Azərbaycanda tibb komissiyalarının ləğvi gözlənilir.

Ответить
Автор
Сообщение
Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2959
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 395 раз
Поблагодарили: 350 раз

Azərbaycanda tibb komissiyalarının ləğvi gözlənilir.

#1 Сообщение mirotvores70 » 04 мар 2013, 23:45

Hərbi tibb komissiyalar ləğv edilir
Azərbaycanda həqiqi hərbi xidmətə çağırışla bağlı hərbi tibb komissiyalarının ləğv olunaraq bu strukturun yeni formada, vahid tabeçilikdə təşkil olunması gözlənilir.

Изображение
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı bir qrup ictimaiyyət nümayəndələrin müraciəti və bir qrup deputatın təşəbbüsü əsasında “Hərbi xidmət və hərbi vəzifə haqqında” və “Hərbi xidməti keçmə” haqında qanuna əlavə və dəyişikliklər edilə bilər.


Nəzərdə tutulan layihəyə əsasən hərbi tibbi komissiyalar artıq yerli icra hakimiyyətlərinin qərarı ilə müxtəlif qurumların nümayəndələrindən təşkil olunmayacaq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid tabeçiliyində komissiya kimi yaradılacaq. Komissiyanın müvafiq olaraq rayonlar üzrə bölmələri də fəaliyyət göstərəcək. Eyni zamanda təkliflər arasında Xidmətin nəzdində xüsusi hərbi tibbi poliklinikaların də təşkili edilməsi də var. Poliklinikalarda həqiqi hərbi xidmətə çağırışçıların sağlamlığı, o cümlədən hərbi xidmətə psixoloji hazırlığı da yoxlanılacaq. Yeni nəzərdə tutulan layihəyə əsasən Komissiya üzvləri artıq cari dövr üzrə müxtəlif müəssisələrdən dəvət olunaraq yox, Xidmətin daimi işçiləri kimi fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən hərbi tibbi komissiyalar cari dövr üzrə yerli rayon icra hakimiyyətlərinin qərarı ilə müxtəlif aidiyyəti şəxslərdən ibarət olaraq təşkil olunur. Komissiyaya müxtəlif müəssisələrdən müxtəlif sahələr üzrə həkimlər, ekspertlər dəvət olunur.

Qanunvericiliyə gözlənilən əlavə və dəyişikliklərə görə, hərbi çağırışçılar 16 yaşdan etibarən hərbi çağırış yaşına qədər ildə bir dəfə nəzərdə tutulan Komissiyalar tərəfindən sağlamlığın müxtəlif sahələri üzrə yoxlanışdan keçəcək, psixoloji dəstək alacaqlar. Hazırkı qanunvericiliyə görə isə hərbi çağırışçılar hərbi xidmətə qədər iki dəfə - 16 yaşda və hərbi xidmətə çağırışdan bir ay əvvəl tibbi yoxlanışdan keçirlər.

Onu da qeyd edək ki, layihənin yaxın zamanlarda parlamentdə müzakirəyə çıxarılması gözlənilir.

Məsələyə münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc APA-ya açıqlamasında bu dəyişikliyin tərəfdarı olduğunu bildirib. O qeyd edib ki, hazırkı durumda fəaliyyət göstərən hərbi tibbi komissiyalar effektli işləmir və bu strukturun ləğv olunaraq yeni qaydada yaradılmasına ciddi ehtiyac var: “İndiki gerçəklikdə həmin tibbi komissiyaların tərkibi müxtəlif xəstəxanalarda çalışan şəxslər hesabına formalaşdırılır və onların mövcud avadanlıqları çox məhduddur. Hətta onlar yoxlanış zamanı çağırışçıları özlərində yox, müxtəlif xəstəxanalarda yoxlanışdan keçməyə göndərirlər”.

Hazırkı tibbi komissiyalarının sovet qalığı olduğunu deyən deputat da bunun ləğv olunmasının tərəfdarıdır. Z. Oruc da bunun əvəzində yeni formada yaradılacaq komissiyanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeçiliyində daimi fəaliyyət göstərməsinin və xüsusi hərbi poliklinikaların yaradılmasını vacib sayır. Deputat hərbi çağırışçıların hərbi xidmətə qədər yoxlanışdan keçməsi ilə bağlı dəyişikliyə də toxunub. O, hərbi çağırışa qədər yeniyetmələrin iki dəfə yox, bir neçə dəfə tibbi yoxlanışdan keçməsinin və psixoloji hazırlığının yoxlanmasının zəruri hesab edir və bununla bağlı təkliflə çıxış edir: “Yeniyetmənin, gələcək hərbi çağırışçının 2-3 illik müayinələrinin nəticələri barədə bütün tibbi məlumatları vahid məlumat bankında toplanmalıdır. Çünki birdəfəlik yoxlama zamanı hansısa xəstəlik özünü göstərməyə bilər. Bir sıra hallarda hər hansı bir hərbi hissədəki şəraitdən, ümumi vəziyyətdən, kəskin dəyişən qida rejimindən asılı olaraq əsgərdə olan xəstəliklər özünü göstərməyə başlaya bilər. Bu problemlər coğrafi dəyişiklik - aran bölgəsinin sakinin yüksək dağ regionunda xidmət keçməsi zamanı üzə çıxa bilər”.
http://istiqamet.com/index.php?do=read&id=2664" onclick="window.open(this.href);return false;
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Одиссей
партизан
Сообщения: 4027
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 547 раз
Поблагодарили: 541 раз

