Müharibə əlilərinə dövlət qayğısı və ya əksinə ? :!:

Автор
Сообщение
Аватара пользователя
SAPAND
партизан
Сообщения: 447
Зарегистрирован: 11 фев 2012, 06:54

Благодарил (а): 144 раза
Поблагодарили: 75 раз

Müharibə əlilərinə dövlət qayğısı və ya əksinə ? :!:

#1 Сообщение SAPAND » 18 апр 2013, 00:51

Не по теме
Qarabağ döyüşlərində əlil olan, ayaqlarını və qollarını itirən Elnur Əfəndiyevə hökumət 120 manat təqaüd verir.


Neçə günlərdir sosial şəbəkələrdə bu şəkil dolaşır . Doğrudanmı dövlətin bu insana 120 manatdan artıq təqaüd verməyə gücü çatmır ? :think:

Düzü inanmağım gəlmir .Çünki müharibə əlilərinə verilən pensiyanın məbləğindən xəbərim yoxdur ...


Изображение
Doğrudanmı bu məmləkətdə hamı "Həsən ağa" ya borcludur ?

zeynal74
партизан
Сообщения: 6153
Зарегистрирован: 28 янв 2012, 14:04

Благодарил (а): 76 раз
Поблагодарили: 513 раз

Re: Müharibə əlilərinə dövlət qayğısı və ya əksinə ? :!:

#2 Сообщение zeynal74 » 18 апр 2013, 00:56

Allah ona kömək olsun

Аватара пользователя
SAPAND
партизан
Сообщения: 447
Зарегистрирован: 11 фев 2012, 06:54

Благодарил (а): 144 раза
Поблагодарили: 75 раз

Re: Müharibə əlilərinə dövlət qayğısı və ya əksinə ? :!:

#3 Сообщение SAPAND » 18 апр 2013, 01:05

zeynal74 писал(а):Allah ona kömək olsun

Amın ...
Heç bir məntiqə sığmır . Dövlət qaçqına müharibədə canını , sağlamlığını qoymuşdan artıq yardım edir .. :think:
Doğrudanmı bu məmləkətdə hamı "Həsən ağa" ya borcludur ?

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2959
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 395 раз
Поблагодарили: 350 раз

Re: Müharibə əlilərinə dövlət qayğısı və ya əksinə ? :!:

#4 Сообщение mirotvores70 » 18 апр 2013, 01:39

Bu belədir Sapand ağa. Birinci Qarabağ savaşı iştirakcıları hec bir imtiyaza malik deyillər. Adi dövlətin tikdirdiyi yaraşıqlı evdə yaşayan və Qarabağa bundan sonra buldozerlə də qovsan getməyəcək yoğunlamış anqut qacqina,qaz,işıq,su ücün imtiyaz və hətta cörək pulu da var. Amma veteranlara iki barmağın arasından kecən ücüncü barmaq.
Hələ bu vəziyyətdə calış vətənpərvər ol və torpaq ücün mübarizəyə hazır ol. Hə isə ağzım acılar indi,ayıbdir.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
SAPAND
партизан
Сообщения: 447
Зарегистрирован: 11 фев 2012, 06:54

Благодарил (а): 144 раза
Поблагодарили: 75 раз

Re: Müharibə əlilərinə dövlət qayğısı və ya əksinə ? :!:

#5 Сообщение SAPAND » 21 апр 2013, 21:29

Nəsə əlavə etməyə söz tapmaq olmur .. :cry:

Elnur Əfəndiyev: «Döyüş yoldaşlarım baxımsızlığa görə intihar etdi, mən də iki dəfə cəhd etdim, valideynlərim, bacılarım buna imkan vermədi»

«Atam yanıma gələndə günlərlə yemək yemirəm ki, tualetə getməyim»

Əllərini və ayaqlarını itirən Qarabağ veteranı Elnur Əfəndiyevin film kimi həyatı darısqal bir otağa sığışmır. Köməksiz olmasına baxmayaraq, gözlərində həyat eşqi var. Baxmayaraq ki, əvvəllər iki dəfə intihara cəhd edib. Valideynlərinin və bacılarının müdaxiləsindən sonra sağ qala bilib. Indi isə intiharı beynindən silib atıb, ancaq onun üçün yaşamaq da çətindir. Dövlətdən yalnız 120 manatlıq təqaüd alır və başqa heç nə...

