QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

Şərəfli yolun anları.
Автор
Сообщение
Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

#1 Сообщение Nazim Bayram » 27 сен 2013, 16:51

Bu gün artıq, təəsüf ki, unudulub, ancaq o zamanı xatırlayan adamların bilir ki, 91-ci ilin sonlarında, 92-ci ilin ilk yarısında azərbaycan könüllü döyüşçülərinin üç nəfərindən yalnız birində silah var idi.
Təsəvvürünüzə gətirin ki, hətta dövlətin ilk yaratdığı Milli Ordumuzun 701-ci briqadasının döyüşçülərinin yarısı döyüşə silahsız girirdi. Yanındakı döyüş yoldaşı yaralansa, ya ölsə onun silahını götürüb, döyüşü davam etdirirdi. Bu bir tərəfdən silah-sursatın kəskin çatışmamazlığını göstərirdisə, o biri tərəfdən Azərbaycan gəncinin döyüş ruhunun yüksəkliyini göstərirdi.
Bu səbəbdən, biz o zamanlar Azərbaycan ərazisində yerləşən sovet-rus hərbi hissələrinə hərbi texnika, silah-sursat və hərbi ləvazimat əldə etmək məqsədilə basqınlar, Azərbaycandan çıxarılan silah-sursat karvanlarına hücumlar edirdik.
91-ci ilin sonlarından 92-ci ilin mayına qədər, yəni silah-sursat və hərbi texnika Azərbaycana Daşkənt müqaviləsi əsasında verilənə qədər, müxtəlif vətənpərvər dəstələr tərəfindən 20-yə qədər belə basqınlar və hücumlar keçirilmişdi.
Cəbhə xəttində olan qüvvələrimizi silah-sursat, hərbi texnika və ləvazimat təchizi ilə daima məşqul olan Nürəddin İsmayılovun Bozqurd dəstələri Qaraheybət, Badamdar, Biləcər, Bakıxanov, Piriküşkül qəsəbələrində və Qusar rayonunda, Bakının “Səlyan kazarmalarında” yerləşən sovet-rus hərbi hissələrinə və rusların Azərbaycandan çıxarmağa cəhd etdikləri hərbi karvanlara basqın və hücumlar həyata keçirirdilər. Belə hücumların birində, Piriküşküldə yerləşən QRU-nun xüsusi təyyinatlı hərbi hissəsinə basqın zamanı atışmada N. İsmaylov 12 güllə yarası almış və yalnız möcüzə və həkimlərimizin peşəkarlığı sayəsində sağ qalmışdı və əlil olmasına baxmayaraq Qarabağda gedən döyüşlərdə Bozqurd batalyonunun komandiri kimi iştirakını davam etdirmişdir.
OMON tərəfindən bu basqınları kəşviyyatçı Eldar Orucov öz dəstəsilə həyata keçirirdi və onlar da xeyli sayda silah-sursat, 2 PDM, 2 BTR əldə etməyə müvəffəq olmuşlar.
Mən üç belə basqın təşkil etmişdim və əldə etdiyimiz silah və texnika ilə döyüşürdük. 5 fevral 92-ci ildə Ağdamın Muradbeyli kəndində yerləşən istehkam hərbi hissəsinə, 14 mart 92-ci ildə Bakının Qobu qəsəbəsindəki silah-sursat bazasına və 1 may 92-ci ildə Bakının Səlyanski kazarma hərbi hissəsinə.

