CƏBHƏ XƏBƏRLƏRİ

Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147151
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11071 раз
Поблагодарили: 16095 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#41 Сообщение smersh70 » 21 мар 2015, 02:00

Изображение
Ter-Tadevesyan: "Erməni mövqeləri təcili şəkildə gücləndirilməlidir"

Qarabağ müharibəsinin iştirakçısı Şuşanın işğalına rəhbərlik etmiş erməni general Arkadi Ter-Tadevesyan cəbhə xəttindəki gərginlikdən danışıb.

O, Azərbaycanın cəbhədə üstün tərəf olduğunu bildirərək erməni mövqelərini təcili şəkildə gücləndirməyin vacibliyinə diqqət çəkib.

"Güclənmə təkcə əsgərlərin sayını artırmaqla bitmir. Texniki cəhətdən də güclənmək lazımdır. Bunu təcili etmək lazımdır", - deyə Arkadi Ter-Tadevesyan bildirib.

Qeyd edək ki, martın 19-da qoşunların təmas xəttində döyüş toqquşması baş verib. 20-dək erməi əsgəri məhv edilib və yaralanıb. Ermənistan rəsmi olaraq itkilərini gizlətsə də, erməni jurnalist və bloqqerlər bildirirlər ki, itkilər xeyli çozdur. Qarabağda hospitallar yaralı əsgərlərlə doludur.

Onu da bildirək ki, müdafiə naziri Zakir Həsənov düşmənin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlarla əlaqədar bildirib ki, özgə torpağına soxulan düşmənin sağ-salamat qalmasının yeganə yolu, işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir. Əks təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçılarımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaq./ans/

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147151
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11071 раз
Поблагодарили: 16095 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#42 Сообщение smersh70 » 21 мар 2015, 02:01

Изображение
Yaralı erməni əsgərlərdən birinin qolu kəsilib, biri komadan çıxa bilmir

Martın 19-da cəbhə xəttində düşmən əsgərləri təxribatlar törədərkən ermənilərdən biri başından vurulub.

Bu barədə erməni mətbuatı yazır. Belə ki, başından güllə yarası alan Ararat kəndindən olan əsgər Samvel Akopyan komadan çıxa bilmir.

Belə ki, Xankəndində hospitalda həkimlər 20 yaşlı Akopyanın başından gülləni çıxara bilməyiblər. Həkimlərin sözlərinə görə, hava şəraiti pis olduğuna görə, yaralı erməni əsgəri vertolyotla İrəvan xəstəxanasına göndərə bilmirlər.

Bu arada İrəvan Mərkəzi hospitalın rəhbəri Aram Asaturyan isə açıqlama verib ki, artıq Xankəndi hospitalından Edqar Martirosyan və Sarkis Qabrielyan adlı iki erməni əsgəri İrəvana gətirilib. Asaturyanın sözlərinə görə, onların da vəziyyəti ağırdır.

"Sarkis Qabrielyanın qolu amputasiya edilib, Edqar Martirosyan isə qarnından güllə yarası alıb və əməliyyat olunub. Xankəndində isə daha iki yaralı erməni əsgəri qalıb. Onlardan birinin adı Qor Dalmanyan, digərinin adı isə Samvel Akopyandır", - deyə Aram Asaturyan bildirib.

Xatıraldaq ki, Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb.

Ermənistanın Müdafiə Nazirliyi cəbhədə ölən əsgərlərin analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatları və itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir, xalqın fikrini yayındırmağa çalışırlar.
Изображение
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ermənilərin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlara cavab olaraq bildirib ki, düşmən birmənalı olaraq anlamalıdır ki, o özgə torpağına soxulub və sağ-salamat qalmasının yeganə yolu işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir. Əks təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçılarımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaq./ans/

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147151
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11071 раз
Поблагодарили: 16095 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#43 Сообщение smersh70 » 21 мар 2015, 02:36

Изображение
Ermənistan ordusunu ifşa edən səsyazı

Ermənistan ordusunun dünən cəbhə xəttində törətdiyi təxribatın görüntüləri yayılıb. Görüntünün olması həm də Ermənistan hakimyyətinin növbəti dəfə yalan danışmasını sübut etmiş oldu.

