ŞUŞANIN İŞĞALI(qısa hərbi təhlil)

Cox da uzaq olmayan hadisələr
Автор
Сообщение
Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

ŞUŞANIN İŞĞALI(qısa hərbi təhlil)

#1 Сообщение Nazim Bayram » 25 ноя 2014, 03:10

Şuşanın işğalının qənaətedici hərbi təhlili indiyə qədər təəsüf ki, tam həcmdə aparılmayıb. Çünki Şuşanın işğalı faktı 22 ildir ki, daxili siyasi qüvvələr tərəfindən daha çox bir-birini “vurmaq” vasitəsi kimi istifadə olunur. Hərbi məsuliyət məsələsi isə açıq qalmaqdadır.
Şuşanın, Laçının və bunlarla da keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV)-nin 1992-ci ilin mayında artıq tamamilə itirilməsi və Ermənistanla birləşməsində bir çox ciddi səbəblər danılmazdır. Belə ki, 1991-1992-ci ilin noyabr- may aylarıı dövründə ölkədaxili ictimai-siyasi şəraitin pisləşməsi, hakimiyyətsizlik və mərkəzdən rayonlara uzanan hakimiyət uğrundakı çəkişmələr, çevrilişlər, və sair ölkə müdafiəsinin təşkilini faktiki olaraq mümkünsüz etmişdi. Yeri gəlmişkən, hazırda Ukrayna bu baxımdan bizim 1992-ci ildə keçdiyimiz acıları yaşayır və dövlət idarəçiliyinin olmaması ərazi bütövlüyünün müdafiəsinin qurulmasına imkan vermir..
1991-92-ci ilin noyabr-may aylarında, keçmiş DQMV-nin itirlməsi dövründə Azərbaycanda daxili ictimai-siyasi vəziyəti öz mənafelərinə uyğun qarışdıran müxalifət lider və fəalları buna görə bu gün, qanun və tarix qarşısında ibrətamiz şəkildə cəzalandırılmalıdırlar. Belələri ictimai-siyasi meydandan silinməlidilər ki, düşmən qapımızı qıranda, real müharibə şəraitində milli qeyrətimiz naminə bütün ixtilafları kənara qoyub, birləşmək hər bir azərbaycanlının qan və genetik yaddaşına həkk olunsun.
Bununla bərabər, müharibənin və döyüş əməliyatlarının gedişi və nəticəsi öz dəyişməz daxili səbəb-nəticə əlaqəsi və qanunauyğunluqları ilə şərtlənir.
Bu baxımdan Şuşanın itirilməsinin əsas səbəblərindən biri o zamankı Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahı tərəfindən müharibə şəraitində aparılan ordu quruculuğunda buraxılmış dərin konseptual səhvlər olmuşdur. Baş Qərargah ordu quruculuğu nəzəriyəsinin ruhunu deyil, “hərfini” rəhbər tutaraq, 1991-ci ildə dövlət müstəqilliyi əldə olunandan 3 il əvvəl başlamış münaqişədə yerli özünümüdafiə dəstələrinin gücünə dayanan müdafiənin zərurətlərini lazımınca qiymətləndirmədən və nəzərə almadan, mövcud şəraitdə qeyri-zəruri olan təşkilati-struktur reformlar aparmışdı. Bunun bariz nümunəsi ermənilərin Şuşa və Laçına məntiqi və gözlənilən hücumları ərəfəsində güclü döyüş hazırlığı, nizam-intizamı və idarəçiliyi olan 811-ci Laçın alayını adı olub, özü olmayan 704-cü briqadanın tərkibinə verilməsi, alayı quran nüfuzlu komandir Arif Paşayevin 30 aprel 1992-ci ildə h/h rəhbərliyindən uzaqlaşdırılması olmuşdur. Və qarışıqlıq nəticəsində rayonun müdafiə qabiliyəti zəifləmişdi.