Ermənilərin Xocalıda 366-cı alayın zirehli texnikasından tam gücü ilə istifadə etməyə başlayanda qərara gəldim ki, nəyin bahasına olursa olsun, bizə tank əldə etmək lazımdır. O zaman mən OMONda xidmət edirdim.
92-ci il martın əvvəlindən məlumat toplamağa başladım. Sürücülük və başqa təlimlər, tankların hərbi hissələrdən tankodromlara və poliqonlara çıxışı, qaçırılmalarını istisna etmək üçün, Rusiya müdafiə nazirinin əmrilə qadağan edilmişdi. Tanklar hərbi hissələrdə, daimi dislokasiya yerlərindəki texniki parklarda qaçırılmaması üçün yararsız vəziyyətə gətirilmişdi, akkumlyatorları və hava balonları çıxarılmış, yanacağı boşaldılmışdı.
Bir müddət Azərbaycanda yerləşən bütün tank və tank bölmələri olan hərbi hissələrdəki vəziyyəti öyrəndikdən sonra hətta bir zaman düşündüm ki, bəlkə bu fikrimdən daşınmalı olacam.
Bu vaxt Qobu sakini, Aydın adlı cavan oğlandan mənə xəbər gəldi ki, Qobu kəndi yaxınlığında mərmi anbarının yanında tanklar var.
Mən dostum, daha çox Rıjıy Elçin adıyla tanınan, rəhmətlik Həbib Babayevlə təcili Qobuya getdik.
Kəndin yüksəkliyindən görünürdü ki, mərmi anbarının qaravul binasının həyətində üç tank-72B dayanıb. Tanklar döyüş növbətində anbarın qaravulunu gücləndirmək məqsədilə və döyüşə tam hazır vəziyyətdə dayanmışdırlar, bu isə o deməkdi ki, onlar yanacaqla dolu və sursatla təhçiz edilmiş vəziyyətdədirlər. Bu öz növbəsində bunları qaçırda bilsək, bizim üçün haradasa dayanıb, tankları yanacaqla doldurmağa ehtiyac olmayacağı demək idi.
Biz ərazini gecə- gündüz müşahidə nəzarətinə aldıq. Ərazini və tankları qoruyan qaravulun 5 yerdə postu var idi. Qaravul hərbi hissədən kənar səyyar qaravul idi və yemək hərbi hissədən özbək milliyətli aşbaz tərəfindən gətirilirdi. Aydın dedi ki, özbəklər ərzaq almaq üçün kəndə gəlir və o, aşbazlardan birini tanıyır. Aydın bizi aşbazla görüşdürdü. Görüş zamanı özbək bizə xəbər verdi ki, qaravulun şəxsi heyətindən başqa qaravul binasının içərisində komandirləri mayor olan hava- desant qoşunlarından bir bölük yerləşir. Mən bilirdim ki, son zamanlar Azərbaycanda rus hərbi hissələrinə hücumlar müntəzəm hal aldığından, Rusiyanın mudafiə nazirinin əmri ilə hərbi hissələrə və qaravullara mühafizəni möhkəmləndirmək üçün əlavə zabit-rəis komandanlığı altında Rusiyanın hava- desant qüvvələrindən döyüşçü dəstəsi ayrılırdı. Onlar binanı tərk etmir və aşbazın sözlərinə görə bronejileti əyinlərindən çıxarmırdılar. Binada qaravuldakılardan əlavə, qaravulun rəisi, gücləndirmə dəstəsı və zirehli gücləndirmə dəstəsınin rəisi- tank tağımının komandırı də var idi. Onun özü binada, ekipajlar isə daima döyüş yerlərində- tankın içindəidilər.
Bu məlumatların əsasında biz planın hazırlanmasına başladıq. Plan iki əsas hissədən ibarət idi. Planın ilk hissəsi- aşbazı öz tərəfimizə çəkmək, onu qaravulun yeməyinə güclü yuxuverici maddə tökməyə razı salmaq, sonra aşbazın açdığı qapıdan qaravul binasına daxil olaraq, orada olanları tərkisilah edərək, nəzarətə almaq və ekipajları tankları tərk etməyə məcbur etmək idi. İkinci hissə isə tankları artıq ələ keçirdikdən sonra Ələtə qədər yolun hər iki tərəfində yerləşən rus hərbi hissələri maneəsiz keçərək, Ağdama çatmaqdan ibarət idi.
Aşbazla söhbət etdik, iş bitdikdən sonra ona pul və təhlükəsiz evinə ötürülməsini söz verdik. O, dedi ki, razı olar, amma onların “millətbaşçısı” var və onunla danışıb, məsləhətləşməlidir. Səhərisi gün biz “millətbaşçısı” ilə də görüşdük və o, bizə dedi ki, tank sürücüləri də onun yerliləridir. Söz verdi ki, “onlarla da söhbət edə bilər ki, bir şey olarsa yerlərindən tərpənməsinlər. Amma hadisədən sonra hərbi hissədəki bütün özbəkləri incidəcəklər, buna səbəb də altısını da evlərinə göndərməmizi və bir milyon yarım rubl (15 min dollar) pul istədilər. Biz razılaşdıq və aşbazdan xahiş etdik ki, qaravulun rəisinə nəzarət etsin və görsün ki, onun telefondan başqa əlavə əlaqə vasitəsi varmı.
Mən pul üçün OMONun komandiri Rövşən Cavadova müraciət etdim və planımızı anlatdım. İlk kəs, bir ay öncə tank qaçırmaq istədiyimi Rövşən müəllimə deyəndə, o demişdi ki, «nazirə özün cavab verəcəksən». Mənim, Ağdamdakı hərbi hissəyə basqına görə, nazirdən artıq bir şiddətli töhmətim var idi.
İş orasında idi ki, hər basqından sonra Rusiya Azərbaycan rəhbərliyiə öz narazılığını bildirirdi, rəhbərlik isə bizə deyirdi ki, “ruslar özləri bizə hər şey verəcəklər, bu cür basqın və hücumlar isə münasibətləri gərginləşdirir. Gözləyin yaxınlarda verəcəklər.” Ancaq məsələlər uzanırdı.
Bu dəfə Rövşən Cavadov dedi ki, “sən dəli olmusan, bu ölümdür”, lakin pulu verdi.
Vəziyyətin gözlənilməz məcraya düşəcəyi hal üçün biz daha bir ehtiyyat planı hazırlanmışdıq. Əməliyyatın keçirilməsi üçün mən OMON yoldaşlarımdan könüllü dəstə seçdim. Bu Mehman Həsənov, Taleh Nəibov, Səxavət Hümbətov, Vadim Drobotov, İlqar Quliyev, Elman Həsənov və Rıjıy Elçin idi. Elçin OMON-dan deyildi.
Biz yuxugətirici məhlul əldə etdik, sınaqdan keçirdik və aşbaza verdik. Əməliyyatın keçirilməsini martın 13-dən 14-ə keçən gecəyə təyin etdim.
13 mart biz iki UAZ-la Qobuya gəldik. Müşahidə noqtəmizdən gördük ki, qaravul yuxuya verilməyib, onlar hərəkətdədirlər. Bu arzuolunmaz hal idi, lakin bizim belə hal üçün ehtiyyat planımız var idi. Düzdür hər kəs qəlbində ümid edirdi ki, aşbaz öz işini dürüst görəcək. Biz bir daha ehtiyyat planımızı və əməliyyatın bu vəziyyətdə bütün təhlükələrini göz önündən keçirdik. Qaravulun sayı gücləndirmə bolmələri ilə birlikdə 37 nəfər idi, biz isə 8 nəfər idik.
37 nəfər qaravulun 5 nəfəri postlarda xidmətdə, 8 nəfər isə tankların içində idilər. 5 qaravul əsgəri və 1 nəfər postları dəyişən serjantı biz gözləyib, postları dəyişmək üçün binadan qaravulun həyətinə çıxan zaman zərərləşdirib tərkisilah etməyi planlaşdırırdıq. Beləliklə, qaravul binasının daxilində 18 nəfər, onlardan 3-çü zabit, 10 nəfər hava- desant bölməsinin və 5 nəfər qaravulun dincəlməyə hazırlaşan növbənin əsgərləri qalırdı. Gözlənilməz həmlə uğurun yarısıdı.
Hər birimiz qəlbimizdə bilirdik ki, buradan sadəcə elə-belə dönüb, getməyəcəyik. Bu Xocalıdan sonra idi.
Qaravulun hərəkətini müşaidə edərək, qaravulun bir növbəsini də keçirdik və gələn növbədə hərəkətə keçməyə qərar verdik.
Elmanı snayper tüfəngi ilə yüksəklikdə saxladıq ki, əməliyyat pozulsa, bizə geri çəkildikdə atəş dəstəyi versin. Qalanlar tək- tək qaravulun binasına sağ tərəfdən enməyə başladıq. Orada qaranlıq küncdə gizləndik. Biz elə dayanmışdıq ki, qaravul növbəsi deyişmək üçün çıxarıldıqda arxaları bizə tərəf dayansmış olsunlar. Elə də oldu.
