Hərbi portal

Ya Qarabağ, Ya ölüm
Текущее время: 23 июл 2018, 18:26

Часовой пояс: UTC+05:00




Начать новую тему  Ответить на тему  [ 8 сообщений ] 
Автор Сообщение
 Заголовок сообщения: GƏNCƏDƏ GİZLİ TƏŞKİLAT "DƏRİN DÖVLƏT"
СообщениеДобавлено: 09 окт 2015, 16:52 
Не в сети
пулеметчик
Аватара пользователя

Зарегистрирован: 29 июл 2013, 14:19
Сообщения: 70709

XX əsrin əvvəlləri... Azərbaycan türkləri öz ərazilərində qətliama və ermənilər tərəfindən törədilən qırğınlara məruz qalır. Azərbaycan Türkü əzilir, alçaldılır, onun torpaqlarından özgələr üçün dövlət yaradılması planlaşdırılır. Ruslar tərəfindən silahlandırılan ermənilər İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız Azərbaycantürklərinə, dinc əhaliyə hücum edir, vəhşiliklər törədirlər...

1905-ci il... Bakı şəhərində Azərbaycanın görkəmli türkçü-ziyalısı Əhməd bəy Ağaoğlu tərəfindən "Fədai" adlı gizli bir cəmiyyət yaradılır və mübarizəyə başlayır.

"Fədai" cəmiyyətinin fəaliyyəti çox keçmir ki, öz bəhrəsini verir. "Fədai" cəmiyyətinin fəaliyyəti nəticəsində ermənilərin türklərə qarşı törətdikləri qırğının qarşısı müəyyən dərəcədə və müxtəlif vasitələrlə alınmışdı. Bir müddət sonra "Fədai" cəmiyyəti "Difai" Partiyasına çevrilir və Azərbaycan tarixində misli görünməmiş qeyrət səhifələri yazır, millətinin və vətəninin qarşısında duran hər bir kəsi məhv etməklə...
1912-ci il 16 mart tarixində Qafqaz canişinliyinin arxivindən tapılmış və hal-hazırda Bakıda yerləşən arxivdə mühafizə edilməkdə olan"Difai" Partiyasına məxsus Bəyannamədə deyilir: “Bizim Partiyamızın əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlik yaratmaqdır. Hərgah Daşnak Partiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiqi proqramını aşkar söylərsə, əgər bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlıq və müstəqilliyinə xələl gətirmirsə, o zaman biz öz birlik əlimizi həmişə ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz bir qanlı səhnə halinə düşər. Daşnak partiyası əmin olsun ki, həç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik."

Beləliklə, Difai Partiyası bu Bəyannaməsi ilə, Hüseyn Baykaranın qeyd etdiyi kimi, Azərbaycan türklərinin, eləcə də, Qafqaz müsəlmanlarının "ölüm-qalım" mübarizəsini açıqca ortaya qoyaraq öz siyasi platformasını elan etmiş oldu. Sonrakı iş isə təşkilatdan asılı idi. Bu səbəbdən də Əhməd bəy Azərbaycanın vilayətlərini dolaşmağa başladı. İlk olaraq o Azərbaycanın ikinci paytaxtı sayılan Gəncəyə yola düşdü. Gəncədə tanınmış vətənsevər millətçilərlə görüşərək "Difai" təşkilatını yaratdı. Ələkbər bəy Xasməmmədov və qardaşı Ələsgər bəy Xasməmmədov, doktor Həsən bəy Ağayev, Ələkbər bəy Rəfibəyli, Şeyxülislam Axund Molla Məhəmməd Pişnamazzadə, gimnaziyada din müəllimi işləyən Mirzə Məhəmməd Axundzadə, müəllim Mirzə Cavad, gənc müəllimlərdən İdris Axundzadə və başqaları Gəncədə təsis olunan "Difai" Təşkilat Komitəsinin üzvləri idilər.

