hərbçilərdən silah tələb edirlər ki, onlara silah verilsin. Daim bu cür artilleriya zərbələrinə məruz qalaraq problemlər yaşayan sakinlər kütləvi şəkildə Azərbaycan ordusuna yazılaraq döyüşə atılmaq və 24 il davam edən işğala son qoymaq istəyirlər.

Burada balaca bir haşiyəyə çıxmalıyam. 1990-cı illərdə həmin ərazilərdə erməni tərəfindən bu cür şiddətli artilleriya hazırlığı mülki insanları yerlərindən didərgin salıb uzun köç karvanları yaradırdısa, bu gün, 22 il sonra yerli əhalini əlinə silah alıb evləri, vətənləri uğrunda vuruşmağa sövq edir.

Həmin günün ikinci yarısınadək əldə olunan kəşfiyyat və analitik məlumatlara görə, 1 apreldən 2 aprelə keçən gecə erməni tərəfi öz qüvvələrini yenidən qruplaşdırıb heç nəyə baxmayaraq ağır texnikanın müşayiəti ilə hücuma keçəcək. Bu əməliyyat məlumatları da Bakıya çatdırıldı. Vəziyyət gərginləşirdi… Belə qısa müddətdə cəbhəyanı ərazilərdən əhalinin evakuasiyası mümkün olmazdı. Bakıdan gecəyədək kifayət qədər əlavə qüvvə çəkmək üçün də vaxt qalmırdı. Eyni zamanda, ikinci Xocalının törədilməsinə də imkan vermək olmazdı. Beləliklə, Prezident İlham Əliyev hələ də Sammitdə olan zaman çox zəruri və dürüst qərar verilməli idi…

Və Qərar verildi! Bütün cəbhə boyu külli miqdarda ağır texnika ilə gücləndirilmiş erməni hərbi birləşmələrinin hücumunun qarşısını həm də havadan aviasiya vasitəsilə saxlamaq və əhalini xilas etmək olardı. Orduya könüllü müraciətlərinin sayı durmadan artırdı. Azərbaycan pilotları bir nəfər kimi cəbhəyə yollanmağa və əhaliyə dəstək olmağa hazır olduqlarını bildirdilər. Təşkil olunmuş heyət təcili surətdə cəbhə bölgəsinə ezam olundu.

1 apreldən 2 aprelə keçən gecə erməni silahlı birləşmələri bütün cəbhə boyu hücuma başladılar. ANS-in Qarabağ bürosunun rəisi Ramin İbrahimov ilk məlumatı yollayanlardan oldu. Bu, gecə saat 03:00-a təsadüf etdi! Digər tərəfdən isə ilk məlumat Ermənistan Müdafiə Nazirliyinin bəyanatı şəklində, həmişə olduğu kimi bütün məsuliyyətı Azərbaycan tərəfinin üzərinə qoyaraq yalnız səhər saat 08:00-da elan edildi. Bu da öz növbəsində erməni tərəfinin əvvəlcədən hazırladığı press-relizləri elan edə bilmədiklərinin sübutu idi və ona görə də 5 saat ərzində gözlənilmədən düşdükləri vəziyyəti araşdıraraq yeni məlumat və press-reliz hazırlamalı oldular. Belə ki, erməni hərbi hissələrinin hücumu bütün cəbhə boyu məğlubiyyətə uğradı və bu azmış kimi əllərində olan əsas və strateji yüksəklikləri tam itirdilər.

"Həqiqətən, hər hansı məntəqəyə etibarlı şəkildə sahib olmağın yeganə üsulu onu tamamilə məhv olmağa məruz qoymaqdı". Nikkolo Makiavelli
Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi erməni tərəfinin hücumu və ümumiyyətlə gözlənilən əməliyyatı iki əsas hissəyə böldü. Birinci mərhələdə əsas məqsəd erməni hərbi birləşmələrinin hücumunun qarşısını almaq idi və Şumlama texnologiyası ilə pərakəndə salınmış erməni tərəfinin hərbi qüvvələrinə yenidən qruplaşmağa imkan verməyərək yeni və təzə qüvvələrlə ikinci mərhələyə keçib daim cəbhəyanı Azərbaycan yaşayış məntəqələrini gülləbaran edən Lalə İlahi Təpə, Talış kəndi ətrafındakı yüksəklikləri və Seysulan məntəqəsini ələ almaqla birdəfəlik adıçəkilən yüksəkliklərə Azərbaycan bayrağını sancmaqdı.