Serjant silahını işlək vəziyyətə salmaq üçün qaravul həyətindəki rəfin üstünə qoyduğu an, biz qaranlıqdan çıxıb, onlara silah diriyərək, cəld və səssiz tərkisilah etdik. Dərhal, tərkisilah etdiklərimizi binanın arxasına aparıb, burada beş nəfərimiz onların şinellərini və papaqlarını geyindik. İki nəfərimiz yerdə oturtduğumuz əsgərlərə nəzarət üçün, qaldı binanın arxasında, biz isə serjantı qabağımıza salıb, getdik postları „dəyişməyə“. Gecə vaxtı gözətçi vişkada dayanır. Adəti üzrə serjant gözətçini soy adıyla çağırır, o da, uzaqdan bizi tanımadan, dəmir pilləkənlərlə enib, bizim tərəfimizdən tərkisilah olunurdu və bizim tək sıraya qoşulub, növbəti vışakaya tərəf gedirdi. Beləliklə, gözətçiləri postlardan çıxarmaqla, daha 5 əsgəri tərkisilah edib, binanın arxasında yerdən oturtduq. Bir nəfərimiz bunların üstündə qaldı. Əlbəttə onların üzərinə silah tuşlanmışdı, lakin izahedici söhbət də apardıq ki, kimsəyə zərər vermək məqsədimiz yoxdur və onları öldürməyə gəlməmişik.
Bundan sonra serjantı özümüzlə götürərək, gəlib qaravul binasının qapısının sağında və solunda divara sıxlaşaraq, binadakılar üçün gözlənilmədən içəri daxil olmağa hazır dayandıq.
Serjant qapını döydü və gözlüyə baxdıqdan sonra içəridən qapını açdılar. Bu zaman Elçin irəlidə biz içəriyə soxulduq. Hər birimiz aşbazdan öyrəndiyimiz binanın iç quruluşuna uyğun, öncədən təyin olunmuş istiqamətdə hücum etdik. Darısqallıq idi. Elçin və Səxavət cəld sağ otağa girdi və “desantnikləri” üzüüstə yerə qoyaraq, tərpənməmək əmri verdilər. Onlar eləcə bronejiletdə oturaraq və yarıuzanıqlı vəziyyətdə yuxulamışdılar və çevik hərəkət edə bilmədilər. Mehman və Vadim isə oyaq növbənin otağına daxil olmuşdu. Bu növbə postlardan qayıdanları gözləyirdi ki, dincəlmə otağına keçsinlər. Onlarda üzü üstə yerə qoyuldular. Mehman və Vadim “piramidadakı” silahları cəld sıyırdılar. Taleh, İlqar və mən sol, şüşəli otağa girərək qaravul rəisinin oturduğu taburetkanı təpiklə vurub aşırdıq və o, hərbi hissəyə xəbər vermək üçün “həyacan” təbili düyməsini basa bilmədi.
Biz bir anda hamını nəzarətə alıb, sakitliyə nail olduq və mən onlara gəlişimizin məqsədini izah etdim, hər biri olduğu yerdə məni dinlədi.
Biz öncə əsgərləri dincəlmə otağında topladıq, binanın arxasındakıları da onların yanına saldıq. Üç zabiti isə orta otaqda saxladıq və mən onlara dedim ki, bu hadisə onların xidmət və karyeralarına ağır zərbə vuracağını bilirəm və bunun üçün onlardan üzr istəyirəm, lakin tanklar bizə Vətənimizi qorumaq üçün daha lazımlıdır və xahiş etdim ki, artıq hərəkətlər etməsinlər. Tankların komandiri Xaritonov kinayə ilə dedi ki, «siz onsuz da uzağa gedə bilməyəcəksiz». Mən Xaritonova dedim ki, ardımca gəlsin və ekipajla tankları tərk etməyi əmr etsin. O, cavab verdi ki, o, qaravulun gücləndirmə dəstəsinin rəisi- mayora tabedir. O zaman biz danışmadan mayoru yanımıza alıb apardıq ki, ekipajlara tankları tərk etməyə əmr etsin. Biz mayoru hər tankın qarşısına aparır və ekipajların gözü qarşısında silahı mayorun başına sıxırdıq. O, əvvəlcə istəmədən, bizim qətiyyətimizə əmin olduqdan sonra isə, ekipajlara tankları tərk etməyi ciddi şəkildə(«pod kozıryok») əmr etdi. Ekipajlar tankları tərk edəndən sonra, zabitləri və əsgərləri, özbəklərdən başqa, içəriyə aparıb və pəncərəsiz olan dincəlmə otağına saldıq. Səxavətlə Taleh dincəlmə otağının qapısı qarşısında atəşə açmağa hazır vəziyyətdə əyləşdilər.
Tankları işə salmağa başladıq, saat 1:40 idi. İkisini işə saldıq, ancaq biri işə düşmədi. Bu tankın mexanik- sürücüsü dedi ki, xarab olduğuna görə, bir ehtiyyat hissəsini dəyışdirməli idilər.
Plana görə, Taleh, Səxavət və İlqar qalmalı və saxlanılanları 2 saat qorumalı idilər. Bu vaxt ərzndə tanklar 35-40 кm/saat sürətlə 70-80 km gedərək, yol boyu rus hərbi hissələrin o zaman sıx yerləşən, Ələtə qədər olan məsafəni keçməli idi. Sonra onlar bir UAZ-da özbəkləri götürərək, Bakıya qayıdacaqdılar.
Tankların birini mən, o birisini isə Mehman sürürdü. Mənim tankımın NSBT- zenit pulemyotu arxasında Drobotov, Mehmanın tankında isə Elman dayanmışdır.
Gecə saat 2-də tanklarla, bir başa təpələrin üstüylə biz trasa tərəf yönləndik. Trasda Elçin ikinci UAZ-la bizi müşaət edirdi, qabağa geçib və ya geri qalaraq qarşımızda və arxamızdakı yoldakı vəziyyəti araşdırıb, bizimlə bərabərləşib işarələrlə bildirirdi.
Biz dayanmadan sürətlə hərəkət edirdik. Hacıqabulu keçdikdə Elçin xəbər verdi ki, ardımızca rusların 2 əsgər dolu URALı və UAZ gəlir. Lakin təgibçilərimiz Hacıqabula çatandan sonra geri qayıtlar. Bu zaman biz artıq Kürdəmirə çatırdıq.
Kürdəmirə girişdə bizi izdiham gözləyirdi. Biz dayandıq, kürdəmirlilər bizə isti çay, pendir çorək və soyutma toyuq verdilər. Baxamayaraq ki, bazar günü idi, artıq AzTV səhər saat 7-də tankların naməlum şəxslər tərəfindən qaçırılması və Ağdama aparılması haqqında məlumat veribmiş. Bu məlumat həm də gün ərzində «Vesti» və başqa mərkəzi telekanallarda verilirdi.
Bizə Kürdəmirin milis rəisi Elxan İlyasov və Kürdəmir Xalq Cəbhəsinin sədri Telman bəy (təəssüf ki, soy adını xatırlamıram) yaxınlaşdılar və hər hansı bir yardıma ehtiyacımız olduğuyla maraqlandılar. Mən dedim ki, biizim ardımızca gələnlər geri döndülər, lakin artıq hava işıqlıdır və onlar vertolyotları qaldıra bilərlər, tankları axşama qədər bataqlıq, qamışlı yerdə gizlədərək, üstünü örtmək lazım olacaq. Telman bəy dedi ki, qəbirstanlığın yanında belə bir yer var. O, toplaşmış adamlara səslənərək dedi ki, kimin maşını varsa, hamı qəbirstanlıq tərəfə gəlsin. Biz şəhəri keçdik, sağa döndük, qəbirstanlığı keçərək, bataqlığa tərəf çox getmədən dayandıq. Adamlar yığışıb el birliyilə qamışlarla tankların üzərini örtməyə başladı və az sonra tanklar görünmürdü. Vertolyotları birazdan qaldırdılar, lakin onlar bataqlığa tərəf çatmadan geri döndülər. Mənim xahişimlə, Elxan İlyasov göstəriş verdi ki, tankları aparmaq üçün bizə iki K-700 qoşquları ilə ayirilsın.
Elxan müəllimin iş otağından mən Rövşən Cavadovla əlaqə saxladım. O, bizi təbrik etdi. Şəhərə qayıdan uşaqlarımız səhər sübhdən Qobudan bir başa komandirin evinə gedib, sevinclə vəziyyəti məruzə etmişdilər. Maşında əyləşən özbəklər və onların sözlərinə əməl etməmələri haqqında da danışmışdılar. Mən pulu onlara vermişdim ki, sözlərini tutmadıqları üçün özbəklərə pulun yarısını verib, qalanını komandirə qaytarsınlar. Yol xərci kimi isə pulun üstündən 200 min rubl götürmüşdüm. Amma Rövşən Cavadov bütün qalan pulu onlara verməyi və vətənlərinə yola salmağı göstəriş vermişdi.
Bazar günü olduğuna görə rayonda yalnız bir qoşqu tapıldı. Tankın birini daymanla gecə Ağdama gətirməyi Mehmanla Elmana tapşıraraq, özüm Vadimlə və Elçinin UAZ-da müşaəti ilə ikinci tankla yola düşdüm. Ağdamda bizi OMONun 1-ci bölüyün döyüşçüləri və komandiri Tahir Quliyev qarşıladı. 360 km tankı sürəndən sonra artıq güOnlar məni tankın içindən çıxartdılar.
Gecə Kürdəmirdən Ağdama K-700-lə ikinci tank da yollandı.
Biz xoşbəxt idik.
Sonralar eşitdim ki, baş leytenant Xaritonov Qazaxda bizim tərəfimizdə vuruşaraq 92-ci ilin ortalarında həlak olub.