"Difai" Partiyasının məqsədi: ümumilikdə xalqın maraqlarının müdafiəsi və başlıca olaraq təhsil; "Müdafiə" – ümumən kəndlilərin həyat şəraitinin yaxşılaşdırılması, mülkədar torpaqlarının kəndlilər arasında bölünməsi, mövcud dövlət quruluşunun devrilməsi, həmçinin, mülkədarlara torpaq üçün vergilərin ödənilməməsi vasitəsilə onların rifah halının yüksəldilməsi idi.

1905-1906-cı illərdə Gəncədə baş vermiş erməni-türk qarşıdurması zamanı "Difai" sözün əsl mənasında "Qafqazı qanlı səhnə halına salmaq" barədə verdiyi vədə əməl etdi. Gəncədə yerləşən "Cəmiyyəti-Xeyriyyə" və "Nəşri-Maarif" cəmiyyətlərinin binası qərərgaha çevrilmiş və Gəncənin ən mötəbər, tədbirli, xalq arasında sözü keçən adamlarından biri – Ələkbər bəy Rəfibəyli bu hərəkata rəhbər seçilmişdi
Nağı bəy Şeyxzamanlı xatirələrində yazır: "Bu hadisələrdən sonra rus idarəçiləri qorxu içində hər hərəkətlərini ölçüb-biçərək addım atırdılar, digər tərəfdən "Difai" firqəsinin kimlər tərəfindən idarə olunduğunu bilmək istəyirdilər. Amma əziyyətləri boşa çıxırdı, xalqımızdan bir şey öyrənə bilməzdilər, çünki, xalq bir şey bilmirdi, bilsə də söyləməzdi. Hökumət ara-sıra axtarışlar aparırdı. Lakin, nəticə alınmırdı. "Difai" firqəsinin heç bir yerdə qeydi yox idi, ancaq bir möhürü var idi. Bu möhürün kimdə olduğunu, firqəni idarə edənləri bilmirdilər. Rus idarəsi "Difai" firqəsinin bir üzvünü tapıb xəbər verənə və yaxud möhürü əldə edənə 50 min rubl vəd etmişdi. Buna baxmayaraq, heç bir dəyişiklik olmadı, lakin rusların etdikləri zülmlər artırdı və bu səbəbdən firqə fəaliyyətini müəyyən bir vaxt üçün dayandırmaq məcburiyyətində qaldı".

"Difai"nin rəhbərliyi altında aparılan əməliyyatlar nəticəsində Qarabağ, Bakı və Şamaxı vilayətlərində də döyüş təşəbbüsü Azərbaycan Türklərinin əlinə keçdi. Rus İmperiyasının yerli çinovnikləri artıq silahın ucunun onlara tərəf çevrildiyinin fərqinə vararaq gürcü əsilzadələrinin əli ilə müvəqqəti də olsa barışıq yarada bildilər. Hər iki tərəfdə nisbi sakitlik yarandı. Lakin 1905-ci il inqilabının gətirdiyi həyəcanlar davam edirdi. Artıq ermənilərlə türklər arasında barışıq əmələ gəlmişdi, ancaq erməniləri türklər əleyhinə təhrik ədən çar idarəsinin fitnələri davam etməkdə idi.
"Difai" bunun da əlacını tapır: ""Difai" Partiyasının rəhbərləri bu məsələni də müzakirə etdilər – erməniləri türklərə qarşı təhrik edən rus idarəsinin yüksək vəzifəli məmurları aradan götürüləcəkdi. Bu, "Difai" Partiyasının qərarı idi..." (Hüseyn Baykara, Azərbaycan İstiqlal Mübarizəsi Tarixi, səh. 124).

