Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

Автор
Сообщение
Аватара пользователя
Ifti
партизан
Сообщения: 2857
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 898 раз
Поблагодарили: 1397 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#11 Сообщение Ifti » 10 сен 2012, 08:55

10 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan kəndində; işğal olunmuş Xocavənd rayonunun Kuropatkino; Ağdam rayonunun Şıxlar və Mərzili kəndləri yaxınlığında; Goranboy və Füzuli rayonunlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2857
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 898 раз
Поблагодарили: 1397 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#12 Сообщение Ifti » 10 сен 2012, 19:20

Azərbaycan prezidenti Qəbələdə stend və ox atıcılığı kompleksində tikinti işlərinin gedişi ilə tanış olub

http://az.apa.az/xeber_Azerbaycan_prezi ... 71642.html" onclick="window.open(this.href);return false;

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 10-da Qəbələ rayonunun Bum qəsəbəsində stend və ox atıcılığı kompleksində tikinti işlərinin gedişi ilə tanış olub.
APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, kompleksin 25 hektarlıq sahəsi dağlıq ərazini əhatə edir. Ərazidə inzibati bina, silah-sursat anbarı və mağazası, 45 atıcılıq yeri üçün 50 və 25 metrlik, 30 atıcılıq yeri üçün 10 metrlik tirlər, 8 dairəvi səngər, 7 meydança, 25-50 metr məsafələrdə ox atmaq üçün sahə, 120 yerlik yeməkxana binası, elektromobilləri yükləmək və saxlamaq üçün otaq və sahə, yarışları seyr etmək üçün tribuna, bayraq meydançası, nəzarət-buraxılış məntəqəsi, istirahət məkanları yaradılacaq.
Bundan başqa, ərazidə içməli su və yanğından mühafizə çənləri, müxtəlif mühəndis qurğuları, transformator yarımstansiyası da qurulacaq.
Prezident İlham Əliyev tüfəngdən hədəfə bir neçə sərrast atəş açıb.
Dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.

***
bir sualım var, gedib pulla patron (güllə) alıb, stenddə atmaq imkanı olacaqmı?

azik
партизан
Сообщения: 1643
Зарегистрирован: 28 янв 2012, 21:17

Благодарил (а): 912 раз
Поблагодарили: 917 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#13 Сообщение azik » 10 сен 2012, 23:34

Ifti писал(а):Azərbaycan prezidenti Qəbələdə stend və ox atıcılığı kompleksində tikinti işlərinin gedişi ilə tanış olub

http://az.apa.az/xeber_Azerbaycan_prezi ... 71642.html" onclick="window.open(this.href);return false;

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 10-da Qəbələ rayonunun Bum qəsəbəsində stend və ox atıcılığı kompleksində tikinti işlərinin gedişi ilə tanış olub.
APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, kompleksin 25 hektarlıq sahəsi dağlıq ərazini əhatə edir. Ərazidə inzibati bina, silah-sursat anbarı və mağazası, 45 atıcılıq yeri üçün 50 və 25 metrlik, 30 atıcılıq yeri üçün 10 metrlik tirlər, 8 dairəvi səngər, 7 meydança, 25-50 metr məsafələrdə ox atmaq üçün sahə, 120 yerlik yeməkxana binası, elektromobilləri yükləmək və saxlamaq üçün otaq və sahə, yarışları seyr etmək üçün tribuna, bayraq meydançası, nəzarət-buraxılış məntəqəsi, istirahət məkanları yaradılacaq.
Bundan başqa, ərazidə içməli su və yanğından mühafizə çənləri, müxtəlif mühəndis qurğuları, transformator yarımstansiyası da qurulacaq.
Prezident İlham Əliyev tüfəngdən hədəfə bir neçə sərrast atəş açıb.
Dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.

***
bir sualım var, gedib pulla patron (güllə) alıb, stenddə atmaq imkanı olacaqmı?
elbette olar.eses pulun olsun.

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2857
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 898 раз
Поблагодарили: 1397 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#14 Сообщение Ifti » 11 сен 2012, 01:39

azik писал(а): elbette olar.eses pulun olsun.
Belə olsaydı, əntiqə olardı.

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2857
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 898 раз
Поблагодарили: 1397 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#15 Сообщение Ifti » 11 сен 2012, 09:31

11 sentyabr 2012 il

Cəbhədə vəziyyət yenə gərginləşib.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk və Berd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə; Noyemberyan rayonunun Voskevan kəndində; Füzuli rayonunun işğal olunmuş Aşağı Seyidəhmədli; Ağdam rayonunun Yusifcanlı; Xocavənd rayonunun Kuropatkino; Tərtər rayonunun Çiləbürt və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2857
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 898 раз
Поблагодарили: 1397 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#16 Сообщение Ifti » 12 сен 2012, 15:39

12 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino; Tərtər rayonunun Çiləbürt; Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2857
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 898 раз
Поблагодарили: 1397 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#17 Сообщение Ifti » 13 сен 2012, 10:49

