Hərbi portal

Ya Qarabağ, Ya ölüm
Текущее время: 24 апр 2018, 12:03

Часовой пояс: UTC+05:00




Начать новую тему  Ответить на тему  [ 5 сообщений ] 
Автор Сообщение
 Заголовок сообщения: HƏRB TARİXİMİZİ SAXTALAŞDIRMAQDAN QORUYAQ
СообщениеДобавлено: 25 ноя 2014, 02:36 
Не в сети
ополченец

Зарегистрирован: 03 сен 2013, 03:38
Сообщения: 96
az.wikipedia.org saytında yerləşdirilmiş Qarabağ müharibəsi tarixini "işıqlandıran", əslində isə "kafaları qarışdıran" bu məqalə azərbaycanlılar tərəfindən müharibə haqqında hazırlanmış tipik və son dərəcə başdansovdu və diletant yazılardan biridi:

“AĞDƏRƏ DÖYÜŞÜ
12 iyun, 1992-ci il tarixində, Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağ mərkəzində Əsgəran bölgəsi istiqamətində şərqdən geniş miqyaslı hücum başlayır. Ümumi 4.000 qoşundan ibarət 2 qrup Əsgərana şimal və cənub istiqamətində hücum edir. Şiddətli döyüşlərin nəticəsində azərbaycanlılar Əsgəran rayonunda bəzi yaşayış məntəqələrini ələ keçirirlər: Naxçıvanlı, Dovşanlı, Pircamal, Dəhrəz, Ağbulaq. 13 iyun, 1992-ci ildə Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağın şimalında 3 gün davam edəcək erməni könüllü dəstələrinin müdafiə etdiyi Goranboy rayonu istiqamətində irimiqyaslı hücuma keçdi. Hücuma "Goranboy" əməliyyatı adı altında Surət Hüseynov tərəfindən başçılıq edilirdi. Keçmiş Sovet Ordusunun 23-cü dviziyasının 4 tank və 2 motoatıcı batalyonu, əlavə olaraq Azərbaycan Ordusunun 4 batalyonu və qonşu rayonlardan cəlb edilmiş briqadalar əməliyyatda iştirak edirdi. 15 saat davam edən şiddətli döyüşlərdən sonra 2 erməni hərbi bölüyü geri çəkildi. Bununla da, Goranboy rayonundakı onlarla kənd ermənilərdən təmizləndi. "Memorial" insan hüquqları təşkilatının məlumatına görə, əməliyyat zamanı ölüm hadisəsi baş verməmiş, ermənilər hücumdan əvvəl rayonu tərk etmişlər. 15 iyun, 1992-ci ildə Goranboy rayonunun azad edilməsindən sonra Ağdərə istiqamətində hücum başlanıldı. Sərt müqavimətlə üzləşən ordumuz bir neçə gün içərisində rayonu mühasirəyə almağa nail oldu. 708-ci briqada cənubdan, 703-cü briqada şimaldan və 701-ci briqada isə Kəlbəcər istiqamətindən hücum etmişdir. 25 iyun, 1992-ci il, səhər saat 10:33 radələrində erməni könüllü dəstələri (Arabo, Aramo, Artziv 9, Zeytun, Nikol Duman, Zoravar Andranik, Meğradzor) Yuxarı Oratağ kəndində birləşərək sürətli əks-hücuma keçdilər. Gecə ikən, 65 nədərdən ibarət Aramo dəstəsi və əlavə 10 könüllü Qızıloba kəndini yenidən işğal etdilər. Bu azərbaycannlılar arasında böyük psixoloji təsir yaratmış və döyüş zamanı 30-40 əsgərimiz həlak olmuşdur. 4 iyul, 1992-ci ildə, uzun mühasirədən sonra Ağdərə rayonu azad edildi. Ermənilər vahimə içində ərazini tərk edir. Erməni hərbi qüvvələri Stepanakertin cənub tərəfində doğru geri çəkilmiş və azərbaycanlıların hər hansı bir ciddi hücumu təqdirdə Mardakert rayonundakı mühüm hidroelektrik bəndin partladılması planlaşdırılırdı. Lakin buna baxmayaq döyüşlər dağlıq bölgədə baş tutduğundan irəliyə getmək çox çətin idi və erməni hərbi birləşmələrinin müqavimətini qırmaq mümkün olmadı. Azərbayacan hərbi qüvvələri ağır itkilərlə geri çəkilməyə məcbur olur. Robert Köçəryanın bildirdiyinə görə, Azərbaycan Ordusu bu vaxta kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin 48 %-ni işğal edərək, erməni vətəndaşları arasında panika yaratmaq istəyir. Goranboy əməliyyatı 60.000 əhalini qaçqın və məcburi köçkün vəziyyətinə salmış, yüzlərlə şəxs əsir və itkin düşmüşdür. Yaranmış bu şəraitdən istifadə edərək Azərbaycan prezidenti Əbülfəz Elçibəy səfərbərlik barədə fərman imzaladı və 1991-1992-ci ildə ordudan təxris olunanlar yenidən orduya çağırıldı. Bu arada, Azərbaycan hərbi qüvvələri Stepanakertdən 15 dəqiqəlik məsafədə olan Sırxavənd kəndində hazır mövqedə dayanmışdılar. 18 iyun, 1992-ci il tarixində Dağlıq Qarabağ Respublikasında fövqəladə vəziyyət elan edildi. 15 avqustda respublikanın müdafiə nazirliyi yaradıldı. Nazirliyə ilk dövlər Robert Köçəryan, sonrada isə Serj Sarqsyan rəhbərlik etmişdir. DQR-də qismən səfərbərlik çağırışı elan edildi, əvvəllər hərbi xidmətdə olmuş 18–40 yaşlı əsgər və çavuşlar döyüşlərə cəlb edildi. Yeni çağırışçılarla birlikdə onların sayı 15.000-ə çatırdı. Hərbi islahatlar sürətlə keçirilməsi nəticəsində könüllü erməni dəstələri vahid komandanlıq altında döyüş vəziyyətinə gətirildi və nəticədə Dağlıq Qarabağ Müdafiə Ordusu yaradıldı. Rus generalı Lev Ruxlovun sözlərinə görə, Rusiya Mozdokdakı hərbi bazasından döyüş bölgəsinə gətirdiyi T-72 tankları və 50 ədəd BMP-2 hərbi döyüş texnikası ilə ermənilərə kifayət qədər güclü dəstək vermişdir. Hərbi sursatların əksəriyyəti Antonov An-124 yük təyyarəsi vasitəsilə Dağlıq Qarabağa daşınırdı. Bu isə DQR-də itirilmiş torpaqların geri qaytarmaq üçün zəmin yaratdı. Dağlıq Qarabağ Müdafiə Ordusu təşkil olunmasından sonra Azərbaycanın irəliləməsi uğursuzluğa düçar oldu. 1992-ci ilin sentyabr-dekabr aylarında ordumuz ciddi müdafiə ilə qarşılaşaraq ağır itkilərlə üzləşmişdi. Sürət Hüseynov öz tabeçiliyində olan diviziyaları Ağdərədə Gəncəyə doğru irəliləməsinə əmr verdi. Bu və digər səbəblərdən bölgədə baş vermiş uğurlu əməliyyatların davamı olmamış, əksinə geri qaytardığımız torpaqlar da yenidən itirlir. Bu əməliyyatda barədə o qədər məşhur olmayan TV proqramı "600 saniyə" (600 секунд)-də geniş müzakirə olunmuşdur. Aparıcı Aleksandr Nevzorov Goranboy əməliyyatı zamanı şokedici müsahibəsi ilə efirdə çıxış etmişdir.”

