1992-ci ildə Qarabağda erməni döyüş aviasiyası.

Cox da uzaq olmayan hadisələr
Ответить
Автор
Сообщение
Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

1992-ci ildə Qarabağda erməni döyüş aviasiyası.

#1 Сообщение Nazim Bayram » 18 ноя 2014, 20:35

1992-ci ildə Qarabağda erməni döyüş aviasiyası.
(Qısa məlumat).

SSRİ dağılan zaman Ermənistanda reaktiv döyüş aviasiyası olmamışdı. Ermənilərə keçmiş sovet ordusunun 382 saylı əlahiddə helikopter eskadrilyasının 13 ədəd Mi-24 helikopteri qalmışdı. Bu hərbi hissə(32823 saylı) Yerevanın yaxınlığında yerləşirdi.
1991-ci ilin sonunda ermənilər köhnə Mi-8 hərbi- nəqliyat helikopteri əldə etdilər.
Erməni qoşunlarına havadan dəstəyi MDB-nin Birləşmiş Silahlı Qüvvələrinə daxil olan 382 saylı helikopter eskadrilyası verirdi.

1992-ci ilin iyununda Ağdərədə gedən döyüşlər zamanı pilotlar polkovnik V. Qulayev və baş leytenant V. Tereşenkonun idarə etdikləri Mİ-24 vuruldu.
İyunun sonunda 382-ci helikopter eskadrilyası Ermənistan Silahlı Qüvvələrinə verildi. İlk erməni pilotları A. Abramyan, B. Babayan, S. Xanaqyan, Q. Baginyan, B. Xaçaturov, Q. Naxapetyan, Q. Kilofyan və b. oldular. Onları Rusiyalı hərbi instruktorlar Vladimir Kolyanov və Leonid Didenko hazırlayırdılar.
1992-ci ilin iyunun 23-ü iki erməni Mi- 24 helokopteri Qarabağa Mi- 8 helikopteri ilə gələn general Andeasyanı müşaiyət edərkən, Qubadlı batalyonun döyüşçüləri tərəfindən vuruldular. Mi- 24-dən biri məhv edildi, o birisini qəzalı vəziyyətdə yerə oturtmaq mümkün olmuşdu. Bizim döyüşçülər ona çatana qədər Mi- 8 helikopteri yerə qona bilən Mi- 24-ün ekipajını öz bortuna alıb, uzaqlaşa bilmişdi. Yerdə qalan erməni Mi-24-ü tərəfimizdən təmir və bərpa edildi və Milli Ordumuz sıralarında döyüşlərdə iştirak etdi.
1992-ci ilin yayında erməni helikopterləri Ağdərə, Əsgəran və Martuni istiqamətlərində döyüşlərdə iştirak edirdilər.
Sentyabrda erməni helikopterləri zərbələrini əsasən Laçın dəhlizi istiqamətində, Qaraqışlaq, Mollalar, Səfyan kəndləri və Susuzdağ və Hoçaz dağlarındakı mövqelərimizə endirirdilər.
8 oktyabr 1992-ci ildə eyni zamanda 4 erməni helikopteri Mi-24 və Mi-8 Susuzdağdakı mövqelərimizə zərbələr endirdilər. Hücum zamanı idarəolunan “Şturm- v”(9M114) raketlərindən istifadə olunmuşdu.

1992-ci ilin yayında Rusiya Ermənistana ilk iki SU- 25 və təlim- döyüş SU- 25 UB döyüş təyyarələri əldə etdi.

Sentyabrın 4-ü pilot M. Melikyanın idarə etdiyi SU- 25 Qarabağa ilk döyüş uçuşunu həyata keçirdi. Lakin Xankəndinin üstündə səhvən ermənilər tərəfindən vuruldu. Pilot katapult edərək, yerə sağ düşmüşdü.

1992-ci ilin sentyabrın 16-ı M. Melikyan o birisi SU- 25-lə ordumuzun Fizulinin Qacar kəndi yaxınlığındakı mövqelərinə zərbə endirdi.
Sentyabrda daha bir SU- 25-i ermənilər Gürcüstandan qaçırmışdılar. Noyabrda isə Rusiya Ermənistana daha 4 ədəd SU-25 təyyarələri verdi. Bu, ermənilərə ilk həmlə eskadrilyası təşkil etməyə imkan verdi. Lakin bu təyyarələr döyüş əməliyyatlarında istifadə olunmadılar.
1992-ci ilin sonu- 1993-cü ilin əvvəlindəki döyüşlərdə ermənilərin yalnız döyüş helikopterləri istifadə olunurdu.
Ermənilərin daha bir Mi-24-ü 1993-ü ilin fevralın 26-ı uçuş zamanı aerodromda qəzaya uğrayaraq, 3 nəfər ekipajı ilə məhv oldu.