"Difai" firqəsinin ilk "nəhəng" qurbanı Gəncə qubernatorunun müşaviri Kreşçinski olur. Gəncə qubernatorunun müşaviri Kreşçinski Şuşada olduğu zaman ermənilərə köməklik etmişdi. Kreşçinskini öldürmək üçün "Difai" Partiyası Gəncə təşkilatının üzvləri öz aralarında püşk atırlar və püşk Gəncənin Topalhəsən kəndinin sakini Səmədə düşür. Kreşçinski çox keçmir ki, Gəncədə elə öz evinin qabağındaca layiq olduğu cəzanı alır. Qətlin ertəsi gününün gecəsi "Difai" firqəsinin möhürüylə divarlara bəyannamələr yapışdırılır. Bu rus məmurlarında böyük qorxu yaradır.
"Rus idarəsinin hər təşkilatında "Difai"nin adamları var idi, xüsusilə də Rus Milli Təhlükəsizliyində tərcüməçi və katib Sədrəddin adında çox qiymətli bir qardaş var idi. Bir gün o qardaş "Difai" firqəsinin üzvü olduğunu təxminən bilən birisinə xəbər verir ki, Molla Hadı adında bir nəfər gizli olaraq Rus Milli Təhlükəsizlik Komitəsinə gəlib və beş dəqiqə sonra tanımadığım bir erməni müfəttişini otağına aparır, zənnimcə, erməni Molla Hadıya tərcüməçilik edir, xeyli qalırlar və söhbət edirlər. "Difai" toplantılarına ara verir, ancaq bütün qüvvələri ilə rusların nəyi təqib etdiklərini öyrənməyə çalışırlar. Digər tərəfdən Sədrəddin bəyə məsələ ilə maraqlanmasını məsləhət görürlər. Molla Hadı pusqu altına alınır. Təhqiqat nəticəsində Molla Hadının ruslara satıldığı öyrənilir. Molla Hadının qohumları araşdırılır, haradan və nə zaman Gəncəyə gəldiyi anlaşılmır. Ancaq öyrənilir ki, Molla Hadını mülki paltar geyinmiş bir polis nəfəri hər axşam evinə qədər mühafizlik edir. Gündüz vaxtı da həmin polis nəfəri onu təqib edir. "Difai" firqəsi Molla Hadının qətlinə qərar verir və bir gün sonra o öldürülür. Polislər cənazəni götürmürlər bütün gün evdə qalır. Mollalardan heç kəs cənazə namazını qılıb dəfn etməyə cəsarət göstərmirlər. Nəhayət, Molla Musa adında bir nəfər "Difai"nin üzvü təxmin etdiyi birisinə yanaşır və deyir, "cənazə evdə qalıb. Sən izn ver, gedib namaz qılıb, dəfn etdirim". Həmin kəs hirslənərək mollaya cavab verir: "Mənə nə, niyə məndən soruşursan, kim sənə bir şey edər?!" Molla Musa bunu "Difai" tərəfindən izin sayaraq Molla Hadını dəfn etdirir" (N.Şeyxzamanlı. "Azərbaycan İstiqlal Mücadiləsi xatirələri", B., 1997, səh.21).

Beləliklə, Gəncədə həbsxananın imamı olan müsəlman mollası Molla Atakişi (Molla Hədi) rus gizli polisinə xəfiyyəçilik edərək "Difai"nin bir nəçə üzvünü ələ verdiyi üçün partiyanın qərarı ilə cəhənnəmə vasil edilir. "Xainin cənazəsini polislər qaldırırlar, cəsədi bütün gün evində qalır. Mollalardan heç kim cənazə namazını qılıb onu dəfn eləməyə cürət etmirdi..."

Difai" Partiyası aqrar məsələdə mülkədar torpaqlarının əvəzsiz olaraq kəndlilərə paylanmasını nəzərdə tuturdu. Proqramda daha geniş inzibati özünüidarə, xüsusilə din və məhkəmə işlərində, gələcəkdə isə Qafqazın və Zaqafqaziyanın müsəlmanlarına muxtariyyət verilməsi məsələləri təbliğ olunurdu. Partiya təhsilin yaxşılaşdırılmasını əsas vəzifə hesab edirdi. "Difai"nin Mərkəzi Komitəsi Bakıda yerləşirdi.

