Bakının daşnak-bolşevik işğalından azad olunmasının 95 ili

Ответить
Автор
Сообщение
Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2957
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 395 раз
Поблагодарили: 350 раз

Bakının daşnak-bolşevik işğalından azad olunmasının 95 ili

#1 Сообщение mirotvores70 » 15 сен 2013, 03:23

Изображение

1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib.
Bununla da, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Belə ki, 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi - Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyi təsəvvür oluna bilməzdi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən, Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi.

Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu qarşısına qoyulan missiyanı uğurla başa çatdırmaqla Bakını işğalçılardan təmizlədi və Azərbaycan dövlətçiliyinə qardaş töhfəsini verdi.

Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da, 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi, bir neçə ay sonra isə parlamentə demokratik qaydalar əsasında seçkilər keçirildi.

Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb oldu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil etdi. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirildi. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru Paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etdi. Amma Antanta dövlətlərinin Osmanlı Türkiyəsinə təzyiqi getdikcə daha da artırdı. Ona görə də qısa müddətdən sonra türk qoşunları Bakını tərk etməli oldu.

1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.

Osmanlı ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verdi. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Hər il Bakıdakı Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilir. Aradan uzun illər keçməsinə baxmayaraq, Qafqaz İslam Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Одиссей
партизан
Сообщения: 4027
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 547 раз
Поблагодарили: 541 раз

Re: Bakının daşnak-bolşevik işğalından azad olunmasının 95 i

#2 Сообщение Одиссей » 17 сен 2013, 15:29

Türk və azərbaycanlı zabitlər:
Изображение
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Одиссей
партизан
Сообщения: 4027
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 547 раз
Поблагодарили: 541 раз

Re: Bakının daşnak-bolşevik işğalından azad olunmasının 95 i

#3 Сообщение Одиссей » 18 сен 2013, 01:39

KOMMUNİST.BİZ

15 SENTYABR ; Alman- Osmanlı İTTİFAQININ BAKINI İŞĞAL ETDİYİ GÜNDÜR...!!!
15 Eylül 2012 Smersh 2 şərh

Hər şey “ Azərbaycanın “ adından edilməliydi, alman- osmanlı işğalı “ azərbaycan” ifadəsiylə pərdələnməliydi. M. Ə. Rəsulzadə İstanbuldan yazırdı “ Bakıya doğru hərəkət yalnız Azərbaycanın adından olmalıdır. Onu Azərbaycan hökuməti tutmalıdır. Ayrı cür olsa cətinliklər yarana bilər”. Tələm tələsik osmanlı işğal qüvvələrinə məxsus 5- ci piyada divizyanın adı dəyişdirildi, osmanlı dönüb oldu “ Qafqaz- İslam “ ordusu. Amma hər halda ordu “ Azərbaycan” ordusu adlandırılmadı. Nə ücün ? Cünki osmanlı Azərbaycan deyilən bir məmləkəti tanımırdı da ona görə. İşğal ücün bəhanədə hazır idi, “ mart qırğınları”, halbuki hələ bu qırğından 3 ay əvvəl müsavatcılar Nuru Paşaya, 1918-ci ilin yanvarında Tiflisdə ziyafət , qonaqlıq vermişdilər. Qafqazın işğal planı isə mart hadisələrindən əvvəl 1918-ci ilin fevralında artıq hazır idi. Yəni dəvət edildi edilmədi alman- osmanlı ittifaqı 1-ci dünya müharibəsinin gedişində Qafqazı ələ kecirməliydi. İndi bu gün bu işğala “ azadlıq “ donu geyindirib, işğalcılara sevgi təlqin edirlər. Doğrudanmı 15 sentyabr Bakının azad edildiyi və Azərbaycan Cumhuriyyətinin paytaxt elan edildiyi gündür ? Belə olsaydı nə vardıki, yenə dərd yarı olardı. Məsələ burasındadırki bu hecdə belə deyil, sadəcə bunu belə qələmə vermək istəyənlər var. Hələ Osmanlı işğalını ilk pərdələyənlərdən və onu “ azərbaycan” pərdəsiylə ört bastır etmək istəyənlərdən birincisi Rəsulzadə olmuşdur. Osmanlı ordusunun 5-ci piyadə divizyasının adını dəyişib qoydular “ Qafqaz İslam “ ordusu və beləliklə osmanlı işğal qüvvələri başqa bir işğalcı olan Sentrokaspi diktaturasından şəhəri təhvil alıb başladı talanlara və qırğınlara. İşğalın ilk 15 günü ərzində Bakıda 30- 35 min nəfər qətlə yetirildi, bununla paralel surətdə şəhərin qarət olunmasına başladılar. Osmanlı işğalcıları təkcə Nobel şirkətinin 60 min manat, Şəhərlər İttifaqının Yerli Şöbəsindən isə 23 milyon manatlıq əmlak qarət edib aparmışdırlar. Daha sonra “ Elektriceskaya sila” səhimdar cəmiyyətinin 155 milyon manatlıq, Qafqaz və Merkuri, Əmtəə Ambarları Şərq Cəmiyyətinin, Volqa- Kama ticarət bankının , qafqaz Pambıq Səhmdar cəmiyyətinin və sarə şirkətlərin yüz milyonlarla dəyərində pulunu və əmlakını qarət edib apardılar. Təkcə şirkətlərimi qarət edirdilər ? Yox, kasıb əhalinin axırıncı tikəsinidə müsadirə edib aparırdılar. Arxiv sənədlərinin birində bu barədə yazılır : “ Türk zabitləri Ağdamdan taxıl , paltar və başqa ehtiyyatları cəkib aparırlar… Nuxa qəzasının əhalisi şikayətlənirdiki türklər bütün ərzağımızı talan edib aparır, belə getsə aclıq olacaq” ARXİV fond, 277. S, 1. Iş, 1. Vərəq 1.