Burada etiraz etmək olar ki, bütün h/h-lər və özünümüdafiə dəstələri nizami ordu sıralarına daxil olub, onların komandirlərinə tabe olmalı idi. Bəli, 14 yaşından hərbi nizam-intizam şəraitində böyümüş, çiynində poqon daşıyan, 1991-ci ilin noyabrından Qarabağ müharibəsinin iştirakçısı olmuş və özünümüdafiə dəstələrinin bütün qüsur və çatışmamazlıqlarını dərindən bilən kadr zabit kimi mənim üçün də qeyri-nizami, yarıpartizan, yalnız komandirin şəxsi nüfuzu ətrafında yaradılmış dəstələr yolverilməz və qeyri-məqbuldu. Lakin söhbət ondan gedir ki, “təzə qazan almamış, köhnə qazanı tullamazlar”. Olanımız bu idi. Düşmən isə bizim haçan nizami ordu qurub, onunla döyüşə çıxacağımızı gözləmirdi. Müharibə artıq alovlanmışdı və getdikcə qızışırdı. Burada nəzəriyəyə, lirikaya yox, zərurətə söykənmək lazım idi. Ordu quruculuğunda real zərurətlərin nəzərə alınmaması ilə bağlı səhvlər 1991-1993-cü illərdə davam etmiş və məğlubiyətimizin əsas səbəblərindən biri olmuşdu.
Mayın 7-dən 8-ə keçən gecə, saat 2-də başlanan və 2 saat davam edən intensiv top atəşindən sonra düşmən Şuşanı tutmaq üçün 4 istiqamətdən hücuma keçmişdi. Məqsəd Kosalar, Daşaltı-Kirs istiqamətindən Şuşa-Laçın yolunu kəsmək, digər iki zərbəylə isə bilavasitə Şuşa şəhərinə şimaldan (Xankəndidən) və şərqdən (Şuşakənddən) daxil olmaq idi.
Elbrus Orucov “Карабах- горы зовут» kitabında ermənilərin Şuşaya 11 minlik qüvvə ilə hücum etdiklərini bildirsə də, gerçəkdə ermənilər Şuşaya 3000 minlik canlı qüvvə ilə hücuma keçmişdilər. E. Orucovun qeyd etdiyinə görə həmin vaxt Şuşada bizim 850 nəfər döyüşçümüz olub. Hərbi əsaslara görə Şuşa kimi coğrafi vəziyəti olan yerə genişmiqyaslı hücuma keçən ordunu canlı qüvvəsində müdafiə olunandan 6-10 dəfə üstünlüyü olmalıdır. Burada isə düşmənin üstünlüyü cəmi 3,5 dəfə artıqdı.
Düşmənin: T-72 – 3 ədəd, PDM-2 –12 ədəd, PDM-1 - 5 ədəd, KDM (БРМ) -4 ədəd, ZTR-70 -2 ədəd, “Şilka” - 2 ədədi olmuşdu.
Bizimkilərin: T-72- 3 ədəd, T- 55- 1 ədəd(Kosalarda), PDM-2- 4 ədəd, PDM-1- 5 ədəd, BTR- 2 ədəd, BRDM- 2 ədəd. Beləliklə, zirehli texnika nisbəti- (28: 17)- 1.6 düşmənin xeyrinə idi.
Düşmənin: BM-21 - 2 ədəd, D-30 - 6 ədəd, KS-19 - 2 ədəd.
Bizimkilərin: BM-21- 2 ədəd, 100 mm top(“Rapira”)- 2 ədəd, KS-19- 6 ədəd. Beləliklə, artileriya sistemlərindəki nisbət: (10:10)- bərabərlik.
Bunlardan başqa Şuşa müdaiəçilərində döyüşə tam yararlı 20 ədəd 82 mm-lik minaatan, 6-7 ədəd 23 mm-lik zenit pulemyotu, 1 ədəd 30 mm-lik avtomatik zenit topu, 6 ədəd AQS-17, 5 ədəd Alazan qurğusu, 30 komplekt zenit kompleksi “Strela” 3 ədəd statsionar zenit qurğusu “IQLA”, 50 ədədə yaxın RPQ-7 tipli tankvuran var idi.
Göründüyü kimi Şuşanın işğal ərəfəsində tərəflərin canlı qüvvə, döyüş texnikası, artilleriya və digər vasitələrin nisbəti Qalanın müdafiəsinin tam mümkün olduğunu göstərir.
Yəni Şuşada E. Orucovun ixtiyarında olan atəş vasitələri düşmənin 30 yaxın zirehli texnikasının irəliləməsinin qarşını almaq üçün kifayət idi. Məlumdur ki, düşmən texnikası Şuşaya yalnız Xankəndi-Şuşa yolu ilə daxil olmuşdu.
Bizim bölmələr mayın 8-i, səhər saat 4-dən Şuşaya şimal və şərqdən başlamış düşmən həmləsinin qarşısını qəhramancasına almış, ağır itkilərə məruz qoyduqları düşməni müdafiəyə keçməyə məcbur etmişdilər. Lakin artıq “Aşağı zapravka” mövqeyi itirilmişdi...
