Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

Автор
Сообщение
Аватара пользователя
Ifti
партизан
Сообщения: 2895
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 918 раз
Поблагодарили: 1422 раза

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#151 Сообщение Ifti » 24 дек 2012, 12:02

24 dekabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Ağdam rayonunun Yusifcanlı, Qaraqaşlı, Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

22 dekabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində, Füzuli rayonunun işğal olunmuş Aşağı Veysəlli, Horadiz, Ağdam rayonunun Sarıcalı, Şuraabad, Tərtər rayonunun Qızıloba, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

Aragorn

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#152 Сообщение Aragorn » 09 янв 2013, 17:03

Çin Azərbaycana hərbi yardım göstərəcək
Azərbaycan və Çin arasında hərbi-texniki əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə bu il bir neçə hökumətlərarası sənədin imzalanması planlaşdırılır.

http://azeridefence.com/news.php?id=7904" onclick="window.open(this.href);return false;

Bu barədə “AzeriDefence.com” saytına eksklüziv olaraq Azərbaycan hökumətindən məlumat verilib.

Bu kontekstdə yaxın vaxtlarda Azərbaycan Müdafiə Nazirliyi və Çin Müdafiə Nazirliyi arasında Çin Xalq Respublikası tərəfindən Azərbaycana təmənnasız hərbi yardım göstərilməsi haqqında sazişin imzalanması planlaşdırılır.

Bu günlərdə müqaviləni imzalamaq üçün Azərbaycan Silahlı Qüvvələrinin Çindəki hərbi attaşesi Nurulla Əliyevə xüsusi səlahiyyət verilib.

Bundan başqa, cari il ərzində iki ölkənin ayrı-ayrı qurumları və şirkətləri arasında əməkdaşlığa və hərbi məmulatların alğı-satqısına dair müqavilələrin imzalanması gözlənilir.

Qeyd edək ki, 2011-ci ildə dövlətlər arasında imzalanmış protokol çərçivəsində Çin Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə 6 milyon Çin yuanı (təxminən 951 067 ABŞ dolları) məbləğində təmənnasız hərbi əmlak yardımı göstərib. Yardım çərçivəsində Çin Müdafiə Nazirliyi tərəfindən Azərbaycana fərqli növlərdə 130 ədəd manqa üçün qış çadırları, 40 ədəd yay çadırları, xüsusi təyinatlı qoşunların desant çıxarması üçün 60 ədəd helikopter kəndirləri, uçuş heyəti üçün 20 ədəd QTK-1 şlemofonu (dəbilqə), uçuş heyəti üçün 50 ədəd oksigen maskası, 10 ədəd rezin qayıq, 26 ədəd RAFT-A-10 xilasetmə salı və 31 ədəd tənəffüs aparatı verilib.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 408 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#153 Сообщение mirotvores70 » 12 янв 2013, 01:26

Azərbaycan Silahlı Qüvvələri və başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normaları təsdiq edilib
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normalarını təsdiq edib. APA-nın NK-nın rəsmi saytına istinadən xəbərinə görə, normalar Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Ədliyyə, Maliyyə, İqtisadi İnkişaf, Səhiyyə nazirliklərinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Dövlət Sərhəd Xidmətinin razılaşdırılmış təklifləri nəzərə alaraq qəbul edilib.
Qərarla Nazirlər Kabinetinin "Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, gömrük orqanlarının, Dövlət Sərhəd Xidmətinin və qanunvericilikdə nəzərdə tutulan digər hərbi birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında" 1992-ci il 19 may tarixli 271 nömrəli qərarının 1-ci hissəsi və 2001-ci il 19 iyul tarixli 125-6 nömrəli qərarı 2012-ci il 31 dekabr tarixindən ləğv edilib. Yeni normalar bu il yanvarın 1-dən qüvvəyə minib.
Normalara uyğun olaraq, döyüş şəraitində hesab olunan hərbi hissələrdə döyüş növbətçiliyi aparan hərbi qulluqçulara 15 qr. kərə yağı, 20 qr. şəkər, 1 qr. çay, 100 qr. 1-ci növ çörək, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən hərbi hissələrdə (bölmələrdə) həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara 20 qr. şəkər, 1 qr. çay, 100 qr. 1-ci növ çörək, 15 qr. kərə yağı və 1500 metr yüksəklikdə yerləşən hərbi hissələrdə (bölmələrdə) həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara 20 qr. şəkər, 1 qr. çay, 100 qr. 1-ci növ çörək, 15 qr. kərə yağı, 20 qr. qatılaşdırılmış şəkərli süd, daimi olaraq aerodromlarda, poliqonlarda, texniki və start mövqelərində uçuş aparatlarına bilavasitə xidmət edən zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına 50 qr. ət və 20 qr. pendir, təmənnasız qan verən donorlara (qan verdikləri gün) 45 qr. şokolad, 200 qr. təbii meyvə və giləmeyvə şirəsi, 50 qr. peçenye, ionlaşdırıcı şüalanmaların orqanizmə təsiri şəraitində və tərkibində zəhərli komponentlər olan yanacaqla işləyən (xidmət edən) hərbi qulluqçulara 50 qr. ət, 30 qr. kərə yağı, 100 qr. inək südü və 20 qr. pendirdən ibarət əlavə ərzaq yardımı veriləcək.



Xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların ailələrinə birdəfəlik maddi yardımın miqdarı 45-50 kq. düyü, 45-50 kq. şəkər tozu, 3 kq. çay, 20-25 kq. kərə yağı və 45-50 kq. 1-ci növ undan ibarətdir. İş günü hesab olunmayan bayram günlərində normanın dəyərinin 30 faizi həcmində əlavə ərzaq payı veriləcək.
Вложения
Sıra.doc
(42 КБ) 368 скачиваний
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
shooter
партизан
Сообщения: 115
Зарегистрирован: 13 фев 2012, 04:08

Благодарил (а): 25 раз
Поблагодарили: 17 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#154 Сообщение shooter » 14 янв 2013, 23:53

Azərbaycan ötən il İsraildən silah və hərbi texnika idxalı həyata keçirib.
2012-ci ildə tərəflər arasında imzalanmış müqavilələr üzrə İsraildən böyük həcmdə atıcı silahların, rabitə vasitələrinin, raket və pilotsuz sistemlərin satın alınması baş tutub.

Ötən il İsraildən alınmış atıcı silahlar arasında UZİ markalı tapança-pulemyotlar, TAR-21 “Tavor” hücum tüfənginin müxtəlif modifikasiyaları, “Negev” tipli əl pulemyotları, snayper tüfəngləri, raket kompleksləri, müxtəlif çaplı artilleriya sistemləri, komanda-kontrol sistemləri yer alıb.

2012-ci ildə Azərbaycan İsrailin “Aeronautics” firması ilə ölkə daxilində “Orbiter 2M” və “Aerostar” tipli pilotsuz uçuş aparatlarının istehsalını reallaşdırmaqla yanaşı, İsrailin “Elbit Systems” firmasından “Heron” və “Hermes-900” tipli yeni pilotsuz aparatlar əldə edib. Sifarişlərin bir qisminin çatdırılması 2013-cü il ərzində davam edəcək.

Qeyd edək ki, 2011-ci ilin sonlarında Azərbaycan və İsrail arasında ümumi dəyəri 1,6 milyard ABŞ dolları olan, silah və hərbi texnikanın alğı-satqısına dair müqavilə bağlanıb. Ötən il Azərbaycan əsasən “Elbit Systems”, “Rafael”, IWI və IMI şirkətlərindən məhsullar alıb.

Аватара пользователя
shooter
партизан
Сообщения: 115
Зарегистрирован: 13 фев 2012, 04:08

Благодарил (а): 25 раз
Поблагодарили: 17 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#155 Сообщение shooter » 20 янв 2013, 23:07

Изображение
Azərbaycanda həqiqi hərbi xidmətə çağırış yaşı artırıla bilər. Silahlı Qüvvələrdə çağırış yaşının 19 və ya 20-yə qaldırılması təklif olunur. Artıq bununla bağlı müəyyən ortaq fikirlər də mövcuddur.

