Şəhidlər Xiyabanında Qarabag Şəhidləri Unudulur

Автор
Сообщение
Аватара пользователя
SAPAND
партизан
Сообщения: 447
Зарегистрирован: 11 фев 2012, 06:54

Благодарил (а): 144 раза
Поблагодарили: 75 раз

Şəhidlər Xiyabanında Qarabag Şəhidləri Unudulur

#1 Сообщение SAPAND » 11 май 2013, 00:31

Düşündürücü sujetdir . Demək olarki Şəhidlər xiyabanına ziyarət edənlərin əksəriyyəti ancaq 20 yanvar şəhidlərinin qəbirlərini ziyarət edir , gül düzürlər.... .
1ci Qarabag müharibəsinin şəhidləri isə unudulur , qəbirləri görünməz edilir :think:


Doğrudanmı bu məmləkətdə hamı "Həsən ağa" ya borcludur ?

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2957
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 395 раз
Поблагодарили: 351 раз

Re: Şəhidlər Xiyabanında Qarabag Şəhidləri Unudulur

#2 Сообщение mirotvores70 » 12 май 2013, 02:00

Qarabağ şəhidi yoxdur ki. Sadəcə elə belə ora gedib həyatını itirən var. Hamısı prosta oynamağa getmişdilər. Oynaya bilməyiblər. Ehh Sapand ağa-bu millətin nə tarixinə,mə mənəviyyatına nə də gələcəyinə hörməti var. Bir yekə söyüş söyərdim-amma yeri deyil.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
SAPAND
партизан
Сообщения: 447
Зарегистрирован: 11 фев 2012, 06:54

Благодарил (а): 144 раза
Поблагодарили: 75 раз

Re: Şəhidlər Xiyabanında Qarabag Şəhidləri Unudulur

#3 Сообщение SAPAND » 12 май 2013, 22:17

mirotvores70 писал(а):Qarabağ şəhidi yoxdur ki. Sadəcə elə belə ora gedib həyatını itirən var. Hamısı prosta oynamağa getmişdilər. Oynaya bilməyiblər. Ehh Sapand ağa-bu millətin nə tarixinə,mə mənəviyyatına nə də gələcəyinə hörməti var. Bir yekə söyüş söyərdim-amma yeri deyil.
Heç cür başa düşə bilmirəm niyə belə edirlər ? Bəlkədə başa düşürəm , amma başa düşmək istəmirəm , agır gəlir .. ... :cry:
Doğrudanmı bu məmləkətdə hamı "Həsən ağa" ya borcludur ?

Одиссей
партизан
Сообщения: 4027
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 547 раз
Поблагодарили: 541 раз

Re: Şəhidlər Xiyabanında Qarabag Şəhidləri Unudulur

#4 Сообщение Одиссей » 14 май 2013, 05:04

Демагогия это. Обычная, АНС-овская.
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Аватара пользователя
SAPAND
партизан
Сообщения: 447
Зарегистрирован: 11 фев 2012, 06:54

Благодарил (а): 144 раза
Поблагодарили: 75 раз

Re: Şəhidlər Xiyabanında Qarabag Şəhidləri Unudulur

#5 Сообщение SAPAND » 14 май 2013, 07:42

Одиссей писал(а):Демагогия это. Обычная, АНС-овская.

Ləman Əliəşrəfqızının hazırladığı materiallar haqda bunu demək olmaz ...
Doğrudanmı bu məmləkətdə hamı "Həsən ağa" ya borcludur ?

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 83323
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1707 раз
Поблагодарили: 1191 раз