16 yaşı tamam olmamış məktəbdən döyüş bölgəsinə qaçıb. Ağsu rayonun Kalva kəndində 1976-cı ildə dünyaya göz açan Elnur Əfəndiyev müharibəyə 1991-ci ilin martın 19-da gedib. Öncə Bakıya gələn qəhrəmanımız dəmiryol vağzalından qatara bilet alaraq Ağdama gedir. O, Ağdama çatanda ermənilər artıq “Passaj”ı vurmuşdu. Insanların içində vəlvələ olsa da, hələ heç kim şəhəri tərk etməmişdi. Taksiylə Qatır Məmmədin dəstəsi olan ünvana - Əhmədavar kəndində Qaraağaclıq deyilən yerə gedir. Öncə dəstənin başçısı Qatır Məmməd (Yaqub Rzayev - R.D.) onu qəbul etmək istəməyib. Çox inadkarlıq edəndən sonra istəyinə nail olur. Ilk silahı təklülə tüfəng olur. Çünki o vaxt avtomat hamıya çatmırdı. Tüfəng tək-tək atdığından hər zaman üstümdə 5-6 ədəd F-1 qumbarası gəzdirirmiş: “Bir müddət burada döyüşdüm. Qatır Məmməd xəstələndi, dəstəyə gəlib-gedə bilmirdi və dəstə yavaş-yavaş dağılmağa başladı, sonra isə həbs olundu.
Bu dəstə dağılandan sonra Yevlaxa gəldim. Sürət Hüseynov yun zavodunda dəstə toplayırdı və mən də onlara qoşuldum. Bu dəstədə 1 il döyüşdüm. 1993-cü il yanvarın 19-dan 20-nə keçən gecə bizə əmr verildi ki, Ağdamdan Yeni Qaralar istiqamətində Fərrux dağı ilə üzbəüz ən hündür zirvəni almaq üçün hücuma keçək. Bizə kimi 7-8 dəfə oranı almağa cəhd etmişdilər, ancaq ala bilməmişdilər. Ermənilər üçün ora strateji yer idi. Həmin yüksəklikdən Bərdədən tutmuş Mingəçevirə qədər çox yeri nəzarətdə saxlamaq olurdu".
Elnur stolun üstündən siqareti götürüb iki qolundan pərçimləyərək dişi ilə qutudan birini götürür. Sonra üzü üstə stola sarı yönələrək qoluyla alışqanı mismara tərəf istiqamət verir. Neçə illərdir bu formada siqareti közərdir. Artıq alışıb, öyrənib, bəlkə də bizim üçün qeyri-adidir.
Bir neçə dəqiqəlik sükutu elə özü pozur və davam edir: “Biz səhər saatlarında oranı ələ keçirdik. Bir neçə saatdan sonra ermənilər zirehli texnika ilə yüksəkliyə doğru hərəkət etdi. Biz isə orada 15-16 nəfər idik. Onlar yüksəkliyə tərəf artilleriyadan atəş açmağa başladılar. Bizim isə ən böyük silahımız PK pulemyotu və minaatan idi. Həm də bura əlavə silah gətirmək də mümkün deyildi. Ermənilər tanklardan yüksəkliyə atəş aça-aça irəliləyirdilər, biz isə onların qarşısını ala bilmirdik. Döyüşün bu məqamında hiss etdim ki, sol tərəfim ayaqdan isinməyə başladı. Bir də gördüm ki, qan içindəyəm. Qəlpənin biri belimdən aşağı nahiyədə ətimə girmişdi, başqa bir qəlpə isə ayağımı topuqdan yuxarı kəsmişdi. Dağdan üzü aşağı yuvarlanaraq meşənin içərisində tikanlı kolların arasına girdim. Kolluğa düşməyimlə huşumu necə itirmişəmsə, elə ordaca qalmışam”.

