VETERAN BAYRAM BAYRAMOV VƏFAT ETDİ

Şərəfli yolun anları.
Ответить
Автор
Сообщение
Gunel
Новобранец
Сообщения: 36
Зарегистрирован: 18 июн 2013, 15:40

Поблагодарили: 2 раза

VETERAN BAYRAM BAYRAMOV VƏFAT ETDİ

#1 Сообщение Gunel » 01 май 2014, 20:14

Bayram Bayramov 2014 cü il aprelin 28-də Rusiyada ürək tütmadan vəfat edib.
Вложения
465797_324959354245401_1126699408_o.jpg
465797_324959354245401_1126699408_o.jpg (85.95 КБ) 12135 просмотров

Gunel
Новобранец
Сообщения: 36
Зарегистрирован: 18 июн 2013, 15:40

Поблагодарили: 2 раза

Re: VETERAN BAYRAM BAYRAMOV VƏFAT ETDİ

#2 Сообщение Gunel » 01 май 2014, 20:18

Bayram Bayramovun cənazəsi mayın 1-də Bakıya gətirildi, elə həmin gün Sumqayıt qəbirstanlığında torpaga tapşırıldı.
Вложения
1922488_1417864768483499_3075300672830976439_n.jpg
1922488_1417864768483499_3075300672830976439_n.jpg (71.02 КБ) 12134 просмотра
1966843_1417864781816831_731776831790293655_n.jpg
1966843_1417864781816831_731776831790293655_n.jpg (58.56 КБ) 12134 просмотра

Gunel
Новобранец
Сообщения: 36
Зарегистрирован: 18 июн 2013, 15:40

Поблагодарили: 2 раза

Re: VETERAN BAYRAM BAYRAMOV VƏFAT ETDİ

#3 Сообщение Gunel » 01 май 2014, 20:18

Bayram son mənzilə yola salınarkən..
Вложения
1904098_1418138231789486_696283062768044775_n.jpg
1904098_1418138231789486_696283062768044775_n.jpg (41.96 КБ) 12134 просмотра

Gunel
Новобранец
Сообщения: 36
Зарегистрирован: 18 июн 2013, 15:40

Поблагодарили: 2 раза

Re: VETERAN BAYRAM BAYRAMOV VƏFAT ETDİ

#4 Сообщение Gunel » 01 май 2014, 20:45

Bayram artıq torpağa tapşırıldı
Вложения
10291296_1418152021788107_8467755405339281195_n.jpg
10291296_1418152021788107_8467755405339281195_n.jpg (75.23 КБ) 12132 просмотра
10255955_1418151148454861_2566677121187164596_n.jpg
10255955_1418151148454861_2566677121187164596_n.jpg (44 КБ) 12132 просмотра

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: VETERAN BAYRAM BAYRAMOV VƏFAT ETDİ

