QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

Şərəfli yolun anları.
Автор
Сообщение
Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2957
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 395 раз
Поблагодарили: 351 раз

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

#11 Сообщение mirotvores70 » 10 ноя 2013, 12:43

(((
Вложения
37860037.jpg
bahh ,kopoolun adamına bax ee.(Ballıcanı atəşə tuturuq)
37860037.jpg (1.22 МБ) 13220 просмотров
37860025.jpg
postda
37860025.jpg (940.11 КБ) 13220 просмотров
37860022.jpg
Qazarmanın keşikcisi)) cəhənnəm keşikcisinə oxşayır ee bu))
37860022.jpg (748.71 КБ) 13220 просмотров
37860019.jpg
bu zibili dolduranacan atam yandı
37860019.jpg (927.28 КБ) 13220 просмотров
37860018.jpg
Oğlana bax eee))
37860018.jpg (302.57 КБ) 13220 просмотров
37860017.jpg
Mənəm))Miriş))
37860017.jpg (723.04 КБ) 13220 просмотров
37860016.jpg
KS-19 ÜCÜN
37860016.jpg (781.76 КБ) 13220 просмотров
37860015.jpg
belimiz qırıldl mərmiləri daşıyana qədər
37860015.jpg (773.99 КБ) 13220 просмотров
37860013.jpg
post
37860013.jpg (767.32 КБ) 13220 просмотров
37860012.jpg
post
37860012.jpg (1.16 МБ) 13220 просмотров
37860011.jpg
post
37860011.jpg (1.2 МБ) 13220 просмотров
37860010.jpg
posta gedəndə
37860010.jpg (773.76 КБ) 13220 просмотров
37860009.jpg
Zirəddinin topu(Şuşa batalyonu komandiri Mehman Quliyevin qardaşıdı Zirəddin)
37860009.jpg (774.64 КБ) 13220 просмотров
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2957
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 395 раз
Поблагодарили: 351 раз

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

#12 Сообщение mirotvores70 » 10 ноя 2013, 12:48

(((
Вложения
37860065.jpg
KOSALAR KƏNDİ
37860065.jpg (1.15 МБ) 13220 просмотров
37860056.jpg
XANKƏNDİ TƏRƏFDƏN GƏLƏN 366-nın itlərini qovuruq
37860056.jpg (711.94 КБ) 13220 просмотров
37860052.jpg
XANKƏNDİ TƏRƏFDƏN GƏLƏN 366-nın itlərini qovuruq
37860052.jpg (787.32 КБ) 13220 просмотров
37860039.jpg
KC-19
37860039.jpg (969.92 КБ) 13220 просмотров
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 82357
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1642 раза
Поблагодарили: 1179 раз

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

#13 Сообщение smersh70 » 07 июл 2014, 13:30

Изображение

27 dekabr 1963-cü ildə Bakı şəhərində anadan olmuş və 1989-cu ildən Qarabağ uğrunda döyüşlərə qoşulmuş, əslən Bakı rusu olan, hamının “ Yoska” deyərək çağırdığı cəsur döyüşçü, rus kökənli azərbaycanlı balası ( özü demişkən) İsayev İosif Serqeyeviç

Öz dilindən döyüş xatirələri;

1989-dan 1993-ə qədər müharibədə olmuşam. Amma onu da deyim ki, 89-90-da biz vuruşmurduq. Daha çox silah, sursat əldə edib rayonlara göndərirdik. Sırf döyüşlərə 91- ci ildən girdik. Rəhmətlik Əsəd onda şəhid oldu. Əsəd uşaqlıq dostum idi. Onu Ağdərədə vışkanın yanında vurdular, meyidini özüm çıxardım.

Ən ağır döyüş Qubadlıdan Kafan- Görüs tərəfə ermənilərin arxasına keçəndə oldu. Biz 13 nəfər razveqruppa ermənilərin arxasına keçdik. Əsas məqsəd girov götürmək idi. Çünki bizim camaatdan onlarda çoxlu əsir var idi. Dəyişmək lazım idi. Razvedqruppanın komandiri “ Boz Qurd” batalyonundan Vaqif Saımanov idi. Cin Mübariz və başqalarıda var idi. Ermənilərin arxasına yaxşı keçdik. Amma ərazinin içinə daxil olanda görünür harda isə səhf buraxmışdıq. Ermənilər bizi pusquya saldılar. PK- nın düz üstünə çxdıq. Ermənilərlə güclü atışmaya düşdük. Ərazi onların, düz gəlib kazarmalarının üstünə çıxmışdıq. Qüvvə mütanasibliyi 1-3 idi. Nə isə atışa atışa çəkildik. Orda 2 nəfər itki verdik. Vaqif Salmanovla, Cin Mübariz. Vaqifin meyitini qaytara bildik, amma bu günə qədər Mübarizin meyidi yoxur. Nə ölüsünü nə də dirisini gördüm deyən yoxdur.

