GƏNCƏ ŞƏHİDLƏRİ

Cox da uzaq olmayan hadisələr
Автор
Сообщение
Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 26 раз

GƏNCƏ ŞƏHİDLƏRİ

#1 Сообщение Oberleytenant » 20 фев 2013, 19:02

RUZİGAR İMRAN OĞLU QASIMOV
“İSTƏMİRƏM! BUNDAN SONRA HEÇ BİR AD, ŞAN- ŞÖHRƏT İSTƏMİRƏM. BİRCƏ İSTƏYİM ODUR Kİ, QANIMIZ YERDƏ QALMASIN. ŞƏHİDLƏRİN QANINDAN, ANALARIN GÖZ YAŞ YAŞINDAN SU İÇMİŞ MÜQƏDDƏS TORPAĞIMIZ DÜŞMƏN TAPDAĞINDAN AZAD EDİLSİN!”
1956-cı ilin dekabrın 31-də Gəncə şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarından atasını itirən Ruzigar digər bacı-qardaşları ilə birlikdə böyük qardaşları Fizulinin himayəsində böyümüş, orta təhsilini 8 saylı orta məktəbdə almışdır.
Dövrü mətbuata böyük maraq göstərən Ruzigar Qasımovun müxtəlif janrlı məqalələri, reportajları vaxtaşırı qəzet və jurnallarda dərc edilirdi.
Ruzigar Qasımov Gəncə baza inşaat texnikumunu bitirmişdir. Əhaliyə Məişət xidməti idarəsində foto- usta, Kiraz-da çıxan “Əməkçi” qazetində foto-müxbir işləmiş, “Gəncənin səsi”, “Novosti Qyandji”, “İnşaatçı” qəzetlərinin ştatdankənar müxbiri olmuşdur. SSRİ Jurnalistlər İttifaqının üzvü idi.
Ruzigar Belorusiyanın Minsk şəhərində Sovet Ordusu sıralarında qulluq etmiş, Smolensk vilayətində zabitlik kursu bitirmişdi.
1988-ci ilin fevral ayında könüllü müdafiə dəstəsi yaratmış, dəfələrlə həmyerlilərimiz yaşayan dağ qalamız Nüvədinin köməyinə getmişlər. 1989- cu ildə iki ay mütəmadı olaraq Nüvədinin keşiyində dayanmış, geri qayıtdıqdan sonra isə Gəncəyə gələn Ağsunun mənbəyindəki anbarı qorumaq üçün Çaykənd, Toğana, Todan kəndlərinə getmişdir. 1990-cı il yanvar ayının 12-də Todan kəndində qəhrəmancasına həlak olmuşdur.
Вложения
DSCF2878.JPG
DSCF2878.JPG (123.22 КБ) 15901 просмотр

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 26 раз

GƏNCƏ ŞƏHİDLƏRİ

#2 Сообщение Oberleytenant » 20 фев 2013, 19:56

Qafarov Elxan Aydın oğlu
Qafarov Elxan 1962-ci il may ayının 21-də Gəncə şəhərində anadan olmuşdur. 1975-ci ildə Gəncə 25 saylı orta məktəbi bitirmişdi, 1979-cu ildə hərbi komissarlıq tərəfindən avtomobil sürücülüyü məktəbinə göndərilmişdi. 1980-ci ilin noyabrından 1982-i ilin noyabrına qədər Sovet ordusu sıralarında qulluq etmiş, 1987-ci ildən Orta Asiya respublikalarında neft – qaz kəmərləri idarəsində işləmişdi.
Elxan 1987-ci ildə Vətənə qayıtmış, qaçqınlar cəmiyyətinin nəzdində olan “Şəhriyar” kooperativində işləmişdi. 3 uşaq atası idı.
Qarabağda gedən döyüşlərdən gələn acı xəbərlərə dözməyən Elxan 1992-ci ilin martında könüllü olaraq ordu sıralarına yazılmışdı. Elxan Gəncə şəhərində Hərbi Polisdə xidmətə başlamış, Todan, Tərtər və digər bölgələrdə gedən əməliyyatlarda da iştirak etmişdi. Lakin Elxanın döyüş yolu çox qısa oldu.
Elxan son dəfə ailəsini 1992-ci ilin 21 aprelində gördü və 3 körpəsini sonuncu dəfə bağrına basdı.
Elxan həmin gün hamıyla sağollaşaraq köks ötürür və qapıdan çıxır. Elxan gedir, ama gedir......
...Sabahı gün də Elxanın ölüm xəbəri gəlir.
1992ci ilin aprelin 22-də Gəncə yaxınlığında yerləşən Zazalı hərbi bazasında baş verən şiddətli atışmada Elxan qəhrəmancasına şəhid olur.
Beləki Elxan həmin əməliyyatda rus hərbi qüvvələrinə məxsus vertolyotdan atılan mərminin qəlpəsindən ağır yaralanmış, daha sonra düşmənin atdığı güllə yarasından həlak olmuşdur.
ALLAH RƏHMƏT ELƏSİN, ELXAN!


