Hərbi portal

Ya Qarabağ, Ya ölüm
Текущее время: 17 дек 2017, 01:35

Часовой пояс: UTC+05:00




Начать новую тему  Ответить на тему  [ 1 сообщение ] 
Автор Сообщение
 Заголовок сообщения: 1993-CÜ İL KƏLBƏCƏR RAYONUNUN MÜDAFİƏSİ HAQQINDA
СообщениеДобавлено: 13 янв 2015, 14:40 
Не в сети
Новобранец

Зарегистрирован: 21 окт 2014, 22:17
Сообщения: 5
ИзображениеAzərbaycan Milli Ordusunun 1992-ci ildə keçirdiyi uğurlu hərbi əməliyyatların nəticəsindən qorxuya düşən Ermənistan Respublikasının rəhbərliyi anladı ki, 1993-cü ildə hərbi əməliyyatlar belə davam etsə, Qarabağı əldə saxlamaq mümkün olmayacaq. Ermənistan Respublikası rəhbərliyi Rusiya hökumətinə müraciət edərək, 50 milyard rubl hərbi kredit aldı. Bundan əlavə, Rusiya mütəxəssislərinin köməkliyi ilə Moskva şəhəri yaxınlığında 1200 nəfər, Ermənistyandakı Rusiyaın hərbi bazasında 2500 nəfər tankçı, topçu, snayper, kəşfiyyatçı, rabitəçi, istehkamçı, hava hücumundan müdafiəçi və digər hərbi mütəxəssislər hazırlamağa başladılar. Bu mütəxəssislərin və kiçik komandir heyətinin altı aylıq təlimləri 1993-cü ilin fevral ayında başa çatdırıldı.

Qarabağ Erməni Ordusu (QEO) Xankəndi-Ağdərə yaşayış məntəqələri istiqamətində hücuma keçmək, 703 saylı motoatıcı briqadanın bölmələrinin müdafiəsini yarmaq, irəliləyib Sərsəng su anbarını və onun ətrafındakı yolları ələ keçirmək, bununla da Azərbaycan Milli Ordusunun Laçın rayonunun şimalında yerləşən və Qarabağ Erməni Ordusunun həyat əhəmoiyyətli təminat yoluna – Laçın dəhlizinə təhlükə yaradan bölmələrini əsas qüvvələrdən ayırmaq, təminat yollarını kəsmək, Ömər aşırımının mövsümlə əlaqədar olaraq bağlanmasını nəzərə alaraq ordumuzu mühasirə vəziyyətinə salmaq qərarına gəldi.

Bu məqsədlə Rusiya və Ermənistanda təlim keçmiş kiçik komandir və mütəxəssislər Laçın dəhlizindən Qarabağa keçirildi və Qarabağ Erməni Ordusunun sıraları komplektləşdirildi. Şuşa MRQ (Müdafiə Rayonu Qruplaşması) şimala doğru genişləndi və “Stepanakert” MRQ ehtiyata çıxarıldı. Əsgəran MRQ və Hadrut MRQ öz ərazilərini genişləndirərək “Martuni” MRQ-ni ehtiyata çıxardı. QEO yenidən qruplaşma həyata keçirdi. “Mardakert” MRQ, Mərkəzi MRQ və “Martuni” MRQ bölmələri, 54-cü əlahiddə tank taburu, “Şaumyan” (Goranboy), “Mardakert” (Ağdərə) rayonu silahlı dəstələri, Ermənistanın müxtəlif rayonlarından olan “fədai” ölüm dəstələri və başqa bölmələr Xankəndi-Ağdərə yaşayış məntəqələri istiqamətində cəmləşdirildi.

5 Fevral 1993-cü il tarixindən 25 fevral 1993-cü il tarixinədək 20 gün ərzində düşmən irəliləyərək Ağdərə şəhərini, Sərsəng su anbarını, orada həyat əhəmiyyətli elektrik stansiyasını və taktiki cəhətdən əlverişli Ağdərə-Kəlbəcər yolunun vacib sahəsinə tam nəzarəti ələ keçirdilər. Düşmən ilk növbədə Sərsəng su anbarına çıxaraq, onun ətrafı ilə Kəlbəcərə gedən yolları kəsdi, Laçın rayonunun şimalını müdafiıə edən 701 saylı briqadanı Azərbaycan Milli Ordusunun əsas qüvvələrindən ayırdı və faktiki blokadaya saldı. Kəlbəcər və Laçın rayonunda döyüş əməliyyatları aparan Azərbaycan Milli Ordusunun hissələri: 701 saylı briqada və başqa bölmələr sağ cinahdan Ermənistan Respublikası ilə dövlət sərhəddi boyunca erməni silahlı birləşmələri, cəbhə və sol cinahdan QEO və erməni ölüm dəstələri, arxada isə Murovdağ silsiləsi əhatəsində əlverişsiz vəziyyətə düşdülər.