Ən yadda qalan isə Sarıbaba əməliyyatı idi. Erməninin arxasına 3- 5 km girmişdik. 6 erməni postu ələ keçirmişdik. Söz verilən kömək gəlmədi. Yaxşı ki, komandir ratsiya ilə bizə geri qayıdmaq əmri verdi. Yoxsa Laçına qədər gedib, örda ölümümüzü tapacaydıq. O döyüşdən itkisiz çıxdıq. Sağ olsun Petroviç, yaxşı kömək etdi. Rəhmətlik Vaqifə qalsaydı düz Laçına gedəcəydik. ( Petroviç 62 yaşında bir belarus zabiti idi. Batalyonda İosifə kömək edirdi.)
Erməni tərəfində vuruşan ruslar da, var idi amma bizim fərqimiz onda idi ki, mən Vətənim üçün vuruşurdum, onlar pul üçün.

Heç vaxt baş, qulaq kəsib, arvad uşaqla vuruşmamışam. Birinci komandir icazə vermirdi. İkinci mən əsgər idim, qəssəb zad deyildim ki...
Əsgər meyidin üstündə ədəbsizlik etməz. Bu əsgərə yaraşmaz və şərəf gətirməz. Mən diri düşmənlə vuruşurdum, ölü isə artıq mənim düşmənim deyildi, sadəcə meyid idi. Ona görə onlar ermənidirlər. Axı mən erməni deyiləm. Mən rus əsilli azərbaycanlıyam. Azərbaycanda isə mərdlik kişilik görmüşəm. Və həmişə bununla fəxr etmişəm.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2957
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 395 раз
Поблагодарили: 351 раз

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

#14 Сообщение mirotvores70 » 25 июл 2014, 19:57

Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

#15 Сообщение Nazim Bayram » 26 ноя 2014, 03:25

Qəhrəmanlar unudulmur!

Vüqar Mirəzbər oğlu Mürsəlov 1963-cü il martın 10-da Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 1991-ci ildən başlayaraq Xüsusi Təyinatlı Milis Dəstəsinin tərkibində Füzuli, Xanlar, Ağdam, Laçın, Şuşa, Goranboy, Ağdərə bölgələrində rəşadətlə vuruşub. 1992-ci il iyunun 9-da Tərtər rayonu Cəmilli kəndi istiqamətində gedən döyüşdə qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın Milli Qəhramanıdı.
Göytəpə şəhərində oxuduğu məktəbə onun adı verilib, şəhərin mərkəzində büstü qoyulub, Tərtər, Göytəpə və Cəlilabad şəhərlərində adına küçələr var.

Vüqar Mürsəlov kimi oğullar millətin onurğa sütünü və vardılarsa, millət var şərtidilər.
Vüqar elə bir tankçı olub ki, T-72 tankını istehsal edən zavodun mühəndisləri onun, tankın mürəkkəb elektrik sistemindəki bir nasazlığı aradan qaldırarkən, tank qülləsini üfüqü səthdə(sağa-sola) hərəkət etdirən xəttə bir prinsipial texniki- konstruktiv məsələnin həllini tapdığını aşkar etmiş və heyranlıqlarını gizlətməmişdilər.
Ruslar xahiş etdilər ki, bunu edən tankçını onlarla görüşdürüm. Dedim, təəsüf ki, o həlak olub. Onda icazə istədilər ki, qüllənin içini söküb, onun həllinə baxsınlar və söz verdilər ki, olduğu kimi yığacaqlar. Razılıq verdim. İş burasındadı ki, tankqayırma zavodundan 92-ci ilin oktyabrında bu mühəndislər qrupunu və bir təyyarə tank ehtiyat hissələrini gətirmişdilər bizim, yay hücumunda vurulmuş, zədələnmiş, lakin bərpa olunan tanklarımızı bərpa eləsinlər. Onlar Vüqarın elədiyinə baxdılar və xahiş etdilər, icazə verək bu sxemanı köçürtsünlər.