1917-ci inqilabından sonra Kerenskinin müvəqqəti hökumətinin sərəncamına görə, hər yerdə, eləcə də Gəncədə icra komitəsinin təşkili işinə başlanılır. "Difai" ilk dəfə olaraq burada öz üzündəki niqabını götürür və üzə çıxır. Nağı bəy Şeyxzamanlı yazır: "…Növbə siyasi partiyalara gəlmişdi… Dörd saat davam edən müzakirə sona çatmaqda idi. Bu vaxt bir erməni yerindən qalxaraq dedi: "Vətəndaşlar, bilirsinizmi ki, ermənilərin iki əsas siyasi partiyaları var – biri "Daşnak", digəri "Qnçak" partiyasının tarixini söylədi və dedi ki, bu partiyanın məqsədi qanun və sülh içərisində yaşamaqdır (Bu təklifdən əvvəl, Azərbaycan türklərindən "Ədəmi – mərkəziyyət" partiyasından bir nümayəndəsi, ermənilərdən isə bir nəfər "Daşnak" nümayəndəsinin namizədliyi qəbul edilmişdi. Ermənilər "Qnçak"dan da bir nəfərin icra komitəsində təmsil olunmasına çalışırdılar – V.Ə.). Məclisə bu partiyadan da bir nəfər üzv alınsa, türklər heç bir şey itirməzlər. Hamı susurdu. Mən dördüncü cərgədə əyləşmişdim. Qabaqdakı bir yoldaşa dedim ki, sən də qalx, belə bir təklif irəli sür. Məşhur "Difai" firqəsindən də bir üzv alınmasını istə və namizəd olaraq firqəni idarə edən Nağını təklif elə. O, sözümü dinlədi və dediklərimi etdi. Mən qalxdım, adımı çəkdim, ünvanım yazıldı. Yazıldı, amma erməni və türklərin gözləri məndə idi. On il çar idarəsini dəhşət və qorxu içində saxlayan gizli "Difai" firqəsinin nümayəndəsini görürdülər" (N.Şeyxzamanlı. "Azərbaycan İstiqlal Mücadiləsi xatirələri", B., 1997, səh.26). Təkliflər keçir. Bir həftədən sonra Kerenskidən teleqram gəlir. O, "Difai"nin tarixini, nizamnaməsi ilə maraqlanır. Lazımi sənədlər ona göndərilir və "Difai" firqəsi olaraq açıq fəaliyyətə başlanılır: "İlk iş olaraq gənclərdən ibarət şəhərin hər bir məhəlləsində "Difai" ocağı qurduq. Hərbi təlim və tərbiyə aparılmaqda idi. İki ay keçmədən bir hərbi qüvvə halına gələn "Difai" təşkilatının köməyi ilə Gəncə milli komitəsi rusların 218-ci və 219-cu ehtiyat alaylarının silahlarını alaraq əsgərlərini şəhərdən dəmir yolu vasitəsi ilə çıxartdı. "Difai" firqəsi təşkilatının hərbi təlim və tərbiyələri rus əsgərlərini, hətta erməniləri də qorxudurdu" (N.Şeyxzamanlı. "Azərbaycan İstiqlal Mücadiləsi xatirələri", B., 1997, səh.27).

Şuşada ermənilər qırğın törətdikləri zaman onlara köməklik edən general Qoloşanov çarın naibi, eyni zamanda, çarın əmisi Qrandk Nikolay Nikolayeviçə raport vermək üçün Tiflisə gedir. Bu xəbəri əldə edən "Difai" Partiyasının Şuşadakı təşkilatı tərəfindən xalq arasında igidliyi ilə seçilən və tanınan Hüsü adlı birisinə Tiflisdə Qoloşanovun axırına çıxmaq tapşırılır. Bir həftə keçməmiş bu əmr Tiflisdə yerinə yetirilir. "Difai"çilər Hüsünün təhlükəsizliyini qorumaq niyyətilə onun İrana qaçmasına köməklik edirlər.

