Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#201 Сообщение smersh70 » 18 мар 2015, 20:00

Maddi-Texniki Təminat Baş İdarəsinin yeni inşa edilən obyektlərinin açılışı olub
ИзображениеИзображениеИзображение
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən əşya-əmlakla, ərzaqla, təzə tərəvəzlə və digər kənd təsərrüfatı məhsulları ilə təminatını gücləndirmək məqsədilə hərbi hissə və obyektlərdə tikinti və yenidənqurma işləri davam etdirilir.
Martın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Mərkəzi Əşya Bazası, Mərkəzi Ərzaq Anbarında yeni tikililərin və Maddi-Texniki Təminat Baş İdarəsinin 2-ci inzibati binasının açılışını həyata keçiriblər.
Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Qorxmaz Qarayev naziri qarşılayaraq ona məruzə edib.
Sonra Mərkəzi Əşya Bazasının inzibati və texniki ərazilərindəki tikililər və prespektiv planlar haqqında Müdafiə nazirliyinin rəhbərliyinə qısa məlumat verilib.
Müdafiə naziri yeni tikilmiş 3000 nəfərlik hamam-camaşırxana kombinatının açılışını edərək onun fəaliyyəti ilə tanış olub, orada çalışan qulluqçularla görüşüb və tövsiyələrini çatdırıb.
2015-ci ildə şəxsi heyətin təminatı üçün nəzərdə tutulmuş əşya əmlakının etalon nümunələrinə baxış keçirən Müdafiə naziri hərbi qulluqçuların daha keyfiyyətli geyimlə təmin olunmaları üçün qısa müddətdə görüləcək işlərlə bağlı tapşıraqlarını verib.
Texniki ərazidə inşa olunmuş 36 vaqon tutumlu, 1440 kvadrat metrlik saxlancın açılışı həyata keçirildikdən və əmlakın saxlanması qaydaları ilə tanışlıqdan sonra bazanın ərazisində texnikaların yeni üsulla boyanması işinə baxılıb.ИзображениеИзображениеИзображение
Mərkəzi Ərzaq Anbarına gələn Müdafiə nazirinə inzibati və texniki ərazilərdə mövcud olan tikililər və inkişaf planı haqqında məlumat verilib.
Sonra yeni inşa olunmuş quru ərzaq məsullarının saxlanılması üçün 1000 tonluq, tərəvəz məsullarının saxlanılması üçün 1000 tonluq, tez xarab olan ərzaqların, ət və balıq məsullarının saxlanılması üçün 1000 tonluq soyuducu saxlanclarının və laboratoriya binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Silahlı Qüvvələrin şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması məqsədilə yenidən yaradılan yardımçı təsərrüfatlardan toplanan kənd təsərrüfatı məsulları təminatı gücləndirmək məqsədilə birbaşa şəxsi heyətin qidalanmasına verilir. Gələcəkdə bu işə diqqət daha da artırılacaqdır.
Sonra Müdafiə nazirliyinin rəhbərliyi Maddi-Texniki Təminat Baş İdarəsinin yeni tikilən 2-ci inzibati binasının açılışında iştirak edib.
Qısa müddət ərzində avadanlıqlarla tam təchiz olunmuş binada sinif otaqları, interaktiv tir zalı, geniş idman kompleksi və kitabxana inşa edilib. Ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb, şəxsi heyətin xidməti vəzifələrinin yerinə yetirilməsi üçün lazımi şərait yaradılıb. Binada yerləşən İdarə, xidmət, şöbə və bölmələrin xidməti, texniki və təminat otaqlarındakı vəziyyətlə tanış olunub, şəxsi heyətin iş yerlərindəki şərait öyrənilib.
Sonra rəsmi tədbirlər üçün nəzərdə tutulmuş ümumi zalda Maddi-Texniki Təminat Baş İdarəsinin zabit heyəti ilə görüş keçirilib.
Müdafiə naziri hərbi hissələrin ərzaq, əşya-əmlak təminatına nəzarətin gücləndirilməsi, silah-sursatla təchizatı, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Tədbir iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Videonu bu linkdən istifadə edərək yükləyə bilərsiniz.Изображение

http://www.mod.gov.az/mntv/2015/mtt_18032015/mtt_1803." onclick="window.open(this.href);return false;.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#202 Сообщение smersh70 » 24 мар 2015, 01:46

Изображение
Изображение
Изображение
Изображение
Изображение
Изображение
ИзображениеИзображениеИзображениеИзображениеИзображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#203 Сообщение smersh70 » 22 июл 2015, 01:58

Изображение
Ötən ilin bu vaxtları Ermənistan qoşunlarının təmas xəttində ağır yaralanan əsgərlərimizdən biri, Əsgərov Elvin Mayıl oğlunun bu gün Sabirabad rayonunda toy mərasimi olub.

toy Yeni Azərbaycan Partiyası və Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.