Məsələyə ayrıca aydınlıq gətirmək istəyirəm çünki o zamanın ruhundan, əsgər iradəsindən və zəhmətindən xəbər verir.
92-ci ilin martın 14-də biz- omonçular sovet-rus h/h-dən Qobu qəs. iki T-72B tankı qaçırdıb gətirib, Bərdədə rəhmətlik komandir Elçin Əliyevin batalyonunda gizlətmişdik. Orada tankları işlədib yoxlayan zaman aşkar etmişdik ki, qüllənin elektrik hərəkətvericisi işləmir, yəni qüllə yalnız əllə döndəriləcək. Bu isə döyüşdə ciddi geriləmədi. Həm də təsəvvür edin ki, o zaman bu iki tank Ağdam- Tərtər- Göranboy- Xanlar cəbhə boyunca bizim cəmi tankların sayını 7-ə çatdırdı. Qarşımızda isə 366-cı polkun bütün texnikası idi. Yəni döyüşdə hər tankımız, texnikamız öz çəkisindən ağır qızıl idi.
Tankın döyüş bölməsini(qülləsinin içini) ekipajımız- Vüqar, İlham Yusifov və mən- 2 günə sökdük və tankın ətrafına topladıq, baxdıq, lakin nasazlığın səbəbini tapa bilmədik, qülləni yenidən yığdıq.
Söküb- yığmaq bu hissəyə aid kapremontun həcmində bir işdi. Qüllədən çıxan avadanlıq və hissələri iki dəfə tankın başına dolanırdı saat əqrəbinə əks istiqamətdə. Yığanda isə sondan əqrəb istiqamətində 2 günə yığırdıq. Arada isə gözlərimizi kabellərə, birləşmələrə, bloklara, mikrosxemlərə və s. zilləyib, fikirləşirdik, müzakirələr, mübahisələr edirdik. Yığdıq, yoxladıq, yenə işləmədi.
Qərara gəldim ki, artıq o zaman tanıdığım Sürət Hüseynova müraciət edim, Gəncədəki h/h-dən ruslarla danışsın, tank mühəndisləri- zabitlər gəlsinlər, müəyyən məbləğə tankı düzəltsinlər.
İki zabit gəldi, kapitan və baş l-nt. 10 günə iki dəfə söküb yığdılar, iki yeşik konyak içdilər, amma düzəldə bilmədilər, getdilər.
Vüqar dedi, “ birdə sökək, mən onu düzəldəcəm”. Sökdük. Vüqar tankın yanında çöməlib oturur, siqarət çəkə-çəkə dərin düşüncələrə, texniki incəliklərə dalırdı. Əslində onun işi tankın yeriyən hissəsinə aid idi, döyüş bölməsi(qüllə) nişançının sahəsidi.
OMONun zirehli çevik dəstəsi ən yüksək döyüş hazırlıqlı və istər rus, istər NATO-nun peşəkar anlayışına uyğun peşəkar ekipajlardan ibarət idi.
Sovet Ordusu sıralarında Vüqar Belorusiyada tank alayında tank mexanik- sürücüsi xidmət etmiş, ixtisasını dərindən öyrəndiyinə görə batalyonun baş mexanik- sürücüsü, daha sonra sov. ordusunun ən adlı-sanlı iri təlim mərkəzində mexanik-sürücü- instruktor kimi xidmət etmişdi.
Tankın nişançısı isə İlham Yusifov sovet ordusunda Çexoslovakiyada sovet təlim mərkəzində nişançı- instructor xidmət etmişdi. O, həm də artilleriya ustası idi. (İlham hal-hazırda Bərdədə yaşayır)
Vüqarla İlham möhkəm dost idilər. İlham sahəsinə qısqanclıqla yanaşsa da, artıq yorulmuşdu və sadəcə Vüqara kömək eliyirdi.
Hazır olandan sonra yalnız nişançının pultunda iki əlavə düymə görmək olardı. Vüqar özündən çox razı təbəssümlə mənə, “davay, komandir, işlət!”, dedi. Bilirdim ki, o orada nəsə fərqli bir texniki həll tapıb.
Bir müddət sonra Vüqar Şəhid oldu. Bu ərəfələrdə sovet h/h-I Azərbaycana təslim olunmağa başladılar, o cümlədən tanklar, o cümlədən tankların sənədləri(texniki formulyarları və s.) Mənim əlimə bizim qaçırtdığımız 150 və 151 saylı tankların formulyarları keçdi. 151-in pasportunda yeni tanklarda adətən təmiz olan “nöqsanları” bölməsində qüllənin üfüqi səthdə hərəkət edə bilməməsi zavodun defekti kimi qeyd olunmuşdu! Bunu oxuyanda, dik atıldım. Anladım ki, Vüqar ən azı dəyərli rasional texniki təklif icad etmişdi. İstisna etmirəm ki, Vüqarın sxeması indi buraxılan rus tanklarında istifadə olunur.
Biz bütün döyüşlərdə həmin tankla iştirak etdik. O tankı sonra özümlə 123 alaya aparmışdım.
Bu oğullar müharibəni uduzmadılar. Onlar Şəhadətləri ilə Vətəni Vətən etdilər.
Вложения
VUQAR 2.jpg
VUQAR 2.jpg (8.45 КБ) 11953 просмотра