Osmanlı- alman işğal qüvvələri Aşağı Saral, Yuxarı Saral, Govurarx və s kəndləri talan edib tamamı ilə yandırıb xaraba qoymuşdurlar. “ Əhalinin Güzəranı “ qəzeti yazırdı ki, “alman və türklər Qafqazdan hər şeyi daşıyıb aparırlar. Rəqəm məlumatları hələ yoxdur. Bütün oktyabr və noyabr ayları ərzində türklər küllü miqdarda mal, fabrikat və texniki əmlakı daşıyırdılar.” Fikir verin hətta müəssələrin dəzgahlarına qədər söküb Anadoluya daşıyırdılar.

Alman Osmanlı işğal qüvvələrinin qarəti təkcə bununla yekunlaşmırdı. Onlar işğal qüvvələrinin saxlanma xərcini yerli əhalinin boynuna yükləmişdirlər, bütün ərzağın onda biri “ zəkat” adı altında əhalidən zorla müsadirə olunurdu, evində bir günlük azuqədən artıq ərzaq saxlayanlar qulaqlarından divara mismarlanırdılar. Bundan əlavə Alman- Osmanlı işğal qüvvələri müsavatdan təzminat tələb edirdilər və bunun əsasında 1918- ci il sentyabrn 16-da, yəni işğal qüvvələri Bakıya girər girməz Osmanlı komandanlığı ilə müsavatcılar arasında alcaldıcı müqavilə imzalandı. Bu təzminat müqaviləsinə görə müsavatcılar osmanlı dövlətinə 2 milyon lirə dəyərində müxtəlif mallar və ərzaq məhsulları verməyə boyun oldular. Ən maraqlısı isə bu idiki müsavat bu pulu osmanlının adından cıxış edən Gəncə Dəmiryolu idarəsinə verməliydi, bu isə o deməkdirki sözügedən idarə və dəmiryoları birbaşa osmanlı imperyasının malı elan edilmişdir. Daha sonra isə müsavatcılar Anadolu Dəmiryolu və Hərbi limanlar idarəsiylə başqa bir müqavilə bağlayıb, sözügedən quruma 1 milyon türk lirəsi dəyərində ərzaq və digər əmtəələr verməyə boyun oldu.(ARXİV müsavat diplomatik nümayəndəliyinin fondu 11, iş 53.vərəq 3- 4.) Osmanlı- alman işğalı zamanı Bakıdan hər gün 44 sistern xam neft daşınıb aparılırdı, neftin yarısı Tiflisdə alman işğalcılarına təhvil verilirdi digər yarısı isə Anadoluya daşınırdı. (ARXİV gürcüstanda fəaliyyət göstərmiş müsavat diplomatik nümayəndəliyinin fondu,siyahı 1. Iş, 1. Vərəq 28.)

Alman işğalcıları ilə müsavatcılar arasında 1919-cu ilin oktyabrnda bağlanmış sazişə görə Almanya Azərbaycanın dəmiryol xəttindən haqq ödəmədən istədiyi kimi istifadə edə və hərbi yüklərini daşıya bilərdi, bundan başqa Azərbaycandakı alman kolonyalarından əsgər toplamaq ixtiyarı belə var idi.