Plan cızılmışdı və indi onu keyfiyyətlə həyata keçirmək lazım idi. Gözlənilən vaxtda erməni ağır texnikası əks tərəfə təzyiq göstərmək məqsədi ilə dəhşətli səs-küy salaraq Azərbaycan yaşayış məntəqələrinə hücuma başladı. İstiqamətləri və marşrutları əvvəlcədən bəlli olduğundan və kəşfiyyat məlumatlarına arxalanaraq Azərbaycan tərəfinin artilleriya qurğu və toplarının nişangahları irəliləyən ağır texnikanın düz alınlarına nişanlanmışdı və eyni zamanda açılan atəş nəticəsində bir neçə tanklara xətər yetirildi, ən əsası isə texnika quruluşu sıralarında ciddi panika yarandı. Lakin artilleriya toplarının əsas təyinatı tanklara qarşı mübarizə olmadığından hərəkət bir müddət ləngisə də sıralar qruplaşıb hücuma davam etdilər.

Изображение
Bu zaman Azərbaycan ordusunda mövcud olan tanklara qarşı xüsusi silahdan istifadə edilməyə başlandı. Bu reaktiv silah 5 km məsafəsində yerləşən tankların yerlərini özü müəyyənləşdirir və avtomatik rejimdə onu məhv edir. Bu silahın daha ibtidai variantı “Səhrada Fırtına” əməliyyatında ABŞ ordusu tərəfindən istifadə nəticəsində İraq ordusunun ağır texnikasını hərəkətdən məhrum edərək tam şəkildə iflic etmişdi. Silahın iş prinsipinə gəldikdə - 5 km radiusunda yerləşən ağır texnikanın aparat tezlik və dalğalarını müəyyən edərək onların mühərriklərinin istilik mübadiləsinə tuşlanaraq kumulyativ zərbə ilə tankı salamat saxlayaraq hərəkətsiz edir və içindəki ekipajı tam şəkildə məhv edir. Məhz bu xüsusi silahın işə salınması ilə erməni tərəfə məxsus 4 ədəd müxtəlif çaplı ağır texnika məhv edildi və bundan sonra onlara yardım məqsədi ilə gələn daha bir tank vuruldu. Erməni ordusunun hücum taktikasından bəlli oldu ki, onlar Azərbaycan ordusunda mövcud olan bu xüsusi silahın olmasından xəbərdar deyildilər. Məhz bu hərəkətlər nəticəsində hücumun qarşısı alındı və Azərbaycan Müdafiə Nazirliyi tərəfindən hazırlanan müdafiə planının 1-ci mərhələsi sona çatdı.

2-ci mərhələyə görə, 10 illərlə erməni tərəfinin mövqeləri sayılan və onlarla km aran məsafələrinə nəzarət edən, daim Azərbaycan yaşayış məntəqələrinə atəş yağdıraraq hər həftə 3-5 mülki insanın həyatını aparan yüksəkliklərin ləğv olunması və nəticə olaraq Azərbaycan ordusunun nəzarətinə keçməsi idi. Bu, çox çətin mərhələ idi. İş burasındadır ki, 10 illərlə bu yüksəkliklərdə erməni hərbi qüvvələri məskunlaşmış, səngər, post və blindajlarını beton sərdabələrə çevirərək ətək hissələri tam şəkildə minalamışdılar və bununla onlara yaxınlaşmaq imkanlarını sıfra endirmişdilər.