Məsələ ilə bağlı Publika.Az-a açıqlama verən millət vəkili Zahid Oruc bildirib ki, bu barədə hələ parlamentə qanun layihəsinə aid sənəd göndərilməyib:

“Bu gündən başlayaraq, Milli Məclisin bütün komitələri işinə start verib. Bu məsələ isə müzakirə olunmayıb. İnformasiya dövlət strukturlarından daxil olubsa, onu qeyd edim ki, Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü olaraq, məsələyə münasibətim müsbətdir. Bunun bir təcrübə deyil, Avropada özünü doğrultmuş sistem olduğunu qeyd etmək lazımdır. Əlbəttə, müxtəlif ölkələrdə çox fərqli hərbi quruculuq modelləri var. NATO sistemində də köklü şəkildə fərqlər var. Ümumiyyətlə tək övladlılıq, çox övladlılıq, xidmət yaşı ilə bağlı ölkələrin baxışları fərqlidir. Qardaş Türkiyədə vətəndaş xidmətini müəyyən yaş həddinə qədər təxirə salmaq hüququna malikdir.

Bu məsələyə yanaşmam bir parametr üzərində deyil. Problem daha köklü, fundamental prinsiplərin bərqərar olunduğu halda həll olunacaq və uğurlu nəticələr verəcək”.

Millət vəkili ailənin tək övladı olan vətəndaşların hərbi xidmətdən azad edilməsi məsələsinə də toxunub:

“Biz indi deyirik ki, tək övladlılar üçün təkrar möhlət hüquqları bərpa olunsun. Burada iki zidd mövqe yaranır. Birincisi ailələrin mənafeləridir. Yəni, təkcə qeyri-döyüş şəraitində deyil, müharibə gedə-gedə həyatını itirmiş şəxsin ailə institutu da gələcəkdə davam etmə imkanını itirir, gen və qanın varisliyi məhv olur.

90-ci illərin ailə planlaşdırması on minlərlə tək övladlı ailələrin yaranmasına səbəb olub. Dövlət tək övladlar üçün belə hüququ təkrar tanısa, bu çox övladlı ailələr tərəfindən haqsızlıq kimi qəbul edilə bilər. Sanki 3 qardaş olmaq daha aşağı səviyyədir. Qardaşların ixtiyarı var düşünsün ki, bir övlad olsaydım, yəqin xidmətə getməyəcəkdim. Övladlarını çətinliklə böyüdən valideynlər isə hesab edəcək ki, dövlətin təhlükəsizliyi və müdafiəsi 2 və ya 3 uşaqlı ailələrin öhdəsindədir.

Bundan başqa, bu qərar tək uşaqlılığı da stimullaşdıra bilər”.

Z. Oruc bildirib ki, bu məsələdə ortaya çıxan sualları həll etmək və vətəndaşın xidmətə hazırlığını bərqərar etmək üçün orta məktəblərdə xidmətə hazırlığın dövlət proqramı qəbul olunmalıdır:

“Bu kimi proqramlar bütün ölkələrdə mövcuddur. Proqram bir saatlıq hərbi dərslərdən ibarət deyil. Vətəndaşın dövlət qarşısında öhdəliyi varsa, o lap kiçik yaşından tibbi müayinələrdən keçməlidir. Onun göstəricilərinin hamısı informasiya bankında toplanmalıdır. Xidmətə hazırlıq üçün dövlət proqramlarını kompleks şəkildə keçməlidir ki, 18 yaşında, valideynlərinin himayəsindən çıxaraq, tamam başqa psixoloji, mənəvi, fiziki mühitə adaptasiya oluna bilsin, gərginliklərə tap gətirsin. Bununla da ordu sağlam insanlardan ibarət olardı”.