Fikir verin, “Ağdərə döyüşü” adına yalnız qismən uyğun gələn, xronoloji ardıcıllıqsız və mozaik şəkildə tərtib olunmuş bu qısa məqalədə nə qədər kobud səhvlər var.
1. "DQR" mötərzəyə alınmalıdı, çünki tanınmamış separatçı qurumdu.
2. Erməni mənbələrinə istinadən gətirilən "faktların" da çoxusu qondarmadı.
3. "Naxçıvanlı" deyil Naxçivanik kəndi.
4. Dovşanlı(erməni toponimi və hərbi xəritələrdə- Araçadzor) Əsgəran deyil, Ağdərə istiqamətindədi. Sözü gedən əməliyat zamanı bu kəndə hücum olunmayıb və o, alınmayıb. Dovşanlı alınıb Ağdərə qış hücumu zamanı 19 yanvar 1993-cü ildə və bizim nəzarətimizdə cəmi 3 gün olub, sonra yenə itirilib.
5. Göranboydan(yəqin ki, Şaumyan nəzərdə tutulur) 60 min erməni qaçqın düşə bilməzdi, rəqəm ən azı 4 dəfə şişirdilib. Keçmiş DQMV-in(Şaumyan buraya daxil deyildi) əhalisinin ümumi sayı 120 min olub. Bir, özüdə DQMV-nə daxil olmayan kiçik rayondan necə 60 min qaçqın ola bilər?
6.. Həmçinin Şaumyana hücumda 23-cü diviziyanın bölmələri iştirak etməyib. Yalnız 104-cü hava- desant diviziyasının bir "Nona" minaatan divizionu iyunun 15-i səhər saatlarında iki saat ərzində bizə- hücuma keçmiş qüvvələrə- uzaqdan atəş dəstəyi veriblər. Bundan başqa rusların bölmə şəklində bizim müharibədə iştirakları olmayıb! Kim əksini deyirsə, buyursun mənə yerini, zamanını və bölmənin kimliyini və hansı döyüş vəzifəsini yerinə yetirdiyini desin. Bəri başdan deyim ki, bunu deyəni hamının gözü qarşısında faktlarla təkzib etməyə hazıram. “Ruslar alıb, bizə verdilər” heç yerdə olmayıb, bu, müəyyən məqsədlərlə uydurulmuş yalandı və müharibədən xəbəri olmayanların bu şaiyəni təkrarlamasıdı.
7. Sırxavənddən Xankəndinə(Stepanakertə) məsafə 40 km dağ yollarladı, yəni 15 dəqiqəlik məsafə deyil.
8. "Qızıloba" səhvdi, sözügedən kəndin azərbaycan adı Qırmızıkənd, erməni adı və xəritədə Karmiravandı.
9. İyunun 25-i ermənilərin Qırmızıkəndə əkshücumu zamanı 30-40 deyil, 10 nəfərə qədər Azərbaycan əsgəri həlak olmuşdu.
26 iyunda kəndi yenidən aldıq.
29 iyunda ermənilərin həmin dəstəsi Həsənqaya ilə Marquşevanın arasındakı tutduqları mövqedə Mehman Ələkbərovun Gəncə batalyonu Tərtər batalyonu ilə birlikdə mühasirəyə alaraq, tamamilə məhv etmişdilər. Bunun videokadrlarını- xəndək və ətrafında səpələnmiş erməni cəsədləri, yəqin ki, görmüsüz.
10. 92-ci ilin sentyabr- noyabr aylarında ordumuzun əsas hücum istiqaməti olan Laçında ermənilərin müqaviməti sındırılmışdı, əməliyat dağlarda qışın erkən gəlməsi və yolların keçilməz olduğuna görə dayandırılmışdı.
11. S. Hüseynov 2-ci OK-un qoşunlarını Qarabağdan Gəncəyə çəkməmişdi. Bu yalan 22 ildə o qədər danışılıb ki, artıq bir çoxları tərəfindən həqiqət kimi qəbul olunur.
12. Nevzorovun "600" saniyə verilişi 1987-ci ildən, "perestroyka" vaxtlarından SSRİ-də ən populyar televerilişlərdən biri olmuşdu. Onun verilişində müzakirə deyil, Ağdərədə çəkdiyi döyüş səhnələri nümayiş olunmuşdu.