"Taleyin hökmünə az arxalananlar hakimiyyətdə daha uzun müddət qalıblar". Nikkolo Makiavelli
Bu andan plan üzrə döyüşə Azərbaycan hərbi hava qüvvələri qoşulur və dəqiq, əvvəlcədən korrektə olunmuş zərbələrlə adıçəkilən yüksəkliklərin ətəklərini və blindajla səngərləri şumlamağa başlayırlar. Hərbi helikopterlərin bu əməliyyatlarına iriçaplı artilleriya da yardımçı olur. Bu anlar erməni hərbi birləşmələri üçün əsl cəhənnəm idi. Düz 50 dəqiqə erməni səngərlərindən heç bir reaksiya yox idi – onlar bunu gözləmirdilər. Lakin əməliyyatın gedişində Azərbaycan ordusunun bir hərbi Mi-24 tipli helikopterini vurmağa müvəffəq oldular. Erməni tərəfindən buraxılan Stinger tipli raketin helikopterin arxa pərlərini sıradan çıxarmasına baxmayaraq Lalə İlahi Təpə yüksəkliyini təmizləyən ekipajın hələ də sağ-salamat özünü xilas etmək imkanları var idi. Lakin Mayor Təbriz Musazadə, Mayor Urfan Vəlizadə və Baş Leytenant Bəkir İsmayılov yanan 12 tonluq helikopteri erməni blindajlarına çırpmağı qərara alaraq, doğrudan da qəhrəmancasına həlak oldular. Helikopter sürətlə yüksəklikdə olan mövqelərə çırpılandan sonra hələ bir müddət də digər mövqeləri şumlayaraq ermənilərin arxa cəbhəsinə düşdü. Pilotların bu hərəkəti və ümumiyyətlə helikopterin vurulması tankçıların səbr kasasını daşdırdı və onlar əvvəlcədən planlaşdırılmış yürüşlə yüksəkliyə tərəf hərəkətə başladılar. Azərbaycan ordusunun əsgər və zabitləri zəncir çeynəyərək 95 dəqiqə ərzində bütün cəbhə boyu Lalə İlahi Təpə, Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan məntəqəsini ələ almaqla əsas yüksəkliklərə sahib oldular.
Изображение
Mi24 helikopterində şəhid olan mayorlar- Vəlizadə Urfan (solda), Musazadə Təbriz (sağda) Baş leytenant Bəkir İsmayılov, baş leytenant (Mi-24 vertolyotunun ekipajı), Kürdəmir rayonundan hərbi xidmətə çağırılıb.


Bu ərəfədə Ermənistan politoloqları bir sıra internet informasiya saytlarında Lyova Mnatsakanyanın rəhbərlik etdiyi bu əməliyyatı hərbi uğursuzluq kimi qələmə verdilər. http://www.armtoday.info" onclick="window.open(this.href);return false;, http://www.regnum.ru" onclick="window.open(this.href);return false;, http://www.news.am" onclick="window.open(this.href);return false;, http://www.panarmenian.net" onclick="window.open(this.href);return false; kimi saytlar əvvəlcə öz ordularını ifşa edirdilərsə, artıq günorta saatlarında bir ağıza Azərbaycan ordusunu işğalçı adlandıraraq erməni ordusuna reveranslar yağdırmağa başladılar. Düşünürəm, bu, Ermənistan Prezident aparatının məsul şəxsinin zəngindən sonra baş tutdu. Bu fakt öz növbəsində yenə də qədim tezisi təkrarladı - Ermənistan establişmentində müxtəlif yönümlü və fikir ayrılıqlı liderlər olsa belə - onlar hamısı bir mənbədən qidalanırlar.

Dediyim kimi cəbhədə gedən mövqe döyüşləri informasiya sahəsində də müşahidə olunurdu… Və burada Azərbaycan tərəfinin guya helikopterin vurulmaması haqda yanlış məlumatı dərhal erməni mediasının əlində bayraq oldu və buna görə bütün gələn informasiyaları da şübhə altına salmaq üçün zəmin yarandı. Lakin həmin günün axşamı səhv etiraf olunaraq azərbaycan tərəfinin itkiləri haqda, o cümlədən helikopterin vurulması haqda dəqiq açıqlama yayıldı. Belə ki, Azərbaycan tərəfi bu əməliyyatlar zamanı 12 əsgər itkisi haqda məlumat verdi, erməni tərəfi isə 18. Nəzərə alsaq ki, bu məzmunlu rəsmi məlumatlarda bəzi rəqəmlər əsasən azaldılmış olur – ola bilər ki, əslində həlak olanların sayı hər iki tərəfdən bir qədər çox olub, amma yenə də erməni tərəfin itkiləri daha çox kimi görünür. Hərb elmindən başı çıxan hər bir kəs bilir ki, hücum edən tərəfin itkisi daha çox olur.