Toyda millət vəkilləri Məlahət İbrahimqızı və Sevinc Hüseynova, Sabirabad rayon icra hakimiyyətinin başçısı, YAP Sabirabad rayon təşkilatının rəhbərliyi iştirak edib.

Xatırladaq ki, erməni diversiya-təxribat cəhdlərinin qarşısını alınarkən yaralanan Elvin Əsgərov ötən ilin avqustun 9-da müalicə üçün Türkiyəyə yola salınmışdı.

Onun müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürmüşdü.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#204 Сообщение smersh70 » 07 ноя 2015, 20:47

Müdafiənin ön xəttində yerləşən bölmələrin hazırlığı yoxlanılıb

Cəbhəboyu zonada yerləşən birlik, birləşmə və hərbi hissələrdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, düşmənlə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə keçirilən görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdırıb.
ИзображениеИзображениеИзображениеИзображениеИзображение
Müdafiə nazirliyinin rəhbərliyi cəbhədə müdafiə xəttinin dayanıqlığını, qoşunların atəş imkanlarını, ərazidə mühəndis-istehkam qurğularının vəziyyətini, postlar və mövqələrdəki şəxsi heyətin maddi-texniki təminatının təşkilini, mənəvi-psixoloji durumunu, döyüş texnikası, silah-sursat və digər vasitələrin tam hazırlığını yoxlayıb.

General-polkovnik Z.Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması, döyüş növbətçiliyinin aparılmasında sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının istənilən anda, dəqiq və vaxtında yerinə yetirilməsi, o cümlədən müharibə zamanı bölmələrin döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə əlaqədar komandir və rəis heyətinə müvafiq göstərişlər verib.

Müdafiə naziri çay süfrəsi arxasında əsgərlərlə səmimi söhbət edib, onların xidmətləri və qayğıları ilə maraqlanıb. Sonda nazir ön xətdə fərqlənən bir qrup hərbi qulluqçuya təşəkkür elan edib və qısa müddətli məzuniyyətlə mükafatlandırıb.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#205 Сообщение smersh70 » 16 ноя 2015, 02:19

Изображение
Изображение
Müdafiə Nazirliyi: “Bizim üçün əsas şərt...”

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçuların yerləşdirilməsi, sosial-məişət, sanitar-gigiyenik, əşya-əmlak, qidalanma və ərzaq təminatının yaxşılaşdırılması məqsədilə daim planlı surətdə müvafiq tədbirlər həyata keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəxsi heyətin gündəlik qida normasını təşkil edən və alınan ərzaq məhsullarının keyfiyyətinə nəzarətin gücləndirməsinin nəticəsidir ki, şəxsi heyət tərəfindən qidanın keyfiyyəti ilə əlaqədar daxil olan şikayətlər kəskin dərəcədə azalıb, valideyinlər isə bununla bağlı rəhbərliyə dəfələrlə öz minnətdarlıqlarını bildiriblər.

Təəssüflər olsun ki, son vaxtlar dəfələrlə Silahlı Qüvvələr haqqında yoxlanılmamış, qeyri-dəqiq, şayiə və dedi-qodu səviyyəsində, ən əsası isə məqsədli və qərəzli fikirlər səsləndirilir.

Dərhal qeyd edək ki, iddiaların heç biri həqiqəti əks etdirmir və məsələnin mahiyyəti kobud surətdə təhrif olunur.

Belə ki, müvafiq qaydalara uyğun olaraq Müdafiə Nazirliyi tərəfindən rəsmi ölkə mətbuatında və Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin internet səhifəsində satınalmalar ilə bağlı elanlar dərc edildikdən sonra tender prosedurları həyata keçirilir. Satınalmaların şərtlərinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrin şəxsi heyət üçün əldə edilən bütün ərzaq məhsulları şəxsi heyətin sağlamlığının təmin edilməsi məqsədilə zəhərlənmələrin, viruslara və infeksiyalara yoluxmaların, eləcə də sağlamlığa zərər verə biləcək digər xoşagəlməz halların qarşısının alınması məqsədilə xüsusi laboratoriyalarda sanitar, epidemioloji, gigiyenik yoxlamalardan keçirilir.