Re: Azərbaycanda tibb komissiyalarının ləğvi gözlənilir.

#2 Сообщение Одиссей » 05 мар 2013, 01:46

А раньше как было? Разве не единое у них начальство было? Наоборот, сегодняшняя структура формирования ВВК более демократичная.
Другое дело, что в стране нет демократии :)
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Аватара пользователя
SAPAND
партизан
Сообщения: 447
Зарегистрирован: 11 фев 2012, 06:54

Благодарил (а): 144 раза
Поблагодарили: 75 раз

Re: Azərbaycanda tibb komissiyalarının ləğvi gözlənilir.

#3 Сообщение SAPAND » 13 июл 2013, 23:33

Xəstə kasıb övladlarının varlı uşaqları əvəzinə hərbiyə göndərilməsi iddiası var; daha 64 nəfər psixi xəstə də orduya göndərilibmiş

Xəstə kasıb övladlarının varlı uşaqları əvəzinə hərbiyə göndərilməsi iddiası var; daha 64 nəfər psixi xəstə də orduya göndərilibmiş

İyulun 1-dən hərbi çağırış başlayıb. Artıq 10 gündür Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbələrində gənclər müayinə olunur, həqiqi hərbi xidmətə göndərilirlər. Gələn məlumatlar onu deməyə əsas verir ki, SHXÇDX yarananda ona olan ümidlər artıq puç olub. General Arzu Rəhimovun rəhbərlik etdiyi qurum vərəmli və psixi xəstələri orduya göndərir.
“Hürriyyət” qəzeti yazır ki, müayinədən keçən kasıb övladlarında xəstəlik tapıldığı halda buna göz yumulur, onlar xəstə olmayan varlı övladlarının əvəzinə hərbi xidmətə göndərilirlər.
Qəzet iyulun 1-dən 10-na kimi hərbi xidmətə göndərilən və vərəm aşkarlanıb geri qaytarılan gənc əsgərlərin siyahısını da təqdim edib:
1. Məmmədov Tural Habil oğlu 03.07.2013 SHXÇDX- nin Qobustan şöbəsi
2. Əzizov Nəcməddin Cəfərəddin oğlu 03.07.2013 SHXÇDX-nin Bərdə şöbəsi
3. Tağıyev Ceyhun Çingiz oğlu 03.07.2013 SHXÇDX- nin Nəsimi şöbəsi
4. Bədirov Vüsal Şabil oğlu 03.07.2013 SHXÇDX-nin Cəbrayıl şöbəsi
5. Atakişiyev Əsgər Asif oğlu 04.07.2013 SHXÇDX-nin Cəbrayıl şöbəsi
6. İdrisov İlham Yusif oğlu 05.07.2013 SHXÇDX-nin Ağsu şöbəsi
7. Yusifov Şahvələd Mərdan 05.07.2013 SHXÇDX-nin Tovuz şöbəsi
8. Tağıyev Elgün Vüqar oğlu 05.07.2013 SHXÇDX-nin Salyan şöbəsi
9. Qasımzadə Natiq Qabil oğlu 05.07.2013 SHXÇDX- nin Sumqayıt şöbəsi
10. Əsədov Nicat Bayram oğlu 05.07.2013 SHXÇDX-nin Mingəçevir şöbəsi
11. Əliyev Şamil Yadigar oğlu 05.07.2013 SHXÇDX-nin Ağcabədi şöbəsi
12. Qurbanov Cəlal Akif oğlu 05.07.2013 SHXÇDX-nin Tovuz şöbəsi
13. Əmrahov İbrahim Sahib oğlu 06.07.2013 SHXÇDX-nin Zərdab şöbəsi
14. Muradov Əfqan Nazim oğlu 04.07.2013 SHXÇDX- nin Qazax şöbəsi
15. Budaqov Anar Arif oğlu 06.07.2013 SHXÇDX-nin Ağstafa şöbəsi
16. Mahmudov Təbriz Həmid oğlu 06.07.2013 SHXÇDX- nin Xaçmaz şöbəsi
17. Məmmədov İlqar Gülağa oğlu 06.07.2013 SHXÇDX- nin Sabunçu şöbəsi
18. Mehdiyev Fikrət Mənsur oğlu 07.07.2013 SHXÇDX- nin Ağdaş şöbəsi
19. Əliyev Orxan Ramiz oğlu 09.07.2013 SHXÇDX-nin Binəqədi şöbəsi