Erməni mənbələrinə əsasən 1993-cü il yanvar ayında Qeo-nun tərkibində 18000 nəfərdən ibarət şəxsi heyət vardı. Onlardan 12000 nəfər qarabağlı, 6000 nəfər isə ermənistanlı idi. Bu ordunun əasısını SSRİ zamanı Qarabağda təhlükəsizliyi təmin edən 4 daxili qoşun alayının silah və zirehli texnikası təşkil edirdi. Ordunun tərkibində 100 ədəd tank, 190 ədəd zirehli döyüş maşını, 60 ədəd artilleriya-minaatan sistemləri, 6 ədəd ZU-23-2, 5 ədəd özüyeriyən ZSU-23-4 Şilka, 4 ədəd 57 mm-lik S-60 zenit qurğusu, Ural avtomobili üzərində ZU-23-2 və Ermənistandan göndərilmiş 179 ədəd artsistem, 82 ədəd minaatan vardı. Ermənistan Respublikasının Azərbaycanla sərhədinin Laçın-Kəlbəcər sahəsini sayı 3000-ə qədər olan 8 tabor qoruyurdu. Bu zamanbu zaman Ermənistanın rəsmi olaraq 20000 nəfərlik ordusu, 154 ədəd tankı, 44 ədəd PDMi, 6 təyyarəsi var idi. Ermənistana Rusiya tərəfindən verilmiş 19 ədəd vertolyotdan 11 ədəd Mİ-24 döyüş vertolyotu qalmışdı.

701 saylı motoatıcı briqada 15 sentyabr 1992-ci il tarixindən əsas qüvvələrini Laçın-Kürdhacı yaşayış məntəqələri istiqamətində cəmləyərək, soldan Dəlidağ-Alxaslı yaşayış məntəqəsinin, sağdan Fərraş-Taxtabaşı yaşayış məntəqələrinin ara sərhəd xətləri zolağını, Alxaslı-Hoçaz-Tiqik-1-Fərraş yaşayış məntəqəsinin ön xətti boyunca, tərkibində 1,2,3,4 və 5-ci Bərdə taboru, Laçın polisi toboru, reyd dəstəsi, kəşfiyyat bölüyü, zirehli dəstə, D-30 artilleriya dvizionu, MT-12 batareyası, BM-21 batareyası (şəxsi heyət 1985 nəfər), 7 ədəd tank, 7 ədəd PDM, 27 ədəd artilleriya vasitəsi olmaqla müdafiə edirdi. Briqadanın 3-cü taboru yalnız atıcı silahlarla silahlanmış şəxsi heyəti 473 nəfərdən ibarət olmaqla briqadanın tabeliyindən alınmışdı və Azərbaycan-Ermənistan dövlət sərhəddinin Kəlbəcər rayonu sahəsində sərhəd xidməti vəzifələrini yerinə yetirirdi. Bu tabor 70 km-lik sərhəd boyunca Qaraqaya, Söyüdlü, Kürdyurdu, Oktyabr, Ayrım, Dikyurd, Yellicə, Zəylik, Ağduzdağ, Taxta sərhəd dəstələrinə bölünmüşdü.

701 saylı briqadaın təminat yolları iki marşrutla həyata keçirilirdi:
1. əsas marşrut: quru yolla. Sərsəng su anbarının sahili ilə Ağdərə yaşayış məntəqəsindən
2. ehtiyat marşrut: hava yolu ilə. 3261 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşən, ilin payız-qış mövsümündə istifadə üçün yararsız olan Ömər aşırımından.

1993-cü il Fevralın 15-dən etibarən quru yolun - əsas marşrutun bağlanması nəticəsində ordu rəhbərliyi 701 saylı briqadanın təminatını hava yolu ilə (vertolyotla) həyata keçirməyə məcbur oldu.
Mart ayının 5-də Azərbaycan Milli Ordusunun müdafiə cəbhəsinin Ağdərə rayonunda yarılmış sahəsini Ağdərə-Kəlbəcər istiqamətində bərpa etmək məqsədilə 701 saylı briqadanın müdafiə xətti üç dəfə uzadıldı. Briqadaya iki əsas istiqamətdə müdafiə olunmaq barədə əmr verildi:
- birinci istiqamət: Laçın rayon mərkəzi – Kürdhacı yaşayış məntəqəsi
- ikinci istiqamət: Çərəktar yaşayış məntəqəsi – Kəlbəcər rayon inzibati mərkəzi.