Qaydalara uyğun olaraq sənədləri təqdim edən, işinə vicdanla yanaşan, təqdim etdiyi məhsullar laboratoriya yoxlamalarının tələblərinə cavab verən iş adamları və malgöndərən müəssisələrlə müvafiq müqavilələr bağlanılır.

Bunun əksinə olaraq satınalma müqavilələrin icrasına səhlənkar yanaşan, müqavilənin icrası üçün kifayət qədər potensial imkanları olmayan, təqdim etdiyi xidmətlər və məhsullar tələblərə cavab verməyənlərlə qanuna müvafiq olaraq müqavilələr bağlanılmır, yaxud da əvvəllər bağlanılmış müqavilələr sanksiyalar tətbiq edilməklə ləğv edilir.

Satınalmalarda qalib gəlməyənlərə qanuni şəkildə bütün proseslər izah edilməsinə və müvafiq orqanlar tərəfindən cavab verilməsinə baxmayaraq, bəziləri qeyri-qanuni, çirkin yollarla bu işə qoşulmağa cəhd göstərir, dolayı yollarla, o cümlədən “sarı”, mətbuatı cəlb etməklə qeyri-obyektiv yazılar dərc etdirərək şantaj, hədə-qorxu gəlməklə nəyəsə nail olmağa çalışırlar.

Unutmayaq ki, Silahlı Qüvvələrin işgüzar nüfuzuna xələl gətirən, dəqiqləşdirilməmiş, həqiqəti əks etdirməyən, ictimaiyyəti çaşdırmaq məqsədi güdən yazılar qısa müddətdə Ermənistan kütləvi informasiya vasitələrində də dərc olunaraq yayılır.

Müdafiə Nazirliyi təxribat yarada biləcək, Müdafiə Nazirliyinin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyan və düşmən ölkənin maraqlarına xidmət edən qeyri-dəqiq, həqiqəti əks etdirməyənfikirləri yaymamağı tövsiyə edir.

Yoxlamanının nəticələrinə uyğun olaraq satınalmanın şərtlərinə cavab verməyən müəssisələrdə çəkilən fotoların bir qismini təqdim edirik.
ИзображениеИзображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#206 Сообщение smersh70 » 29 ноя 2015, 00:58

Xəbər verdiyimiz kimi, noyabrın 25-də Müdafiə Nazirliyində Zakir Həsənovun rəhbərliyi ilə 2015-ci tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş kollegiya iclası keçirilib.

Изображение
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, məlumata görə, iclasda məşhur general-mayor Qorxmaz Qarayevin ordu sıralarından təxris olunması ilə bağlı əmr verildiyi elan olunub.

Onu da bildirək ki, Q.Qarayev bu yaxınlarda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında baş müəllim postuna təyin edilmişdi. Bundan əvvəl isə o, Şəmkir korpusunun komandan müavini idi.

Bundan başqa, iclasda daha 3 generalın ordudan təxris edildiyi bildirilib.
Onlardan biri Cəmşid Naxçıvanski adına Hərbi Liseyin keçmiş rəisi general-mayor Mirzə Almasovdur. M.Almasov bu ilin avqust ayında yol verdiyi ciddi qanun pozuntularına və nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdi.

Həmçinin Silahlı Qüvvələrin Baş Hərbi İnspeksiyasının keçmiş rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılovun da ordu sıralarından çıxarıldığı bildirilir. F.Cəbrayılov da bu ilin avqust ayında postundan uzaqlaşdırılmışdı.