Millət vəkili hərbçilərin sayının azaldılmasını da təklif etdi:

“Cənubi Qafqazın reallığını, qarşıda duran vəzifələri, hərbi hədəfləri götür-qoy edib, ordumuzun say məsələsini də düşünmək lazımdı. Yəni 120 minə yaxın kontingent, böyük büdcə ağırlığı, çox ciddi resurslar, ölkənin ümumi həyatına ağır yük deməkdir. Paralel şəkildə bizim yeni ərazilər ələ keçirmək və s. vəzifələrimiz də yoxdur. Təbii işğal faktoru var, müharibəni uğurla başa çatdırmamışıq. Amma Rusiya kimi dövlət ordunun sayını 1 milyon 500 mindən 1 milyona endiribsə, Gürcüstanda bu istiqamətdə işlər gedirsə, Avropa ölkələrində NATO sistemi olduğundan optimal hədd varsa, biz də orduda islahatları intensivləşdirməli, peşəkar ordu quruculuğuna keçməli, kontrakt modelində çağırış sisteminə yenidən baxmalıyıq. Bu addım vətəndaşın orduya ömürlük işi kimi yanaşmasını formalaşdırar, say azlığı, ünvanlılıq, şəffaflıq, hesabatlılıq yaradar, ordu üzərində nəzarəti təmin etməyə imkan açar. Bununla da 25-30 il xidmət göstərən peşəkarların ordusu yaranar”.

Damba
партизан
Сообщения: 362
Зарегистрирован: 15 окт 2012, 20:12

Благодарил (а): 111 раз
Поблагодарили: 112 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#156 Сообщение Damba » 21 янв 2013, 12:34

Призывной возраст с 20-и лет можно приветствовать.Это повысит боеготовность войск,пауза в виде службы в армии поможет молодым людям переосмыслить свой жизни.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 408 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#157 Сообщение mirotvores70 » 25 янв 2013, 02:23

Azərbaycan Türkiyədən uzaq mənzilli raket sistemləri alıb

Azərbaycan Türkiyədən uzaq mənzilli raket sistemləri alıb. Bu barədə Türkiyənin ROKETSAN şirkətinə istinadən məlumat yayılıb.

T-300 Çin istehsalı WS-1 sisteminin əsasında lisanziya ilə yığılır. T-300 “Qasırğa” adlı, 300 mm çaplı reaktiv raket sistemləri (Türkiyə Silahlı Qüvvələrində “Qasırğa” adı verilib) raket sistemləri 2010-cu ildə imzalanmış 244 milyon ABŞ dolları dəyərində satınalma müqaviləsi çərçivəsində alınıb.

“Bu raketlər hazırda Türkiyə Silahlı Qüvvələrində istifadə olunan analoqları ilə müqayisədə daha təkmildir”, - deyə məlumatda bildirilib. Sistemin özəllikləri və sayı barədə əlavə məlumat verilməyib.

Müqavilə çərçivəsində Azərbaycana həmçinin əlavə olaraq ROKETSAN istehsalı olan digər raket sistemləri də çatdırılıb.

Modern sistemlərlə təchiz olunmuş T-300 rəqibin 100 km-dən artıq uzaqlıqdakı kritik hədəflərini məhv etmək üçün hazırlanıb. Hazırda Türkiyə Silahlı Qüvvələrinin silahlanmasında yer alan bu sistem 6x6 və ya 8x8 taktik təkərli nəqliyyat vasitələrinin üzərində yerləşir. Sistemə hər birinin uzunluğu 5 metr olan 4 buraxıcı boru daxildir. Raketlər 6 saniyə intervala buraxılır. T-300 sistemi avtomatik atış-kontrol sistemi ilə təchiz olunub.

Sistemin atəş açdığı 300 mm çaplı raketin ağırlığı 525 kq, döyüş başlığının ağırlığı isə 150 kq təşkil edir.
Изображение
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 408 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#158 Сообщение mirotvores70 » 28 янв 2013, 20:06

Xoş xəbər var!

Türk dünyası, ekonomiden sonra askeri bir birlik etrafında da biraraya gelecek.

Türk dünyası artık askeri bir birlik oluşturuyor. Avrasya Askeri Statülü Kolluk Kuvvetleri ismini taşıyan teşkilat, ilk toplantısını Azerbaycan'da gerçekleştirdi.

Teşkilatın temelleri Türkiye'de atılmıştı. 2011 yılında Ankara'da alınan kararla Avrasya Askeri Statülü

Kolluk Kuvvetleri'nin oluşturulması gündeme geldi.

AVRUPA VE AKDENİZ BİRLİĞİ'NE ALTERNATİF OLACAK
Avrupa ve Akdeniz Jandarmalar ve Askeri Statülü Kolluk Kuvvetleri Birliği'ne alternatif olması düşünülen teşkilat ilk toplantısını Bakü'de gerçekleştirildi. Toplantıya Türkiye, Azerbaycan ve Kırgızistan'dan askeri yetkililer katıldı.