Ötən gün cəbhədəki döyüş toqquşmasını əks etdirən video görüntülər yayıb. Martın 19-da cəbhədə baş vermiş döyüşdə müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək erməni hərbi qulluqçusunu məhv edib və yaralayıb. Görüntülərdə erməni dəstələrinin cəbhənin bir neçə istiqamətdə təxribata cəhd etməsi əksini tapıb. Erməni hərbçilərinin hərəkət trayektoriyası müəyyən edilərək, düşmənə sarsıdıcı zərbə vurulub.

Bu arada internetdə ermənilərin xeyli itki verməsini təsdiq edən, bundan təşviş keçirməsini əks etdirən səsyazıları yayılıb. Telefon danışıqları erməni hərbçilərinə aiddir. Və səsyazısı ötən gün Qarabağda döyüşdən sonra qeydə alınıb. Erməni hərbçilər bir-biri və öz yaxınları ilə danışıq zamanı təmas xəttinin ayr-ayrı mövqelərində itkilərə görə həyacan siqnalı verildiyini, hətta məzuniyyətdə hərbiçilərin geri çağrıldığını bildirirlər.

-Mher, deyirlər indi döyüş gedir. Müharibə hə. Adam ölüb. Ay sənin..... Yenə nə var?

- Bəs deyirlər 6 nəfər yaralıdır, 2 nəfər ölüb? Bir dəqiqləşdir. Ürəyim partlayır.

- Nə var oğlum. Diqqətli olun. Giriblər 24 nəfəri kəsib çıxıblar. Elə onun qabağında. Mışqayla zadla hamı gedib. Ara bizimkilər. Sən necə ordasan? Voobşem artıq başa düşüb. Hamısını kəsib, sərib hə?”.

Haqqında bəs edilən Mişqa qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri Movsen Akopyandı.

“Cana başa düşürsən bu gün də evə gələ bilməyəcəm. Bütün ordu bir nömrəli hazırlıqdadır. Postlarda vəziyyət yaxşı deyil. Hə e 4 ölü xeyli yaralı var. Yaralılardan biri indi ölüb. Vəziyyət pisdir. Mən hadisə olan yerə gedirəm. Telefonuma zəng çatmasa narahat olma. Mən zəng edəcəyəm”.

Video və səsyazıları cəbhədə baş verən döyüşlərin nə qədər ciddi olduğunu və ermənilərin verdiyi itkilərin sayının çoxluğunu göstərir.

Ermənistan tərəfi 3 əsgərini itirdiyini, 4-nün isə yaralandığı təsdiqləyib. Yaralıların vəziyyəti ağır olduğundan İrəvana hospitala aparılıb. Bəzi erməni mətbuatında hospitalır yaralılarla dolu olduğun yazırlar.(anspress.com)

http://bizimyol.info/news/49626.html" onclick="window.open(this.href);return false;

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147151
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11071 раз
Поблагодарили: 16095 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#44 Сообщение smersh70 » 21 мар 2015, 16:37

Cəbhədən son xəbər

MN məlumat yaydı.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 44 dəfə pozub.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Şıxlar, Şuraabad, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147151
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11071 раз
Поблагодарили: 16095 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#45 Сообщение smersh70 » 22 апр 2015, 22:13

https://www.youtube.com/watch?feature=player_embedded&v=R_yNe5K5uvc
https://www.youtube.com/watch?feature=p ... _yNe5K5uvc" onclick="window.open(this.href);return false;
0-a yaxın erməni məhv edildi. Erməni işğalçıları Qarabağ cəbhəsində çoxlu sayda itki vermələri barədə məlumatı təsdiqləyiblər.

Oxu.az xəbər verir ki, bu barədə ermənilərin “ilur.am” saytında məlumat yer alıb.

Bildirilir ki, Qarabağda separatçıların iki hərbi maşını minaya düşüb.

Nəticədə 10-a yaxın erməni işğalçısı məhv edilib.

Oxu.Az düşmən hərbi maşınlarının minaya düşməsi anını əks etdirən videogörüntüləri təqdim edir.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147151
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11071 раз
Поблагодарили: 16095 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#46 Сообщение smersh70 » 26 июл 2015, 00:12

ИзображениеИзображение
Düşmənin qarşısı alınarkən şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçusu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu dəfn edilib.