Re: Şəhidlər Xiyabanında Qarabag Şəhidləri Unudulur

#6 Сообщение smersh70 » 12 окт 2015, 14:03

Şəhidin medalı ailəsinə təqdim edilib

2014-cü il oktyabrın 9-da şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Tural Məhərrəm oğlunun Ağdam rayonunda il mərasimi keçirilib.
Изображение
Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani Müdafiə nazirinin başsağlığını şəhidin ailəsinə çatdırıb. O, Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə şəhidin ölümündən sonra təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını T.Əhmədovun adını daşıyan yeddi aylıq oğlu Turalın yaxasına sancıb.
Ağdam rayon icra başçısının müavini, Qarabağ müharibəsi iştirakçısı Arzu xanım Rəhimova çıxışında qeyd edib ki, rayon 2000-ə yaxın şəhid verib, 17 nəfər Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb, neçə-neçə ağdamlı müstəqil respublikanın orden və medalları ilə təltif olunub. Hazırda rayonda 1000-ə yaxın Qarabağ qazisi yaşayır. Ağdamlılar hər an Qarabağ uğrunda Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır.
Ağdam rayonu Qiyaslı kənd inzibati-ərazi dairəsi üzrə nümayəndə, zabit atası, Sərxan Rüstəmov öz çıxışında bildirib ki, təkcə bizim kəndimiz 63 şəhid verib. Bu gün məcburi köçkün şəhərciyində məskunlaşmağımıza baxmayaraq doğma yurd yerlərimizə qayıdacağımız günü səbirsizliklə gözləyirik və Ali Baş Komandanın hər bir əmrinə hər an hazırıq.
Изображение
Silahdaşları adından çıxış edən zabitlər Elşən Əliquliyev və Səməd Məmmədov Tural Əhmədovun sağlığında hərbiçi kimi düşmənə xeyli itki verdiyini vurğulayaraq onun şəxsi rəşadət və şücaət nümunələrindən danışıblar.
Şəhidin anası Kifayət Ələkbər qızı göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə ailə adından dərin minnətdarlığını bildirib.
Изображение
Şəhid anası: "Oğlumun qisasını onun adını daşıyan nəvəm alacaq"

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 83323
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1707 раз
Поблагодарили: 1191 раз

Re: Şəhidlər Xiyabanında Qarabag Şəhidləri Unudulur

#7 Сообщение smersh70 » 10 май 2017, 23:36


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 83323
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1707 раз
Поблагодарили: 1191 раз

Re: Şəhidlər Xiyabanında Qarabag Şəhidləri Unudulur

#8 Сообщение smersh70 » 16 май 2017, 01:33


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 83323
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1707 раз
Поблагодарили: 1191 раз

Re: Şəhidlər Xiyabanında Qarabag Şəhidləri Unudulur

#9 Сообщение smersh70 » 02 дек 2018, 02:33

Daha 142 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək - Nazirlik
Şəhid hərbi qulluqçulardan daha 142 nəfəri üzrə 210 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Oxu.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar ƏƏSMN-də fəaliyyət göstərən Komissiyanın iclasında şəhid hərbi qulluqçulardan daha 142 nəfəri üzrə 210 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib.

İclasda bildirilib ki, ümumilikdə şəhid hərbi qulluqçulardan 9531 nəfərinin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Onların vərəsəliyi notarial qayada təsdiq edilir və birdəfəlik ödənişlə təmin edilmək üçün elektron qaydada ƏƏSMN-ə göndərilir.

Təqdim olunmuş bu sənədlərə işçi qrupu tərəfindən baxıldıqdan sonra komissiya tərəfindən ödəmənin verilməsi barədə qərar qəbul olunur. Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmə verilməsi dövlət başçısının mühüm sosial önəm kəsb edən humanist bir addımı olmaqla, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğının növbəti təzahürüdür.

Qeyd edək ki, bu günədək artıq 1223 şəhid hərbi qulluqçu üzrə 1509 vərəsəyə 11 min manat məbləğində ödəmənin verilməsi üçün qərarlar qəbul olunub və ödənişin verilməsi prosesi davam etdirilir.
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 83323
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1707 раз
Поблагодарили: 1191 раз

Re: Şəhidlər Xiyabanında Qarabag Şəhidləri Unudulur

#10 Сообщение smersh70 » 28 янв 2019, 22:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.
Изображение
Son illərdə məcburi köçkünlər üçün 100-dən çox qəsəbənin tikildiyini, bu kateqoriyadan olan insanlara yeni mənzillərin verildiyini və bu prosesin bu il də davam etdiriləcəyini deyən Prezident İlham Əliyev şəhid ailələrinin də ev və avtomobillərlə təmin edildiyini diqqətə çatdırıb.

Keçən il prezident seçildikdən sonra ilk Fərmanının şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olduğunu deyən dövlətimizin başçısı bu Fərmanla 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinin nəzərdə tutulduğunu bildirib, artıq bu prosesin başladığını və 3 mindən çox şəhid ailəsinin vəsaiti aldığını deyib.

Dövlətimizin başçısı vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni Fərman imzaladığını və bu Fərmana əsasən 11 min manat alacaq vətəndaşların sayının artdığını bildirib.

Sonra dövlətimizin başçısı birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartları şəhid hərbi qulluqçularının vərəsələrinə təqdim edib.

Daha sonra şəhid anası İbadət Əliyeva, şəhid atası Şirvan Nüsrətov, şəhid həyat yoldaşı Vərziyar Əliyeva və şəhid vərəsəsi Sevinc Quluzadə onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
► Показать
Qeyd edək ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub.

Ответить

Вернуться в «Hərbi sahədəki digər xəbər və yeniliklər»