"Mühakiməyə layiq səhvi imkanlarını nəzərə almadan öz məqsədinə nəyin bahasına olursa-olsun çatmaq istəyən edir". Nikkolo Makiavelli
Bir şeyi dəqiq demək olar ki, erməni tərəfin Azərbaycan Prezidenti və Baş Komandan İlham Əliyevin Azərbaycanda olmaması və gözlənilməzlik amilindən istifadə edərək hücum və əlavə torpaqlar əldə etmək cəhdi boşa çıxdı. Bu azmış kimi onlar hələ vacib yüksəklikləri də əldən verdilər. Sözsüz ki, bu, erməni tərəfin planlarına daxil deyildi. Bəs bu əməliyyatın əsl səbəbləri nə idi və niyə ermənilər məhz bu gün, bu ay, bu il hücuma start verdi?

Səbəblər müxtəlif ola bilər – Serj Sarkisyanın Ermənistan və Qarabağ əhalisi arasında son vaxtlar mövcud iqtisadi böhran və millətin kütləvi şəkildə müflisləşməsi fonunda reytinqinin aşağa düşməsindən, Rusiyaya dəstək olaraq Ermənistanın hərbi provokasiyaları nəticəsində Azərbaycanın regiondakı strateji müttəfiqi olan Türkiyəni daha bir sərhədyanı münaqişəyə düçar etməklə daha da zəiflətmək, bundan əlavə Azərbaycanın son vaxtlar dünyaya inteqrasiyası, aprelin sonunda Bakıda keçiriləcək BMT-nin Qlobal Forumu və bu ilin ortasında start götürəcək Beynəlxalq Formula 1 yarışları fonunda respublikanın sabit ölkə kimi imicinə xələl gətirmək və bununla da onu bütün beynəlxalq tədbirlərdən təcrid etmək. Serj Sarkisyan və onun komandasının Ermənistanın dövlət büdcəsindən iddia edilən Qarabağ uğrunda gedən döyüşlərə ayrılan külli miqdarda vəsaitlərin mənimsəmələrini də hesabdan silmək lazım deyil.

Burada vacib olan bir faktor da Rusiyanın bu münaqişəyə olan münasibətidir. Bir tərəfdən Rusiya ilə ikitərəfli hərbi və siyasi dəstək haqqında sazişi olan ac və iqtisadi cəhətdən zəif və milyardlarla borcu olan Ermənistan var və digər tərəfdən artıq 3 milyarddan çox Rusiya hərbi sənayesinə vəsait yatıran və bunu davam etdirməyə hazır olan Azərbaycan. Düşünürəm ki, Rusiya bu məsələni həmişə olduğu kimi ümumi regional vəziyyətdən çıxış edərək, lakin heç bir halda gəlirlərinin itkisinə getmədən həll edəcək.

"İnsanlar təbiətən pis əməllərə meyillidir, onları xeyir əməllərə yalnız məcbur etmək olar". Nikkolo Makiavelli
Bütün yuxarıda yazılanlar oxucumun qarşısında iki əsas sual qoyur və onlara cavab verməyi tələb edir. Sözsüz ki, vəziyyətin hansı məcrada inkişaf edəcəyi Allahın və Azərbaycan xalqının əlindədir, mən isə yalnız öz subyektiv fikrimi sizə çatdıra bilərəm.

Beləliklə, birinci əsas sual - erməni tərəfi yenə də Azərbaycan yaşayış məntəqələrinə mərmi atəşi yağdıraraq vətəndaşlarımızı narahat edəcəkmi?
Münaqişə tərəfindən müharibə zamanı hər bir addım gözləniləndi və məhz bu səbəbdən Azərbaycan ordusu əsgər və zabit heyətinin canı bahasına onları yaşayış məntəqələrindən maksimum uzaqlaşdırır və mövcud yüksəkliklər uğrunda döyüşlər aparır ki, dinc əhalini bombardman etməyə qarşı tərəfin sadəcə fiziki imkanı çatmasın.