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2957
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 395 раз
Поблагодарили: 351 раз

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

#16 Сообщение mirotvores70 » 15 сен 2015, 09:33

NAZİM BAYRAM.

92-nin avqustun sonu idi. Drmbon tərəfdə qarışıqlıq idi. Bizim polk Vaquas tərəfdən-əks tərəfdən hücuma keçməli idi. Əks tərəfin- Drmbon tərəfin vəziyəti ilə maraqlanan da qərargah rəisi İ.Aslanov dedi ki, lap yaxşı. gəl sən əvvəlcə özün get Drmbon tərəfə, vəziyəti öyrən, bizə də məruzə eliyirsən. Oldu, dedim, yola düşdüm. Dostum Azərlə UAZla getdik. Gəldik çıxdıq Ağdərəyə. Nə baş verir, heç kəs bilmir. Drmbona yaxınlaşdıqca, daha çox geri qayıdanlarla rastlaşırdın. Bir döngəni də keçəndə vəziyət aydınlaşdı, Kasapetdən Rus bulağına kimi yol geri qayıdanlarla, dəqiq desək, qaçanlarla dolu idi. Zil-in üstünə bir meyid qoyub, yanında on nəfər aradan çıxırdı. saxlayanda kimsən, biri deyirdi, əmisioğlu, biri xalasıoğlu... əsas isə o idi ki, qaçmaq üçün hər şeyə qadir idilər, təhlükəli idilər. Buna cəhd də etmədim, çünki başqa iş üçün getmişdim. Yolla biraz da qabağa keçəndə, gördüm ki, daha doğrusu əvvəlcə gürultulu səsindən tanıdım ki, Həcərdi. Həcər UAZ-ın qapısını açıb, ayaq üstə, əlində tapança böyük bir tıxac yaradıb, gedənlərin qarşısını kəsib! Məni gördü, sevindi) Biz özümüzə keçməyə yol açdıq Bu vaxt Həcər qışqırdı, haydı, irəli! özü də gəldi çatdı bizə, mindi mənim UAZıma. Çoxu arxamızca döndülər. Yaxınlaşdıq bilavasitə döyüş yerinə, maşından düşdük. Arxamızca gələnləri saxladıq meşədə. üçümüz, mən, dostum və Həcər getdik irəli. Üç tankımız dayanmışdı yol boyu üzü erməniyə. lakin hərəkət etmək mümkün deyildi, düşmənin minaatanları yolu sərrast və aramsız atəşə tutmuşdular. Tanklar qayaların arxasında olsalar da, bu, minaatanlardan qorumurdu, minalar yan-yörələrinə düşürdülər. Səfərimin məqsədi üçün vəziyəti öyrəndiyim qədər bəs edirdi. ancaq 1-ci, tankların atəş altında qalması(yalnız bəxtləri gətirirdi), 2-i, Həcərin qaytardığı dəstələrin yenidən döyüşə girmək arzusu müdaxiləmi necə deyərlər, qaçılmaz etdi) Nəsə etmək üçün əvvəlcə yolla təxminən 60-70 m keçmək lazım idi və tanklarla qayalığın arasına sıxılıb, ekipajlarla danışmaq, vəziyəti öyrənmək, rabitəyə çıxamaq lazım idi. tankçıların bir çoxu məni tanıyırdılar çünki tankları bizim alayın parkından almışdılar. Həcər dedi, mən də sizinlə gedirəm, siz hara, mən də ora! Həcər, sən bunların üstündə dayan... dedi, mümkün deyil, gedəcəm. Minalar, düşdüyü yerlərdən torpağı göyə sovururdu, uçanda səsləri isə hər kəsin əsəbinə təsir eliyirdi... Həcərə dedim, bax, hara gedirsən? sən voobşe burda neyniyirsən? səni bura kim göndərib, hansı tapşırıqla? ki, qalsın.(hərdən indi də görürəm, deyillər, bu Həcər kimdi belə, Qarabağda hər yerdə olub. vəzifəsini soruşurlar. necə izah edim ki, vəzifəsi Qarabağın Həcəri olub)) Həcər dedi, yox e, aparmayın, özüm gedəjəm! Nə isə, hər minaların partlayışları arası hərəkət edib, fiti sona çatan an özümüzü asfalta atıb, əllərimizlə başımızı tuturduq, sonra tez dizi üstə, iməkləyib hərəkət edirdik. yolun təxminən yarısını keçmişdik, Həcər qalxmadı. O biraz geridə qalmışdı, amma biz baxırdıq. Həcər qalxmadı, amma tərpənirdi. düşündük ki, yaralanıb, qayıtdıq kömək eliyək... dedi, yaralanmamışam, ayaqlarım tutulub. gedin, birtəhər qırağa sürünəcəm... Həcərin qollarına girib, artıq atəşə fikir vermədən, yolu qaçdıq. Həcərin ayaqları asfaltla sürünürdü. hərdən üçümüz də yıxılırdıq, yer silkələnirdi, Həcər qışqırırdı, atın məni! atın məni! Ona çox hirsliydim. O anda tövbə elədim ki, tanklara sağ çatsaq ömrüm boyu arvadlarla heç bir şeydə razılaşmayacam) Yeri gəlmişkən, indi də haçan tövbəmi pozuram, ziyan çəkirəm) Tanklara salamat çatdıq... Bu vaxt tanklar irəli gedib qabaqdakı təpələrin arxasında dayandılar və növbə ilə çıxıb düşmən mövqelərini atəşə tutmağa başladılar. Birazdan Qurtuluşun komandiri Milli Qəhraman Şahin Tağıyevi və Göranboy komandiri Milli Qəhraman Rasim Əkbərovu gördüm. Onlar Drmbona hücuma keçdikləri mövqelərə qayıdırdılar. O axşam hücum qaldı ...Drmbon sentyabrın 1-i alındı.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 82357
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1642 раза
Поблагодарили: 1179 раз