"Bakınskiy raboçiy" qəzetinin müxbiri Vahid Sədiyaroğlunun dediklərindən:
"...Şuşanın "Əjdaha bulağı" adlanan ərazisində yerləşən ticarət obyektlərinin, avtomobil nəqliyyatı müəssisəsinin işçiləri may ayının 8-də tank döyüşünün şahidi olmuşdular. İnqilab Şirinov Şuşadakı "N" hərbi hissəsində 713 nömrəli tankı idarə edirdi. Geri çəkilmək əmri almış bölmə komandirinin təslimçilik ruhuna zidd olaraq İnqilab öz tankı ilə düşmənə lazımi cavab vermək qərarına gəlib. O, şəhərin girəcəyindəki benzindoldurma məntəqəsinə doğru hərəkət edib. "Əjdaha bulağı"na dönən yerdə düşmən tankı ilə rastlaşıb və sərrast atəşlə onu yandırıb. Alov bürümüş maşının yanından keçərək qarşıdan gələn iki PDM ilə üz-üzə dayanıb. Onlardan birini yaxın məsafədən atəşlə vurub aşırıb. İkincisinə atəş açmağa macalı olmadığından onu taran edib. Lakin...Cəsur tankçının öz maşınını da alov bürüyüb. Onu qarşıdan gələn erməni tankı vurub.”
İnqlabın tankından başqa düşmən Şuşanın yaxınlığında mayın 8-i, səhər saatlarında bizim 1 ZTR və 1- PDM-1 vurmuşdu. Bundan öncə düşmənin 1 PDM-i tankəleyhinə raketlə (Faqotla) məhv edilmişdi.
Ermənilər Şuşa müdafiəçilərinin müqavimətini qıra bilməyərək, Şuşaya hər iki əsas istiqamətdə hücumlarını dayandırmağa məcbur olmuşdular. Növbəti düşmən həmləsinin qarşısı mayın 8-i, təxminən saat 12.30-dan başlayaraq döyüş helikopterlərimizin və Vaqif Qurbanovun idarə etdiyi yeganə döyüş təyyarəmizin havadan zərbələri ilə alınmışdı.
Həmçinin Kosalar da sonacan düşmənə şiddətli müqavimət göstərirdi, düşmən üzərinə əkshücuma keçərək, onu xeyli itkilərə məruz qoymuşdu. Lakin mühüm postlardan biri olan beton-dəmir döyüş nöqtəmiz məhv ediləndən sonra Kosaların müdaiəçiləri özlərinin T-55 tanklarını məhv edərək, kənddən çəkilmişdilər.
E. Orucovun komandir kimi səhvi düşmənin bu əməliyatda fikrini, niyyətini, əsas və yayındırıcı zərbələrinin istiqamətlərini doğru müəyyən etməməsi idi. O, (yuxarıda göstərdiyim kitabında da) düşmənin əsas hədəfinin Canhəsən və Kosaları tutmaqla Şuşa-Laçın yolunu kəsmək və Şuşanı tam mühasirəyə almaq olduğunu hesab edir.
Döyüş şəraitini bu cür dəyərləndirdiyinə görə düşmən Şuşaya şimal və şərqdən birbaşa hücuma keçməsinə baxmayaraq, o, öz komandir yerini əsas istiqamət hesab etdiyi Kosalarda müəyyən edir. Döyüş zamanı komandirin yeri döyüş idarəçiliyinin mühüm elementidi və döyüş əmrində əks olunur. Şuşaya hücum başlayandan sonra briqada komandiri olan E. Orucov şəhərdə olmadığına görə müdafiənin müxtəlif sektorları və bölmələri arasında qarşılıqlı döyüş əlaqələndirməsi və Qalanın müdafiəsinin idarəsi bütöv şəkildə qurulmamış, ehtiyat qüvvə hazırlanmamışdı.
Mayın 8-i axşama doğru onsuz da əksəriyəti intizamsız bölmələr olan Azərbaycan hərbi qüvvələri daha da idarəolunmaz hala gəlib, şəhəri tərk etməyə başlamışlar.
Elburus Orucov Şuşaya mayın 8-i günortadan sonra qayıtsa da, artıq döyüş mövqelərini və şəhəri kütləvi şəkildə tərk edən bölmələrin qarşısını ala bilməmişdi. Mayın 9-u, səhər saat 9-da ermənilər artıq boşalmış Şuşaya daxil olmuşdular.

