Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

Автор
Сообщение
Аватара пользователя
Ifti
партизан
Сообщения: 2608
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 788 раз
Поблагодарили: 1186 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#31 Сообщение Ifti » 19 сен 2012, 09:30

19 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində; Xocavənd rayonunun işgal olunmuş Kuropatkino; Tərtər rayonunun Qızıloba; Ağdam rayonunun Mərzili və Şıxlar kəndləri yaxınlığında; Daşkəsən və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2608
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 788 раз
Поблагодарили: 1186 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#32 Сообщение Ifti » 19 сен 2012, 11:39

Bu ilin iyun ayında Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyinə verilmiş Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) bütün təlim kursları dayandırılıb.
APA-nın məlumatına görə, iki ay əvvəl keçmiş KHVTİC-in bazasında yaradılmış "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC fəaliyyət göstərmir. Cəmiyyətin ordu və mülki məqsədli sürücülük, snayper və kəşfiyyatçı kursları da fəaliyyətini dayandırıb. Bu qurumda çalışan işçilərin iyun ayından etibarən maaşları verilmir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən isə kursların dayandırılmasının KHVTİC-in bazasında yaradılmış "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin strukturunun tam formalaşmaması ilə əlaqələndiriblər. Yeni qurum yaxın vaxtlarda fəaliyyətə başlayacaq, bundan sonra yeni mütəxəssis kurslarının açılması nəzərdə tutulur.
Qeyd edək ki, Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, idmanın hərbi-tətbiqi növlərinin inkişafı, gənclərin hərbi xidmətə hazırlanması, yeniyetmə və gənclər arasında texniki yaradıcılığın təbliği, çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hazırlanması və vətəndaşların texniki ixtisaslar üzrə hazırlanması işlərini yerinə yetirmək məqsədi ilə yaradılıb.

http://az.apa.az/xeber_Azerbaycanda_sna ... 72559.html" onclick="window.open(this.href);return false;

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2608
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 788 раз
Поблагодарили: 1186 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#33 Сообщение Ifti » 19 сен 2012, 11:43

Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Pretoriya şəhərində «Africa Aerospace and Defence 2012 (AAD-2012)» beynəlxalq müdafiə sərgisi başlayıb.
Bu barədə APA sərginin təşkilat komitəsinə istinadən məlumat verib.
Sentyabrın 23-dək davam edəcək hərbi sərgidə müxtəlif ölkələrdən 360-dək şirkət öz məhsul və xidmətlərini nümayiş etdirir.
Sərgidə Rusiya, Türkiyə, İtaliya, Almaniya, Belçika, Çin, ABŞ, Böyük Britaniya, Rumıniya, Pakistan, Braziliya, Hindistan milli pavilyonla təmsil olunur. Sərgiyə ziyarətçi qismində Azərbaycanın müxtəlif hərbi qurumlarından da nümayəndələr qatılıb.

http://az.apa.az/xeber_Cenubi_Afrika_Respublikasinda_" onclick="window.open(this.href);return false;«Africa__272543.html

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2608
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 788 раз
Поблагодарили: 1186 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#34 Сообщение Ifti » 19 сен 2012, 16:22