ANS TV-nin məlumatına görə, Vətən uğrunda canını qurban verən şəhidimiz anadan olduğu Gədəbəyin İvanovka kəndində torpağa tapşırılıb.
Allah rehmet elesin ,mekani cennet olsun,amin

Fətəliyev Eldar Səxavət oğlunun meyidi hərbi qulluqçular tərəfindən yaşadığı İvanovka kəndinə gətirilərək ailəsinə təhvil verilib.

Daha sonra şəhid yaşadığı kənddə torpağa tapşırılıb. Şəhid Fətəliyev Eldar Səxavət oğlu Silahlı Qüvvələrimizin hərbi qulluqçusu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.
Allah rehmet elesin ,mekani cennet olsun,amin

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147151
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11071 раз
Поблагодарили: 16095 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#47 Сообщение smersh70 » 26 июл 2015, 00:20

Изображение
Şəhidin qardaşı: "Eldar 4 erməni öldürüb"
Şəhidlik zirvəsinə yüksələn Eldar Fətəliyev doğma kəndində dəfn edildi.

Düşmənə qarşı döyüşdə mətinliklə vuruşaraq Şəhidlik zirvəsinə yüksələn Fətəliyev Eldar Səxavət oğlunun ölümü doğmalarını sarsıtsa da, onların əbədi qürur mənbəyinə çevrildi.
Milli.Az anspress-ə istinadən bildirir ki, bu gün Gədəbəyin Novoivanovka kəndində dəfn edilən şəhid Fətəliyev Eldar Səxavət oğlunun qohumları ondan qürurla danışıb.

Şəhidin qardaşı Arzu Fətəliyev qardaşının hərbi xidmətə getdiyi vaxtdan bu günə kimi 4 erməni öldürdüyünü açıqqladı. İndi isə onun özü şəhid oldu.

Şəhidin qohumu Kəmalə Nağıyeva Eldarın çox mərd və vətənpərvər bir insan olduğundan söz açdı.

24 yaşlı Eldar Fətəliyev hərbi xidmətini başa vurandan sonra yenidən ordu sıralarına qayıtmışdı. Müddətdən artıq xidmət edən hərbi qulluqçunun 2 azyaşlı övladı var.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri ötən gecədən başlayaraq cəbhənin Gədəbəy istiqamətində atəşkəsi intensiv pozması nəticəsində Fətəliyev Eldar Səxavət oğlu şəhid olmuşdur. Şəhid olan müddətdən artıq hərbi qulluqçu Eldar Fətəliyev bu gün son dəfə öz evinə gəldi.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147151
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11071 раз
Поблагодарили: 16095 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#48 Сообщение smersh70 » 29 окт 2015, 13:57

https://youtu.be/XnbCJP2bHKs
https://youtu.be/XnbCJP2bHKs" onclick="window.open(this.href);return false;

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147151
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11071 раз
Поблагодарили: 16095 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#49 Сообщение smersh70 » 08 дек 2015, 13:00

Vaqif Dərgahlı: “Məhv edilənlər içərisində Suriyadan gəlmiş erməni döyüşçülər, muzdlular da var”
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət kifayət qədər gərginləşib. Düşmən ölkənin təxribatları və diversiya hücumlarının qarşısını alarkən Azərbaycan ordusu itkilər versə də, düşmənə əks zərbələr vurub. 30 noyabrdan sonra davam edən döyüşlərdə ordumuzun əsgəri Elşən İsmayılov, gizir Fariq Novruzov və baş leytenant Abdulla Mollayev şəhid olub, bir əsgərimiz Bəhruz Nəsibov isə yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, son günlər Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində həm Azərbaycan-Ermənistan dövlət sərhədi, həm də işğal olunmuş ərazilərdəki qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Ermənistanın işğalçı rəhbərliyinin məqsədyönlü surətdə gərginliyi artırması Azərbaycan tərəfini cavab tədbirləri görməyə məcbur edib. Sutka ərzində müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə minaatanlardan vurulan zərbələr nəticəsində erməni tərəfi canlı qüvvə sarıdan onlarla itki verib, onun bir neçə avtomobil texnikası sıradan çıxarılıb.