Аватара пользователя
Herbi jurnalist
Новобранец
Сообщения: 10
Зарегистрирован: 22 сен 2013, 16:01
Откуда: Bakı

Благодарил (а): 13 раз
Поблагодарили: 1 раз

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

#2 Сообщение Herbi jurnalist » 29 сен 2013, 19:54

http://konulsardarli.wordpress.com/2013 ... l%c9%99ri/" onclick="window.open(this.href);return false;
я смею все, что можно человеку, кто смеет больше, тот не человек

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 399 раз

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

#3 Сообщение mirotvores70 » 30 сен 2013, 14:51

Bir balaca vaxt verin-İnşaAllah səhhətimi qaydasına qoyum,Daxili Qoşunların Ağdam fəaliyyətindən qiymətli yazılar qoyacam
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 399 раз

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

#4 Сообщение mirotvores70 » 15 окт 2013, 14:54

Bir cox vaxt yazmaq istəyirəm. Amma əhvalım pozulur. Hec cür alınmır.Yazıram..Sonradan pozuram. Sadəcə kiminsə ruhunu oyatmaqdan ,narahat etməkdən qorxuram.Cünki yazmaq istədiklərim,mütləq kiminsə o birisi dünyadan bu sətirlərə cıxmasını labüd edəcək. Kiminsə acı taleyinin sətirlərinə işıq salacaq.Amma bu cəmiyyət ücün bu meyarlar önəmlidirmi?.Bir baxın,"Şəhidlər xiyabanını" birinci və ikinci mərtəbəsinə. İkinci mərtəbə(aşağı) və sonra daha artıq mərtəbələr-birinci mərtəbədəki kimi "hörmətlə" abadlaşdırılıbmı? Məncə yox. Amma yazmaq lazımdır məncə. Yazmaq və cəmiyyətin indiki anlamına əks bir tarix yaratmaq.
Bu Volodyadır."O taydan" mənim kimi "psevdoveteran" elan olunan DQ zabitlərindən biri. Qarabağın ağrılı yollarını birlikdə addımladıq axıra qədər.Sonradan isə sonrakı.Qarabağı tanımayanlar,bir iynə ucu belə müharibə haqqında anlayışı olmayam "mayasızların" tənəsinə gəldik. İndi isə qərara gəldim.yazmalıyam ."Psevdoveteran" adlandırılan özümüz haqqında,yaddan cıxmış məzarlarda yatanlar haqqında və bir də şəxsi həyatımızı bir kağız parcası kimi müharibə tonqallarında yandırdığımız haqqında. Oxuyun. Hər kəs öz vicdanı və mayası ilə anlasın- ONSUZ DA BU MÜHARİBƏ HACANSA YENİDƏN BAŞLAYACAQ!
Вложения
getImage.jpg
getImage.jpg (12.58 КБ) 27920 просмотров
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

