Şəhid Natiq Qasımovun qəhramanlığı.

Şərəfli yolun anları.
Автор
Сообщение
Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Şəhid Natiq Qasımovun qəhramanlığı.

#1 Сообщение Nazim Bayram » 12 ноя 2013, 23:46

Bu bayrağı qoyub hara gedəydim?

1992-ci ilin mart ayının əvvəllərində «Qarabağ şahinləri» batalyonundan 31 nəfərlik bir dəstə Ağdamın Xramort kəndi yaxınlığındakı həyatı əhəmiyyət olan bir yüksəkliyi azad etmək əmrini alır. Tapşırıq yerinə yetirilir, yüksəklik ələ keçirilir. «Şahinlər» qədim alban kilsəsində məskunlaşırlar. Döyüşdə komandir və bir neçə nəfər həlak olur. Bir neçə döyüşçü geri hissəyə dönür. Kilsədə Natiq və onunla bərabər 6 nəfər qalır. Arxadan kömək gözləsələr də, kömək gəlmir. Ermənilər isə aramsız hücumlarla yüksəkliyi geri qaytarmağa cəhd edirlər. Ermənilərin iki gün yüksəkliyi ələ keçirmək cəhdləri uğursuzluqla nəticələnir. Hər dəfə itki verən düşmən geri çəkilmək məcburiyyətində qalır. Bütün yoldaşları həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində təkbaşına mübarizəni davam etdirir. Kilsədə bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər əsir və girov götürdükləri Xocalı sakinlərindən «yararlanmaq» qərarına gəlirlər. Əsir düşmüş xocalılardan birini çağırıb ona bildirirlər ki, kilsədəkilər təslim olmasalar, bütün əsirləri güllələyəcəklər. Bu xəbərdarlığı kilsədəkilərə çatdırmaq Xocalıda məktəb direktoru işləmiş Cəfər Cəfərova həvalə olunur. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində mübarizəni davam etdirir. Təkbaşına gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır.

Girovluqdan azad ediləndən sonra Cəfər müəllim bu hadisəni Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına belə danışıb:

- Mənə dedilər ki, sizin türklər bizim Qriqoryan kilsəsini (Alban məbədini! red.) tutublar, özü də adamlarımızı çox qırıblar. İstəmirik itki verək. Sonra məni özləri ilə bir ormana gətirdilər. Sağ tərəfdə uçuq bir xarabalıq görünürdü, üzərində də üçrəngli bayraq dalğalanırdı. Ermənilər mənə oranı nişan verib dedilər:

- Oradan sizin türklər bizi atəşə tuturlar. Onları xəbərdar et ki, təslim olmasalar, oranı partladacağıq, əsir götürdüyümüz xocalıları da öldürəcəyik. Qoy tabe olsunlar. Yəqin orada sizin adamlar çoxdur. Neçə dəfə hücum etmişik, yaxın qoymayıblar.

Ermənilər təxminən 100 metr aralıdakı kolların, qayaların arasında gizlənib məni sürünə-sürünə irəli getməyə məcbur etdilər. Xarabalığa çatıb ayağa qalxanda onlar qışqırdılar ki, yerə yatım. Yerə uzandım, başımı qaldırıb baxanda gözümə 3-4 meyit göründü, başa düşdüm ki, bizimkilərdir. Ayağa durub irəli getdim ki, qoy mənə bizimkilərin gülləsi dəysin. Qapının ağzında yerə oturub bütün səsimlə çığırdım:

- Ay igidlər, ay vətən oğulları, burada sizlərdən kim var?! Qalxın ayağa, düşmən yaxındadır! Xocalıdan girov götürülənlərdənəm, məni sizin yanınıza göndəriblər!

Bir azdan içəridən öskürək və hənirti gəldi, diksindim, həm də sevindim ki, burada bizimkilər var! Güclə eşidilən səs eşitdim, məni içəri çağırırdı. Əlimi divara sürtə-sürtə səs gələn tərəfə getdim. Bacadan düşən işığın altında bir əl pulemyotu, bir avtomat silah, çoxlu patron gördüm. O, üzü üstə yerə yıxılmışdı, qucaqlayıb çevirdim. Soruşdum ki, yaralanmısan? Güclə cavab verdi ki, yaralı deyil, aclıqdan və susuzluqdan heydən düşüb. Cibimdə qalmış əl boyda çörəyi ona verdim, könülsüz yedi. Soruşdum ki, bəs yoldaşların hanı, təksən? Dedi ki, komandirim Ala Yaqub (Yaqub Rzayev. red.) məni 6 nəfərlə birgə bura göndərib. Yoldaşlarımın üçünü ermənilər öldürdü, üçü də bilmirəm necə oldu, mən tək qaldım. 5 gündür ki, ac-susuzam, güllələr də qurtarıb. Özüm üçün iki dənə saxlamışam-deyərək döş cibindən 2 patron çıxarıb avtomata saldı, çaxmağını çəkdi, cəld sıçrayıb ayağa qalxdı. Mən Natiqi qucaqlayıb dedim:

– Onsuz da ermənilər məni öldürəcəklər. O güllədən birini mənə vur. Sonra apaydın görünən Ağdamı göstərib soruşdum– gecə ermənilər gəlmirdilər, niyə qaçmamısan?