Ümumiyyətlə münaqişə tərəfləri bir-birinə yox, mülki əhaliyə zərbələr endirməyə başlayanda bu sonuncunun zəifliyinin nümayişidir, lakin bunun qarşısını almaq üçün əsrlərlə yoxlanılmış texnologiyalar var. Bu dəfə də artıq ciddi itkilər verən erməni tərəfi vəziyyəti özünün xeyrinə sabitləşdirmək və Azərbaycan ordusunun əks-hücumunu dayandırmaq məqsədi ilə iriçaplı top və haubitsalardan Tərtər, Horadiz və digər böyük və kiçik yaşayış məntəqələrinə atəş açmağa başladı… Yadımdadı, qabaqlar belə zərbələr nəticəsində dağıdılan mülki obyektləri, əsasən də ölən və yaralı vətəndaşları görən onların yaxınları və qalan əhali narazılıq edirdi və nəticədə Azərbaycan ordusu məqsədinə çatmadan döyüşü dayandırırdı. Bu dəfə artıq belə olmadı. Bir tərəfdən artilleriya zərbələri və onların nəticəsində dağıntılara və ölüm hallarına əhalinin münasibəti fərqli oldu – hamı bir nəfər kimi öz dövlətinin gücünə inanaraq əksinə qisas almaq tələbini irəli sürürdü, ordu isə Tərtər əvəzinə - Mardakert (Ağdərə), Horadiz əvəzinə isə Hadrut və Stepanakert (Xankəndi) yaşayış məntəqələrinə artilleriya atəşi ilə xəbərdarlığını çatdırdı. Həmin an erməni tərəfi Azərbaycan şəhər və kəndlərinə artilleriya zərbələrini dayandırdı.

Ümummilli qüvvələrimizi səfərbər edib Baş Komandan İlham Əliyevin əmrini alan kimi uşaqlı-böyüklü, qadınlı-kişili ayağa qalxıb işğal olunmuş torpaqları geri almaq əzmini ortaya qoydu. Bütün millət, on milyona yaxın olan və maşallah, daim artmaqda davam edən əhali hətta əliyalın, silahsız da səsini ucaltsa, iki milyon yarım insana öz sözünü deyə bilər və bu söz eşidiləcək!

İkinci əsas sual – ümumiyyətlə, hökm sürən vəziyyətin inkişafı necə olacaq və tərəflərdən nəyi gözləmək olar?

2016-cı ilin Bahar Döyüşlərində erməni tərəfi 24 il ərzində ilk dəfədir ki, ciddi tərs cavab və külli miqdarda ərazi, texnika və canlı qüvvəsinin itkisi ilə rastlaşandan sonra özünü yığışdırar və gələcək ikitərəfli görüşlərdə daha əlverişli olaraq münaqişəni sülh yolu ilə həll etməyə cəhdlər göstərməyə başlayar və ya növbəti səhv addım ataraq bu hadisələrdən heç bir nəticə çıxartmayaraq diversiya və anneksiya cəhdlərinə davam edəcək və bu halda Azərbaycan ordusunun növbəti əks zərbələri nəticəsində yenə də itkilərlə rastlaşaraq qısa müddətdə Qarabağı və digər əraziləri tam şəkildə itirəcək.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146184
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#58 Сообщение smersh70 » 19 апр 2016, 18:35

General-leytenant Yaşar Aydəmirovdan 4 günlük müharibənin ANALİZİ
aydemirov
“Dördgünlük müharibədə Azərbaycan Ordusu döyüşləri öz ehtiyatlarından istifadə etmədən apardı”

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov “AzeriDefence”yə müsahibə verib. O müsahibəsində Azərbaycanla Ermənistan arasında baş verən 4 günlük müharibə ilə bağlı fikir və mülahizələrini bölüşüb.
Изображение
– Cənab general-leytenant, Azərbaycanla Ermənistan arasında baş verən 4 günlük müharibəni necə analiz edirsiniz? Bu döyüşlər nədən başladı və hansı nailiyyətlər əldə olundu?