#5 Сообщение Nazim Bayram » 19 окт 2013, 03:42

Silah qardaşlarıma…

92-ci ilin iyun ayına qədər Qarabağda və Qərb həmsərhəd regionunda könüllü yerli özünümüdafiə dəstələri müdafiəsini üzərinə götürdükləri ərazilərdə nəyi və necə edəcəklərini əsasən özləri müəyyənləşdirirdilər. Ərazi haqqında olan biliklərinə əsaslanaraq, müdafiəni özləri qururdular, bəzən bunu DİN bölmələri və yeni yaranmaqda olan Milli Ordu hissələri ilə uyğunlaşdırırdılar. Müdafiədən əlavə bəzən qabaqlayıcı hücumlar da edirdilər.
Mən o zaman OMONun çevik zirehli dəstəsinin komandiri idim. Qarabağın hansı rayonunda vəziyyət kəskinləşirdisə, mənim dəstəmi oraya yollayırdılar. Bizdə zirehli texnika olduğuna görə Ağdamın, Tər-tərin və başqa rayonların özünü müdafiə dəstələrinin komandirləri əməliyyatlarında iştirak və ya atəş dəstəyi üçün mənə tez- tez müraciət edirdilər.
Xocalıdan sonra hamının əsəbi tarıma çəkilmişdi. Amma çoxlarının da xatırladığı kimi dövlətimiz tərəfdən Xocalıya bir ciddi cavab tədbiri görülmədi. Silahlı insanı emosiyalar boğurdu, ermənilərdən mütləq Xocalının qisasını almaq istəyirdik.
Aprelin əvvəllərində yanıma Bərdənin «Azadlıq» könüllü dəstəsinin komandirləri Ələmşah Məmmədov və daha çox Şaqan kimi tanınan Zabil Həsənov gəldilər. Biz biribirimizi tanıyırdıq, onların dəstəsində 200-ə yaxın çətin idarəolunan yüngül silahlı döyüşçülər var idi. Onlar dedi ki, Marquşevana basqın edib, bacardıqca çox əsir tutmaq və sonradan onları xocalılara dəyişmək istəyirlər.
Xalq arasında Marquşavan deyilən, o zaman əhalisinin 3/4 köçmüş, təxminən 1000 nəfər sakini qalmış, Leninavan şəhər tipli qəsəbə 19-cu əsrdə Cənub Azərbaycanın Marağasından köçürülmüş iki kənddən- Marquşevan və Marağadan ibarətdir və Tərtərin 2-3 km-də yerləşir.
Soruşdular ki, mən də getməyə razıyammi? Mən özbaşına belə qərarlar verə bilməzdim. Öz bölməmlə xidmət üzrə ezam olunduğum rayon polis idarəsinin rəisinə tabe idim. DİN-nə aid olmayan qüvvələrlə hər hansı bir əməliyyata OMON-un komandiri, yaxud bir başa nazirin əmri tələb olunurdu. Mən özüm də «Azadlıq» dəstəsinin planıyla razı deyildim çünki, Leninavanda hansı düşmən qüvvəsinin olduğunu və hansı qüvvələrin onların yardımına gələcəyini kəşfiyyat məlumatlarından təxmin edirdim. Belə asanca Leninavanı götürmək mümkün deyildi. «Azadlıq» bu qəsəbəni zəbt etmək üçün kifayyət qədər qüvvəyə malik deyildi. Onlar «Qurtuluşun» komandiri(sonralar) Azərbaycanın Milli Qəhramanı Şahin Tağıyevlə də danışıb, razılaşdıqlarını söylədilər. «Qurtuluş» daha təcrübəli dəstə idi. O zamana qədər «Qurtuluş» artıq döyüşlərdə ad çıxarmış dəstələrdən idi, Seysulan və Qapanlı kəndlərini zəbt etməyə müvəffəq olmuşdur. Buna baxmayaraq, mən yenə də iştirakdan imtina etdim. Qərarımı izah edərək, dedim ki, onlar Marquşevanı zəbt etsələr də bütün hallarda əldə saxlaya bilməyəcəklər, bu hücumdan sonra ermənilər əkshücuma keçsələr Tərtərin vəziyyəti ağırlaşacaq, buna görə də mənim komandanlığım Tərtərin müdafiəsini möhkəmləndirmədən buna izin verməyəcək. O zaman erməni texnikası Çaylıdan və Tər-Tər çayının yatağında mövqe tutaraq hər gün Tərtəri atəşə tutur, bizim dəstənin qüvvələri ilə susdurulurdular.
Hər axşam olduğu kimi, bu dəfə də mən telefonla gündəlik vəziyyəti OMONun komandiri Rövşən Cavadova məruzə etdim və əlavə olaraq komandirlərlə olan söhbətimi ona danışdım. O, mənim qərarımı dəstəklədi. Ancaq bir neçə gün sonra, 10 aprel 92-ci ildə mənə məlumat verdilər ki, «Azadlıq» və «Qurtuluş» dəstələri səhər erkəndən Marağaya hücuma keçib. Mən təbil siqnalı ilə öz zirehli çevik dəstəmi və əməliyyat müddətinə tabeçiliyimə verilmiş OMON-un 1-ci bölüyünün 1-ci tağımını ayağa qaldıraraq Tərtər avtobazasının yaxınlığında cəmlədim. Biz, ermənilərin baş verə biləcək əks hücumunu dəf etməyə hazır idik. Tezliklə mənə məlumat verdilər ki, Şaqan öz dəstəsi ilə kəndin şərq bölgəsində mühasirəyə düşüb. Mən onları mühasirədən çıxarmaq üçün kömək qərarımı Rövşən Cavadova məruzə etdim və təsdiq cavabı alıb, dəstəmlə Leninavana tərəf hərəkət etdim.