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

#17 Сообщение smersh70 » 14 дек 2015, 00:56

Изображение
Müsahibimiz Qarabağ müharibəsinin qızğın vaxtlarında, 15 yaşında könüllü cəbhəyə yollanan Dəmirov Razim Təbiyyət oğludur. İlk dəfə olaraq “Zaman-Azərbaycan” qəzetinə müsahibə verən birinci Gəncə batalyonunun “Malış” ləqəbli döyüşçüsü Razim bir sıra mətləblərə aydınlıq gətirdi.

- Razim bəy, ilk dəfə olaraq bizimlə müsahibəyə razılıq verdiyinə görə təşəkkür edirik.
- Mən təşəkkür edirəm ki, yada salırsınız.
- Özünüz haqda oxucularımıza məlumat verərdiniz.

- Mən Dəmirov Razim Təbiyyət oğlu 22.03.77-ci ildə Şəmkirin İrmaslı kəndində anadan olmuşam. Ailədə 4 uşaq olmuşuq. Mən ailənin sonbeşiyi idim.
- Necə oldu ki, cəbhəyə yollandınız? Bu istək haradan yarandı?

- Ailədə bu ruhda tərbiyə almışam, bir qardaşım 16 yaşında döyüşə gedib. Bir şəhid vermişik. Həm də orta məktəbdə tarix müəllimim, cəbhədə komandirim olmuş rəhmətlik Mehman Ələkbərov o zaman öz şagirdləri ilə bu mövzuda çoxlu söhbətlər aparırdı. Mən o zaman azyaşlı olsam da, ön cəbhəyə getməyə qərar verdim və “Yevlax Avtovağzalı” deyilən ərazidən birbaşa cəbhəyə yollandım. Geri qaytarmaq istədilər, ancaq çox çətinlikdən sonra məni orada saxladılar. Bir müddət təlim gördükdən sonra orada qaldım. 1992-ci ilin əvvəlləri idi. Bir müddət keçdi, eşitdim ki, atam gəlib məni aparmağa. Zabitlər atama dedilər ki, halal olsun, belə övlad böyütmüsünüz, sanki döyüşmüş kimidir, qayıtsın evə. Mən qayıtmaq istəməsəm də, atamı tək buraxmadım, evə döndüm. Ancaq Xocalı faciəsindən sonra yata bilmədim. Gecə məktub yazıb evdə qoydum. Yazmışdım ki, elə bilin 4 övladınızdan biri yoxdur. O zaman bir qardaşım hərbi xidmətdə idi. Eşitmişdim ki, Mehman Ələkbərov batalyon yaradıb, adı birinci Gəncə batalyonu idi. Öncə 140-dan çox üzvü var idi. Batalyon əsasən Tərtər bölgəsində döyüşlərdə iştirak edib. Mehmanın batalyonunda olanda məni gördü, sevindi. Bir müddət orduda əsgərlərə kömək etdim, sonra aktiv döyüşlərə başladım.

- Cəbhədə səndən başqa azyaşlı var idimi?

- Mən olan bölgədə yox idi. Əsasən, 18 yaşlılardan ibarət idi. Mən tək idim.

- Deyilənə görə, o zaman heç bir təlim keçmədən gənc əsgərləri və könüllüləri döyüşə aparırdılar, sizdə də belə oldumu?

- Bizdə təlimə ehtiyac yox idi, batalyonumuzdakılar əsasən Əfqanıstanda vuruşmuş təcrübəli döyüşçülər idilər.
- Silah-sursat və təchizat necə idi?