Görün bir başqa millətdə belə şeylərə rast gələ bilərsizmi ki, öz müharibəsini Nevzorovun verilişindən, Tom de Vaal və Turqut Ər kimi yabançıların əsərlərində öyrənsin?
Ayrıca xaiş edirəm, kimin imkanı varsa, göstərilən sayta daxil olub, meqaləni redaktə edib, səhvləri düzəltsin.


Вернуться к началу
 Заголовок сообщения: Re: HƏRB TARİXİMİZİ SAXTALAŞDIRMAQDAN QORUYAQ
СообщениеДобавлено: 25 ноя 2014, 02:50 
Не в сети
ополченец

Зарегистрирован: 03 сен 2013, 03:38
Сообщения: 96
Bu mövzunu FB-də "Qazilər" qrupunda müzakirə edəndə verilən sual və cavabı:

- Nevzorovun meshur kadrlarinda Azerbaycan ordusunu qorxaq, qacan, agliyan kimi gosteren kadrlar sehv etmiremse Serseng yaxinliginda cekilmisdi. Orda Milli Qehreman Vezir Orucovda var. Hemin kadrlar 93-cu ilin mart ayina aiddir bes bizim quvveler o vaxt axi Serseng istiqametini itirmemisdiler? ve o muhasireye dusenler hansi herbi hissnin bolmesi idi? S.Hamidov sapalaq vurur N. Sadikovun yaninda hansisa komandire... Neyse 1 sozle YouTube da ermeniler uzun illerdir qorxaq Azerbaycan esgeri obrazini bu kadrlar sayesinde tebligat edirler.