Ordu sıralarından təxris olunan digər general isə Silahlı Qüvvələrin Artilleriya Qoşunlarının keçmiş komandanı general-mayor Rafiq Hüseynovdur. R.Hüseynov isə 2013-cü ildə Artilleriya Qoşunlarının komandanı vəzifəsi ilə vidalaşmışdı.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#207 Сообщение smersh70 » 17 дек 2015, 00:06

General-leytenant Yaşar Aydəmirov: “Ermənistan hərbi birləşmələrinin hər bir hərəkəti bizə məlumdur”

Döyüşlər başlayarsa, Ermənistanın Qarabağdakı separatçılara hərbi-texniki dəstək göstərmək imkanı məhdud olacaq

Hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun “AzeriDefence”yə müsahibəsi

– Cənab general, son vaxtlar cəbhədə aktivliyin əvvəlki illərlə müqayisədə yüksəldiyi müşahidə olunur. Artıq cəbhədə hər iki tərəf artilleriya qurğularından istifadə edir. Sizcə, cəbhə xəttindəki bu aktivləşmələr nə ilə bağlıdır və baş verənləri necə xarakterizə edərdiniz?

– Azərbaycan Ordusu son vaxtlar irimiqyaslı təlimlərə daha çox yer verir. Həmçinin, iki dəfə irimiqyaslı səfərbərlik keçirilib. Bütün bunlar Ermənistan tərəfini çox qıcıqlandırır və aydın görünür ki, qarşı tərəf qorxu içindədir. Özlərini sakitləşdirmək üçün Ermənistanın hərbi-siyasi rəhbərliyi cəbhədə təxribatlar yaratmağa çalışır. Əslində onlar açıq döyüşdən çəkinərək, postlara basqın edirlər. Baş verənlər göstərir ki, ermənilərin bütün cəhdləri uğursuzluqla nəticələnir, heç bir müvəffəqiyyət qazana bilmirlər. Əvəzində isə ciddi itkilər verirlər. Bu baş tutmayanda artilleriya qurğularından istifadə etməklə bölmələrimiz arasında çaxnaşma salmağa cəhd edirlər. Göründüyü kimi buna da nəinki nail ola bilmirlər, əksinə daha güclü və sarsıdıcı zərbələr alırlar. Bu da nəticə etibarı ilə gərginliyin artmasına səbəb olur. Onlar geri çəkilə də bilmirlər. Çünki erməni xalqının qarşısında cavab verməkdən qorxurlar. Açıq müharibə etməkdən də qorxurlar. Ermənilər görürlər ki, Azərbaycan dünyadak iqtisadi problemlərə baxmayaraq, irimiqyaslı təlimlərini də keçməkdə davam edir. Onların isə belə vəsaiti yoxdur. Qeyd etdiyim kimi ancaq postlarımıza basqın etməklə məşğuldurlar. Qarşılığını da lazımınca alırlar.

– Ermənilər dolayısı ilə etiraf edirlər ki, bu basqınlar döyüşlə kəşfiyyat- əməliyyatlarıdır…

– Əgər hansısa kəşfiyyat qrupu qarşı tərəfin içərilərinə doğru hərəkət edirsə, düşmənin müşahidəsində yaranan boşluqları öyrənir və buna uyğun tədbirini görür. Ermənilər isə bunu həyata keçirə bilmirlər və kəşfiyyat qruplarının qarşısı alınır, itki verərək, geri çəkilirlər. Yenə təkrar edirəm, erməni hərbçiləri bütün vasitələrdən istifadə edirlər ki, öz millətində ruh yüksəkliyi yarada biləcək, əməliyyat həyata keçirsinlər. Bunu da edə bilmirlər. Doğrudur, bizim də itkilərimiz olur. Amma nəzərə alaq ki, Azərbaycan əsgəri məkirli və bic düşmən qarşısında dayanıb. Onlar özləri də anlayırlar ki, ordumuz ermənilərin dərk edə bilməyəcəyi səviyyədə inkişaf edib. İndi isə onlar çıxılmaz vəziyyətdə qalıblar. İnanın ki, erməni xalqı o torpaqları əsl sahiblərinə qaytarmaq istəyir. Lakin buna imkan vermirlər. Bir məqamı da diqqətə çatdırmaq istəyirəm. Bir çox inkişaf etmiş ölkələr müqaviləli xidmətə keçmək istədi. Lakin alınmadı. Azərbaycan Ordusunda isə bir çox vacib vəzifələrdə əsgər xidmət etmir. Onlar ya gizirlərdir, ya da MAXE-lərdir. Bunlar fakt deyilmi?! Ermənilərdə isə vəziyyət necədir? Əsgər çatdıra bilmir, keçmiş əsgərləri çox aşağı məvaciblə məcburi qaydada xidmətə cəlb etdirirlər. Səngərə mülki şəxslər çıxarırlar.