- Silah və texnika çatışmazlığı var idi, düşmənlər isə bizdən həm mövqe, həm sursat cəhətdən üstün idilər, ancaq döyüş ruhu bizdə yüksək idi. Bizdən başqa “Qurtuluş” və digər batalyonlar da Tərtər ərazisində vuruşurdular.

- İlk döyüşün haqda fikirlərin maraqlıdır.

- Çox çətin döyüş oldu. Düşündüyüm kimi rahat olmadı. 1992-ci ilin mart-aprel ayları idi. Söhbət birinci Marquşevan döyüşündən gedir. İtkilər hər iki tərəfdən oldu. Onlardan əsir aldıqlarımız var idi. Sonra danışıqlar oldu, 3 erməni verdik, 14 şəhidimizi qaytardılar. Cəsədlər tikə-tikə doğranmışdı. Traktorla gətirdilər, heç birini tanıya bilmədik. İlk döyüşümüz belə olub.

- Bu vəziyyətdən sonra evə qayıtmaq haqqında düşündünmü?
- Əksinə, daha da nifrətim artdı. Qisas haqda düşünürdüm.

- Neçənci ilədək döyüşdün?

- 1993-cü ilin may ayına kimi döyüşdüm, ancaq ondan əvvəl Gülüstan tərəfdə yaralandım, 15 gün qospitalda qaldım sonra çıxdım.
- Ermənilərin məşhur “Arabo” batalyonu ilə döyüş haqqında məlumat verərdin.

- Mehman Ələkbərov hazırlayırdı planları. Birinci döyüşdən təxminən 1 ay sonra oldu bu döyüş. Sarıtəpə yüksəkliyi, Aşağı Çaylı, Yuxarı Çaylı deyilən yerlərdə oldu təxminən. “Arabo”yla döyüşdən əvvəl bir neçə kənd geri qaytardıq. Bizim qaldığımız bir neçə yer bir gün ərzində vuruldu. Həmin gün 3 obyektimiz vurulmuşdu. Tam dəqiq koordinatları vurmuşdular. Kəşfiyyatçılarımızdan Məqsəd, Elman və digər yoldaşlarımız erməni dilini sərbəst bilirdilər, məlumatı onlar gətirirdilər. Onlar “Arabo”dan da məlumat gətirmişdilər. Yerləri təyin olunmuşdu, onların hücum planı haqqında məlumat verdilər. Döyüşdən 3 gün öncə hazırlığımız oldu. Bir gün öncə kiçik döyüş oldu. “Üzüm bağı” deyilən tərəfdən, kanalın kənarından olan mövqeyimizdən bir saata yaxın döyüş oldu. Hücum elədilər, 35 nəfərə yaxın mövqedə qaldıq. Pusquya salıb, yerimizi dəyişdik və onların arxasına keçdik. Mən, Mehman və Elman (şəhid olub) kanaldan 100 metr qarşıya getdik və təpədən müşahidə etdik. Təpənin arxasından baxanda ağaclıqda bir neçə erməni gördük. Tərəddüd etsəm də Elman bildirdi ki, ermənilərdir. Onları məhv etdik. Daha sonra digər döyüşçülərlə açıq döyüşə girdik. Ancaq avtomat və pulemyotlardan istifadə edirdik. Həmin an biz 35 nəfər olsaq da, 124-dən çox “Arabo” döyüşçüsü öldürdük. Bizdən bir yaralı oldu. Ermənilər bir neçə yüksəkrütbəli zabitin meyitini götürə bilmişdilər, sağ qalan digər bir neçə döyüşçü isə qaçdı.