Türkiye'yi Jandarma Genel Komutanı Bekir Kalyoncu temsil etti. Mogolistan Jandarma Genel Komutanı elverişsiz hava koşulları sebebiyle görüşmeye katılmadı.

MERKEZ ANKARA OLACAK
Toplantıda, Avrasya Askeri Statülü Kolluk Kuvvetleri Teşkilatının kuruluşu resmen ilan edildi. Teşkilatın amacıysa Türk cumhuriyetleri arasındaki askeri işbirliğini kuvvetlendirmek. Örgütün ana karargâhı Ankara'da bulunacak.

Bu yerdə kecəl Əliqasım deyib: Soxdum sizin ODKB-nizə.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 408 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#159 Сообщение mirotvores70 » 28 янв 2013, 22:35

[youtube][/youtu
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 408 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#160 Сообщение mirotvores70 » 29 янв 2013, 00:34

Azərbaycan Ermənistanın hava məkanını tam nəzarətdə saxlayır - ''ARAŞDIRMA''
Azərbaycanın Hava Hücumundan Müdafiə sistemi səviyyəsinə görə Türkiyəni qabaqlayır

2005-ci ildən başlayaraq Azərbaycan hökumətinin Silahlı Qüvvələrin inkişafı proqramı çərçivəsində əsas diqqət yetirdiyi sahələrdən biri də hava hücumundan müdafiə (HHM) sisteminin müasirləşdirilməsi və imkanların artırılması olub.

Ötən 7 ildə Azərbaycan hava hücumundan müdafiə sisteminin modernləşdirilməsi istiqamətində bir neçə əhəmiyyətli proqram həyata keçirib. Eyni zamanda müasir texniki vasitələr və sistemlər alınaraq silahlanmaya qəbul olunub.

Məlumat üçün bildirək ki, Azərbaycan HHM sistemi sovetlər birliyi dönəmində Cənubi Qafqaz hava hücumundan müdafiə sisteminin əsasını təşkil edib. Respublika ərazisində SSRİ dönəmində dövrün ən müasir HHM sistemləri yerləşib, bu sistemlər keçmiş ittifaqın İran və Türkiyə istiqamətindən cənub sərhədlərini mühafizə edib. O zaman bu sistemin tərkibinə dövrün müasir zenit-raket kompleksləri, qırıcı-tutucu təyyarələr, 1986-cı ildən isə Qəbələ radiolokasiya stansiyası daxil olub.


Müstəqillik əldə etdikdən sonra Azərbaycanda Silahlı Qüvvələrin tərkibində Hava Hücumundan Müdafiə Qoşunları yaradılıb. Adıçəkilən qoşunlar Hərbi Hava Qüvvələri ilə eyni komandanlıqda birləşib.

Azərbaycan HHM sistemi I Qarabağ müharibəsində aktiv iştirak etməyib. Buna səbəb kimi I Qarabağ müharibəsində Ermənistanın hərbi aviasiyadan məhdud istifadə etməsi göstərilir. Qarabağ cəbhəsində bu dövrdə əsasən zenit topları və portativ zenit-raket komplekslərindən istifadə edilib.


Satınalmalar


Modernləşmə proqramları ilə yanaşı, ötən dövrdə Azərbaycan xarici ölkələrdən yeni zenit-raket komplekslərinin satın alınmasını həyata keçirib.

Azərbaycan 2010-cu ildə Rusiyadan 2 divizion S-300 kompleksi və 112 ədəd 48N6U2/SA-10E raketi əldə edib. Rusiya ilə imzalanmış bu müqavilənin dəyərinin 300 milyon ABŞ dollarından çox olduğu bildirilir və müqavilə üzrə daha bir S-300 divizionunun alınacağı söylənilməkdədir. Rusiyadan satın alınmış S-300 kompleksi ilk dəfə ictimaiyyətə 2011-ci ildə Bakıda keçirilmiş hərbi parada nümayiş etdirilib. «Google Earth» vasitəsi ilə peykdən çəkilmiş şəkillərə əsaslansaq, bu komplekslər paytaxt Bakının hava məkanını müdafiə edir.