– Göründüyü qədər ermənilərin itkiləri son bir neçə ildə ciddi şəkildə artıb. Maraqlı burasındadır ölən hərbçilərin hamısı Ermənistandan gələn ermənilərdir. Qarabağdan olan ermənilərin adı isə ölənlərin arasında yoxdur.

– Bəli, doğru məqama toxunmusunuz. Bunun bir səbəbi var. Çünki Qarabağda yaşayan ermənilər ön postlarda durmurlar. Bunun səbəbi sadədir. Qarabağ ermənilərini ön xəttə göndərsələr, yerli sakinlərdən itki olarsa onlar oranı qoyub qaçacaqlar. İndi güc-bəla ilə onları Qarabağda saxlayırlar. Buna görə də Qarabağ ermənilərini arxa hərbi hissələrə göndərirlər. Ermənistandan olanlar isə ön xəttə göndərilir. Belə vəziyyət erməni hakimiyyətinə xeyr edir. Çünki ölüm faktlarını gizlədə də bilirlər. Bu gün Ermənistandakı vəziyyət təkcə siyasi tələblərlə bağlı deyil. Elə məhz, ordudakı məlum ölüm faktları ilə də əlaqədardır. Açığını deyim ki, azacıq vaxt ərzində Azərbaycan ermənilərə və bütün dünyaya öz gücünü göstərə bilər. Azərbaycan prezidenti də öz çıxışlarının birində qeyd eləmişdi ki, böyük dövlətlər Qarabağ probleminin hərbi yolla həll edilməsini istəmir.

– Azərbaycan Ordusunun yaranışından bu günə qədər olan bütün proseslərinin şahidi kimi fikriniz maraqlı olardı: ərazilərimizin azad edilməsi üçün aparılacaq hərbi əməliyyatlar nə qədər çəkə bilər? Ola bilər bir qədər bəsit sual kimi qəbul olunsun. Amma bununla bağlı müxtəlif fikirlər səsləndirir. Lakin bu ictimaiyəti düşündürən məsələdir.

– Yəqin ki, burada söhbət Azərbaycan Ordusunun dövlət sərhəddinə qədər olan əraziləri düşmənlərdən təmizləməsindən gedir. Amma burada bir məqam var və bu çox vacib amildir. Azərbaycan Ordusu strateji cəhətdən vacib əraziləri azad etdikdən sonra işğal edilmiş ərazilərdən ermənilər özləri qaçacaqlar. Bunu erməni xarakterini bilən bir hərbçi kimi deyirəm. Məsələn, adını çəkmək istəmirəm. Qarabağ ərazisində bir yüksəklik var ki, həmin ərazi azad edilsə, dərhal bir neçə rayon hücum edilmədən işğaldan azad olunacaq. Açığı, müharibə başlayarsa, heç bir əlavə səfərbərliyin keçirilməsinə də lüzum yoxdur. Çünki ordumuz müharibəyə tam hazır vəziyyətdədir. Amma Ermənistan səfərbərlik etməlidir. Bu vəziyyətdə isə ciddi çətinliklərlə üzləşəcək.
Изображение
– Hətta erməni politoloqları və keçmiş hərbçiləri də deyir ki, növbəti müharibə Qarabağda ciddi fəlakətlərə yol açacaq.

– Bu tamamilə doğrudur. Əgər döyüşlər başlayarsa, Ermənistanın Qarabağdakı separatçılara hərbi-texniki dəstək göstərmək imkanı da məhdud olacaq. Yəni istənilən halda ermənilərin silah-sursatla təminatına maneə yaradacağıq. Bu məsələ haqda detallı danışmaq istəmirəm. Amma birmənalı şəkildə deyirəm ki, Qarabağdakı erməni silahlı birləşmələrinə fəal şəkildə hərbi-texniki yardımın göstərilməsinə imkan verilməyəcək.

– Ermənilərin silahlanması barədə danışaq. Təbii ki, burada Rusiyanın xüsusi yeri var. Bəllidir ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yaratdığı imtiyazlar hesabına silahla təmin olunur. Hətta belə informasiyalar yayıldı ki, Rusiya “İsgəndər” taktik raketlərinin Ermənistana verilməsinə dair işlər görülür. Bununla bağlı fikirlərinizi bilmək istərdim.