- Digər erməni döyüşçülərin cəsədləri və götürülmüş qənimət necə oldu?

- Ekskavator çağırıldı, cəsədlər qazılıb basdırıldı, silahlar aidiyyəti üzrə təhvil verildi.

- Ağdərə döyüşünü necə xatırlayırsan?

- “Arabo” ilə döyüşdən sonra Ağdərə döyüşü oldu. Bu döyüş çox ağır keçdi. Mehman müəllim batalyonu iki yerə böldü. Tək bizim batalyon deyildi, Ağdərəyə bir neçə mövqedən hücuma keçməli idik. Texnika köməyinin gələcəyini demişdilər. Bizə aid orada UAZ, QAZ-66, hərbi-tibbi yardım maşını var idi. Maşınlarımızın içində əsgərlər var idi, biz oturub yardım gözlədiyimiz anda bir tank mövqeyimizə daxil oldu. Şübhələndik ki, axı bizə yardım üçün texnika çox gəlməli idi, niyə bir tank göndəriblər. Biz vəziyyəti anlamamış tank atəş açdı, QAZ-66 maşınındakı əsgərlərimiz həlak oldular. Daha sonra həmin tank atəş aça-aça sürətlə uzaqlaşdı. O gün 50-yə yaxın itki oldu. Vura bilmədik həmin tankı o gün. Hadisənin şokundan bir neçə gün özümə gələ bilmədim. Sonra həmin tank vuruldu - ikinci döyüşdə. Deyilənə görə, həmin tankı rus zabiti idarə edirmiş.

- Bəs sən özün harada yaralandın?

- Sarıtəpə və Ağdərədə ayağımdan qəlpə yarası aldım.
- Başqa döyüşlərdə də iştirak etdinmi?
- Sonra Sərsəng su anbarı uğrunda döyüşlər oldu, Xankəndiyə kimi getmişdik. Görürdük Xankəndini.
- Düşmən tərəfdən vuruşanların cəsədləri arasında xarici döyüşçülər var idimi?
- Bir dəfə onlardan ikisini öldürdük. Biri zənci, biri rus idi. Qızlar da var idi.
- Sənə indiyə kimi nə qaranlıq qalıb o zamandan?
- İndiyə kimi məni düşündürən odur ki, o qədər şəhid verdik, ərazi aldıq, Xankəndiyə kimi getdik, ancaq niyə itirildi o ərazilər. Biz, sözün həqiqi mənasında, döyüşürdük.
- Döyüşlərdən sonra evə qayıtdın, bəs nə ilə məşğul oldun?
- Qayıtdım, orta təhsilimi bitirdim. Müalicə aldım bir neçə il. Qiyabi olaraq Kənd Təsərrüfatı Universitetini bitirdim.

- Bəs bu gün nə işlə məşğulsan?
- Qardaşlarımla birgə Rusiyada və vətəndə bizneslə məşğul oluram.
- Ailəlisən, övladlarına və gənclərə tövsiyən nədir?

- Mən övladımı vətənə layiq övlad kimi böyütməyə çalışıram, tərbiyəni bu ruhda verirəm və gənclərə də tövsiyəm bu vətənin, dövlətin qədrini bilsinlər. Cənab Ali Baş Komandanın və hörmətli nazirimiz Zakir Həsənovun verəcəyi əmrləri yerinə yetirməyə hazır olsunlar.