GÜNEL MƏMMƏDOVA
Вложения
DSCF3006.JPG
DSCF3006.JPG (173.37 КБ) 15896 просмотров

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 26 раз

Re: GƏNCƏ ŞƏHİDLƏRİ

#3 Сообщение Oberleytenant » 20 фев 2013, 20:01

SÜLEYMANOV SƏBUHİ İLYAS OĞLU
Şəhid Süleymanov Səbuhi İlyas oğlu 1974-cü il, iyulun3-də Bərdə rayonunda anadan olmuşdur. Orta təhsilini Gəncə 12 saylı orta məktəbdə almışdır. Səbuhi orta məktəbi bitirən kimi, 1992-ci ilin yayında 18 yaşında könüllü olaraq cəbhəyə yollanmışdır. Döyüş yolu Agdərədən başlayan Səbuhi, mərdliklə vətən keşiyində dayanmış və Ağdərədə gedən qanlı döyüşlərdə iştirak etmişdir. Lakin Səbuhinin döyüş yolu çox qısa oldu . Döyüş yolu Agdərədən başlayan Səbuhi elə Agdərədə də gözlərini həyata yumdu .
1992-ci ilin sentyabrında, Çıldıran uğrunda gedən döyüşlərin biri Səbuhinin son döyüşü olmuş, düşmənin atdığı mərmi onu ölümcül yaralamış və bu yaradan da həyatdan köçmüşdür. Səbuhinin cəsədi başqa döyüşçü yoldaşlarının cəsədiylə birgə bir müddət düşmən tərəfdə qalmış, ancaq bir necə gündən sonra meydini çıxarmaq mümkün olmuşdur .
Bəli, Səbuhinin döyüş yolu cəmi 3 ay çəkdi. Orta təhsilini bitirən kimi , könüllü olaraq döyüş sıralarına qoşulan bu gənc oglan, 1992-ci il sentyabrın 20-də böyüdüyü Gəncə torpağında dəfn olunub. Allah rəhmət eləsin.

Günel Məmmədova
Вложения
55461_421796774551978_1294347303_o.jpg
55461_421796774551978_1294347303_o.jpg (141.66 КБ) 15896 просмотров

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 26 раз

GƏNCƏ ŞƏHİDLƏRİ

#4 Сообщение Oberleytenant » 20 фев 2013, 20:04

Əliyev Vaqif Vahid oğlu

Vaqif Əliyev 1978-ci ildə Tərtər rayonunda anadan olub, sonradan ailəsi ilə birgə Gəncə şəhərinə köçübdür. 1985-ci ildə Gəncə 25 saylı orta məktəbin 1-ci sinifinə daxil olub, 5-ci sinfə qədər həmin məktəbdə oxuyub, sonradan 1989-cu ildən təhsilini Gəncə şəhəri 12 saylı orta məktəbdə davam etdirib. Hamımıza bəllidir ki, həmin il və ondan sonrakı illər vətənimizin ağır sınaq illəri olub.
Cəbhədə qanlı döyüşlər gedirdi və hər an qara xəbərlər gəlirdi. Vətəninin bu məşəqqətli günləri Vaqifi rahat buraxmırdı. Onun arzusu vuruşan qeyrətli oğullarımızın arasında olmaq, doğma Vətəni üçün əlindən gələni əsirgəməmək idi. 14 yaşında, orta məktəbi bitirməmiş, Vaqif cəbhəyə getmək fikrinə düşdü. Dəfələrlə hərbi hissələrə yollandısa da azyaşlı olduğuçün onu geri qaytarıblar. Lakin Vaqifin inadkarlığı, vətənpərvərliyi və torpağına bağlılığı öz bəhrəsini verib. Vaqıf hərbi hissəyə yazılaraq və könüllü cəbhəyə yollanıb. Vaqifin döyüş yolu Ağdam bölgəsindən başlayıb. Lakin Vaqifin cəbhə yolu qısa olub. Ağır döyüşlərin birində amansız düşmənin atdığı mərmi Vaqifi ölümcül yaralayıb və həmin döyüş onun son döyüşü olub. 1993-cü ildə Vaqif gözlərini əbədi yumaraq 15 yaşında Vətən uğrunda həlak olub və şəhidlik zirvəsinə ucalıb. Allah rəhmət eləsin.
Yeganə təsəllimiz odur ki, Vaqifin adı əbədiləşdirilib, oxudugu Gəncə 12 saylı orta məktəb onun adını daşıyır. Məktəbin qarşısında qoyulmuş büstü sanki hər bir müəllimi və şagirdi məgrur baxışlarla salamlayır, hər kəsi Vətənini sevməyə və düşməndən azad etməyə çagırır.