– Birmənalı olaraq, Rusiyanın Ermənistanı bu tip raketlərlə təmin etməsinə inanmıram. Həm də bu inandırıcı da deyil. Bu ermənilərin dezinformasiyasıdır. Məqsəd Azərbaycanı narahat vəziyyətdə saxlamaqdır.

– Siz Çində Azərbaycanın hərbi attaşesi oldunuz. Çin də Ermənistana hərbi texnologiya satan ölkələr sırasındadır. Məsələn, hələ illər əvvəl Çin Ermənistana WM-80 reaktiv yaylım atəş sistemi, bir neçə ilə əvvəl isə AR-1A sistemi satıb.

Doğrudur. Burada bir məsələni unutmamalıyıq ki, hərbi sənaye bazar qanunları ilə işləyir. Silah istehsalçıları istehsal etdikləri satmaq üçün bazarlar axtarırlar. Amma onu qeyd etmək istəyirəm ki, bizim silahlanmada olan sistemlərlə onlara cavab verilə bilər. O sistemlər Çində istehsal olunsa da adekvat cavab vermək və hücumların qarşısının alınması üçün Azərbaycanın kifayət qədər hərbi-texniki imkanları var. Son bir ildə cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinə məxsus 10-dan artıq pilotsuz uçuş aparatları vurulub. Araşdırma zamanı məlum oldu ki, çox kustar üsulla hazırlanmış avadanlıqlardır. Ermənistanın əsaslı şəkildə PUA-lar istehsal etməyə maddi və texniki imkanı yoxdur. Onların istifadə etdikləri quadkopterlər xarici ölkələrdə mağazalarda satılır.

– Ermənistan Ordusu Qarabağdakı döyüş əməliyyatlarında hansı şəkildə bu silahlardan istifadə edə bilər?

– Döyüş təcrübəsindən də bəllidir ki, hücuma keçən tərəfin imkanları qarşıdakından 3-4 dəfə yüksək olmalıdır. Yəni ermənilərin hücum etmək üçün imkanları bizdən qeyd etdiyim qədər yüksək olmalıdır. Bu da faktdır ki, Ermənistanda belə imkana malik deyil.

– Bu gün təmas xəttində ermənilərin atdığı atəşdən mülki insanlara da ziyan dəyir. Amma Qarabağda erməni kəndinin sakinləri açıqlamalarında demişdilər ki, Azərbaycan tərəfi istəsə bizi vura bilər. Lakin bunu etmirlər.

– Təmamilə doğrudur. Bizim hərbçilər heç bir vaxt nə kəndə, nə də mülki şəxslərə atəş açmırlar. Ermənilər isə əksini edirlər. Görürlər ki, ön xəttə alınmır, başlayırlar kəndləri atəşə tutmağa.

– Cəbhə xəttində ermənilər daha çox Ohaniyanın istehkam xətti ilə öyünürlər. Deyirlər ki, Horadizdən Murova qədər olan ərazidə Ohanyanın ideyası ilə qurulan bu istehkamlar aşılmazdır. Həqiqətənmi belə bir istehkam xəttinə sahibdirlər?

– Sözsüz ki, ötən dövrdə ermənilər orada bəzi mühəndis-istehkam işləri görüblər. Arxayın olun ki, Azərbaycan Ordusu üçün o xətti keçmək o qədər də çətin deyil. Bunu ermənilər də bilsələr yaxşı olar. Ermənistan hərbi birləşmələrinin hər bir hərəkəti bizə məlumdur. Ona görə də özlərini çox əziyyətə salmayıb, indidən başlarına çarə qılsınlar.

– Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra verilən qərarlardan biri də əsgərlərin təssərüfat işlərindən uzaqlaşdırılması və hərbi tədrisə cəlb edilməsi oldu. Bu 2 il ərzində hansı dəyişiklikləri hiss edirsiniz?

– Bu çox təqdirolunası məsələdir. Artıq əsgər qeyd olunan istiqamətdə heç bir iş görmür. Yalnız tam ön xəttdə xidmətdə olanları istisna etməklə… İndi əsgərlərimiz döyüş hazırlığı dərslərinə daha çox vaxt ayırırlar. Sovet dövründə bəzi əsgərlər çörək doğrayan vəzifəsinə can atırdı. Bizim orduda isə artıq əsgər üçün belə vəzifələr yoxdur. Bu böyük müvəffəqiyyətdir.