#5 Сообщение Nazim Bayram » 25 ноя 2014, 05:55

Bayramın döyüş yolundan...
Bayram Sabir oğlu Bayramov, 1 yanvar 1968 ildə Göyçədə(Ermənistanın Krasnoselsk rayonunda) anadan olmuşdu. 3 qardaş, 4 bacı, ata və anası həyatdadılar.
Orta məktəbi bitirdikdən sonra 1985 ildə Bayram Minsk politexnik institutun avtonəqliyat fakultəsinə daxil olur, 1986-cı ildə çağırılıb sovet ordusu sıralarına. 1988-ci ildə 2 illik hərbi xidməti başa vurduqdan sonra gəlir Azərbaycana- ailə və qohumları artıq Ermənistandan qovulub, Z.A. Tağıyev(Nasosnı) qəsəbəsində yerləşdirilmişdir. Bayram qayıdır Minskə ali təhsilini başa çatdırsın. Sonuncu kursda oxuyarkən, Xocalı baş verir. Bayram təhsilini sona çatdırmadan Sumqayıta gəlir. Məhəllədən bir qrup dostları ilə müharibəyə könüllü getmək üçün hərbi komisarlığa müraciət edirlər.
Sumqayıt hərbi komisarlığı tərəfindən Bayram Perekeşkülə hərbi kəşfiyatçı hazırlığına göndərilmişdi. O zaman orada Əfqanıstandan çıxarılmış sovet "QRU" nun xüsusi təyyinatlı h/h yerləşirdi. Onlar MN R. Qazıyevin danışığı əsasında ordumuza xüsusi təyinatlıları və kəşfiyatçılar hazırlayırdılar.
300 nəfərdən 78 nəfər bu hazırlıq kursunu bitirə bilmişdi. Kursu bitirənləri gətirmişdilər Ağcabədiyə. Orada 2-ci Ordu Korpusun qərargah rəisi "Duşman" ləqəbli p-k İlham Aslanov 78 nəfərdən 7 nəfəri, o cümlədən Bayramı, seçib gətirmişdi 2-ci OK-un sərəncamına.
1992-ci ilin avqustun əvvəlində l-nt Bayram Bayramov 123-cü alayın kəşfiyat bölüyünün komandiri təyyin edildi. 123-cü alayda xidməti dövrü Bayram az itkiylə ən çətin döyüş tapşırıqlarını yerinə yetirmişdi. Elə çətin ki, yerinə yetirə bilməsəydilər də qəlbimdə onları çox qınamazdım.
28 avqust 92-ci ildə Ağdərənin Verin Orataq kəndi uğrunda gedən döyüşdə ağır yaralanmış 123-cü alayın 1-ci batalyonun komandiri Xosrov Əhmədovu düşmənin fasiləsiz və sıx atəşi altından çıxarıb, bizim tərəfə gətirə bilmişdi. Lakin Xosrov yolda dünyasını dəyişmişdi.
Mühüm və çətin tapşırıqlardan biri, 1992-ci ilin oktyabrında Laçın dəhlizi əməliyyatı prosesində 123-cü alay Sarıbaba döyüşlərindən sonra bilavasitə Laçın dəhlizini bağlayan əməliyat qruplaşmasını və meydanını ermənilərin şimal- şərqdən və şərqdən- Xankəndidən mümkün cinah zərbələrinin qarşısını almaq vəzifəsilə Fingəyə göndəriləndə olmuşdu.
Alay 2000- 2500 m. dağlıqda 20 km qədər uzunluqda müdafiyə xətti və onun təhcizatını qurmalı idi. Bizə fəal müdafiə əmr olunmuşdu. Bu o deməkdi ki, sabit və etibarlı müdafiə mövqelərindən əlavə ön dəstələrimizlə daim reydlər həyata keçirib, düşməni narahat etməliydik, onun mümkün cəmləşmə yerlərini əvvəlcədən öyrənib zərbələr hazırlamalıydıq, yaxın yol və dağ keçidlərini kiçik kəşfiyat- diversant qruplarımızın fasiləsiz reydləri ilə nəzarətdə saxlamalıydıq və s. Qozlu- Fingə- Kalafalıq ətrafında müdafiə qurandan 5-6 gün sonra müdafiə mövqelərini daha 2-3 km irəliyə çəkməyə zərurət yarandı. Məhdud manevr imkanları olan dağ relyefində düşmənin iri bölmələrini bizim üçün əlverişli keçidlərdə qarşılamaq, qarşındakı əməliyat məkanına daha çox nəzarət etmək- müdafiədə həlledici faktordu.
Qarşımızı, ermənilərin əlində olan o yerlərin strateji yüksəkliklərindən olan bir dağ kəsmişdi. O dağı ələ keçirməmiş irəliləyə bilməzdik. Dağı tutmaq planları üzərində kombatlar və Bayramla bir yerdə nə qədər baş sındırsaq da, kiçik qrupla özünü hiss etdirmədən, dağın başındakı mövqedə duran erməniləri sakitcə məhv etmək və sonra əsas qüvvəni o mövqeyə qaldırmaqdan başqa yol olmadı.
Bu tapşırığı yerinə yetirmək üçün Bayram 130 nəfərlik bölüyündən 10 nəfər döyüşçü seçdi. Onların arasında o zaman 50 yaşlarında olan Soltan bəyin əmisi oğlu və eyni zamanda qərarqah rəisi olmuş Lələ bəyin nəvəsi Şəhid Xaqani Axundov da var idi. Xaqani kişi o yerləri yaxşı tanıyırdı. O, 93-cü ilin fevralında Ağdərədə Şəhid olmuşdu.
Qarlı dağda maskirovka üçün qrupun formasına və papaqlarına ağ parçadan iri yamaqlar tikdik. Gecə yarısı döyüş planını bir daha təkrarladıq və qrup yola düşdü. Hər şey yaxşı keçsəydi, qrup səhərə yaxın rabitəyə çıxıb, tapşırığı yerinə yetirdiyini məruzə etməli və tutduqları mövqedə dərhal hərəkətə keçmiş əsas qüvvəmizi mövqyi təhvil vermək üçün gözləməli idilər.
Bayramın qrupu 3-4 km məsafəni özlərini düşmənə hiss etdirmədən qət edərək, dağa erməni tərəfdən qalxıb, səhərə yaxın düşmən mövqeyinə həmlə edərək, 6 ermənini səssiz(bıçaqla) öldürüb, əsas qüvvələrimizi çağırmışdılar. Təhvil- təslimdən sonra kəşfiyat qrupu gecə yarısı çatdı bazaya.
Laçın dəhlizi əməliyyatında Bayramın bölməsi bütün döyüş vəzifələrini yerinə yetirdi. Orta və böyük yaşlıların yadında olar- Şəmistan elan verdi ki, qoşunlarımız Şuşanın 3 km yaxınlaşıblar. O, Bayramın kəşfiyat qrupları idi, 15-20 km dərinliyə reydlər edirdilər, Şuşanı görürdülər. O reydlərdə kəşfiyat qruplarımız daim düşmən kəşfiyat qrupları ilə rastlaşır, onlarla döyüşə girməli olurdular, yaralıları və şəhid yoldaşlarının cəsədlərini sərt dağlarla neçə km-lər çiyinlərində gətirirdilər.
Heç kəs və heç nə unudulmur.

Ответить

Вернуться в «Veteranların Xatirələri»