Günel Məmmədova
Qoy, Vaqifin qısa və şərəfli yolu bütün gənclərə örnək və bir məktəb olsun! Allah ona rəhmət eləsin, ruhu şad olsun!
Вложения
DSCF0274.jpg
DSCF0274.jpg (106.4 КБ) 15896 просмотров

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 26 раз

GƏNCƏ ŞƏHİDLƏRİ

#5 Сообщение Oberleytenant » 20 фев 2013, 20:06

Məmmədov Maşallah Abbasəli oğlu


“- Bağışlayın, bağışlayın məni! Bağışlayın cəbhə dostlarım. Söz vermişdim ki, qospitaldan yanınıza qayıdacağam. Sözümə xilaf çıxdım. Qayıda bilmədim. Vallah əcəl imkan vermədi... Yoxsa... Bağışlayın məni, bağışlayın cəbhə dostlarım!.”
20ildən artıqdır ki, Qarabağ savaşında Vətən uğrunda tərəddüd etmədən həyatını qurban verən qəhrəman oğul və qızlarımız, vətənpərvər övladlarımızın rəşadət və igidlikləri məhz igid babalarımızın bariz təcəssümüdür. Bu savaş göstərdi ki, Azərbaycanda vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğul və qızlarımız çoxdur və bu savaşda minlərlə şəhid qurban vermişik. Şəhidlik zirvəsinə ucalan, ölkəmizin müstəqilliyi və tərəqqisi naminə sinəsini sipər edən oğullarımızdan biri, Gəncə torpağının övladı – Maşallah Məmmədov haqqında söz açmaq istəyirəm.
Maşallah Abbasəli oğlu Məmmədov 1974-cü ildə Gəncə şəhərində anadan olub. 27 saylı orta məktəbi bitirdikdən sonra, 1993-cü ildə hərbi xidmətə çağırılıb. Lakin Maşallah atası ilə birlikdə Biləcəri çağırış məntəqəsinə gedərkən Qazıməmməd yolunda avtomobil qəzasına düşüblər. Atası həlak olub, özü isə ağır xəsarət alıb. Bir müddət müalicə olunduqdan sonra həmin ilin iyul ayında Azərbaycan Ordusunda həqiqi xidmətə başlayıb.
1994-cü il yanvarın 28-də Fizuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşdə düşmən səngəri nə daxil olarkən aldığı ağır yaradan qospitala göndərilən rəşadətli döyüşçü, dostlarına qayıdacağını vəd etsə də, ilk dəfə idi ki, vədinə xilaf çıxdı.

Məmmədov Maşallah Abbasəli oğlu ölümündən sonra, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 24 iyun tarixli 859 nömrəli Sərəncamı ilə “AZƏRBAYCAN BAYRAĞI” ordeniylə təltif edilmişdir.