20. Şıxəliyev Samir Xudaşükür oğlu 09.07.2013 SHXÇDX-nin Lerik şöbəsi
21. Həsənov Röyal Fazil oğlu 09.07.2013 SHXÇDX-nin Ağdaş şöbəsi
22. Mehdiyev Mehman Şahin oğlu 09.07.2013 SHXÇDX- nin Kəlbəcər şöbəsi
23. Əliyev Şamil Yadigar oğlu 09.07.2013 SHXÇDX-nin Ağcabədi şöbəsi
24. Mikayılov Rasim Bədir oğlu 03.07.2013 SHXÇDX- nin Bərdə şöbəsi
25. Qəmbərov Orxan Məhərrəm oğlu 03.07.2013 SHXÇDX-nin Ucar şöbəsi
26. Eminov Ceyhun Emin oğlu 03.07.2013 SHXÇDX-nin Şamaxı şöbəsi
27. Quliyev Rədxan Mirzə oğlu 03.07.2013 SHXÇDX-nin Mingəçevir şöbəsi
28. Zeynalov Ceyhun Malik oğlu 03.07.2013 SHXÇDX- nin Kəpəz şöbəsi
29. Ağazadə Çingiz Ələsgər oğlu 04.07.2013 SHXÇDX- nin Masallı şöbəsi
30. İsgəndərov Nofəl Nəzər oğlu 04.07.2013 SHXÇDX- nin Göygöl şöbəsi
31. Məmmədov Bayram Yaşar oğlu 04.07.2013 SHXÇDX-nin Qazax şöbəsi
32. Orucov Seymur Ramiz oğlu 04.07.2013 SHXÇDX- nin Daşkəsən şöbəsi
33. Məmmədov Kərim Eldəniz oğlu 04.07.2013 SHXÇDX-nin Balakən şöbəsi
34. Əliyev Sirab Bayraməli oğlu 04.07.2013 SHXÇDX- nin Masallı şöbəsi.
Qəzet dəqiq bilgilərə əsaslanıb yazır: “İyulun 1-dən başlayan çağırış prosesindən gənc əsgərlər kütləvi halda geri göndərilir. Bir az da dəqiq desək, yeni gedən əsgərlər Silahlı Qüvvələr və digər silahlı birləşmələrdə yoxlanılarkən onlarda xəstəliklər aşkar olunur, lakin… Məlumatlara görə, gənc əsgərlər qaydalara uyğun olaraq hərbi hissələrdə ilk növbədə rentgendən keçirilir, müayinə edilir. Flüoqrafiq müayinə zamanı isə gənc əsgərlər arasında kütləvi şəkildə vərəmli xəstələr aşkarlanıb və onlarda əsasən sağ və ya sol ağciyərin yuxarı, yaxud da aşağı payının ocaqlı vərəmi tapılıb. Nəzərə alınsa ki, hərbi xidmətdə əsgərlər kazarma şəraitində yaşayır, yeməkxana şəraitində qidalanır, onda bir aktiv vərəm xəstəsinin total şəkildə əsgərləri virusa yoluxdura biləcəyi qaçılmazdır.
Maraqlıdır, əgər Silahlı Qüvvələrdə və digər silahlı birləşmələrdə əsgər hərbi hissəyə gələn kimi onun vərəm olduğu dərhal müəyyənləşdirilə bilirsə, onda Səfərbərlik Xidməti hara baxır? Axı hərbi xidmətə gəlməzdən əvvəl hər bir çağırışçı dəfələrlə tibbi komissiyadan keçirilir. Əslində gənc əsgərlərin yoxlanılması hərbi hissələrin deyil, SHXÇDX-nin işidir. Görəsən, nə vaxta qədər SHXÇDX vərəmli və başqa xəstə uşaqları hərbi xidmətə göndərməkdə davam edəcək?»
Məqalədə 34 geri qaytarılan əsgərdən savayı 64 əsgərin də başqa xəstəliklərə görə geri qaytarılmasından söhbət açılır. Qeyd olunur ki, həmin 64 gənc əsgər əsasən əsgərliyə gələn kimi özlərini doğrayan, bədəninə müxtəlif xəsarətlər yetirən pisixi xəstələr və səhhətində digər problemlər olanlardır.
:think:
http://www.teref.info/?p=13938" onclick="window.open(this.href);return false;
Doğrudanmı bu məmləkətdə hamı "Həsən ağa" ya borcludur ?

