Qarabağ savaşında aviasiya(fikir mübadiləsi)
Добавлено: 18 ноя 2014, 20:35
1992-ci ildə Qarabağda erməni döyüş aviasiyası.
(Qısa məlumat).
SSRİ dağılan zaman Ermənistanda reaktiv döyüş aviasiyası olmamışdı. Ermənilərə keçmiş sovet ordusunun 382 saylı əlahiddə helikopter eskadrilyasının 13 ədəd Mi-24 helikopteri qalmışdı. Bu hərbi hissə(32823 saylı) Yerevanın yaxınlığında yerləşirdi.
1991-ci ilin sonunda ermənilər köhnə Mi-8 hərbi- nəqliyat helikopteri əldə etdilər.
Erməni qoşunlarına havadan dəstəyi MDB-nin Birləşmiş Silahlı Qüvvələrinə daxil olan 382 saylı helikopter eskadrilyası verirdi.
1992-ci ilin iyununda Ağdərədə gedən döyüşlər zamanı pilotlar polkovnik V. Qulayev və baş leytenant V. Tereşenkonun idarə etdikləri Mİ-24 vuruldu.
İyunun sonunda 382-ci helikopter eskadrilyası Ermənistan Silahlı Qüvvələrinə verildi. İlk erməni pilotları A. Abramyan, B. Babayan, S. Xanaqyan, Q. Baginyan, B. Xaçaturov, Q. Naxapetyan, Q. Kilofyan və b. oldular. Onları Rusiyalı hərbi instruktorlar Vladimir Kolyanov və Leonid Didenko hazırlayırdılar.
1992-ci ilin iyunun 23-ü iki erməni Mi- 24 helokopteri Qarabağa Mi- 8 helikopteri ilə gələn general Andeasyanı müşaiyət edərkən, Qubadlı batalyonun döyüşçüləri tərəfindən vuruldular. Mi- 24-dən biri məhv edildi, o birisini qəzalı vəziyyətdə yerə oturtmaq mümkün olmuşdu. Bizim döyüşçülər ona çatana qədər Mi- 8 helikopteri yerə qona bilən Mi- 24-ün ekipajını öz bortuna alıb, uzaqlaşa bilmişdi. Yerdə qalan erməni Mi-24-ü tərəfimizdən təmir və bərpa edildi və Milli Ordumuz sıralarında döyüşlərdə iştirak etdi.
1992-ci ilin yayında erməni helikopterləri Ağdərə, Əsgəran və Martuni istiqamətlərində döyüşlərdə iştirak edirdilər.
Sentyabrda erməni helikopterləri zərbələrini əsasən Laçın dəhlizi istiqamətində, Qaraqışlaq, Mollalar, Səfyan kəndləri və Susuzdağ və Hoçaz dağlarındakı mövqelərimizə endirirdilər.
8 oktyabr 1992-ci ildə eyni zamanda 4 erməni helikopteri Mi-24 və Mi-8 Susuzdağdakı mövqelərimizə zərbələr endirdilər. Hücum zamanı idarəolunan “Şturm- v”(9M114) raketlərindən istifadə olunmuşdu.
1992-ci ilin yayında Rusiya Ermənistana ilk iki SU- 25 və təlim- döyüş SU- 25 UB döyüş təyyarələri əldə etdi.
Sentyabrın 4-ü pilot M. Melikyanın idarə etdiyi SU- 25 Qarabağa ilk döyüş uçuşunu həyata keçirdi. Lakin Xankəndinin üstündə səhvən ermənilər tərəfindən vuruldu. Pilot katapult edərək, yerə sağ düşmüşdü.
1992-ci ilin sentyabrın 16-ı M. Melikyan o birisi SU- 25-lə ordumuzun Fizulinin Qacar kəndi yaxınlığındakı mövqelərinə zərbə endirdi.
Sentyabrda daha bir SU- 25-i ermənilər Gürcüstandan qaçırmışdılar. Noyabrda isə Rusiya Ermənistana daha 4 ədəd SU-25 təyyarələri verdi. Bu, ermənilərə ilk həmlə eskadrilyası təşkil etməyə imkan verdi. Lakin bu təyyarələr döyüş əməliyyatlarında istifadə olunmadılar.
1992-ci ilin sonu- 1993-cü ilin əvvəlindəki döyüşlərdə ermənilərin yalnız döyüş helikopterləri istifadə olunurdu.
Ermənilərin daha bir Mi-24-ü 1993-ü ilin fevralın 26-ı uçuş zamanı aerodromda qəzaya uğrayaraq, 3 nəfər ekipajı ilə məhv oldu.
Məqalədə Qarabağ müharibəsi tarixinin tədqiqatçısı Mamed Vəlimməmədovun materiallarından istifadə olunub.
23 iyun 1992-ci ildə Qubadlı batalyonu döyüşçüləri tərəfindən vurulmuş erməni helikopteri. " onclick="window.open(this.href);return false;