13 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino; Füzuli rayonunun Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Yusifcanlı kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2857
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 898 раз
Поблагодарили: 1397 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#18 Сообщение Ifti » 14 сен 2012, 21:12

14 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Baş Qərvənd; Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2857
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 898 раз
Поблагодарили: 1397 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#19 Сообщение Ifti » 14 сен 2012, 21:13

"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI
14 sentyabr 2012

Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən
17-19.09.2012 2013-cü il üzrə ikitərəfli illik proqramın razılaşdırılması üzrə işçi görüşü
Bakı, Azərbaycan
Silahlara nəzarət – Vyana sənədinin icra edilməsi və nəzarət kursu
17-21.09.2012
Oberamerqau, Almaniya
"Qərargah Zabitləri üçün hərbi terminologiya" kursu
17-28.09.2012
Budapeşt, Macarıstan
Azərbaycan-Sloveniya ikitərəfli əməkdaşlıq planına əsasən
17.09-05.10.2012 Təməl hərbi dağ təlimi
Lyublyana, Sloveniya
FTP-dən əlavə
18-20.09.2012 SNT konsorsiumunun terrorizmə qarşı mübarizə üzrə işçi qrupunun yaz sessiyası
Qarmiş, Almaniya
Böyük Britaniyanın müdafiə akademiyasının təşkilatçılığı ilə "geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması"
24.09-05.10.2012
Bakı, Azərbaycan
BMT hərbi müşahidəçi kursu
24.09-12.10.2012
Szolnok, Macarıstan
"ETERNİTY-2012" kompüter dəstəkli komanda qərargah təlimi
24-28.09.2012
Ankara, Türkiyə
NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupunun "Əldə hazırlanmış partlayıcı qurğularla mübarizə mövzusunda təlim kursu"
24-28.09.2012
Bakı, Azərbaycan
"Hərbi- Mülki Əməkdaşlıq (CİMİC) Qərargah" kursu
24-28.09.2012
Oberamerqau, Almaniya
Dil testi üzrə təkmilləşdirilmiş seminar
24.09-12.10.2012
Qarmiş, Almaniya
Azərbaycan-AFR ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən
25-27.09.2012 Silahlara nəzarət üzrə ekspert danışıqları
Bakı, Azərbaycan.

http://mod.gov.az/" onclick="window.open(this.href);return false;

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2857
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 898 раз
Поблагодарили: 1397 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#20 Сообщение Ifti » 14 сен 2012, 21:14

Azərbaycan ordusunun “dayaq nöqtəsi”

http://gun.az/social/50216" onclick="window.open(this.href);return false;

XX əsrin ortalarında baş vermiş münaqişələr hərbi aviasiyanın döyüşlərdəki üstün rolu ilə yanaşı bəzi nöqsanları da üzə çıxardı.

Belə ki, silahlanmada olan ağır qırıcı təyyarələr hücum edən qoşunlara havadan məhdud atəş dəstəyi göstərsə də, yaxın məsafəli hava döyüşlərində yüngül qırıcılardan geri qalırdılar.

Hücumçu təyyarələr isə yerüstü qüvvələrə havadan effektiv atəş dəstəyi göstərsələr də, aşağı sürət və zəif manevr etmələri onların özlərini düşmənin qırıcı təyyarələri üçün “asan yemə” çevirirdi.

Qoşunlara havadan fəal atəş dəstəyinin göstərilməsi, düşmənin hücumçu, qırıcı təyyarələri və vertolyotlarına qarşı hava döyüşlərinin aparılması üçün çoxfunksional yüngül cəbhə qırıcısına ehtiyac duyulurdu.

Keçmiş SSRİ-də yüngül cəbhə qırıcısı layihəsi üzrə ilk işlər 1960-cı illərin sonlarında başladı. 1969-cu ildə belə təyyarənin hazırlanması üçün elan edilmiş müsabiqədə “MiQ” təcrübə-konstruktor bürosu qalib gəldi.

İlk uçuşunu 1977-ci ilin oktyabrında həyata keçirən təyyarə 1983-cü ilin avqustunda “MiQ-29” adı altında (NATO standartları üzr – Fulcrum – “Dayaq nöqtəsi”) SSRİ Hərbi-Hava Qüvvələrinin (HHQ) silahlanmasına daxil edildi və onun əsas zərbə qüvvəsindən birinə çevrildi.

Çoxfunksional yüngül cəbhə qırıcısı “MiQ-29” inteqral aerodinamik sxem üzrə hazırlanıb, qanadlar gövdədən bir qədər aşağıda yerləşir. Təyyarənin gövdəsi əsasən alüminium ərintilər və poladdan hazırlansa da, həmçinin titan və kompozit materiallar da tətbiq olunur. Ön tərəfdə qanadların meyillilik bucağı 42 dərəcəyə çatır.