Bölük komandiri M. İ. Bəbirovun imzaladığı xidməti xasiyyətnamədən:

Sıravi Məmmədov M. A. 1993-cü ilin iyulundan bizim taborun əsgəri idi. Fiziki cəhətdən müəyyən qüsuru olmasına baxmayaraq, qeyrətinə güvənən igid lazımi distansiyaları keçərək xüsusi təyinatlı hissədə xidmət etmək istəyi ilə bizim tabora gəlmişdi. Elə ilk günlərdən fədakarlığı, işbilənliyi bütün əsgər yoldaşlarına örnək idi.
Döyüş bölgəsinə gəldiyimiz vaxtdan sıravi Məmmədov cəsur hücumçu, sərvaxt döyüşçü idi. Hamı ona oxşamağa, ondan öyrənməyə çalışırdı. Təxminən otuza yaxın döyüşdə iştirak etmişdi. Və hər dəfə də Maşallahın olduğu qrup ağılasığmaz manevrləri, taktiki gedişləri ilə hamını mat qoyurdu – cəsarətlə döyüşür, sarsıdıcı zərbələr endirirdilər. Döyüşdən qayıdanda əsgər yoldaşları fəxrlə ondan danışır, sərrast atəşlərlə neçə düşmən öldürdüyünü sadalayırdılar. Qranatomyotçu olsa da, hücumda rabitəni də özü götürür, lazım olanda başqa silahlarla da düşmənin başına od ələyir, hamıdan qabaq düşmən səngərinə girməyə tələsirdi və həmişə uğurla geri dönən Maşallah ona verilmiş adı bir daha doğrultduğunu qeyd edirdi.
Dəfələrlə güllə yağışı altından yaralı daşımış, dəfələrlə dəqiq atəşi ilə yoldaşlarını xilas etmişdi.
Belə uğurlu xidmətinə görə Taborun iğid əsgər komandirləri tərəfindən təşəkkürnamələrə və fəxri fərmanlara layiq görülmüşdü.
Son döyüşdə - 28 yanvar 1994-cü ildə Qaraxanbəyli kəndi uğrunda gedən döyüşdə düşmən səngərinə girərkən aldığı ağır yaradan qospitala göndərilən rəşadətli döyüşçü dostlarına qayıdacağını vəd elədi və xidmət etdiyi dövrdə birinci dəfə yanıldı...
O, nümunəvi qiymətlərlə bitirdiyi 27 №-li orta məktəbin ilk şəhidi oldu. Taborumuz ən ləyaqətli döyüşçülərindən birini itirdi...
Hərbi hissə komandanlığı hələ qeyd eləmədiyim çox çox qəhrəmanlıqlarına görə ölümündən sonra sıravi Məmmədov Maşallah Abbasəli öğluna ”Azərbaycan bayrağı” ordeni təqdim edib.
Əsgər yoldaşlarının tələbinə əsasən Tabor komandanlığı Gəncə şəhər İcra hakimiyyəti başçısından israrla xahiş edir; igid əsgər Vətənin ən yüksək mükafatına layiq olduğuna görə, həmyerliləri üçün tarix boyu bir qəhrəmanlıq nümunəsi olacağına görə və döyüş dostları üçün bir and, ziyarət yeri olacağına görə, ölməz döyüşçümüzün adının doğulub böyüdüyü Gəncə şəhərində əbədiləşdirilməsi üçün onun adının küçə, tərbiyə və təhsil müəssisələrindən birinə verilməsini vacib bir məsələ kimi həll edəsiniz!
Biz Vətənin azadlığı uğrunda qəhrəmancasına həlak olmuş müqəddəs şəhidlərimizin ruhu qarşısında baş əyirik.

777 h/h-nin II Taborunun III bölüyünün komandiri : Bəbirov M.İ.
17. 04. 94


GÜNEL MƏMMƏDOVA
Вложения
DSCF2926.JPG
DSCF2926.JPG (69.23 КБ) 15896 просмотров

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 26 раз

Re: GƏNCƏ ŞƏHİDLƏRİ

#6 Сообщение Oberleytenant » 05 мар 2013, 00:59

Həsənov Nemət Arif oğlu

Heyıf, heyif səndən komandirim! Cənab polkovnik leytenant, qəbir evi məni heç bu qədər sıxmamışdı. Bu qara xəbər sarsıtdı məni. Necə yəni Elşad Nağıyevi tok vurub? Nə bilim ildırım belə, şimşək belə. Bu Bu müəmmalı ölümün ölümümü unutdurdu mənə komandirim. Axı, sən xalqımıza lazımıydın, ordumuz üçün əvəzedilməz oğullardanıydın. Sənin uğurların qabaqdaydı. Axı, niyə özümüz işıq gələn bacamızı tıxayırıq?! Komandirim, bəlkə vaxtsız itirdiyin şəhid qardaşlarınla görüşə tələsirdin? Gəl, yenə də komandirimizsən...
Heyif səndən, heyif komandirim!