Briqadaya Dəlidağ-Alxaslı, Çərəktar-Kəlbəcər yaşayış məntəqələrinin müdafiə zolağını Alxaslı-Hoçaz-Tiqik 1-Fərraş-Nereştar-Mərcimək-Çərəktar yaşayış məntəqələrinin ön xətti boyunca müdafiə etmək tapşırığı verildi. 701 saylı briqadanın 1-ci taboru tərkibində 130 nəfər canlı qüvvə ilə Çərəktar yaşayış məntəqəsində Ağdərə-Kəlbəcər yolu üzərindəki yüksəkliklərdə mövqe qurdu.

Artırmalardan sonra 701 saylı briqada dağlıq ərazidə 120 km-ə qədər uzunluqda səpələndi. Briqadanın müdafiə zolağının mərkəzində 20 km müdafiəsiz dağlıq ərazi yarandı. Briqadanın sağ və sol cinahları, həmçinin arxası və mərkəzi boş qaldı. Solda Çərəktar yaşayış məntəqəsindən Ömər aşırımına kimi 25 km-lik dağlıq ərazi, sağ cinahda və arxada Azərbaycan-Ermənistan dövlət sərhədi boyunca 70 km-lik dağlıq ərazi, mərkəzdə Fərraş yaşayış məntəqəsindən Nareştar yaşayış məntəqəsinə qədər 20 km-lik dağlıq ərazi müdafiəsiz qaldı.

11 Mart 1993-cü ildə Ermənistanın Müdafiə Naziri Vazgen Manukyanın əmri ilə Azərbaycanın Ağdərə rayonunda Şaumyan və Mardakert rayonlarının yerli erməni sakinlərindən ibarət silahlı dəstəsinin nəzdində xüsusi təyinatlı alay yaradıldı.

15 Mart 1993-cü ildə 701 saylı briqada 3000 kvadrat km-lik dağlıq ərazidə mərkəzində Mıxtökən dağ silsiləsi olmaqla iki yerə parçalanmasına baxmayaraq, öncə verilmiş tapşırığı yerinə yetirməklə yanaşı Kəlbəcər rayonunun inzibati mərkəzini 20 km-lik dairəvi xətt boyunca müdafiə etmək əmrini aldı. Döyüş düzülüşü ümumqoşun ehtiyatı ayırmaqla bir eşolonda mövqe tutmaq idi.

Kəlbəcər rayonunda yerli əhalidən ibarət könüllü dəstə yaradıldı. Zabit və gizir heyəti olmadığı üçün dəstəyə yerli mülki insanlar rəhbərlik edirdi. Bu könüllü dəstə təlim keçmədən 6-cı tabor kimi 701 saylı briqadanın sərəncamına verildi. 6-cı tabor Nareştar, Mərcimək, Ağqaya və Ağdaban yaşayış məntəqələrinin mövqelərində yerləşdirildi. Kəlbəcər rayonunu müdafiə etmək məqsədilə Kəlbəcər rayonu inzibati mərkəzində dağ atıcı alayının yaradılmasına və yerli sakinlər hesabına komplektləşdirlməsinə sərəncam verildi. Alayın formalaşdırılmasına 22 Mart 1993-cü il tarixində başlanıldı.

25 Mart 1993-cü ildə Ağdərə istiqamətində əldə etdikləri mövqelərdə möhkəmlənən ermənilər yenidən qruplaşma həyata keçirdi. Tərkibində Stepanakert Müdafiə Rayonu Qruplaşması, martuni Müdafiə Rayonu Qruplaşması, xüsusi təyinatlı alay, tank taboru, ölüm dəstələri, əlahiddə artilleriya və reaktiv divizion, döyüş aviasiyası olmaqla Getevan-Çərəktar yaşayış məntəqəsi, həmçinin Kaşataq (Laçın) və Şuşa alayı olmaqla Laçın-Kürdhacı yaşayış məntəqəsi istiqamətlərində hücuma keçdilər.

İbrahim Məsimoğlu, "İlk Briqadanın İbrətli Döyüş Dərsləri", Bakı 2014. səh-238-243

Изображение


Вернуться к началу
Показать сообщения за:  Поле сортировки  
Начать новую тему  Ответить на тему  [ 1 сообщение ] 

Часовой пояс: UTC+05:00


Кто сейчас на конференции

Сейчас этот форум просматривают: нет зарегистрированных пользователей и 1 гость


Вы не можете начинать темы
Вы не можете отвечать на сообщения
Вы не можете редактировать свои сообщения
Вы не можете удалять свои сообщения
Вы не можете добавлять вложения

Найти:
Перейти:  
Создано на основе phpBB® Forum Software © phpBB Limited
Русская поддержка phpBB