Osmanlı işğal qüvvələri Gəncədən Bakıyacan bütün yolboyu darağacları qurdurub “ inqilabcı haydutları” edam edirdi. Minlərlə üsyancı kəndli, kommunist “ haydut” damğasıyla edam edildi. Hə, bilirəm bizim bəzi “patriotlar” bu yazını oxuyandan sonra deyəcəklərki “ osmanlı erməniləri qırırdı” və bununlada osmanlı terroruna bəraət qazandırmaq istəyəcəklər. Amma diqqətinizə belə bir arxiv materialı təqdim edəcəyik, görün osmanlı terrprunun qurbanları kimlər idi və onlar necə məhv edilirdilər. Özüdə türk əsirliyində olmuş Məmmədyarov deyirdi : “ Yoldaşlarımızdan coxusu bu işgəncələrə tab gətirə bilməyib dəyənək zərbələrindən öldülər… Sultan Əliyev həlak oldu. O, sözün tam mənasında qan apararaq öldü. Nizami Səttaroğlu, Hacı Əli Məmmədoğlu, Fərəməz Həmzəoğlu, Ağaverdi və başqalarıda aclıqsan və kötəkdən öldülər.” (ARXİV fond, 276. Siyahı 2. Iş 85.) Gördüyünüz kimi hamısı azərbaycanlıdır, deməli osmanlı hecdə öz dindaşlarını qorumağa gəlməmişdi. Bu insanların “ sucu” ağaların, mülkədarların zülmünə qarşı mübarizə aparmaq idi. Osmanlı terroru nəinki məhv edirdi, həmcinin kəndli üsyanları zamanı əhali tərəfindən ələ kecirilərək, şumlanmış torpaqlar yenidən bəylərə qaytarılır və əhali bəylərə kompensasiya, cərimə ödəməyə məcbur edilirdilər. “ cumhuriyyət” mifdən başqa bir şey olmamışdır. Real hakimiyyət osmanlı işğal qüvvələrinin zabitlərinə və zopasına məxsus idi. Türk paşası Bakı şəhərində yeganə söz sahibi idi. Edamlar, güllələmələr, zopayla şallaqlamalar hamısı osmanlı zabitlərinin rəhbərlik etdiyi səhra məhkəmələrinin səlahiyyətindəydi. Kimi asacaqlar, niyə asacaqlar buna qərarı osmanlı paşaları verirdilər. Hətta Şuşa uezdinin rəisi müsavat daxili işlər nazirinə şikayətlənirdiki “ şəhərin türk olan qubernatoru bütün hakimiyyəti öz əlində cəmləyərək yerli hökuməti tanımır”. Təkcə Şuşadamı bu beləydi ? Yox, hara getsən bənzər şikayətlər eşidərdiniz. Osmanlı işğal qüvvələri Bakıya girər girməz elan etdilər ki, onlar cumhuriyyət filan tanımırlar və “Bakını tutmaqla Osmanlı sərhədlərini bərpa ediblər”. Nuru Paşanın siyasi məsləhətcisi kimi Azərbaycana gəlmiş və bizim psevdomillətcilərin cox ehtiram bəslədikləri, əslən azəri olan Ağaoğlu belə Azərbaycan Cumhuriyyətini tanımaqdan imtina edir, Osmanlı imperya maraqlarını “ümumimüsəlman maraqları kimi qələmə verərək “ müstəqilliyi Osmanlının bütünlüyünə zərərli hesab edirdi. Hətta 1919-cu ildə M. Ə. Rəsulzadə etiraf etməli olmuşdurki “Azərbaycanın müstəqilliyi ideyası osmanlı maraqlarına zidd idi”. Nuru Paşanın Azərbaycan Milli Şurasını tanımaması və şuranın buraxılmasını tələb etməsi hecdə hər şeyin psevdomillətcilərin iddia etdiyi kimi “ saf” niyyətdən irəli gəlmədiyini göstərirdi. Alman- osmanlı ittifaqının hərəkətləri ancaq kommunistlər tərəfindən işğal kimi qəbul olunmurdu, eyni reaksiya Təbrizdədə yaşandı. Xalqımızın böyük oğlu Şeyx Məhəmməd Xiyabani Təbrizdə yaratdığı 500 nəfərlik fədai dəstəsiylə osmanlı işğal qüvvələrinə qarşı vuruşdu, amma qeyri bərabər döyüşdə əsr götürülərək əvvəlcə Urmiya sonra isə Qars zindanına həbs etmişdir. İndi psevdomillətcilərin məntiqindən elə cıxırki Xiyabanidə xaindir, cünki 1918-ci ildə Cənubi Azərbaycana soxulan osmanlı işğal qüvvələrinə qarşı vuruşub. Bu məntiqlə Şah İsmayılda, Koroğluda, Xiyabanidə hamısı xaindir, amma osmanlı paşaları qəhrəmandır. Budur bizim başabəla millətcilərin milli mövqeyi. Millətin ən görkəmli oğulları oldu xain, işğalcı isə oldu qəhrəman. Budur psevdomillətcilərin “ vətənpərvərliyi”.