“Dostlarımdan bir neçəsi intihar etdilər”

Sən demə, Elnur Əfəndiyev sutka yarım qarın içində qalıb: “Məni Ağdamın mərkəzində yerləşən məscidə gətirdilər. Molla məni yuyub, kəfənləmək istəyirmiş. Hava soyuq olduğundan isti suyla yumaq istəyib. Bədənimə isti su dəyən kimi burnumdan, qulağımdan qan gəlib. Görüblər ki, ürəyim döyünür. Təcili xəstəxanaya aparıblar. Öncə ”Evoğlu" hospitalına düşdüm, ordan da Gəncə hospitalına göndərdilər, burada yer olmadı və məni Abbas Səhhət adına xəstəxanaya göndərdilər. Yaralı çox olduğundan xəstəxananın 3-cü mərtəbəsini hospital etmişdilər. Burada müalicə aldım və sağalıb çıxanda, artıq batalyonumuz dağılmışdı. Mənim kimi bir neçə döyüş yoldaşım da ayaqlarını, əllərini itirdi, əlil oldular. Dövlət onlara da qayğı göstərmədi. Bu ağrıya dözə bilmədilər. Çox çətindir, iş qabiliyyətin yoxdur, evdə balaların acından ölür və sən heç nə edə bilmirsən. Dostlarımdan bir neçəsi intihar etdilər. Allah onlara qəni-qəni rəhmət eləsin. Mən də intihara cəhd etdim. Ancaq atam, anam, bacılarım xəbər tutdular və buna imkan vermədilər. Indi 120 manat təqaüd alıram, başqa heç bir yerdən gəlirim yoxdur. Əliləm, ancaq mənə Qarabağ əlili statusunu vermirlər. Bunu almaq üçün o vaxt məndən “iki paçka” (indiki pulla 40 AZN) istədilər. Imkanım olmadığı üçün pulu verə bilmədim. Əsas problemim maddi vəziyyətimin yaxşı olmamasıdır. Əgər köməklik göstərilsə, öz problemlərimi özüm həll edərəm. Belə deyək, 10 min manatım olsa, kirayədən çıxaram. Aya 250 manat kirayə haqqı verirəm. Dərmanlar od qiymətinədir. Bu pulu isə yola çıxıb, tanışlardan alıram. Dilənmirəm, sadəcə yoldan ötənlər vəziyyətimi görüb mənə sədəqə verirlər".

“120 manatla dəva-dərman almaq, kirayə haqqını ödəmək olmur”

37 yaşı olan Elnur Əfəndiyev ailə həyata qura bilməyib: “Mənim də arzumdur ki, övladımı qucağıma götürüm. Indi qulluqçu götürmək istəyirəm ki, mənə baxsın. Ayda iki-üç dəfə məni yuyundurmaq üçün valideynlərim rayondan gəlir. Bir həftə atam, o biri həftə anam qalır yanımda. Atam bir həftə yanımda qalanda yemək yemirdim ki, tualetə getməyim. Mənə nəsə lazım olanda, dost-tanışı çağırıram”.
“Mən bu dövlət üçün müharibəyə getmişdim. Dövlətin isə qayğısından məhrumam. Kimsə mənə sədəqə verəndə o dünyanı görüb gəlirəm. Ancaq almasam da olmur. 120 manatla dəva-dərman almaq, kirayə haqqını ödəmək olmur. Sağ olsun yaxşı insanlar, Binəqədidə 2 sot torpaq veriblər. Birbir ayağım yenə əməliyyat olunmalıdır. Ancaq əməliyyata pul yoxdur. Indiyə kimi 5-6 dəfə əməliyyat olunmuşam. Bədənimdə sağ-salamat yer yoxdur”.
Prezident Administrasiyasından tutmuş aidiyyəti qurumlara müraciət edən Elnur Əfəndiyevə indiyə qədər heç bir yardım edilməyib. Yalnız Heydər Əliyev Fondundan ona əlil arabası verilib. Hara gedirsə, incidilir, yubadılır, hörmətsizlik edilir. Buna görə də son illərdir, nə müraciət edir, nə də hansısa dövlət qurumuna üz tutur.