– Komandirimə söz vermişdim ki, mövqeyimi tərk etməyəcəyəm. Kömək gözləyirdim, lakin gəlmədilər. Bir də ki, bu bayrağı qoyub hara gedəydim?-dedi.

Natiq bayrağı endirdi, bir əlində avtomat, o birində bayrağı göyə qaldırdı, dalbadal havaya iki güllə atdı, ermənilərə tərəf bağırıb onları yanına çağırdı. Onlar hələ də gəlməyə qorxurdular. Mən özümü onlara göstərib işarə edəndə tökülüşüb gəldilər, onun üst-başını axtardılar, tək olduğuna inanmadılar. Məbədin içərisini atəşə tutdular. Heç kimin olmadığını görəndə daha da qəzəbləndilər. Orada 2 xarici jurnalist də vardı, fotokamera axşamın toranında əlində bayraq düşmənə gözləri nifrətlə zillənmiş Natiqə tərəf yönəldi…

Cəfər müəllimin gördüyü jurnalistlərdən biri Rusiya Federasiyasında nəşr olunan məşhur «Oqonyok» jurnalının müxbiri Konstantin Smirnov, digəri isə fotomüxbir Enriko Sarzini idi. Jurnalın 1992-ci ilin aprel nömrəsində Natiqin əlində bayraq erməni hərbçiləri tərəfindən əsir götürülməsini əks etdirən foto dərc olundu…


Natiq Qasımovun qəhrəmanlığı dillərə düşdü, haqqında xeyli məqalələr, bədii əsər yazıldı. Fikrət Qoca «Bayraq tutan oğlullar», Alim Fərzəliyev «Qeyrət qalası» poemalarını Natiqə həsr etdilər… Özü isə sanki qeyb oldu.


Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. Bir müddət sonra ailəsi ilə birgə Mingəçevir şəhərinə köçür. Məktəbi bitirdikdən sonra Azərbaycan DRES-də (indiki Azərbaycan İES – red.) çilingər, «Kosmos» kino-teatrında kinomexanik işləyir. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolunu keçir. 1991-ci ildə ordudan tərxis olunduqdan sonra 20 gün ata-anasının yanında qalan Natiq könüllü olaraq Vətənin müdafiəsinə yollanır. «Qarabağ şahinləri» batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşdə iştirak edir. Yurdsevərliyi və mehribanlığı ilə cəbhə yoldaşlarının hörmət və rəğbətini qazanır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.

http://baxh.wordpress.com/2013/07/12/bu ... b-hara-ged" onclick="window.open(this.href);return false;əydim/

Shahmuradov
Новобранец
Сообщения: 17
Зарегистрирован: 20 окт 2013, 22:17

Благодарил (а): 1 раз
Поблагодарили: 4 раза

Re: Şəhid Natiq Qasımovun qəhramanlığı.

#2 Сообщение Shahmuradov » 30 ноя 2014, 04:54

[center][/center]
Вложения
image.jpg
Sehid Natiq Qasimov
image.jpg (47.6 КБ) 15790 просмотров

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Şəhid Natiq Qasımovun qəhramanlığı.

#3 Сообщение smersh70 » 15 мар 2017, 14:29


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Şəhid Natiq Qasımovun qəhramanlığı.

#4 Сообщение smersh70 » 15 мар 2017, 15:46

Bayraqla birlikdə....
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Şəhid Natiq Qasımovun qəhramanlığı.

#5 Сообщение smersh70 » 04 окт 2019, 22:51

Тürkiyənin internet saytı «ASASmedya» onun barəsində məlumat verən şəxsə 1000 ABŞ dolları mükafat vəd edib.
Əsirlərlə məşqul olan Gürgüstan vətəndaşı İsmayıl Axundzadə Natıqın qardaşı Nofəl Qasımova illər sonra məlumat vermişdi ki, Natıq sağdı və Vanadzor şəhərin də yerləşən kimya zavodunda işləyir...
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Şəhid Natiq Qasımovun qəhramanlığı.

#6 Сообщение smersh70 » 13 ноя 2019, 03:10

Nazim Bayram писал(а):
12 ноя 2013, 23:46
Bu bayrağı qoyub hara gedəydim?
Фильм "Сын" снят британской компанией Broken Pot Media и повествует о поисках военнопленного Натига Гасымова, пропавшего без вести в 1992 году во время нагорно-карабахского конфликта.
Режиссер и автор сценария фильма Каран Синг беседовал в Азербайджане, Италии, Великобритании и России со свидетелями тех событий. В фильме представлено интервью с итальянским военным фотографом Энрико Сарсини, который был свидетелем допроса Натига Гасымова армянскими военнослужащими.
Несмотря на то, что с тех событий прошло более 30 лет, мать Натига Гасымова верит, что ее сын жив и вернётся...


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Şəhid Natiq Qasımovun qəhramanlığı.

#7 Сообщение smersh70 » 12 ноя 2022, 06:25


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Şəhid Natiq Qasımovun qəhramanlığı.

#8 Сообщение smersh70 » 24 мар 2023, 21:01


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Şəhid Natiq Qasımovun qəhramanlığı.

#9 Сообщение smersh70 » 29 сен 2023, 15:14


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Şəhid Natiq Qasımovun qəhramanlığı.

#10 Сообщение smersh70 » 29 сен 2023, 19:16


Ответить

Вернуться в «Veteranların Xatirələri»