-Müharibə zamanı ordunun və ayrı- ayrı hərbi bölmələrin mənəvi- psixoloji vəziyəti, sayı və silahlanması kimi, hərbi sirr təşkil edir. Buna görə müharibədə xarici jurnalistin çəkdiyi kadrlar cəbhə zonasını senzurasız tərk edə bilməz.
Bunu S. Həmidov bilməyə bilərdi, ancaq hərbi akademiya bitirmiş N. Sadıkov bilirdi. O, briqadanın zampolitinə tapşırmalı idi ki, Nevzorovun çəkdiyinə baxsın, artıq şeyləri pozdursun, sonra N. Sadıkova bu haqqda məruzə etsin, kombriq isə jurnalistə qalan çəkdiklərini aparmağa icazə versin. Biz isə kadrlardan görürük ki, kombriq, əksinə, özündən çıxıb, qoşulub jurnalistə ordusunu kamera qarşısında aşağılayır, Konkret idarəçilik haqqında məlumat verir ki, " nə qədər olsalar, yenə də qaçacaqlar!" və rusdilli, daha üstün sivilizasiyalı "ağ adam" kimi dərdini "ağ adamın" jurnalistinə söyləyir ki, "bax bunlar belədilər, mən neyniyim, qaçırlar". Skandalist və həyasız jurnalist kimi bütün SSRİ məkanında tanınmış Nevzorov kombriqin bu sözlərindən sonra, əlbəttə, bizi filmində "baran" adlandıracaq. Düşmən isə bunlara baxır, müəyyən nəticələrə gəlir, üstəlik öz əsgərlərinə göstərir ki, baxın, bunu siz etdiz və xalqını ruhlandırır. Qarşı tərəf(bizim) üçün bunun ziyanı ölçülməzdi.
Misal kimi deyim- İsrail ordusunda əsgərlərinin hər cür özlərini itirməsi, yaralanıb "ay nənə!" qışqırmaları, döyüşdən qaçmaqları, çəkilməkləri, bir sözlə əsgər imicinə toxuna bilən hər cür halların nümayiş etdirilməsi qəti qadağandı.
İsrail 2006-da “Hizbullaha” məğlub oldu, ancaq onlar tərəfindən bir dənə çəkiliş internetə belə sızmadı.
2010-cu ildə "Mavi Marmaranı" tutmaq üçün İsrailin dəniz xüsusi təyinatlıları gəmiyə helihopter desant ilə düşən an və əməliyat zamanı gözləmədikləri müqavimətlə rastlaşdılar. Yalnız bəzilərinin əlində armatur parçası olan gəminin sərnişinləri(düzdü hazırlıqlı adamlar) xüsusi təyinatlıların hərəkətini məşdudlaşdırmış, onları mühasirəyə alıb, 3-ü tərksilah edib, 15-ni yaralamışdılar. Çəkiliş hər iki tərəfdən aparılırmışdı. Lakin türklər həbsdə olan zaman onların çəklişlərinin çoxusu məhv edilmişdi, çünki orada israil əsgərlərinin ağrıdan əyilmiş sifətləri, türklərə yalvarmaqları və b., münaqişələr vaxtı olan, mənzərələr var idi. Yalnız bəzilərini nəzarətdən qaçırmaq mümkün olmuşdu.
Sərsəngin hövzəsi 26 fevral 93-cü ildə itirilmişdi. Çəkilişdəki döyüş Ağdərənin Sərsəngdən şərqində baş verir. Nevzorovun tekstinə fikir verməsək, qalan şeylər göz qabağındadı. Döyüşün bu hissəsində idarə olunması çox zəifdi. Ancaq Vəzirin bacarığı və şücaəti sayəsində bir qədər sonra sözügedən bölmə mühasirədən çıxardılmışdı. Çəkilişdə Tərtər batalyonudu. S. Həmidov şillələdiyi də həmin batalyonun əsgərləridi.


Вернуться к началу
 Заголовок сообщения: Re: HƏRB TARİXİMİZİ SAXTALAŞDIRMAQDAN QORUYAQ
СообщениеДобавлено: 25 ноя 2014, 03:57 
Не в сети
ополченец

Зарегистрирован: 03 сен 2013, 03:38
Сообщения: 96
Müharibə tarixinin təhrifinin bariz nümünəsi.
Nəticədə yalan-palan əsasında milli birliyimiz(ya potensial birlik) pozulur.
Ermənilər isə öz təbliğatlarında bu şəkili ortaya çıxardıb göstərirlər ki, "görün ermənistanın və artsaxın qəhraman zinvorları hansı nəhəng qüvvələrə qalib gəliblər!". Bununla ermənilərdə döyüş ruhunun yüksəlməsinə xidmət göstərilir.