Təyyarə RD-33 tipli iki reaktiv mühərriklə təchiz olunub. “MiQ-29” qırıcısını digərlərindən fərqləndirən spesifik cəhətlərindən biri uçuşa hazırlanarkən onun mühərrikləri qidalandıran əsas hava dəliklərinin bağlanmasıdır.

Bu mexanizm təyyarənin uçuş-eniş zolağı ilə hərəkət etməsi zamanı yerdə ola biləcək hər hansı bir detalın mühərrikə düşərək onu zədələnməsinə yol verməmək üçün tətbiq olunur. Hava dəlikləri bağlandığı zaman mühərrik gövdənin yuxarı hissəsində yerləşən xüsusi dəliklər vasitəsilə hava alır.

Mühərrikləri MiQ-ə yüksək hündürlüklərdə 2300 km/s, yerə yaxın hündürlükdə isə 1400 km/s sürətlə hərəkət etməyə imkan verir.

Təyyarə normal vəziyyətdə özü ilə 4300 litrə qədər yanacaq götürə bilər. Bundan başqa, füzelyajın altında 1500 l, qanadların hərəsində isə tutumu 1150 l olan əlavə yanacaq çənlərinin asılması mümkündür. Yanacaqla 100% yüklənmiş təyyarə 1430, əlavə yanacaq çənləri ilə 2100 km məsafəyə uçuşlar edə bilər.

“MiQ-29” 150 mərmi ehtiyatına malik 30 millimetrlik QŞ-30-1 aviasiya topu ilə silahlanıb.

Bundan başqa, o, 7 asqı nöqtəsində 2180 kq-dək döyüş yükü götürə bilər.

Asılan silahlara orta mənzilli R-60M, R-27R1, R-77, kiçik radiuslu R-73 raketləri, idarə olunmayan reaktiv mərmilər üçün B-8M1, C-24B blokları, 500 kq-lıq FAB-500M62 fuqas aviabombası, 250-270 kq-lıq OFAB-250-270 qəlpəli-fuqas aviabombası daxildir.

Yaxın məsafəli döyüşlərdə “MiQ-29” qırıcısının əsas silahı R-73 “Archer” tipli raketlərdir. Onun fərqləndirici xüsusiyyətlərindən biri fantastik filmlərdə olduğu kimi pilotun şlemi vasitəsilə hədəfə tuşlanmasıdır. Belə ki, hər hansı bir düşmən təyyarəsini məhv etmək istəyən pilot bunun üçün sadəcə başını həmin təyyarəyə tərəf çevirir və raket hədəfi “görərək”, onu məhv etməyə istiqamətlənir.

Qırıcının radarı ona 10 hava hədəfini müşayiət etməyə və onlardan ən təhlükəlisinə atəş açmağa imkan verir. O, düşmənin hava hədəflərini 50-70 kilometr məsafədə aşkarlamaq və onlara hücum etmək iqtidarındadır.

2007-ci ildə mətbuatda xəbər yayıldı – Azərbaycan Ukraynadan 15-ə yaxın müasirləşdirilmiş “MiQ-29” tipli qırıcı təyyarə alıb. Xəbər çox sevindirici idi, belə ki, bu tipli təyyarələrin alınması Azərbaycan Hərbi Hava Qüvvələrinin müharibə vəziyyətində olduğumuz Ermənistanın hava qüvvələri üzərində onsuz da mövcud üstünlüyünü bir neçə qat artırırdı. Bir qədər sonra xəbərlər təsdiqləndi, “MiQ”lərin silahlanmaya qəbul olunması ilə Azərbaycan Cənubi Qafqaz respublikaları arasında ən güclü HHQ-yə malik ölkəyə çevrildi.

2008-ci il iyunun 26-da, Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyinin şərəfinə keçirilən möhtəşəm paradda isə “MiQ-29” qırıcıları ilk dəfə Bakı səmasından keçdilər.

Onu da qeyd edək ki, bir sıra ekspertlər Azərbaycanın aldığı təyyarələr “MiQ-29”un 9-13 modifikasiyasına aid olduğunu bildirirlər. Bu modifikasiyalı təyyarələr yeni naviqasiya sistemi, korreksiya olunan aviabombalar və TV-tuşlama sistemli “hava-yer” tipli raketlər tətbiq etmək imkanları ilə fərqlənirlər. Buna əsaslanaraq, müasirləşdirilmiş qırıcıların öz xüsusiyyətlərinə görə qərbdəki analoqlarından və Ermənistan HHQ-nin silahlanmasında olan qırıcılardan qat-qat üstün və Azərbaycan Hərbi Hava Qüvvələrinin “dayaq nöqtəsi” olduğunu inamla söyləyə bilərik.

Elvin Şirinli
Gün.Az

***
Fotolar user Genjinecin-dir.

Ответить

Вернуться в «Hərbi sahədəki digər xəbər və yeniliklər»