Şeyxzamanlı Tiflisdə baş vermiş başqa bir qətlin tarixçəsi barədə öz "xatirələri"ndə yazır: "Bir həftə sonra "Difai" firqəsi Bilal adında bir qarabağlını general Kalasçapovu öldürmək üçün Tiflisə göndərir. Həmin Kalasçapov ki, Qarabağda diviziya komandiri olaraq, diviziyada olan erməni əsgərlərinə mülki paltar geyindirərək türkləri güllələtmişdir. Bunun üçün Tiflisə göndərilən Bilal 2 gün sonra generalı küçədə öldürmüşdü və bu xəbər rus idarəçilərini narahat edirdi. Hətta "Difai" firqəsinin əmri olmadan hər tərəfdə belə qətl hadisələri baş verirdi. Ancaq "Difai" firqəsi qərar verdiyi ölümlərə bəraət verirdi. "Difai" bəyannamə yayırdı" (N.Şeyxzamanlı. "Azərbaycan İstiqlal Mücadiləsi xatirələri", B., 1997, səh.20).

"Difai"nin fəaliyyəti tezliklə Azərbaycanda yəni radikal-milliyyətçi ruhlu təşkilatların meydana gəlməsinə təkan verdi. O zaman Bakıda yaradılıb Şuşada fəaliyyət göstərən "Müsəlman Xeyriyyə Cəmiyyəti" və "Qarabağ Birlik Məclisi" təşkilatlarını buna misal göstərmək olar. "Qarabağ Məclisi"nin başlıca komitəsi Şuşada yerləşirdi. Onun sədri Kərim bəy Mehmandarov idi. Məclis yaxşı silahlanmış 400 gəncdən ibarət döyüş drujinası təşkil etmişdi. Bu təşkilatın proqramının əsas məqsədi hökümət idarələrinin boykot edilməsi, aqrar məsələ, partiyanın tələblərinə tabe olmayanların cəzalandırılmasından ibarət idi. "Qarabağ Birlik Məclisi" Partiyasını yaratmaqda başlıca məqsəd isə şübhəsiz ki, gələcəkdə ermənilərlə toqquşmalarda onlara layiq olduqları cavabı verməkdi. Bu partiya əhali arasında baş vermiş cinayət işlərini araşdırır, günahkarı ya cərimə edir, ya da cəzalandırırdı. Bu isə cinayət hadisələrinin və oğurluğun nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olmuşdu. 1907-ci il sentyabrın sonunda Məclisin fəaliyyəti dayandırılır. 1908-ci ildə onun Şuşa komitəsinin üzvləri həbs edilir və hökümət əleyhinə yaradılmış müsəlman partiyasında fəaliyyət göstərdiklərinə görə Həştərxana sürgün olunurlar.

1907-ci ilin may ayında korpus topoqrafı polkovnik İbrahim bəy Vəkilov tərəfindən Tiflisdə yaradılan "Müdafiə" partiyası isə Yelizavetpol quberniyasının qərb hissəsində, Borçalı və Qazaxda xeyli nüfuza malik idi. Bu partiya da "Difai"nin proqramını qəbul etmişdi. "Müdafiə" kəndlilərin məişət və mədəniyyəti, onların mülkədarlara verdikləri bəhrə vergisindən azad olunması, mövcud dövlət quruluşunun devrilməsi kimi vəzifələri qarşısına məqsəd qoymuşdu. Partiyanın mərkəzi Vladiqafqazda yerləşirdi. Təşkilatın liderləri kimi tarixi sənədlərdə Ağabəy Qiyasbəyovun, İsmayıl Xan Ziyadxanovun və Cəfər Axundovun adları göstərilir. Partiyanın əsas mübarizə vasitələri maariflənmək və qüvvə tətbiq etmək idi. Bu partiya öz fəaliyyətini 1909-cu ildə dayandırmışdı