Azərbaycanda nə 500 türk könüllüsü,
nə qırğız- qazax könüllüləri olmamışdılar.
Çeçenlər kiçik qruplarla 92-ci ilin sonuna qədər Qarabağda olublar.
Əfqanlar könüllü deyil, muzdlu gəliblər.
Nardarandan kifayət qədər döyüşçümüz olub. 123-cü alayda Nardarandan Niyazi Kərimov rota komandiri olmuşdu.


Вложения:
281987_746920875344768_8566617552402557638_n.jpg
281987_746920875344768_8566617552402557638_n.jpg [ 71.46 КБ | 1820 просмотров ]
Вернуться к началу
 Заголовок сообщения: Re: HƏRB TARİXİMİZİ SAXTALAŞDIRMAQDAN QORUYAQ
СообщениеДобавлено: 25 ноя 2014, 05:10 
Не в сети
ополченец

Зарегистрирован: 03 сен 2013, 03:38
Сообщения: 96
Modern.az saytında Milli Qəhraman Maşallah Abdullayevin maraqlı müsahibəsinə rast gəldim. Şəxsən tanıdığım və indiyə qədər hörmətini saxladığım Maşallah müəllimin bəzi fikirləri məndə təəsüf yaratdı. Buna baxmayaraq, qeyd etməliyəm ki, müsahibəsində M. Abdullayev Şaumyanın alınması, bütövlükdə 1992-ci il Azərbaycan Ordusunun yay hücumu və bu münasibətlə Milli Qəhraman adının necə verilməsi ilə bağlı müəyyən məsələlərə aydınlıq gətirmiş oldu.
Öncə tarixləri bir daha xatırladaq.
15 iyun 1992-ci ildə Şaumyankənd rayonu bizim tərəfimizdən alındı.
17 iyunda Ə. Elçibəy Prezident andını içdi.
M. Abdullayev: “Elçibəy məni Bakıya çağırtdırdı və dedi ki, sən aparıb xalqın uşaqlarını qırdırmısan. Mən də bildirdim ki, güvəndiyiniz insanı göndərin yoxlama aparsın.
Mənə başqa sözlər də dedi. Ancaq onun elə deməyindən incimədim. Bu məsuliyyətin altına mən girmişdim. Bizim 5-6 nəfər itkimiz, 10 nəfər də yaralımız var idi.”
Ə. Elçibəyin bu sözlərindən görünür ki, Ə. Elçibəy nəinki, Şaumyanın alınması haqqında əmr verib, hətta bunu bir növ özbaşınalıq hesab edib və cəbhədəki real vəziyyətdən xəbəri olmayıb. Məhz bu səbəbdən M. Abdullayev Ali Baş Komandana cəbhədəki vəziyyəti öyrənmək üçün- “güvəndiyiniz insanı göndərin yoxlama aparsın” demişdi.
AXC iqtidarı nümayəndələrin Qarabağda 1992-ci ilin yay hücumunu öz xidmətlərinə aid etmələrinə baxmayaraq, işin içində olduğuma görə həmişə demişəm ki, AXC iqtidarının 1992-ci il yay hücumunun hazırlığından, başlanmasından və gedişatından xəbəri olmayıb. Çoxları mənim bu sözlərimi AXC iqtidarına qarşı qərəz kimi qəbul etsələr də, M. Abdullayev müsahibəsindəki səmimi xatirələri ilə bu həqiqəti təsdiq etdi.

İkinci mühüm məsələ, o zaman bəzi adamların necə Milli Qəhraman adı almasıdı.
M. Abdullayevin dediyinə görə, əvvəlcə Prezident Maşalla müəllimi danlayır ki, “xalxın uşaqlarını qırğına vermisən” sonra M. Abdullayevdən biləndə ki, 5-6 nəfər ölüb, 10 nəfər yaralanıb(yəni belə az) 23 iyunda- Şaumyanın azad olunmasından 1 həftə keçmiş Ə. Elçibəy M. Abdullayevə Milli Qəhraman adı verir. Çox ilginc.
M. Abdullayev daha sonra davam edir: “Mən başçı olduqdan sonra Nəcməddin Sadıqov gəldi yanıma. Məndən xahiş etdi ki, Əbülfəz müəllimdən Rasim Əkbərova də Milli Qəhrəman adının veriilməsini xahiş edim. Mən çox götür-qoy etdim və Elçibəyə zəng etdim. O dedi ki, onun haqda xoşagəlməz sözlər deyirlər. Mən şayiə olduğunu dedim. Elçibəy də məni çox istəyirdi, həmişə könlümü alırdı. Mənə dedi ki , əgər sən inanırsansa, onda get Rasimi təbrik elə.” Bu da Rasimin Milli Qəhraman olması tarixcəsi.