Biz tanklarımızın birini saxladıq ki, o bizə araxadan atəş dəstəyi və vurulsaq evakuasiya etmək üçün hazır olsun, ikinci tankla isə kəndə şimal-qərbdən, qəbirstanlıq tərəfdən yaxınlaşdıq. Öncə piyadalanıb ətrafı nəzərdən keçirdik.
Bu olduqca səliqəli, asfalt küçələri olan, elektrik stolbaları sirayla düzülmüş, telefon xəttili və evlərin pəncərələrində dibçəklərdə gül-çiçək olan bir qəsəbə idi. Girişdə, əvvəllər avtobus dayanacağı indi beton plitə və halqalarla bərkidilmiş istehkama çevrilmişdir. Bir az aralıda, deyilənə görə maşın ustası Akopun evi isə ikinci istehkam nöqtəsi idi.
Gördüklərimizdən belə aydın olurdu ki, öncə Marağa “Qurtuluş” və “Azadlıq” tərəfindən nəzarətə götürülüb, Şaqan irəliyə hərəkət etdikdə isə ermənilər mərkəzdən əks hücuma keçib, kəndin şərq və qərb hissələrində döyüş aparan qüvvələrimizin biri birilə əlaqəsini kəsib, kəndin şərq hissəsini ələ alaraq onu mühasirəyə salıb və ayrı düşmüş dəstənin dairəsini daraldaraq onları sıxışdırmağa başlayıblar. Bizdən solda «Qurtuluşun» ehtiyyat dəstəsi şimaldan, üzümlükdən yeni həmlələr cəhdi edirdi. Kəndin içində isə şiddətli küçə döyüşləri gedirdi və atışma səslərindən aydın idi ki, döyüş daima yerdəyişmələrlə, hərəkətdə gedir.
Bizim müşahidə apardığımız təpənin enişinə Elçin Əliyevin Bərdə batalyonunun döyüşçüləri gəlməyə başladı. Onların, ZİL üzərində, o zamanların təbirincə desək, «samodelka Qradları» vardı. Onlar onu mərmilərlə doldurmağa başladılar.
Öz dəstəm üçün müəyyən etdiyim döyüş vəzifəsi, əvvəl təpədən tankla qəsəbənin istehkam nöqtələrini məhv etmək, ardından ermənilərin ön müdafiə xəttini yararaq qəsəbəyə girmək, şərq hissəyə çatmaq, Şaqanın dəstəsini mühasirəyə almış qüvvələrə cənubdan- erməni tərəfdən gözlənilmədən hücum edərək, onun dəstəsinə şimala- bizimkilərə tərəf mühasirəni yarıb çıxmağa şərait yaratmaq, bundan sonra hərəkət marşrutunu bir qədər dəyişərək qəsəbədən çıxmaqdan ibarət idi.
Ön müdafiə xəttini yarmaq qaydasını, kəndin içindəki hərəkət marşrutumuzu və zirehli kolonla OMONçu piyadaların döyüş sırasını və əlaqələndirməni 1-ci rotanın komandiri kapitan Tahir Quliyevlə müəyyən etdik. İrəlidə Rauf İbrahimovun BMP-1-i , ardınca tank, arxasınca tankı qoruyaraq, Sabirin (soyadını xatırlaya bilmədim) BTR-70-i, onu isə arxadan qoruyaraq BRDM. Zirehli kolonun qabağında, sağıda, solunda və arxasında isə baş leytenant Elçin Məmmədovun 1-ci tağımının döyüşçüləri.
Döyüş planı üzrə zirehli kolon qəsəbəyə hərəkətə başlamalı, tank isə sağdakı təpənin üstündən girişdəki atəş nöqtələrini məhv edəndən sonra kolona yetişməli və tankın döyüş sırasını tutmaqla, OMON hücuma keçməli idi. Kolon hələlik tanksız qəsəbəyə istiqamət aldı.
Biz isə tankda yerlərimizi tutub, təpəyə qalxdıq. İstehkam nöqtələrini məhv etdikdən dərhal sonra tankımızı vurdular. Mərmi, sağ ikinci dəstək rollerini zədələyərək, xarici yanacaq çənlərini deşdi. Tankın sağ tərəfi alovlanmışdı. Döyüş öncəsi tankı hazırlayarkən, xarici baklar adətən boşaldılır, və ya tələsik olduğunda, başına su əlavə edilir və daxili baklarla əlaqəsi kəsilir. Biz sonuncunu etmişdik, amma görünür suyu az əlavə etmişdik. Buna görə də baklar yanırdı. Tankın mexanik-sürücüsu Vüqar Mürsəlov maşını geri buraxdı və biz tankı cəld tərk etdik, 2 yanan bakları ayıraraq, söndürmədən yerə atdıq və tankla atəş mövqeyimizə qayıtdıq. Çaylı kəndindən Leninavana köməyə tələsən və bizi sağdan vuran PDM-2 güman etdi ki, tünd göy tüstülü yanan bizim tankdı və gizləndiyi meşə zolağından çıxaraq nümayişkəranə açıq sahə ilə Leninavana köməyə yoluna davam edirdi. Təpənin üstündə bizim tankı yenidən gördükdə özünü itirdi. Mexanik səndələyərək sürməyə başladı ki, maşını bizim atəşimizdən yayındırsın. Onun nişançısı maşının səndələyərək getməsinə görə bizi nişan ala bilmirdi. Aramızda məsafə 800 metr idi. Mən topdan atəş açdım, lakin o yayına bildi, görünür bizim nişangah tankın vurulanda aldığı zərbədən silkələnib, dəqiqliyini itirmişdi. Bundan əlavə tankın baş hissəsının döndərən elektrik mühərrikində qısa qapanma baş vermişdi və tankın baş hissəsi yalnız əllə döndərilə bilirdi. Atəş açan kimi tank yerini dəyişməlidir çünki, nəinki o nişan aldığı, həm də onu nişan alan tank əleyhinə başqa texnikanın və vasitələrin mərmisinə tuş gələ bilər. Vuqar bizim atəşdən sonra kiçik bir manevr etdi, mən tankın baş hissəsini əllə fırladırdım ki, birdən erməni PDM-i istiqamətində Elçin Əliyevin dəstəsinə məxsus «kooperativ Qraddan» atəş açıldı. Mərmilər traektoriyasını dəyişərək, sağa yuxarı, sola aşağı, hansi hara oldu, amma biri biraz uçduqdan sonra əllə atılmış çubuqtək öz oxu ətrafında vertikal fırlanaraq düz PDM- in üstünə düşdü və onu məhv etdi. Təpədə yığışan döyüşçülərin alqış səsi bir anlıq döyüş səslərini üstələdi. Bundan sonra biz öz əsas dəstəmizə yetişdik.
Tank kolonda yerini tutdu, lakin bizim PDM-i kolonda görmədik. Marquşevanın ortasına çatana qədər ermənilərin müqavimətini qırdıqdan sonra mərkəzdə kənd klubunun qarşısında, hərəkətsiz arxası bizə dayanmış, lakin mühərriki çalışan və topu bizdən əks istiqamətdə PDM-1-ə rast gəldik. Mən onu nişan aldım və rabitə ilə Raufu çağırdım. «Ураган один, я Ураган. Прием. Ураган один, я Ураган, ответьте. Прием»(biz radiodanışıqları rus dilində aparırdıq). Bilmirdim bu bizim yaxud ermənilərin PDM idimi. Rauf cavab vermirdi. Onun xarakterinə bələd olduğumdan bilirdim ki, vurulduğumuzu görüncə, o bizsiz irəliləyər, ona görə mən PDM-ə atəş açmadan öncə əmin olmaq istəyirdim ki, bu Rauf deyil. PDM ermənilərin olsa belə onsuzda baş hissəsini bizə tərəf çevirib, atəş açmağa çatdırmazdı. Mən də ondan elə bu cəhdi gözləyirdim və nişangahın okulyarından gözümü ayırmırdım. Bizim hələ xəbərimiz yox idi ki, Raufun PDM-ni bizdən bir küçə qonşuluqda, bir neçə dəqiqə öncə vurublar. Rabitəsi kəsildiyindən o bizə məlumat çatdıra bilməmişdi. O öz vurulmuş PDM-ni ikinci tankımıza qoşaraq geri çəkib aparıb, sonra PDM-in ekipaj üzvü Niyaz Hüseynovla bir yerdə piyada dəstəyə qoşulub, döyüşü davam etdirmişdilər. Ətrafda şiddətli döyüş gedirdi, radioefir artıq sohbətlərlə zibillənmişdi. Mən Raufu rabitə ilə çağırıb cavab gözlədiyim yarım dəqiqə ərzində PDM tam hərəkətsiz dayanmışdı. Anidən o, topunu mənə tərəf döndərmədən, sanki yerindən atlanaraq, perpendikulyar olan qonşu küçəyə döndü və topunu çevirərək bizi gözləməyə başladı. Düşündü ki, biz oun ardınca atılacağıq, o da bizi atəşlə qarşılayacaq. Ancaq gizləndiyi daş hasarın arxasından onun antenasını fərq etdim və hasarı atəşə tutdum. O anladı ki, tanka qarşı bu situasiyada heç bir şansı yoxdu və kəndin içində gizləndi.
Biz kəndin cənub- şərq tərəfinə yolumuza davam etdik. Kəndin içinə daha çox girdikcə müqavimət artırdı. Evlərin zirzəmilərindən və banlarından kolonumuz sıx atəşə tutulmuşdu. Baş və yan tərəflərdən tankımız qumbaraatanlarla bir neçə zirehdən sürüşən zərbələr almışdı. Dəstəmiz kirpi şəkilini alıb dairəvi cavab atəşilə kəndin şərqinə artan müqaviməti yararaq irəliləyirdi. Kolonumuz kvartallar boyunca düşmənin hər tərəfdən açılan arası kəsilməyən şıddətli atəşinə tutulmuşdu. Yaşayış məntəqəsində küçə döyüşləri həm şiddət, həm döyüşü idarə etmə cəhətlərdən ən ağır döyüş növü sayılır. Mühasirə yerinə iki kvartal qalmış biz uzununa küçəyə döndük və bizimlə eyni zamanda düşmənin canlı qüvvəylə dolu KAMAZı da bu küçəyə döndü. Onlar mühasirə halqasının möhkəmləndirilməsi üçün şimal tərəfə, biz isə mühasirəni yarmaq üçün cənub tərəfə gedirdik. Biz üz-üzə gəldik, KAMAZ sürücüsü geri sürməyə çalışdı ki, arxasıyla küçədən çıxsın. Lakin çatdıra bilmədi. Biz yolumuza davam etdik. Düşmən əskərlərinin cəsədləri küçənin eni boyunca səpələnmişdi. Hər hansı bir cəsədin üzərindən adlamadan yolu keçmək mümkün deyildi. Sonra ermənilər tankın tırtılları altında qalmış cəsədin rəsimlərini mətbuatda yayaraq, azərbaycanlıların tankının canlı insanlar üzərinə yeridiyini bəyan etdilər. Vuqar Mürsəlov seyid nəslindən idi, çox mehriban və insansevər oğlan idı və mümkün olsaydı o, heç zaman nəinki diri adamın, cəsədin də üzərindən tankı sürməzdi. Adətən döyüşdə nişançı hərəkətin istiqamətini görür, ancaq tankın lap qabağında yolu görə bilmir. Buna görə mən bunu görməmişdim. Bunu etməyə məcbur olduğunu o, özü döyüşdən sonra mənə təəsüflə danışmışdı.
Kəndin ermənilərin mühasirəyə aldıqları yerinə çatdıqda 1-ci bölüyün döyüşçüləri iki kvartalı bizim nəzarətimizə keçirdilər.
Şaqan və 20-ə yaxın döyüşçüsü yaralanmışdı, 6 döyüşçü həlak olmuşdu. Yaralıları və cəsədləri BTR-ə, BRDM-ə və tankın üzərinə qoyduq və geri hərəkət etməyə başladıq. Geriyə yolumuzun təxminən yarısını getmişdik mənə məlumat verdilər ki, əlavə qüvvələrin yardıma çatmasıyla ermənilər Marağaya hücuma keçib və «Qurtuluş» kənd boyu səpələnərək, qeyri bərabər döyüş aparır, “Qurtuluşun” Marağadan geri çəkilməsi üçün kömək lazımdı. Biz evakuasiya etdiklərimizi düşürdük. Qalan yolu onları öz yoldaşları apardı.
Tankın mərmiləri bitmək üzrəydi. Mən mərmilərin gətirilməsini əmr etdim, amma anlayırdim ki, Tərtərdən Marquşevana olan yol artıq atəşə tutulub və bunu etmək çətin olacaq. Biz kəndin mərkəz hissəsində son mərmilərimizlə atışan zaman, atəş altında yolla bizə tərəf şütüyən ağ jiquli-03 markalı avtomobil yaxınlığımızda saxladı. Jiqulidəki iki Bərdəli dost Əsəd Qasımov və İlham Allahverdiyev heç kəsin risk edib gəlmədiyi yolla bizə mərmi gətirmişdilər. Onlar o gündən bizim dəstəyə qoşuldular və könüllü döyüşçü oldular.
Gətirdikləri mərmiləri tanka yükləyib Marquşevana üz tutduq. Tankın müşahidə dəliklərindən baxdığımda yolun hər iki tərəfində OMONun 1-ci bölüyün döyüşçülərini və qarşımıza doğru hərəkət edən “Qurtuluş” və “Azadlıq” döyüşçülərilə qarşılarında gətirdikləri əsirləri görürdüm. Küçələrdə döyüşlər gedirdi, bizimkilərin və düşmənin hansının harada olması haqqında heç bir müəyyənlik yox idi. Tank ekipajımda olan İlham Yusifov, OMONun 1-ci tağımının komandiri baş leytenant Elçin Məmmədov və 2-ci tağımının komandiri leytenant Azər İsayev rabitə və trassir atəşi vasitəsilə mənə hədəfləri müəyyən etməkdə kömək edirdilər. Düşmənin bir neçə atəş nöqtəsini susduraraq «Qurtuluşçuların» və əsirlərin kənddən çıxışına şərait yaratdıq.
16:30 radələrində atışma bir qədər səngidi. 17:00 üçün biz kənddən çıxdıq və Tərtər avtobazası ətrafında müdafiə mövqeyi tutduq. «Azadlıq» və «Qurtuluş» kənddən iki avtobus, LAZ və PAZ, dolu əsir erməni qadını çıxartdılar. Kişi əsirlərini isə piyada gətirirdilər. Erməni əsirlərini Ağdama, xocalılara dəyişmək üçün apardılar.
Bu döyüşdə “Azadlıq” 12 döyüşçü, “Qurtuluş”- 7, OMON- 1 döyüşçüsünü- Valeh Müslümovu itirdi. Valeh Müslümov və Etibar Şirinov Marağadan artıq geri çəkilən qüvvələrimizi atəşlə dəstəkləyərkən, yolu nəzarətdə saxlayırdılar. Onlar, iki nəfərə ona yaxın erməni yaraqlısını məhv etmiş, ona yaxın erməninin qarşısını alıb, çox saylı güllə və qəlpə yaralarına baxmayaraq, döyüş vəzifələrini yerinə yetirmişdilər. Çoxsaylı yaralardan və qanitirməsindən Valeh 24 yaşında qəhrəmancasına Şəhid oldu. Valeh Əlizaid oğlu Muslümov, 1968-ci ildə Lerik şəhərində anadan olmuşdu, Azərbaycanın Millli Qəhrəmanıdır ölümündən sonra.