“Bu hakimiyyəti biz seçməmişik ki, bizə qulluq eləsin”

Vəkil Aslan Ismayılov deyir ki, 16 yaşında Vətən uğrunda vuruşmuş gənci bu vəziyyətdə olan Azərbaycan hökuməti hansı sifətlə “lazım gəlsə Qarabağı alarıq” deyə bilir: “Bu hakimiyyətin nümayəndələri, qudurğanları xaricə milyonlarla sərmayə qoyurlar. Xəstəxana tikirlər, kilsə təmir etdirirlər. Qarabağ uğrunda həyatından keçən adamlara isə 120 manat verirlər”.
Hüquqşünas Qurban Məmmədov deyir ki, müharibə əlili, müharibə veteranı olmasını sübut etmək üçün vətəndaş qanunla nəzərdə tutulan sənədləri aidiyyəti qurumlara təqdim etməlidir. Çox təəssüf ki, Azərbaycanda avtoqəzadan, öz əcəliylə ölən, arvadı tərəfindən öldürülən bəzi adamlar şəhidlər kimi tanınır. Güzəştlərdən istifadə edirlər. Mənim qardaşım 13 il batalyon komandir kimi Sədərək müharibəsində döyüşüb, 22 ildir əlildir. Məhkəmələrə müraciət edəndən sonra buna nail oldum. O vaxt bildim ki, bu sahədə problemlər var.
Bu hakimiyyət antixalq, antimillət, antidövlət rejimdir. Həmin Qarabağ əlilinin valideyni, dərs deyən müəllimlər bu hökuməti seçməyib ki, onlara da yardım etsinlər. Onlardan nə gözləyirsiniz? Bu hakimiyyəti biz seçməmişik ki, bizə qulluq eləsin. Imkan verin bizi talasınlar, nə istəyirsiniz bunlardan?".

http://www.azadliq.info/asagi-manset/35 ... elili.html" onclick="window.open(this.href);return false;









http://www.youtube.com/watch?v=" onclick="window.open(this.href);return false;lezlz4dyvrg&feature=player_embedded
Doğrudanmı bu məmləkətdə hamı "Həsən ağa" ya borcludur ?

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 80155
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1541 раз
Поблагодарили: 1156 раз

Re: Müharibə əlilərinə dövlət qayğısı və ya əksinə ? :!:

#6 Сообщение smersh70 » 26 апр 2017, 02:48

4 ilə böyük fərq var....

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 80155
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1541 раз
Поблагодарили: 1156 раз

Re: Müharibə əlilərinə dövlət qayğısı və ya əksinə ? :!:

#7 Сообщение smersh70 » 07 июн 2017, 00:17

smersh70 писал(а):4 ilə böyük fərq var...

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 80155
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1541 раз
Поблагодарили: 1156 раз

Re: Müharibə əlilərinə dövlət qayğısı və ya əksinə ? :!:

#8 Сообщение smersh70 » 16 окт 2017, 01:22

2016 aprel döyüşlərində başından ağır yaralanan qazi Yaşar Ağayev Türkiyənin Gülhanə hərbi hospitslında əməliyyat olundu.
Изображение
Изображение
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 80155
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1541 раз
Поблагодарили: 1156 раз

Re: Müharibə əlilərinə dövlət qayğısı və ya əksinə ? :!:

#9 Сообщение smersh70 » 16 окт 2017, 14:42


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 80155
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1541 раз
Поблагодарили: 1156 раз

Re: Müharibə əlilərinə dövlət qayğısı və ya əksinə ? :!:

#10 Сообщение smersh70 » 11 ноя 2017, 23:02

smersh70 писал(а):2016 aprel döyüşlərində başından ağır yaralanan qazi Yaşar Ağayev Türkiyənin Gülhanə hərbi hospitslında əməliyyat olundu.
Legion HVK komandası ilə polkovnik-leytenant Abuzər Əbilov və digər vətənpərvərlər Aprel savaşının qazisi Yaşar Əliyevin qarşılanması mərasimində.
Изображение
Изображение
Изображение
Изображение

Ответить

Вернуться в «Hərbi sahədəki digər xəbər və yeniliklər»