Düşmənin ciddi müqavimətinə rast gəlmədən, bir günə bir rayonun tutulmasına görə səhra komandirlərinə Milli Qəhraman adı düşürmü?
M. Abdullayev 23 iyunda Şaumyana görə Milli Qəhraman adı alandan sonra o, Göranboyun İcra başçısı təyyin edildi və bununla da onun döyüşlərlərdə iştirakı bitdi.
Çox hörmət etdiyim Məhəmməd Həsənov 92-ci ilin avqustun sonlarına kimi döyüşdü, sonra onların 1-ci Göranboy batalyonu dağıldı.
Şaumyana görə Milli Qəhraman adı almış bu üç nəfərdən 2-ci Göranboy batalyonun komandiri Rasim Əkpərov verilən zaman qazanmadığı MQ adını müharibədə sonacan iştirakı ilə, bir növ doğrultdu.

Müharibə tarixi, iştirakçıları hələ həyatdaykən, döyüş tarixi təhrif olunur. Buna susmaq, artıq yersiz psevdo- təvazökarlıq olardı. Buna görə hadisələri olduğu kimi paylaşıram.
1992-ci il Şuşanın işğalı ərəfəsində və Bakının Qarabağı qara bəxtinə buraxdığı hakimiyyətsizlik dövründə Qarabağın 52 özünümüdafiə batalyonların komandirləri Şuşanı xilas etmək üçün vahid hərbi komandanlıq yaratdılar. Bu, 3 və 5 may 1992-ci ildə Ağdamda baş verdi.
Yeri gəlmişkən, indi M. Abdullayev Surət Hüseynov haqqında deyir ki, “O vaxt onun bayrağının hansı bayraq olduğunu bilmirdim”. Lakin bunu “bilməmək” M. Abdullayevə qeyd olunan “Hərbi Birliyin” təsis toplantısında iştirakına, S. Hüseynovu “Hərbi Birliyin” rəhbəri seçilməsinin lehinə səs verməsinə, birlikdə Vətənin müdafiəsində fəaliyət göstərəcəyinə Qurana and içməsinə, “Hərbi Birliyin” Ali Sovetə və dövlətin ali qurumlarına müraciətinə imza atmasına və Birliyin sonrakı fəaliyyətində bilavasitə iştirak etməyinə mane olmamışdı.
1992-ci ilin 12 iyunda başlamış Əsgəran və 13 iyunda başlamış Şaumyan hücum əməliyyatlarını hələ AXC iqtidara gəlməmiş, 3 və 5 may 1992-ci ildə yaradılmış, Qarabağın ilk vahid komandanlığı- “Hərbi Birliyin” rəhbərliyi və şəxsən başçısı Azərbaycanın Milli Qəhramanı Sürət Hüseynov tərəfindən hazırlanmış və həyata keçirilmişdi.
“Hərbi Birlik” Qarabağ müharibəsi dövründə ilk Ağdam- Tərtər- Göranboy- Xanlar cəbhə boyunca hücumunu mayın 10-na təyyin etdi. Hücumun məqsədi erməni qüvvələrini öz üzərimizə cəlb etməklə, onların Şuşaya hazırladıqları hücumun qarşısını almaq idi. Lakin ermənilər Şuşaya daha tez hücum etdilər. Şuşadakı qüvvələr iki gün belə müdafiə olunmadılar ki, bizim yardımımız onlara çatsın. Şuşanın işğalına baxmayaraq, “Hərbi Birlik” Turşsudan Şuşaya əkshücuma keçməli qüvvələrə kömək məqsədilə planlaşdırılmış kimi 10 may 92-ci ildə cəbhə boyunca düşmən üzərinə uğurlu hücuma keçdi, bir neçə kənd və yüksəklikləri tutuldu, lakin Turşsudan Şuşaya əkshücum baş tutmadı.
1992-ci il 12 iyunda başlamış genişmiqyaslı yay hücumu S. Hüseynovun Yevlax Yun kombinatındakı iş otağında S. Hüseynovun rəhbərliyi ilə hazırlanmışdı.
Mən o zaman 20 may 1992-ci ildə yeni yaradılmış 123-cü alayın tank batalyonunun komandiri idim.
Biz 21 tankla iki istiqamətdən Şaumyanın alınmasında iştirak etdik. 21 tankdan 8-i mənimlə Gürzalılardan Erməni Borisı, Rus Borisı, Şaumyana və 4 tank batalyonumun qərargah rəisi kadr tankçı zabit baş l-nt Altay Bayramovun rəhbərliyi ilə Şaumyana Gülistandan hücum etmişdi. 9 tankı ehtiyatda saxlamışdım. Mənim tank bölmələrimlə 1-ci Göranboy batalyonun piyadaları- komandiri Məhəmməd Həsənov,
Altayla isə Mənəş, Ərkəc, Buzluq, Başkənd və Gülistandan Xanlar batalyonu- komandiri Saleh İlyasov Şaumyana hücum etmişdik.
Bundan başqa Şaumyana Xarxaput istiqamətindən 2-ci Göranboy batalyonu Rasim Əkbərovun başçılığı ilə hücuma keçmişdi.