Вернуться к началу
 Заголовок сообщения: Re: GƏNCƏDƏ GİZLİ TƏŞKİLAT "DƏRİN DÖVLƏT"
СообщениеДобавлено: 29 дек 2015, 13:30 
Не в сети
пулеметчик
Аватара пользователя

Зарегистрирован: 29 июл 2013, 14:19
Сообщения: 70709

"Qeyrət" firqəsi 1905-ci ildə Gəncədə yaradılıb. Firqəyə Gəncənin el-ağsaqqalı Ələkbər bəy Rəfibəyov, Gəncə Dairə Məhkəməsinin üzvü Ələkbər bəy Xasməmmədov, Gəncə Jandarmeriya İdarəsinin pristav köməkçisi A.Quliyev, Axund Molla Məhəmməd Pişnamazzadə və maarifçi Usub bəy Usubbəyov başçılıq edirdilər. Həsən Fəttahov, M.H.İsmayılzadə, Hacı Mirqasım ağa Həmzəyev, M.Xəlilov, Hacı Əli Hüseynzadə, Hacı Məhəmməd-Hüseyn Rəfiyev, Həmid bəy Usubbəyov və Həsən bəy Ağayev də firqənin fəal üzvləri idilər.
Firqə əvvəlcə özünü "Türk Sosial-Federativ İnqilabi Komitəsi" adlandırır və bu adla şəhər əhalisinə vərəqələr paylayırdı. Azərbaycan xalqına qarşı törədilən soyqırımlar ilə bağlı bu vərəqələrdə türk-müsəlman əhaliyə müraciət edilir və hədəf olaraq milli qırğınların əsas təşkilatçısı olan çar hökumətinə qarşı yönəltməyə çağırılırdı.
Komitənin Qafqaz xalqlarına müraciətində onları birliyə, Rusiya hakimiyyətinə qarşı mübarizəyə dəvət edilir və göstərilirdi ki, Qafqaz xalqları çar hökumətindən özləri üçün bərabər hüquqlar alaraq, birləşib muxtariyyət yaratmalıdırlar.
Azərbaycanda federalizm ideyaları ilə ilk dəfə çıxış edən bu komitə 1905-ci ilin ortalarında "Qeyrət" firqəsinin əsasını qoydu.
“Qeyrət” firqəsi gürcü sosial-federalist partiyası ilə də əlaqələr yaratmışdır. Bakıda və Şuşada da fəaliyyət göstərirdi. “Qeyrət” üzvləri əhali arasında federalizm ideyalarının təbliği ilə yanaşı, sosial-demokratlarla birlikdə mitinqlərdə iştirak edərək, millətlərarası toqquşmaları dayandırmağa çarpışırdı.
Həmin dövrdə Rusiya tərkibində muxtariyyət ideyalarının təbliğatçıları çar hakimiyyəti üçün təhlükə törətdiyindən onlara qarşı repressiyalar başlandı. “Qeyrət”in bəzi üzvləri (H.M.Həmzəyev, M.Xəlilov və başqaları) həbs olundular və Azərbaycanda ilk milli sosial-federalist firqə olan "Qeyrət"in fəaliyyəti dayandırıldı.

Paylaşdı: Vüqar Həsənbəyli


Вернуться к началу
 Заголовок сообщения: Re: GƏNCƏDƏ GİZLİ TƏŞKİLAT "DƏRİN DÖVLƏT"
СообщениеДобавлено: 31 янв 2016, 01:27 
Не в сети
пулеметчик
Аватара пользователя

Зарегистрирован: 29 июл 2013, 14:19
Сообщения: 70709
https://youtu.be/XP4oyF-3YMQhttps://youtu.be/XP4oyF-3YMQ


Вернуться к началу
 Заголовок сообщения: Re: GƏNCƏDƏ GİZLİ TƏŞKİLAT "DƏRİN DÖVLƏT"
СообщениеДобавлено: 28 мар 2016, 01:39 
Не в сети
пулеметчик
Аватара пользователя

Зарегистрирован: 29 июл 2013, 14:19
Сообщения: 70709
Ermənilərin qənimi kim ad çıxaran, "Difai" gizli təşkilatının üzvü, Məhəmməd Əmin Rəsulzadənin silahdaşı, kapitan Cəmil bəy Rəfibəyli...