– Uzun müddət idi ki, Ermənistan tərəfi ön xəttdə atəşkəsi pozmaqda davam edir və son zamanlar bu proses aktivləşmişdi. Əvvəllər gün ərzində 20-30 dəfə atəşkəs pozulurdusa, son aylarda bu rəqəm 70-80, son günlərdə isə 140-150 hadisəyə çatırdı. Bütün bunlarla Azərbaycan əsgərinə mənəvi, pisxoloji və hərbi cəhətdən təsir etməyin mümkün olmadığını görəndən sonra, başladılar kəşfiyyat qurupları göndərməyə. Müxtəlif variantlara əl atsalar da Azərbaycan müdafiə sistemlərinin arasndan keçə bilməyib, üstəlik böyük zərbələrə və itkilərə məruz qaldılar. Dağ şəraitində, daha sonra dövlət sərhədinin Qazax rayonu istiqamətində kəşfiyyatla məqsədlərinə nail ola bilmədilər. Ermənistanın bütün adımlarında müharibəyə başlamaq istəyi açıq-aşkar görünürdü. Azərbaycanın komandanlığı da sözsüz ki, buna kəskin şəkildə cavablar verilməli idi. Azərbaycan Ordusu ön xətdə yerləşən birləşmələrə əks həmlələr edərək bir neçə strateji əhəmiyyətli yüksəkliyi və yaşayış məntəqələrini düşməndən azad etdi. Onu deyim ki, 4 günlük müharibədə Azərbaycanın məqsədi bunlar olub:

. Ermənistan Silahlı Qüvvələrinin hucumlarına kəskin əks cavab vermək,

. ön xəttin quruluşunda öz xeyrimizə düzəliş etmək,

. bəzi yüksəklikləri düşməndən təmizləyərək, erməni qoşunlarının yerləşdiyi məntəqələr üzərində nəzarəti ələ keçirmək və onlar üçün dözülməz təhlükəli vəziyyət yaratmaq.

– Yaşar müəllim, Müdafiə Nazirliyi bildirir ki, ermənilərin öncədən quruplaşmaları müşahidə olunub, onlara qarşı preventiv tədbirlər gerşəkləşdirilib.

– Sözsüz ki, hadisələr baş verməmişdən əvvəl ermənilərin ehtiyyatları, ikinci eşalonda duran bölmələri, birlikləri bizim kəşfiyyatımız tərəfindən aşkar olunub. Onların dislokasiyaları bəlli idi. Dişmənin cəmləşdiyi rayonlarınların çıxışları, ön xətdə duran bölmələr, birlikləri bizim kəşfiyyat xidmətləri tərəfindən müşahidə olunaraq müəyyən tədbirlər görüldü. Bir məsələni də qeyd edim ki, Azərbaycan Ordusu xırda bölmələrlə əks həmlələr gerçəkləşdirib. Artilleriyanın bəzi sistemləri istifadə olunub. Müdafiə Nazirliyinin iri çarplı reaktiv yaylım sistemlərindən isə ümumiyyətlə istifadə olunmayıb. Onlar ön xəttə çağrılmayıb. Bu gün cəbhə bölgəsində kifayət qədər artileriya vəsaitlərimiz var. Ermənilər özləri də gözləmədən zərbələr aldılar. Döyüş əməliyyatlarının ilk saatlarına yerli ermənilərin işğalı altında olan yaşayış məntəqələrimizdən Ermənistan ərazisinə köç etmələri də özünü göstərdi.

– Cənab general-leytenant, döyüşlərin başlandığı ilk gündən Ermənistanın veteranları döyüş xəttinə yönəldi. Səfərbərlik məntəqələrində cavanlardan çox yaşlı veteranların görsənməsin necə izah edərsiniz?

– Ermənistanda səfərbərlik ehtiyatlarında gənclər həddindən artıq azdır. Əsgər çatışmadığı üçün ön xətdə duranlar demək olar ki keçmiş döyüşçülərdir. Dağlıq Qarabağda olan hərbi hissələr tam komplekləşdirilməyib. Hərbi hissələrlə çağrışçıların sayı arasında böyük fərq mövcuddur. Ona görə də səfərbərlik ehtiyatında nə varsa, əli silah tutanları 70 yaşa qədər toplamağa məcburdular. Bir məsələni də qeyd etmək istəyirəm. Ermənilərin döyüşlər bir neçə gün davam edərsə qocalarını ön xəttə çıxaracaqları gözlənildiyi halda bu yarım gün çəkmədi.