Hücumdan öncə Göranboya S. Hüseynov gəlmişdi. O, Göranboy komandirlərinə demişdi ki, hücum üçün batalyonlardan yalnız ən döyüşkən əsgərləri seçsinlər. Beləliklə, 1-ci Göranboy batalyonundan 60 nəfər, 2-ci Göranboy batalyonundan 80 nəfər döyüşçü Şaumyana hücumda iştirak üçün seçildi. Hücumdan öncə mənə Məhəmməd Həsənov yaxınlaşdı və xaiş etdi ki, onun batalyonun qarşısına çıxım, çünki “uşaqlar istəyirlər əmin olsunlar ki, tankların komandiri həqiqətən də Nazimdi”. O zamanlar məni Qarabağda artıq OMON sıralarındakı döyüşlərimdən tanıyırdılar. Əlbəttə ki, batalyonun şəxsi heyyəti qarşısına çıxdım, M. Həsənov və M. Abdullayev döyüş qabağı çıxış etdilər və biz birlikdə düşmənə qarşı hərəkətə keçdik.
M. Abdullayev 1-ci Göranboy batalyonun 30 ədəd texnikası olmasını desə də, bu batalyonun zirehli texnikası olmayıb. Şaumyan əməliyyatı üçün son gülləsinə qədər bütün silah- sursat, yanacağı və s. Göranboy batalyonları və hücumda iştirak etmiş başqa dəstələr Yevlax Yun Kombinatından almışdılar. Bütün Qarabağda hər cür təhcizat Yevlax Yunzavodundan gedirdi.
Hücumdan öncə Şaumyanı və ətraf yüksəklikləri təyyarəçimiz Şəhid Vaqif Qurbanov demək olar ki, şumlamışdı.
Şaumyan hücum istiqamətlərinin heç birində ciddi müqavimətə rast gəlinmədi. Şaumyana mənim tankım və rəhmətlik Xosrov Mustafaevin(Musto-7) PDM-i döyüş planına uyğun eyni zamanda daxil olduq. Bu zaman Şaumyandan düşmənin açdığı atəşdən bir güllə 1-ci Göranboy batalyonun əsgərinin əlində olan qumbaraatanın mərmisinə dəydi və onu partlatdı. Əsgər öldü, yanındakılar yaralandı. Bizim əsgərlərdən Şaumyan alınan vaxtı başqa ölən və yaralanan görməmişəm.
Gülistan istiqamətindən də hücuma keçmiş bölmələr döyüş vəzifələrini tam həcmdə yerinə yetirdilər. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin.
Şaumyan alınan kimi yaxın rayonların əhalisi tərəfindən talan başladı. Şəhərin bütün yolları və girəcəyində qənimətlər dolu yük maşınlarından və qoşqulardan tıxaclar yarandı. Bu qənimətlər üstündə Rasim Əkbərovun atası Ağa ilə M. Abdullayev arasında münaqişələr başladı və sonradan bu münasibətlər düşmənçiliyə döndü.
Çox təəsüf edirəm ki, müharibədə birlikdə çiyin çiyinə iştirak etmiş adamlar həqiqəti və kimin əsl xəyanətkar olduğunu bilə- bilə indi dar partiya maraqlarından çıxış edərək, Qarabağın azad olunmasına uğurla rəhbərlik etmiş adama “xəyanətkar” deyir və bununla şərəfli hərb səifələrərimizə və tabe olduğu hərbi rəhbərinə ləkə salır.
M. Abdullayevə Milli Qəhraman adı veriləndə mənə dediyi sözləri də xatırlatmaq istəyirəm- “Milli Qəhraman mən yox, sən olmalıydın”. Ancaq indi Şaumyandan danışanda o, nə məni, nə tank batalyonunu, nə təyyarəçimiz Vaqif Qurbanovu xatırlatmadı.
Bir gün gələcək Maşalla Abdullayev haqqı bilə bilə onu təhrif edərək, danışdığına görə sorulacaq. Hələlik isə, müharibədən söz açanlardan xaiş edirəm- Qarabağ sizə əzizdirsə, onu müqəddəs torpaq sayırsızsa, uğrunda apardığımız müharibə haqqında yalanlardan çəkinin.

