Hərbi portal

Ya Qarabağ, Ya ölüm
Текущее время: 22 янв 2019, 12:14

Часовой пояс: UTC+05:00




Начать новую тему  Ответить на тему  [ 1 сообщение ] 
Автор Сообщение
 Заголовок сообщения: DÜŞMƏN TANKININ TARANLA MƏHV EDİLMƏSİ
СообщениеДобавлено: 24 ноя 2014, 22:36 
Не в сети
ополченец

Зарегистрирован: 03 сен 2013, 03:38
Сообщения: 96
1992-ci ilin iyunun 12-si Əsgəran əməliyatı ilə başlanmış irimiqyaslı hücum nəticəsində ordumuz 14-15 iyun ərzində Ağcakənd (Şaumyan) rayonunu düşməndən azad etdi. İyunun 16-da qüvvələrimiz böyük ruh yüksəkliyi ilə dayanmadan hücumu Ağdərə istiqamətində davam etdirib, düşmənin şiddətli müqavimətini qıraraq, rayonun şimal, şimal- şərq və şərqində yerləşən yaşayış məntəqələrini azad etdi. Əməliyyat planına uyğun olaraq, İyunun 30-dan başlayaraq, qoşunlarımız artıq bilavasitə Ağdərə şəhərini mühasirəyə almağa başladılar. Ağdərə şəhəri Xankəndidən sonra böyüklüyünə görə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ikinci şəhəridi. İyulun 2-də Ağdərə şəhərini ələ keçirmək məqsədilə şimal-şərqdən və şərqdən hücum başlandı.
İrimiqyaslı və geniş ərazidə aparılan döyüşlərdə adətən zirehli texnikamızın bəzi yerlərinə eyni rəngli boya vurulurdu ki, döyüş zamanı düşmən texnikasından seçilsinlər. Bunun üçün hücumqabağı 3-4 rəngdə oxra hazırlanırdı, məxfi sürətdə nömrələnirdi və hücuma keçməyə bir neçə dəqiqə qalmış qərargahdan rabitə ilə verilən əmrə uyğun (misal üçün “2”- bilirdik ki, qırmızı rəng) texnikanın baş hissəsinə bu rənglərdən biri vurulurdu.
Tərtər istiqamətindən Ağdərəyə batalyonlarımız hücuma keçəndən bir qədər sonra bizim rəngli bir tank ön hücum dəstələrimizi sol cinahdan keçib, atəş açmadan Tərtər- Ağdərə yoluna çıxıb, bu yolla hərəkət edən avtomaşınlarımızın üstünə sürərək, onları basmağa başladı. Tank cinahdan çıxanda, döyüşçülərimiz boyasına görə onu bizimki bilib, vurmamışdılar. Yalnız əks (sağ) cinahda hücüma keçmiş Xanlar batalyonuna məxsus PDM-2-nin komandiri Nabil (soyadını unutmuşam) həmin tankın dəqiq ermənilər tərəfdən çıxdığını görmüşdü. Nabil dərhal rabitə ilə bunu məruzə etməyə çalışsa da, döyüş zamanı radioefirdə həddən artıq çox danışıq getdiyindən (döyüşçülər buna “zibillənmiş radioefir” də deyirlər), onun məruzəsi qəbul edilməmişdi. Eyni zamanda o, PDM-in topundan tanka atəş açmış, lakin mərmi topun ağzına əyri getdiyindən, top xarab olmuşdu və atmamışdı. Tank isə içində döyüşçülərimiz olan iki yük avtomaşını və “Qurtuluşun”, içində yaralılar olan sanitar UAZ-nı artıq tırtırları altında əzmiş və hərəkətini sürətlə davam etdirdi.
Nabil nə rabitə ilə məruzəyə, nə topu düzəltməyə zamanın olmadığını anlayıb, ani qərar qəbul etmişdi- PDM-i yüksək sürətlə tanka çırparaq, tankı sıradan çıxartmaq. PDM-in sürücüsü Göygöl rayonundan olan rus milliyətli bir döyüşçü idi. Nabilin əmri ilə o, döyüş meydanını kəsə diaqonal xəttlə maksimal sürətlə keçib, tanka yaxınlaşan an, tank üstünə şığıyan PDM-i görüb, topunu ona tuşlasa da, atəş açmağa çatdırmamışdı. 13 tonluq PDM 41 tonluq tanka çırpılaraq, vurub onu yoldan çıxartmışdı. Yaxındakı döyüşçülərimiz dərhal tankın içindən erməniləri çıxarıb, oradaca güllələmişdilər.
Nabil və PDM-in daha iki qəhraman ekipaj üzvləri zərbə nəticəsində ağır xəsarətlər alsalar da, üçü də sağ qalmışdı və sonralar döyüş yollarını davam etdirmişdilər. Nabilin taran(çırpılmaq) qərarı qeyri- standart olduğu ilə yanaşı, o şəraitdə yeganə doğru qərar idi. Belə qərarlar və onların icrası başdan deyil, yalnız böyük və cəsur ürəkdən gəlir.
Şəkildəki həmin erməni tankıdı. Onu bir çoxumuz Ağdərənin “Post QAİsi” yanında görmüşük.
Ancaq bu qəhramanlığı etmiş PDM-in ekipaj üzvlərindən yalnız birinin adını bilirəm, Nabil. Nabilin soyadını və ekipajın başqa üzvlərinin adları və soyadlarını öyrənməkdə qrup üzvlərimizdən kömək etmələrini xahiş edirəm.
Nabil haqqında. 1967-ci ildə Ermənistanın Göycə mahalında anadan olmuşdu. 1988-ci ildə ailəsi Göygöl(Xanlar) rayonun ya Kamo ya Nizami qəsəbəsində məskunlaşmışdılar. Nabil və qardaşı Qarabağ müharibəsinə könüllü getmişdilər. Xanlar batalyonundan sonra 181-ci briqadada xidmət etmişdi. 90-cı illərin məlum repressiyaları Nabildən də yan keçməmişdi. O, 9 il azadlıqdan məhrum olunmuşdu. 2 saylı cəzaçəkmə müəsisəsində cəza çəkmişdi. Haqqında məlumat əldə edib, bölüşənlərə bəri başdan təşəkkür edirəm.


Вложения:
10592631_278372565681514_761395023671513274_n.jpg
10592631_278372565681514_761395023671513274_n.jpg [ 72.98 КБ | 12470 просмотров ]
Вернуться к началу
Показать сообщения за:  Поле сортировки  
Начать новую тему  Ответить на тему  [ 1 сообщение ] 

Часовой пояс: UTC+05:00


Кто сейчас на конференции

Сейчас этот форум просматривают: нет зарегистрированных пользователей и 1 гость


Вы не можете начинать темы
Вы не можете отвечать на сообщения
Вы не можете редактировать свои сообщения
Вы не можете удалять свои сообщения
Вы не можете добавлять вложения

Найти:
Перейти:  
Создано на основе phpBB® Forum Software © phpBB Limited
Русская поддержка phpBB