Ermənilərdən fərqli olaraq, biz ön xətdəki birləşmələrinin az bir hissəsindən istifadə etdik. Ehtiyyatlardan isə ümumiyyətlə istifadə olunmadı. Hətta əməliyyatlar bir ay davam etsəydi belə Azərbaycanın səfərbərlik elan etməyə ehtiyacı olmazdı.

– Düşməndən geri alınan Lələtəpə və Talış istiqamətindəki yüksəkliklərin əhəmiyyətin necə dəyərləndirirsiniz?

– Cəbrayil rayonunun Cocuq Mərcanlı kəndinin üstündə yerləşən Lələtəpə yüksəkliyindən Araz çayı boyunca Füzuli rayonunun bütün kəndlərini müxtəlif cihazlarla nəzarətdə saxlamaq mümkündür. Həm də atəşlə bizim nəzarətimizdə olan yaşayış məntəqələrini vura bilərdilər. Talış kəndinin ətrafındakı yüksəkliklərdən isə Tapqaraqoyunlu kəndini və digər yaşayış məntəqələrimizi daim atəş altında saxlayırdılar.

– Sizcə ermənilərin öz itkiləri barədə açıqladıqları rəqəmlər nə qədər reallığa uyğundur?

– Erməni ordusunun itkiləri 300-dən çoxdur. Ortalıqda olan budur ki, onlar həqiqəti gizlədirlər. Cəsədləri hansı morqda saxladıqların özləri daha yaxşı bilir. Az-az, bir-bir, iki-iki ortaya çıxarıb televiziyada göstərəcəklər. Əgər, mitinqlər güclənərsə yenə dayanacaqlar. Son hiylələri isə həlak olan əsgərlərinin itkin düşdüyünü, fərarilik etdiklərini bəhanə etmək olacaq.
Изображение
Aydemirov

– Cənab general, bu əməliyyatlarda Azərbaycanın əldə etdiyi yeni texnologiyalar da tədbiq olunub. Pilotsuz ucuş aparatları ilə artilleriyanın əlaqəsi açıq müşahidə olunurdu. Yeni tank əleyhinə komplekslər, hava vasitələri… Bu yeniliklər barədə nələri söyləyə bilərsiniz?

–Yenə deyirəm, 4 günlük döyüşlərdə Azərbaycanın yeni aldığı böyük efektli silahlarından istifadə olunmayıb. Ön xətdəki bölmələrimiz ən müasir, modernizə olunmuş silahlarla təchiz ediliblər. Əvvəllər bizdə olunan T-55 tankları, digər köhnə döyüş vasitələri yeniləri ilə əvəz olnub. PUA-lardan geniş istifadə edildi. Ermənistan Ordusundan ələ keçirdiyimiz qənimətlərə baxanda onların durumunu təsəvvür eləmək çətin olmur.

– Yaşar müəllim, “Ohanyan müdafiə xətti”nin sonu nə oldu?

– Ermənistanın müdafiə naziri Seyran Ohanyanın 20 ildən artıq dövürdə qurduğu “Ohanyan xətti” Azərbaycan Ordusunun ön xətt birləşmələrinin müəyyən ehtiyat vasitəsiylə çox tez bir müddətdə yarıldı. Heç ikinci eşalondan, birliklərin ehtiyyatlarından da istifadə olunmadı. Müdafiə xəttini yarmaq üçün lazım olunacaq reaktiv sistemlərdən, toplardan, mühəndis istehkam qurğularından cüzi şəkildə istifadə edildi və nəticə göz önündədir. Buna dünyada adı çıxmış ən az ömürlü müdafiə xətti də demək olmaz. Utancverici, biabırçı bir müdafiə xətti oldu.

– Məlumata görə Azərbaycan ordusu Ermənistanın 2-ci eşalonun da dağıdıb.

– Mən bu barədə danışmaq istəmirəm. Onu deyə bilərəm ki, Azərbaycan Ordusu Ali Baş Komandana tabe olub, əməliyyatları dayandırıb. Yoxsa ordu durmayacaqdı.