Nofəl Salmanov ( Bizimyol )

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 82357
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1642 раза
Поблагодарили: 1179 раз

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

#18 Сообщение smersh70 » 27 фев 2017, 00:11

“Batalyon” sənədli filmi -ilk defe

Film 1991-ci ildə yaranmış, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəman döyüşlər aparmış əfsanəvi Tərtər batalyonu haqqındadır. Filmin çəkilişləri Ağdərə rayonun düşmən işğalından azad olunmuş ərazilərində aparılmışdır. Xankəndinə 15 km qalırdı...
Filimdə Azərbaycanın Milli Qəhrəmanları, Məhəmmədhəsən Məmmədovun, Maşallah Abdullayevin, şəhid Elman Hüseynovun, Vəzir Orucovun, Yusif Mirzəyevin, Xocalı qətliamının iştirakçısı olan “Arabo” batalyonun məhv edilməsində xüsusi qəhrəmanlıq göstərmiş Gəncə batalyonun komandiri Mehman Ələkbərovun, Rasim Əkbərovun və digər qəhrəmanların o vaxt döyüşdə lentə alınmış kadrları ilə müşayiət olunur.

Qarabağ qzisi, jurnalist Rey Kərimoğlu “Batalyon”u Qarabağ müharibəsi tarixindən çəkilmiş ən yaxşı film hesab etdiyini deyib: “Məncə, bu film Qarabağ müharibəsi tarixindən çəkilmiş ən yaxşı sənədli filmdir. Filmin süjet xətti çox gözəl seçilib. Qarabağ müharibəsi zamanı hərbi operatorlarımızın çəkdiyi müharibə kadrları ilə zəngindir. Nizami Abbasını və yaradıcı heyətin xidmətini yüksək qiymətləndirirəm! Ümid edirəm ki, Nizami Abbas yenə bu mövzuya müraciət edəcək və belə gözəl filmlər çəkəcək. Çox istərdim ki, bu film televiziya ekranlarından xalqımıza təqdim edilsin.”
[/youtube]

CaspaR1990
Новобранец
Сообщения: 8
Зарегистрирован: 12 апр 2016, 10:47

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

#19 Сообщение CaspaR1990 » 28 фев 2017, 18:26

smersh70 писал(а):“Batalyon” sənədli filmi -ilk defe

Film 1991-ci ildə yaranmış, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəman döyüşlər aparmış əfsanəvi Tərtər batalyonu haqqındadır. Filmin çəkilişləri Ağdərə rayonun düşmən işğalından azad olunmuş ərazilərində aparılmışdır. Xankəndinə 15 km qalırdı...
Filimdə Azərbaycanın Milli Qəhrəmanları, Məhəmmədhəsən Məmmədovun, Maşallah Abdullayevin, şəhid Elman Hüseynovun, Vəzir Orucovun, Yusif Mirzəyevin, Xocalı qətliamının iştirakçısı olan “Arabo” batalyonun məhv edilməsində xüsusi qəhrəmanlıq göstərmiş Gəncə batalyonun komandiri Mehman Ələkbərovun, Rasim Əkbərovun və digər qəhrəmanların o vaxt döyüşdə lentə alınmış kadrları ilə müşayiət olunur.

Qarabağ qzisi, jurnalist Rey Kərimoğlu “Batalyon”u Qarabağ müharibəsi tarixindən çəkilmiş ən yaxşı film hesab etdiyini deyib: “Məncə, bu film Qarabağ müharibəsi tarixindən çəkilmiş ən yaxşı sənədli filmdir. Filmin süjet xətti çox gözəl seçilib. Qarabağ müharibəsi zamanı hərbi operatorlarımızın çəkdiyi müharibə kadrları ilə zəngindir. Nizami Abbasını və yaradıcı heyətin xidmətini yüksək qiymətləndirirəm! Ümid edirəm ki, Nizami Abbas yenə bu mövzuya müraciət edəcək və belə gözəl filmlər çəkəcək. Çox istərdim ki, bu film televiziya ekranlarından xalqımıza təqdim edilsin.”
[/youtube]
Отличный фильм.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 82357
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1642 раза
Поблагодарили: 1179 раз

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

#20 Сообщение smersh70 » 06 апр 2017, 23:08

CaspaR1990 писал(а):Отличный фильм.
indi buna bax,bir çox mətləbə aydınlıq gətirir


Ответить

Вернуться в «Veteranların Xatirələri»