“Surət Hüseynov kimi xəyanətkarla heç vaxt görüşmərəm” - MÜSAHİBƏ
Layihəyə Azərbaycanın Milli Qəhrəmanı, Goranboy rayonu İcra Hakimiyyətinin sabiq icra başçısı Maşallah Abdulluyevlə başladıq.
MODERN.AZ http://modern.az/articles/56726/1/


Вернуться к началу
 Заголовок сообщения: Re: HƏRB TARİXİMİZİ SAXTALAŞDIRMAQDAN QORUYAQ
СообщениеДобавлено: 29 дек 2017, 12:10 
Не в сети
пулеметчик
Аватара пользователя

Зарегистрирован: 29 июл 2013, 14:19
Сообщения: 68566
belə işlərdə var idi :?
Изображение
Azərbaycan Respublikası Müdafiə Nazirinə Mehman Ələkbərovun 21 aprel 1992-ci ildə yazdığı təqrirdən:
Yazıb Sizə bildirirəm ki, silahların qeydiyyatı və paylanması işi çox pis vəziyyətdə olduğu üçün yeni qeydiyyat kitabı açdım və yoxlama zamanı aydın oldu ki, 25 avtomat və 2 ədəd tapança çatışmır. Mən Gəncədən xüsusi yoxlama komissiyası tələb etdim. Batalyonda külli miqdarda yeyinti halları da olduğu aşkara çıxdı. Məlum oldu ki, 392 əsgər adı ilə gətirilən ərzaq və sursat müxtəlif gizli əllərdə satılıb-yeyilirmiş. Halbuki batalyonda yüzdən artıq əsgər yox idi. Sonra “Qurtuluş”u bizim batalyona qarşı qoydular. Əgər qəti tədbir görməsəydik qardaş qanı töküləcəkdi. Gördüyümüz tədbirlər nəinki qarşıdurmanı aradan qaldırdı, həm də batalyonları daha da yaxınlaşdırdı. Sonra biz Şahinlə birlikdə oğurlanmış silahların axtarılmasına başladıq. Nəticədə dörd silah oğurlayan tutulub əvvəlcə Gəncə şəhər Kəpəz rayon DİŞ-nin əməkdaşları tərəfindən dindirildi. Sonra isə Tərtər şəhər DİŞ-nin sərəncamına göndərildi. Dörd ədəd avtomat silah hissəyə qaytarıldı. Hal-hazırda mafiyaçı qrupların əlində oğurluq silahlar çoxdur. Onlar da gecələr talançı və hərbi hissələrə basqınçılıqla məşğuldurlar. Sizin əraziyə gəlişiniz zamanı baş vermiş faciəli hadisənin özünüz şahidi oldunuz. Qruplaşmış silahlı bandalarla yalnız ordunun gücü ilə mübarizə aparmaq olar.
Sizi əmin edirəm ki, bütün qüvvəmi Azərbaycanın azadlığı, torpaqlarımızın qorunması uğrunda mübarizəyə sərf edəcəyəm…


Вернуться к началу
Показать сообщения за:  Поле сортировки  
Начать новую тему  Ответить на тему  [ 5 сообщений ] 

Часовой пояс: UTC+05:00


Кто сейчас на конференции

Сейчас этот форум просматривают: нет зарегистрированных пользователей и 1 гость


Вы не можете начинать темы
Вы не можете отвечать на сообщения
Вы не можете редактировать свои сообщения
Вы не можете удалять свои сообщения
Вы не можете добавлять вложения

Найти:
Перейти:  
cron
Создано на основе phpBB® Forum Software © phpBB Limited
Русская поддержка phpBB