Ömrünün 30 ilini sürgündə keçirən Cəmil bəy 1981-ci ildə doğulduğu Gəncədə vəfat edib. Ruhu şad olsun.


Вернуться к началу
 Заголовок сообщения: Re: GƏNCƏDƏ GİZLİ TƏŞKİLAT "DƏRİN DÖVLƏT"
СообщениеДобавлено: 22 апр 2017, 02:48 
Не в сети
пулеметчик
Аватара пользователя

Зарегистрирован: 29 июл 2013, 14:19
Сообщения: 70709
https://youtu.be/OHaZ5K8nNig
https://youtu.be/OHaZ5K8nNig


Вернуться к началу
 Заголовок сообщения: Re: GƏNCƏDƏ GİZLİ TƏŞKİLAT "DƏRİN DÖVLƏT"
СообщениеДобавлено: 22 апр 2017, 02:49 
Не в сети
пулеметчик
Аватара пользователя

Зарегистрирован: 29 июл 2013, 14:19
Сообщения: 70709
https://youtu.be/ZlZdh-M6F-s
https://youtu.be/R1yZMDqXppE


Вернуться к началу
 Заголовок сообщения: Re: GƏNCƏDƏ GİZLİ TƏŞKİLAT "DƏRİN DÖVLƏT"
СообщениеДобавлено: 22 апр 2017, 02:51 
Не в сети
пулеметчик
Аватара пользователя

Зарегистрирован: 29 июл 2013, 14:19
Сообщения: 70709
https://youtu.be/AxsRw30hbSY
https://youtu.be/K_9vyrJaiHE


Вернуться к началу
 Заголовок сообщения: Re: GƏNCƏDƏ GİZLİ TƏŞKİLAT "DƏRİN DÖVLƏT"
СообщениеДобавлено: 10 июл 2018, 12:53 
Не в сети
пулеметчик
Аватара пользователя

Зарегистрирован: 29 июл 2013, 14:19
Сообщения: 70709
Foto Cümhuriyyət ordusunun mühacir zabitlərindən biri Məmməd Ağpoladın nəvəsi tərəfindən verilib. Foto Türkiyəyə mühacirət etdikləri ilk illərə, 1920 - ci illərin əvvəllərinə aiddir.

Ayaq üstə, sağdan: Cümhuriyyət ordusunun zabitləri Gülməmməd ağa Gülməmmədov (Məmməd Kazak), Baba bəy Behbud, Məmməd bəy Rzayev (Ağpolad). (Hər üçü də qurtuluş savaşında iştirak etmiş, sonralar Türk ordusunda polkovnik rütbəsinə qədər yüksəlmişdilər)

Oturanlar sağdan: Cümhuriyyət ordusunun polkovniki Osman ağa Gülməmmədov (Kazak), Şəki Qəzasının rəisi Əyyub bəy Rəfibəyli (Sayqın), üçüncü şəxsin kimliyi məlum deyil.
Изображение


Вернуться к началу
Показать сообщения за:  Поле сортировки  
Начать новую тему  Ответить на тему  [ 8 сообщений ] 

Часовой пояс: UTC+05:00


Кто сейчас на конференции

Сейчас этот форум просматривают: нет зарегистрированных пользователей и 2 гостя


Вы не можете начинать темы
Вы не можете отвечать на сообщения
Вы не можете редактировать свои сообщения
Вы не можете удалять свои сообщения
Вы не можете добавлять вложения

Найти:
Перейти:  
Создано на основе phpBB® Forum Software © phpBB Limited
Русская поддержка phpBB