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2959
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 395 раз
Поблагодарили: 350 раз

Re: Azərbaycanda tibb komissiyalarının ləğvi gözlənilir.

#4 Сообщение mirotvores70 » 13 июл 2013, 23:47

Görəsən, nə vaxta qədər SHXÇDX vərəmli və başqa xəstə uşaqları hərbi xidmətə göndərməkdə davam edəcək?»
Rəhbərliyin poqonları alınıb, özlərini Qobustan türməsinə basana qədər!
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 80123
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1541 раз
Поблагодарили: 1156 раз

Azərbaycanda tibb komissiyalarının ləğvi gözlənilir.

#5 Сообщение smersh70 » 22 июл 2014, 14:51

Изображение
Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının Ürək-damar Mərkəzində cəbhə bölgəsində güllə yarası almış əsgərin üzərində unikal damar əməliyyatı aparılıb.

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-damar şöbəsinin rəisi, uzman doktor Anar Əmrah bildirib.

A.Əmrahın sözlərinə görə, bir müddət əvvəl cəbhə bölgəsində, səngərdə ümumi yuxu arteriyasının tam qopmasıyla zədələnən əsgər hərbi ambulans helikopteri ilə təcili olaraq hospitala çatdırılıb. Burada aparılmış uğurlu əməliyyatla beyinə gedən yuxu arteriyası əsgərin öz venası ilə əvəz edilərək bərpa olunub. Əsgər 1 ay sonra evinə yola salınıb: «Bu çox ciddi əməliyyat oldu. Riskli olmasına rəğmən öhdəsindən uğurla gəldik. Yaralı əsgərin çənəsindən qəlpə dəyərək arteriyasının böyük qismini qırmışdı. Onun ayağından vena damarından götürərək bərpa elədik».

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 80123
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1541 раз
Поблагодарили: 1156 раз

Azərbaycanda tibb komissiyalarının ləğvi gözlənilir.

#6 Сообщение smersh70 » 06 авг 2014, 16:35

Изображение
205 çağırışçı “neqodnı” çıxaraq geri döndü

“Azərbaycan müharibə şəraitindədir”.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, hərbi xidmətə çağırılanların dərinləşdirilmiş müayinəyə cəlb olunması və hərbi xidmətə yararsız olan 205 nəfər çağırışçının geri qaytarılması nəticəsində, çağırışçıların ilkin tibbi müayinəsində yol verilmiş səhvlərə görə tərxis olunanların sayı cari ilin 6 ayında 38 faizə qədər azalıb. Hazırda gənc əsgərlərin arasında xəstələrin seçilməsi davam etdirilir.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev “Azərbaycan Ordusu” qəzetinə müsahibəsində bildirib.

N.Əliyevin sözlərinə görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun hərbi həkim kontingenti qarşısında əsas tövsiyə və tələbi ondan ibarətdir ki, sırada dayanan hərbi qulluqçu sağlam olmalıdır. Əgər hərbi çağırışçıda patologiya aşkar edilibsə, ona orduya tam yararlılığı sübut edilənə qədər hərbi xidmətdən möhlət hüququ verilməlidir:

“Bu məqsədlə ordu birliklərində gənc əsgərlərin təkrar tibbi müayinədən keçirilməsi tərəfimizdən təmin edilir. Hər bir əsgər müasir flüoqrafiya aparatından, bundan əlavə elektrokardioqrafiya və ultrasəs müayinəsindən keçir. Terapevt, cərrah, psixo-nevroloq, stomatoloq, laborant, rentgenoloq və s. ixtisaslar üzrə həkim heyəti gənc əsgərin hərbi xidmətə yararlığına əmin olduqdan sonra həmin əsgər ordumuzda hərbi xidmətə qəbul edilir”.

İdarə rəisi qeyd edib ki, burada əsas yalnız sağlam gənclərin Azərbaycan Ordusunda xidmətini təmin etməkdir:

“Azərbaycan müharibə şəraitindədir və düşmənlə təmas xəttində yerləşən hərbi bölmələrin şəxsi heyəti ağır coğrafi iqlim şəraitində döyüş tapşırıqlarını icra edir. Məhz belə şərait yalnız sağlam və mənəvi-psixoloji baxımdan hazırlıqlı əsgərlərin hərbi xidmətə cəlb edilməsini sövq edir”.(Trend)

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 80123
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1541 раз
Поблагодарили: 1156 раз

Re: Azərbaycanda tibb komissiyalarının ləğvi gözlənilir.

#7 Сообщение smersh70 » 21 фев 2019, 21:57

mirotvores70 писал(а):Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid tabeçiliyində komissiya kimi yaradılacaq.
[youtube][/youtube]

Ответить

Вернуться в «Hərbi sahədəki digər xəbər və yeniliklər»