2011-ci ildə İsraillə imzalanmış 1,6 milyard dollarlıq satınalma müqaviləsi çərçivəsində «Barak-8» zenit-raket kompleksi (1 divizion - 6 buraxıcı qurğu və 75 raket), həmçinin EL/M-2080 Green Pine tipli raket əleyhinə müdafiə sistemi əldə olunub. İsraildən satın alınmış «Barak-8» raketləri əsasən gəmilərdə yerləşdirilmək üçün hazırlanıb.
MDB ölkələri arasında ilk olaraq Azərbaycanın silahlanmasına daxil edilmiş EL/M-2080 Green Pine sistemi eyni zamanda axtarış, aşkar etmə, izləmə və raketlərin buraxılmasını həyata keçirir. Hədəfləri 500 kilometrə qədər uzaqlıqda aşkar edə bilən sistem eyni anda 3000 metr/saniyə sürətlə hərəkət edən 30-dan artıq hədəfi izləyə, avtomatik komanda əsasında «Arrow» raketləri ilə məhv edə bilir.

Qeyd olunan dövrdə Azərbaycan Ukraynadan bir sıra HHM sistemləri əldə edib. Rəsmi məlumatlara görə, son illərdə Ukrayna Azərbaycana bir neçə ədəd «Kolçuqa-M» tipli radiotexniki kəşfiyyat stansiyası satıb.

Məlumat üçün bildirək Ki, Belarusun «Tetraedr» şirkətinin direktoru 2011-ci ilin fevral ayında APA-ya açıqlamasında Azərbaycanın bu firmanın istehsalı olan T-38 «Stilet» zenit-raket kompleksləri almaq istəyində olduğunu ifadə etmişdi. Adıçəkilən sistem hərəkət halında olan bölmələrin havadan müdafiəsi məqsədi ilə hazırlanıb. Bundan başqa, Azərbaycan Ordusunun yaxın perspektivdə Rusiyadan «Pantsir» tipli zenit-top raket kompleksi almaq niyyətində olduğu müxtəlif hərbi saytlarda yer alıb.


Mövcud imkanlar


Son 7 ildə HHM sistemini yenidən quran Azərbaycan bu Ukrayna, Belarus və İsraildən müasir radiotexniki kəşfiyyat sistemləri, habelə zenit-raket kompleksləri əldə edib. Mövcud raket parkının modernləşdirilməsi istiqamətində bir neçə proqram reallaşdırıb.

2008-2011-ci illərdə Belarusun «Tetraedr» şirkəti tərəfindən HHMQ-nin inventarında olan S-125M «Peçora» və 9K33M3 «Osa-AKM» sistemlərinin modernləşdirilməsi ilə bağlı iki ayrı proqram həyata keçirilib. Yerli «Azairtecservise» şirkətinin iştirakı ilə həyata keçirilən bu proqram çərçivəsində HHMQ-nin silahlanmasında olan 27 ədəd S-125M kompleksləri S-125 - 2TM səviyyəsinə yüksəldilib. Komplekslərin idarəetmə sistemləri elektronlaşdırılıb, istifadə ömrü daha 15 il uzadılıb. Modernləşmə nəticəsində raketlərin atış uzaqlığı iki dəfə artırılaraq 35, hündürlüyü isə 7 km artırılaraq 25 km-ə çatdırılıb. Artıq bu raketlər 900 metr/saniyə sürətlə hərəkət edən hədəfləri vurma qabiliyyətinə malikdir. Hansı ki, modernləşmədən əvvəl bu göstərici 560 m/saniyə təşkil edib. Eyni zamanda hədəfi məhv etmə dəqiqliyi artırılıb.