Ermənistan tərəfi döyüş itkilərinin sayını yenə də azaltmaq üçün Dağlıq Qarabağdan olan hərbi qulluqçuların, səngərlərə yerləşdirilən mülki əhalinin, eləcə də Yaxın Şərqin müxtəlif qaynar nöqtələrindən gələn muzdluların məhv edilməsi faktlarını gizlədir. Müdafiə Nazirliyi bir daha bildirir ki, qoşunların təmas xəttində son günlər vəziyyətin daha da gərginləşdirilməsi, düşmənə qarşı tətbiq olunacaq cəza tədbirləri və verəcəyi itkilərə görə bütün məsuliyyət yenə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Qeyd edək ki, nazirlik düşmən mövqelərinin susdurulmasını əks etdirən videokadrlar da yayıb. Kadrlardan belə aydın olur ki, cəbhədə əməlli-başlı müharibə gedir və ənənəvi atəşkəsin pozulmasından söhbət gedə bilməz.
Изображение

Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı da “Yeni Müsavat”a durumun kifayət qədər gərgin olduğunu bildirdi. “Təbii ki, müharibə gedir. Müharibə heç vaxt bitməyib, son vaxtlar isə atəşin intensivliyi artıb”. V.Dərgahlı qeyd etdi ki, son döyüşlər bütün düşmənlə təmas xətti boyu davam edib və minaatanlardan istifadə olunub: “Goranboy istiqamətindən tutmuş, Füzuli istiqamətinə kimi bütün işğal olunmuş ərazilər boyunca atışmalar gedir. Son günlər erməni tərəfi 60, 82 mm-lik minaatanlardan atəş açır. Biz də 60, 82, hətta 120 mm-likdən cavab zərbələri endiririk.

Kadrlardan ola bilsin ki, vəziyyət aydın görünmür. Ancaq 120 mm-lik minaatanların radiusu sığınacaqlarda, səngərlərdə 20 metr radiusda məhvetmə qabiliyyətinə malikdir. Açıq sahədə isə 50 metr və hətta daha artıq məsafədə itkilər ola bilər. Biz atəş açdığımızı gizlətmirik, çünki düşmən atır, biz də cavab veririk. Hətta ermənilərin atəşinə artıqlaması ilə cavab veririk, düşmənin canlı qüvvəsi və avtomobil texnikasını da hədəfə alırıq. Eyni zamanda bu zərbələr zamanı pilotsuz uçan aparatlardan da istifadə edirik, məqsəd hər addımda düşməni məhv etməkdir”.

Nazirlik sözçüsü düşmən ölkə ilə sərhəddə vəziyyətin nisbətən fərqli olduğunu vurğuladı: “Ermənistan tərəfdən minaatanlardan atmırlar, dövlət sərhədi boyu ancaq atıcı silahlardan istifadə olunur”.

V.Dərgahlı bildirdi ki, düşmən tərəf noyabr ayına kimi 100-dən artıq itki verib, amma onlar faktları gizlədir: “Səngərdəki mülkilər, Dağlıq Qarabağdakı əsgərləri və Yaxın Şərqin qaynar nöqtələrindən, xüsusən də Suriyadan gəlmiş erməni döyüşçülər, muzdlulardan da məhv edilənlər var. Amma bu haqda rəsmi məlumat verilmir. Şənbə günü isə erməni polkovniki məhv edildi. Düşmən daim gərginlik yaradır, təxribatlar törədir və cavabını da alır”. Nazirlik təmsilçisi qeyd etdi ki, düşmən ölkədə yaşanan gərginlik üzündən qoşunların təmas xəttində gərginliyin artması gözlənilən idi. Ona görə də ordumuz düşmənin təxribatlarını dəf etmək üçün tam hazırlıqlı vəziyyətə gətirilib.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 147151
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 11071 раз
Поблагодарили: 16095 раз

Re: CƏBHƏ XƏBƏRLƏRİ

#50 Сообщение smersh70 » 23 дек 2015, 02:09

Изображение
1.Gorgan (Yarsi Bizde)
2.GaraxanBeyli
3.Гаракёллу.
4.Ashagi Abdurahmanli (Yarsi bizde )
5.Ashagi Seidaxmadli (Yarsi bizde )

Ответить

Вернуться в «Hərbi sahədəki digər xəbər və yeniliklər»