– Əvvəlki dövrlə müqayisədə bu gün müdafiə naziri “düşməni gördünüzsə vurun!” əmrini verib. Sizcə bunun effekti varmı?

– Əvvəllər bəzi komandirlər özləri üçün problem yaranmasın deyə düşmən atəş açmayınca atmamaq əmri verirdilər. Bacarıqlı komandir isə düşməni daim gərgin vəziyyətdə saxlayıb. Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra bu məsələlər ciddi nəzarətə alınıb. Artıq heç bir komandir “atma, qoy sakitçilik olsun” deyə bilməz. O torpaqlar bizimdir və düşmənin ayağı altında od tutub yanmalıdır. Bunu ermənilər hiss etməlidirlər.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#208 Сообщение smersh70 » 22 июн 2016, 17:38

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov son günlər keçirilən təlimlər barədə danışıb.
Изображение
APA-nın təlimin izləyən əməkdaşının verdiyi məlumata görə, Z. Həsənov ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə keçirilən təlimi yüksək qiymətləndirib: “Cənab prezident, Ali Baş Komandan Silahlı Qüvvələrimizin qarşısında vəzifələr qoyub. Bu vəzifələri yerinə yetirmək üçün gecə-gündüz təlimlər keçirməli, şəxsi heyətin döyüş hazırlığını yüksəltməliyik. Mən Baş Qərargah qarşısında vəzifə qoymuşam ki, bütün təlimlər döyüş şəraitinə uyğun keçirilməlidir və keçirilir. Müavinlərim və hərbi birləşmə komandirləri ilə də təlimin gedişində müzakirələr apardım. Tam məsuliyyətimlə deyirəm ki, təlimlər yüksək səviyyədə keçdi, qarşıya qoyulan məqsəqlərə nail olduq, bütün hədəflər vuruldu".
Изображение
Ölkə başçısı tərəfindən Silahlı Qüvvələrdə aparılan islahatlara toxunan nazir qeyd edib ki, bu islahatlar artıq nəticəsini verir: “Silahlı Qüvvələrimizdə kompleks islahatlar həyata keçirilir. Bu gün Silahlı Qüvvələrdə mövcud olan yüksək səviyyəli döyüş hazırlığı bu islahatların nəticəsidir. Azərbaycan Ordusunun istifadəsində olan müasir avadanlıqlar və silahlar aparıcı dövlətlərin Silahlı Qüvvələri ilə eynidir. Bütün bunlar ölkə başçısının ordumuza göstərdiyi diqqətin nəticəsidir”.
Изображение
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan operativ-taktiki təlimləri başlayıb. Bu gün cəbhə boyu ərazilərdə təlimlərin növbəti döyüş atışlı mərhələsi keçirilib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun da iştirak etdiyi atışlı mərhələdə fərqlənən hərbçilər mükafatlandırılıb. İyunun 24-dək davam edəcək təlimlərdə 25 min nəfərədək şəxsi heyət, 300-də çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri iştirak edir.Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#209 Сообщение smersh70 » 13 янв 2017, 02:52


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#210 Сообщение smersh70 » 18 янв 2017, 02:00

Изображение
Sabiq prezident Ayaz Mütəllibov dünən Moderator.az-a açıqlamasında bildirmişdi ki, Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistana qarşı müharibə edəcəyi danılmazdır.

Maraqlıdır, əgər müharibə gerçəkdən də gözlənilirsə, vəziyyət nə zaman gərginləşə bilər?

Moderator.az-ın mövzuyla bağlı sualını ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirov cavablandırıb.

Y.Aydəmirov bildirib ki, müharibə hər an başlaya bilər:

“Ayaz Mütəllibov deyir ki, Azərbaycanın müharibə edəcəyi danılmazdır. Ancaq Ali Baş Komandanın belə bir sözü var ki, iri dövlətlər Azərbaycanı müharibə etməyə qoymur. Bunu prezident ötən il aprel döyüşlərindən əvvəl də sonra da demişdi. Prezidentin daha bir sözü də var ki, Azərbaycan hər an müharibəyə başlaya bilər, bu gün də, sabah da. Azərbaycan Ordusu da müharibəyə, hər an döyüş tapşırığı almağa tam hazırdır. Konkret müharibə qərarını isə ancaq Ali Baş komandan verə bilər”.

Ответить

Вернуться в «Hərbi sahədəki digər xəbər və yeniliklər»