– Cənab general, sizcə, ötən tarixlərdə olduğu kimi bu dəfə də ermənilər atəşkəsdən öz məqsədləri üçün istifadə etməyə çalışmayacaqlar? Yeni provokasiyalar törətmələri gözlənilmir?

– Ağılsız hərəkətlər onlarda çox olub. Ermənilər indi yaxşı bilirlər ki, haradasa əks həmlələr etsələr bu onları fəlakətə gətirib çıxaracaq. Azərbaycanın qarşısını o zaman heç bir beynəlxalq təşkilat ala bilməyəcək.

– Uzun müddət idi ki, atəşkəs davam edirdi. Bəzi düşüncələr vardı ki, insanlar artıq soyublar, müharibə istəmirlər. Amma dördgünlük müharibədə bunun əksini müşahidə etdik.

– Bu fikirlə qəti razı deyiləm. Döyüş ruhu yatmayıb və heç zaman öləsi deyil. O ruh müəyyən bir tərbiyyə əsasında sakitləşib. Bizim ermənilərdən fərqləndiyimiz ən gözəl cəhətlərdən biri də odur ki, biz qısa anda döyüşə köklənə və hərəkətə keçə bilərik. Bir çıxış, hərəkət bəs edir. Bunun əyani şahidi olduq. Hamı ön xəttə gedib döyüşmək istəyirdi. Bu insanların hamısını silah altına alsaydıq, o zaman Ermənistanın bir dövlət, ermənilərin bir millət olaraq tarixin arxivinə göndəriləcəyi şübhəsiz idi. Ermənilər özləri də bunu gördülər.

⇒ Zaur Babaşov

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146184
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#59 Сообщение smersh70 » 22 апр 2016, 18:09

Müdafiə Nazirliyi Mətbuat Xidmətindən İşğaldan azad olunmuş ərazilərdən foto və video yayanlara müraciət

Silahlı Qüvvələrimizin keçirdiyi son uğurlu əks-həmlə əməliyyatlarından ruhlanan xalqımız ordumuza müxtəlif sahələrdə hərtərəfli kömək etmək niyyəti ilə dəstəyini əsirgəmir. Azərbaycan əsgərinin uğurlarından qürur duyan vətəndaşlarımızın atdığı bu addımlar könüllülük prinsipi əsasında həyata keçirilib. Bir daha xatırladırıq ki, hər hansı yardımın göstərilməsi ilə bağlı nazirlik rəsmi surətdə heç bir çağırışla çıxış etməyib. Şəxsi təşəbbüslərlə həyata keçirilən istənilən dəstəyə görə Müdafiə Nazirliyi adından hər kəsə dərin təşəkkürümüzü bildiririk.

Eyni zamanda qeyd edirik ki, Silahlı Qüvvələrimiz dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə tam əhatə olunub, təminat və təchizat məsələləri yüksək səviyyədə, keyfiyyətlə davamlı surətdə həyata keçirilir.
Bundan əlavə, bütün sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edirik. İşğaldan azad olunmuş torpaqlara səfər edən dövlət, qeyri-hökumət təşkilatları, ictimaiyyət, media nümayəndələri, o cümlədən mədəniyyət və incəsənət xadimləri olduqları ərazilərdə apardıqları foto və videoçəkilişlərini təəssüflər olsun ki, internet informasiya resursları vasitələri ilə yayırlar.

Bu foto və videoların yayılmasının müdafiə maraqlarımıza zidd olmasını, hazırda ön xətdə yerləşən hərbi qulluqçularımızın təhlükəsizliyinə təhdid yaradacağını, eləcə də düşmən kəşfiyyatı üçün maraqlı olduğunu nəzərə alaraq sosial şəbəkələrdə şəxsi profillərdə mövcud olan görüntülərin təcili surətdə silinməsi xahiş olunur, gələcəkdə yerləşdirilməməsi təkidlə tövsiyə edilir və hamılıqla bu tədbirdə yaxından iştirak edilməsinə çağırırıq.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146184
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#60 Сообщение smersh70 » 10 янв 2017, 03:17


Ответить

Вернуться в «Hərbi sahədəki digər xəbər və yeniliklər»