«Tetraedr» tərəfindən 2008-2009-cu illərdə modernləşdirildikdən sonra 9K33-1T «Osa-1T» səviyyəsinə çatdırılan digər zenit-raket kompleksi 9K33M3 «Osa-AKM»dən bir sıra üstünlüklərinə görə fərqlənir. Kompleksin maneələrə qarşı müdafiəsi yüksəldilib, döyüş idarəetməsi avtomatlaşdırılıb. Modernləşdirilmiş «Osa-1T» kompleksində 7 km hündürlükdə 12 km-ə qədər uzaqlıqda, 700 m/san qədər sürətlə hərəkət edən hədəfləri vurmağa imkan verən yeni təhrik etmə sistemi tətbiq edilib. Kompleksin tərkibinə əlavə olaraq OES-1T elektro-optik sistemi, 8-12 mkm işçi diapazonuna malik teplopelenqator, televiziya kanalı, habelə radiolokasiya sistemləri işləmədikdə hədəflərin uzaqlığını müəyyənləşdirmək məqsədi ilə lazer məsafəölçəni daxil edilib. Hədəfin müşayiəti üçün əlavə edilmiş elektro-optik sistem rəqib anti-radar raketləri və ya radioelektron mübarizə vasitələri tətbiq etdikdə belə raketlərin istifadəsinə imkan verir. Cihazların 80%-ə qədərinin yenilənməsi hesabına bu kompleksin etibarlılığı yüksəldilib. Testlər zamanı «Osa-1T» kiçik ölçülü hədəfləri, habelə stels texnologiyalar üzrə yaradılmış hədəfləri məhv etmək imkanlarını sübuta yetirib.

Ümumilikdə, Azərbaycanın hava hücumundan müdafiəsi böyük uzaqlıqda (200-500 km) EL/M-2080 Green Pine, S-200 «Veqa» (29-40 km hündürlükdə, 250 km uzaqlıqda), ortaq uzaqlıqda S-300 PMU-2 «Favorit» (200 km uzaqlıqda) sistemləri hesabına təmin olunur. Müqayisə üçün bildirək ki, Azərbaycan bu göstəricilərinə görə, NATO-nun ən böyük ikinci ordusuna malik Türkiyənin mövcud HHM sistemini geridə qoyur.

Bundan başqa, Azərbaycan HHM sistemi yaxın uzaqlıqdakı hədəflərə qarşı tətbiq olunan S-125-2TM «Peçora», 9A33-1T «Osa», M1-2 «Buk», 9K35 «Strela-10» və 2K11 «Kruq» sistemlərinə də malikdir.

Hərbi ekspertlərin fikrincə, hazırda Azərbaycanın HHM sistemi tək ölkənin işğal altındakı ərazilərini deyil, eyni zamanda şimal-qərb və Naxçıvan Muxtar Respublikası istiqamətindən Ermənistanın bütün ərazisi üzərində hava məkanını tam nəzarətdə saxlayır. Son illərdə əldə olunmuş radiolokasiya vasitələri, xüsusilə də ABŞ tərəfindən verilmiş TRML-4D radarı hesabına Xəzər dənizi üzərindəki hava məkanına tam nəzarətdə saxlamaq mümkündür.

Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların hava məkanı isə Beyləqan, Füzuli, Ağcabədi, Göygöl rayonlarında, Naxçıvanda və Kürdəmirdəki radiolokasiya sistemləri tərəfindən nəzarətdə saxlanılır. Bu hava məkanında və Ermənistanın hava məkanında baş verən proseslərin hər biri qeydə alınır.

Azərbaycanın cəbhə xətti yaxınlığındakı raket sistemləri isə ermənilərin istifadəyə vermək niyyətində olduqları Xocalı aeroportuna uçuşlar üçün potensial təhlükə mənbələrindən hesab olunur və bu əraziyə uçuşların qarşısını bilavasitə almağa imkan verir.

Qeyd edək Ki, Ermənistanın HHM sistemi hazırda S-300PT və S-300PS və S-300PT, «Kruq», S-125 «Neva», S-75, «Osa» və «Strela-10» kompleksləri hesabına təmin olunur və bu ölkədə Azərbaycanda olduğu kimi böyük uzaqlığa malik HHM sistemləri mövcud deyil. Ermənistanın Müdafiə Nazirliyi ötən ilin dekabr ayının sonlarında HHM sistemlərinin müasirləşdirməsi proqramını elan edib. Bu çərçivədə ilk olaraq S-300 sistemlərində modernləşmə aparılacağı bildirilib.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Ответить

Вернуться в «Hərbi sahədəki digər xəbər və yeniliklər»