Həsənov Nemət 1974-cü il may ayının 6-da Gəncə şəhərində anadan olmuşdur. Lap uşaq yaşlarından öz sakit və mülayim xasiyyətiylə dostlarının sevimlisinə çevrilən Nemət 4 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra ailə vəziyyətinə görə işləməyə məcbur olmuşdur. Uşaq yaşından ataları atıb getmiş və ana, 2 qardaş və bir bacının yükü Nemətin üzərinə düşmüşdür.
Cəbhədə şiddətli döyüşlər gedən bir vaxtda Nemət də 1992-ci ildə ordu sıralarına çagırılmış və Naxçıvanda 705 saylı hərbi hissədə xidmət etmişdir. Həmin vaxtlar Naxçıvanın sərhədlərində vəziyyət həddindən artıq ağır idi. Nemət bir neçə döyüş əməliyyatında iştirak etmiş, igid kəşfiyyatçı kimi tanınmışdır. 1994-cü ildə Sədərəkdə qəhrəmancasına şəhid olmuşdur.

“N” saylı hərbi hissənin komandiri Elşad Nağıyevin Nemətin valideynlərinə göndərdiyi məktub.


“ Hörmətli Güllü və Arif Həsənovlar. Sizin oğlunuz Həsənov Nemət Arif oğlu “N” saylı hərbi hissədə 5 sentyabr 1992-ci ildən 27 may 1994-cü ilədək xidmət etdiyi müddətdə özünü ancaq müsbət cəhətlərlə, nizam-intizamlı, əmrlərə tabe olan bir əsgər kimi göstərmişdir.Verilən tapşırıqları vaxtlı-vaxtında və keyfiyyətli yerinə yetirirdi. Öz tabeliyində olan əsgərlərə həmişə nümunə olmuş və hərbi xidmətində fərqlənmişdir. Zabit və kizirlərin hörmətini qazanmışdır. 1994-cü il 27 may tarixdə 36 nəfərdən ibarət olan tağımla öz döyüş mövqelərində cəsarətlə və mərdliklə durarkən 400-450 nəfərə yaxın rus və erməni birləşmələrindən olan qoşunun hücumunun qabağını alaraq düşmənin çoxlu canlı qüvvəsini məhv edərək öz döyüş yoldaşlarının mühasirədən çıxarılmasına köməklik göstərmiş, 5 nəfər yoldaşı ilə bərabər yaralanmış və düşmən əlinə sağ keçməsin deyə özünü məhv etdikdən sonra meyidi düşmən əlinə keçmişdir. Naxçıvan MR Ali Məclisinin və komandanlığın köməkliyi ilə gün yarımdan sonra şəhidlərin cəsədi geri qaytarılmışdır.
Hərbi hissənin komandanlığı Sizin kədərinizə qoşularaq dərin hüznlə başsağlığı verir ”.
Yuxarıdakı başsağlığını imzalamış hissə komandiri polkovnik-leytenant Elşad Nağıyev də artıq bu gün yoxdur. O, Sədərək döyüş bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olmuşdur. Elşad kimi bir qəhrəman zabiti itirmək Azərbaycan xalqı üçün böyük itkidir.

Günel Məmmədova
Вложения
665791_426072657457723_1334435715_o.jpg
665791_426072657457723_1334435715_o.jpg (153.78 КБ) 15824 просмотра

Аватара пользователя
Montanello
партизан
Сообщения: 228
Зарегистрирован: 06 фев 2012, 02:20

Благодарил (а): 14 раз
Поблагодарили: 36 раз

Re: GƏNCƏ ŞƏHİDLƏRİ

#7 Сообщение Montanello » 10 мар 2013, 05:22

Allah rəhmət eləsin

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: GƏNCƏ ŞƏHİDLƏRİ

#8 Сообщение smersh70 » 20 ноя 2014, 14:42

Изображение
ИзображениеИзображение
Изображение
Şəhidlər Xiyabanı, Gəncə

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: GƏNCƏ ŞƏHİDLƏRİ

#9 Сообщение smersh70 » 18 янв 2015, 00:49

Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: GƏNCƏ ŞƏHİDLƏRİ

#10 Сообщение smersh70 » 19 янв 2015, 14:22

ИзображениеИзображениеИзображениеИзображение

Ответить

Вернуться в «Yaxın Tariximiz»