Məqalədə Qarabağ müharibəsi tarixinin tədqiqatçısı Mamed Vəlimməmədovun materiallarından istifadə olunub.

23 iyun 1992-ci ildə Qubadlı batalyonu döyüşçüləri tərəfindən vurulmuş erməni helikopteri. https://www.youtube.com/watch?v=gizKkFgGlJw&hd=1" onclick="window.open(this.href);return false;

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 80749
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1556 раз
Поблагодарили: 1165 раз

Re: 1992-ci ildə Qarabağda erməni döyüş aviasiyası.

#2 Сообщение smersh70 » 21 ноя 2014, 23:50

Nazim Bayram писал(а):Sentyabrda daha bir SU- 25-i ermənilər Gürcüstandan qaçırmışdılar.
Bir dənəsinidə bizdən bir dənə rus qaçirtmışdır, MİQ-25., bir MİQ-25 isə rus Rusiyaya qaçırtmışdır....

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 1992-ci ildə Qarabağda erməni döyüş aviasiyası.

#3 Сообщение Nazim Bayram » 22 ноя 2014, 02:56

smersh70 писал(а):
Nazim Bayram писал(а):Sentyabrda daha bir SU- 25-i ermənilər Gürcüstandan qaçırmışdılar.
Bir dənəsinidə bizdən bir dənə rus qaçirtmışdır, MİQ-25., bir MİQ-25 isə rus Rusiyaya qaçırtmışdır....
Pilotun familiyası Reva idi. İlk uçuşu idi. Təyyarəni Ermənistanda oturdanda MiQ-25 zədələnib, yararsız hala düşmüşdü. bərpa edə bilmədilər.

GuneyAz
партизан
Сообщения: 1807
Зарегистрирован: 10 фев 2012, 02:49

Благодарил (а): 189 раз
Поблагодарили: 108 раз

Re: 1992-ci ildə Qarabağda erməni döyüş aviasiyası.

#4 Сообщение GuneyAz » 22 ноя 2014, 20:48

Изображение

GuneyAz
партизан
Сообщения: 1807
Зарегистрирован: 10 фев 2012, 02:49

Благодарил (а): 189 раз
Поблагодарили: 108 раз

Re: 1992-ci ildə Qarabağda erməni döyüş aviasiyası.

#5 Сообщение GuneyAz » 22 ноя 2014, 21:11

smersh70 писал(а):
Nazim Bayram писал(а):Sentyabrda daha bir SU- 25-i ermənilər Gürcüstandan qaçırmışdılar.
bir MİQ-25 isə rus Rusiyaya qaçırtmışdır....
Xachan? Datani ve bir az etrafli yazun, Smerw. Belke yadima dusher (Chox yaza bilmirem chetindi. Ilan qurbaga cumlesi ola biler. Sorri).

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 80749
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1556 раз
Поблагодарили: 1165 раз

Re: 1992-ci ildə Qarabağda erməni döyüş aviasiyası.

#6 Сообщение smersh70 » 09 дек 2014, 21:49

GuneyAz писал(а):achan? Datani ve bir az etrafli yazun, Smerw. Belke yadima dusher (
bunu heç yerdə tapa bilmərsən ;)

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 80749
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1556 раз
Поблагодарили: 1165 раз

Re: 1992-ci ildə Qarabağda erməni döyüş aviasiyası.

#7 Сообщение smersh70 » 15 мар 2019, 00:59

Qubadlıda erməni helikopterinin vurulması.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 80749
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1556 раз
Поблагодарили: 1165 раз

Re: 1992-ci ildə Qarabağda erməni döyüş aviasiyası.

#8 Сообщение smersh70 » 22 май 2019, 03:01

smersh70 писал(а):
15 мар 2019, 00:59
Qubadlıda erməni helikopterinin vurulması.
HHQ -nin kapitanı Yuri Çumakın məlumatıda görə, ermənilərdən alınmış qənimət kimi bu vertolyot,sonra 30 avqust 1993-cü ildə ,eyni rayonda ermənilər tərəfindən vurulmuşdu...Ekipaj- Feyruz Cəlilov, Aleksandr Mizyak və Arif Mərəliyev həlak olmuşlar.
Изображение

Ответить

Вернуться в «Yaxın Tariximiz»