Hal-hazırda yutubda ermənilərin 10 aprel 1992-ci ildə baş vermiş Marağa- Marquşevan basqını haqqında çəkdikləri film geniş yayılıb.
Ermənilər ənənəvi olaraq, hər şeyi “türkün erməniləri genosid etməyi” kimi göstərmək istəyirlər. Ancaq hətta bu, tamamilə informasiya müharibəsi yönümlü filmdə də ermənilər, dedikləri 50-ə yaxın güya dinc əhalidən olan meyitləri göstərə bilmədilər, çünki ... o qədər ölən olmayıb. Əməliyyatın məqsədi- Leninavana girib, daha çox diri erməni ələ keçirib, onları Xocalı əsrlərinə dəyişmək olmuşdu və bunu da etdik. Lakin ermənilər 50-ə yaxın öldürülmüş dinc sakindən dünyaya propaqanda uydurmaları yayırlar. Təəsüf ki, qardaş Türkiyə telekanallarından birində də bu, “Maraginskaya reznya” adlı film 2011-cu ildə göstərilmişdir.
Bu döyüşdən Vüqar Mürsəlov sağ-salamat çıxdı, lakin 1992-ci il iyunun 9-da Torpaq- Təpədə gedən mövqe döyüşündə qəhrəmancasına həlak oldu. Bu döyüşdə tank öz xəndəyində idi, komandir və nişançı tankda öz yerlərində, mexanik- sürücü Vüqar isə tankdan çıxıb, piyadalara qoşularaq vuruşurdu. Minaatanin mərmisi onlarım mövqeyinə düşdü və Vüqar ürəyindən qəlpə yarası aldı. Lakin o, bunu isti- isti anlamamışdı və bir əliylə ürəyini tutub, o biri ilə atəş açmaqda davam edirdi deyirdi ki, “mən yaxşıyam, yaralılara yardım edin” və birdən başını əydi… Vüqar Mirəzbər oğlu Mürsəlov, 1963-cü ildə Cəlilabadın Göytəpə qəsəbəsində anadan olmuşdu, Azəbaycanın Milli Qəhramanı ölümündən sonra.
O, Şəhadətinə qədər hələ bir çox döyüşlərdə Tərtərdə, Fizülidə, Ağdamda qəhrəmanlıq göstərmişdir. O həm də mənim dostum idi. Vüqardan sonra uzun müddət öz tankıma daimi mexanik- sürücü götürmədim.
Torpaq-Təpədə 1992-ci il döyüşlərində 13 iyunda Milli Qəhraman polkovnik- leytenant Şikar Şikarov həlak oldu. Bu həmin Torpaq-Təpədir ki, Azərbaycanın Milli Qəhramanı Mübariz Ağakərim oğlu İbrahimov da orada Şəhadətinə çatdı.