Biz 15 sentyabr osmanlı- alman işğalından danışarkən hecdə o iddiada deyilikki guya Bakı azad idi osmanlı gəlib işğal etdi. Yox, 1918-ci ilin iyulun 31-dən bolşeviklər Bakı Sovetindən cıxmış və Həştərxan gedərkən yolda ingilislərin əlaltıları tərəfindən həbs edilərək güllələnmişdilər. Osmanlı gələndə faktiki və hüquqi cəhətdən Bakı Sentrokaspi diktaturasının işğalı altındaydı. Osmanlının gəlişiylə sadəcə bir işğalcı postunu digər işğalcıya təhvil verdi və eyni təhvil- təslim 2 ay sonrada oldu, Osmanlı işğalcıları getdi Mudros müqaviləsinə əsasən İngilislər Bakını işğal etdilər. İndi bu işğallara “ azadlıq”, “ istiqlal” donu geyindirməklə saxta millətcilər nəyə nail olmaq istəyirlər ? Sadəcə olaraq azərbaycan xalqı qarşısında cinayətlərini örtbastır etmək istəyirlər. Beləki osmanlı işğal qüvvələri qafqaza daxil olarkən, əvvəlcə daşnaklarla SÖVDƏLƏŞMİŞDİRLƏR. Daşnak komandanlığı müəyyən GÜZƏŞTLƏR qarşılığında osmanlıya qarşı vuruşmamaq öhdəliyi götürmüşdürlər. Bu güzəşt isə Daşnak Ararat respublikasını tanımaq və İrəvanın bu dövlətə paytaxt kimi verilməsindən ibarət idi. Osmanlı bu öhdəlikləri yerinə yetirdi, bədnam Batum müqaviləsiylə azərbaycan torpaqları hesabına 1500 il sonra daşnak dövləti yaratdı və tarixi azərbaycan torpaqları olan İrəvan, Göycə mahalı bütünlüklə ermənilərə verildi. Batum müqaviləsində bu tarixi xəyanətin altında Rəsulzadənin imzası var. Psevdomillətcilər bu xəyanətə bəraət qazandırmaq ücün “ Bakının azad edilməsi “ haqda nağıl uydurub danışırlar. ….Amma nağıl şirin olsada yalandır. 15 sentyabrn gercək mahiyyətini xalq ozanı Aşıq İsa 4 misrada olduqca dəqiq ifadə edib :

Onlar müvəqqəti dövran sürdülər.

Fağırın, yoxsulun üstə hürdülər,

Ağır cinayətli işlər gördülər.

Axırda cəbhədən qacdı paşalar. ( Aşıq İsa 1918-ci il )

25 nəfər bu yazını bəyənir.
http://kommunist.biz/15-sentyabr-alman- ... yi-gundur/" onclick="window.open(this.href);return false;
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 81777
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1609 раз
Поблагодарили: 1174 раза

Re: Bakının daşnak-bolşevik işğalından azad olunmasının 95 ili

#4 Сообщение smersh70 » 17 сен 2018, 00:53

100 illiyi möhtəşəm keçirildi :character-oldtimer:
Изображение
► Показать

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 81777
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1609 раз
Поблагодарили: 1174 раза

Re: Bakının daşnak-bolşevik işğalından azad olunmasının 95 ili

#5 Сообщение smersh70 » 17 сен 2018, 01:03

smersh70 писал(а):100 illiyi möhtəşəm keçirildi
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 81777
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1609 раз
Поблагодарили: 1174 раза

Re: Bakının daşnak-bolşevik işğalından azad olunmasının 95 ili

#6 Сообщение smersh70 » 20 сен 2018, 23:33


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 81777
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1609 раз
Поблагодарили: 1174 раза

Re: Bakının daşnak-bolşevik işğalından azad olunmasının 95 ili

#7 Сообщение smersh70 » 15 сен 2019, 18:28


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 81777
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1609 раз
Поблагодарили: 1174 раза

Re: Bakının daşnak-bolşevik işğalından azad olunmasının 95 ili

#8 Сообщение smersh70 » 16 сен 2019, 00:59

Изображение
Изображение
► Показать

Ответить

Вернуться в «TARIX»