Azərbaycan Rusiya ilə 2010-cu ildə hərbi helikopterlərin satın alınmasına dair imzalanmış müqaviləyə əlavələr edib. Bu barədə “AzeriDefence.com” saytına eksklüziv olaraq CAR-da keçirilən AAD-2012 sərgisinə qatılmış “Rusiya Helikopterləri” şirkətinin stendindən məlumat verilib.
Azərbaycan 2010-cu ildə döyüş və hərbi-nəqliyyat tipli helikopterlərin satın alınmasına dair böyük həcmli sifariş yerləşdirib. Bu sifariş Mi-35M, Mi-8 və Mi-17 tipli helikopterlərin müxtəlif modifikasiyalarını əhatə edir. Hazırda “Rosvertol”, “Kazan Helikopters” şirkətləri və digər müəssisələr tərəfindən sifarişin icrası həyata keçirilməkdədir. Sifarişçiyə çatdırılmalar qrafik üzrə davam edir.
Əlavə sifarişin sayı, dəyəri və hansı modellər olması barədə məlumat verilməyib.
“Burada həm döyüş, həm də müxtəlif təyinatlı digər helikopterlər ola bilər”, - deyə bildirilib.
“Azərbaycan son illərdə Rusiya helikopterlərinə böyük maraq göstərir. Bu sifarişlərin artımında da özünü göstərir. Azərbaycan regionda ən böyük sifarişçimizdir”, - deyə əlavə olunub.
Rusiyalı mütəxəssislər Rusiya və keçmiş Sovet istehsalı helikopterlərə baxım, texniki dəstək göstərilməsi, təmir işlərinin yerinə yetirilməsi üçün Azərbaycanda regional mərkəzin yaradılması məsələsinə baxıldığını da bildiriblər.
Qeyd edək ki, Azərbaycan 2010-cu ildə Rusiyaya iki müqavilə çərçivəsində 84 ədəd helikopter sifariş verib.

http://azeridefence.com/news.php?id=7665" onclick="window.open(this.href);return false;

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2608
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 788 раз
Поблагодарили: 1186 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#35 Сообщение Ifti » 20 сен 2012, 09:07

20 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında; Füzuli və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

natik209
партизан
Сообщения: 170
Зарегистрирован: 28 янв 2012, 15:37

Благодарил (а): 7 раз
Поблагодарили: 8 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#36 Сообщение natik209 » 20 сен 2012, 09:31

http://www.youtube.com/watch?feature=en ... 9bIUxE2vxs" onclick="window.open(this.href);return false;

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2608
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 788 раз
Поблагодарили: 1186 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#37 Сообщение Ifti » 20 сен 2012, 11:04

Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Azərbaycan Silahlı Qüvvələri növbəti genişmiqyaslı hərbi təlimlər keçirir. Təlimlərə bütün qoşun növləri - Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti cəlb olunub.
Təlimlər müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilir.

http://az.apa.az/xeber_Azerbaycan_Silah ... 72681.html" onclick="window.open(this.href);return false;

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2608
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 788 раз
Поблагодарили: 1186 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#38 Сообщение Ifti » 20 сен 2012, 12:31

Bakıda Koreya şirkətləri tərəfindən istehsal olunan müdafiə təyinatlı məmulatların təqdimatı keçirilib.
APA-nın məlumatına görə, sentyabrın 19-da keçirilmiş təqdimatda Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif strukturlarının mütəxəssisləri iştirak ediblər.
Təqdimat Koreya Müdafiəyə Nail olunması Proqramı Administrasiyası tərəfindən təşkil olunub.
Qeyd edək ki, adıçəkilən qurumun rəhbəri Chung Jae Woonun başçılıq etdiyi nümayəndə heyəti hazırda Azərbaycanda görüşlər keçirir.

http://az.apa.az/xeber_Bakida_Koreyanin ... 72702.html" onclick="window.open(this.href);return false;

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2608
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 788 раз
Поблагодарили: 1186 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#39 Сообщение Ifti » 20 сен 2012, 21:36

Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Pretoriya şəhərində sentyabrın 19-da başlamış Africa Aerospace and Defence 2012 (AAD-2012) beynəlxalq müdafiə sərgisi davam edir.

http://azeridefence.com/news.php?id=7669" onclick="window.open(this.href);return false;

***
Saytda təqdim olunan fotolar http://www.miltechmag.com" onclick="window.open(this.href);return false; saytından götürülüb.

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2608
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 788 раз
Поблагодарили: 1186 раз

Re: Azərbaycan Ordusu (xəbərlər, şərhlər və s.)

#40 Сообщение Ifti » 21 сен 2012, 18:03

21 sentyabr 2012 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində; Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə; Agdam rayonunun işğal olunmuş Şıxlar, Cəvahirli, Şuraabad; Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında; Goranboy rayonuınun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

Ответить

Вернуться в «Hərbi sahədəki digər xəbər və yeniliklər»