Одиссей
партизан
Сообщения: 3780
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 554 раза

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

#6 Сообщение Одиссей » 19 окт 2013, 06:29

Nazim, mənə bir şey aydın deyil. 703-cü briqadanin bu əməliyyatda heç olmasa nəsə bir iştirakı olmusdumu? Axı formal olsa da o ərazi o briqadanın operativ nəzarətində idi.
Çünki həmin vaxt mən o hissədə könüllü xidmət edirdim və həmin günlər bilavasitə qərərgahın yerləsdiyi ərazidə yatırdıq, və qərərgah zabitlərinin, kombriqə tabe olan artilleriyanın harasa getdiyini görmədim.
Düzdür, o vaxtı nominal olaraq(guya) Rasim Ərpərovun və Şahin Tağıyevin batalyonları, və hətta Xanlar batalyonu da briqadaya tabe idi. Amma mən başa düşdüyümə körə(çox şeyi başa düsmürdüm, sıravi adam idim), bu tabeçilik kağız üzərində idi. Briqadaya bilavasitə, mən də daxil olmaqla 30-35 əskər, bir atəş vzvodu(3 ədəd) əldəqayırma "qrad"(deyirdilər "Bünyad Sərdarovun" bstehsalıdır), bir minamyot batareyası tabe idi. Bunlar hamısı yerində idi o gün.
Rasimin batalyonundan bir neçə nəfər getmişdi, sonrsa bildik, bir neçə əsiri gətirəndən sonra. Əvvəldən bilə bilməzdik, yəqin ki, hərbi sirrləri qorumaq məqsədi ilə iştirak etməyən adamlara deməmişdilər.
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

#7 Сообщение Nazim Bayram » 19 окт 2013, 15:00

Одиссей писал(а):Nazim, mənə bir şey aydın deyil. 703-cü briqadanin bu əməliyyatda heç olmasa nəsə bir iştirakı olmusdumu? Axı formal olsa da o ərazi o briqadanın operativ nəzarətində idi.
Çünki həmin vaxt mən o hissədə könüllü xidmət edirdim və həmin günlər bilavasitə qərərgahın yerləsdiyi ərazidə yatırdıq, və qərərgah zabitlərinin, kombriqə tabe olan artilleriyanın harasa getdiyini görmədim.
Düzdür, o vaxtı nominal olaraq(guya) Rasim Ərpərovun və Şahin Tağıyevin batalyonları, və hətta Xanlar batalyonu da briqadaya tabe idi. Amma mən başa düşdüyümə körə(çox şeyi başa düsmürdüm, sıravi adam idim), bu tabeçilik kağız üzərində idi. Briqadaya bilavasitə, mən də daxil olmaqla 30-35 əskər, bir atəş vzvodu(3 ədəd) əldəqayırma "qrad"(deyirdilər "Bünyad Sərdarovun" bstehsalıdır), bir minamyot batareyası tabe idi. Bunlar hamısı yerində idi o gün.
Rasimin batalyonundan bir neçə nəfər getmişdi, sonrsa bildik, bir neçə əsiri gətirəndən sonra. Əvvəldən bilə bilməzdik, yəqin ki, hərbi sirrləri qorumaq məqsədi ilə iştirak etməyən adamlara deməmişdilər.
Salam Odisey. Doğrudur. O zonaya 703-cü briqada cavabdeh idi, amma 92-ci ilin aprelin sonlarından. Sözü gedən, 10 aprel 92-ci il Marquşevan döyüşü vaxtı isə, qeyd etdiyim dəstələr hələ heç bir briqadaya daxil deyildilər.
Əlavə edim ki, 10 aprel Marquşevan döyüşündə Tərtər batalyonun Cəmilli rotasının əsgərləri də iştirak etmişdi.

Siz dediyiniz Marquşevan əməliyyatı isə, hansı ki, 703-cü briqada keçirtdi, 10 may 92-ci ildə olmuşdu. Bəli, o zaman, artıq Tərtər batalyonu, "Qurtuluş" və Tərtərdə yerləşən daha xırda özünümüdafiə dəstələri 703-ün tərkibində hərəkət edirdilər.
10 may 92-cü il Marquşevan döyüşü "Hərbi Birlik" tərəfindən, Laçın istiqamətindən Şuşaya əkshücuma keçməli dəstələrə kömək məqsədilə hazırlanmış geniş cəbhə üzrə- Ağdamdan Xanlara qədər- əməliyyatın tərkib hissədi idi.
10 apreldə Marquşevan qısa müddətli tutldu, yerli sakinlərdən əsir və girovlar götürüləndən sonra çıxdıq, amma 10 may döyüşü nəticəsində Marağa- Marquşevan tamamilə bizim nəzarətə keçdi və o zamandan bizdədi.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 399 раз

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

#8 Сообщение mirotvores70 » 20 окт 2013, 15:36

Marquşevanda DQ-nin Biləcəri hissəsindən də şəhidlər var.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 399 раз

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

#9 Сообщение mirotvores70 » 10 ноя 2013, 12:17

"ПСЕВДОВЕТЕРАН" albomumdan şəkilləri cap edirəm.Ağır şəkillərdir. Şuşadır.Cavanlığımızın ən əziz xatirələri((((
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 399 раз

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

#10 Сообщение mirotvores70 » 10 ноя 2013, 12:19

orta sırada sağdan birinci
Вложения
37860002.jpg
Orta sırada sağdan birinci
37860002.jpg (1.24 МБ) 27412 просмотров
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Ответить

Вернуться в «Veteranların Xatirələri»