Nisbi təhlil üçün tutaq ki, E. Orucov Kosaların deyil, Şuşanın müdafiəsini prioritet döyüş vəzifəsi hesab etsəydi, düşmən, Kosaları tutub, birbaşa Şuşa-Laçın yolunu kəsərək Şuşanı mühasirəyə alsaydı belə, şəhəri daxili qüvvələr hesabına daha bir neçə gün saxlamaq, vaxt udmaq mümkün olardı. Bildiyimiz kimi artıq mayın 8-i axşamdan başlayaraq Şuşa və Laçına Bakıdan xeyli qüvvələr göndərilmiş və əsasən Zarıslı və Turşsuda cəmləşdirmişdilər. Şuşanın müdafiəsi və bizdə qalması şərtilə bu qüvvələr Şuşa- Laçın yolunun müdafiəsini təmin edə bilərdilər.
Bundan başqa Qarabağda yeni yaradılmış “Hərbi Birliyə” daxil olan qüvvələrimiz düşmən qüvvələrini Şuşadan özünə cəlb etmək məqsədilə 1992-ci il, mayın 10-da Qarabağ müharibəsində Ağdam- Tərtər- Göranboy- Xanlar cəbhəsi boyunca ilk dəfə birgə hücuma keçmişdilər. Şuşa cəmi 2 gün müdafiə olunsaydı, mayın 10-da Qarabağın şimal cəbhəsi boyunca hücuma keçmiş qüvvələrimiz düşmənin əsas qüvvələrini üzərlərinə çəkməklə, Şuşanın vəziyətini sabitləşdirə bilərdilər.
Həm döyüşçülərimizin mayın 8-i axşama qədər düşmənə şiddətli müqavimət göstərməsi və yüksək döyüş ruhu, həm silah-sursat, zirehli texnika və artileriya sistemləri nisbəti, həm düşmənin hər iki əsas istiqamətlərdə hücumu uğurla davam etdirə bilməməsi və müdafiəyə keçməsi, həm mayın 8-i axşamdan Şuşaya gələn yardım və nəhayət, 1992-ci il, mayın 10-da düşmən üzərinə şimaldan genişmiqyaslı yardımçı hücum Şuşanın müdafiəsinin mümkünlüyünün göstəriciləridir.

http://moderator.az/?xeber=46928#" onclick="window.open(this.href);return false;

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: ŞUŞANIN İŞĞALI(qısa hərbi təhlil)

#2 Сообщение Nazim Bayram » 25 ноя 2014, 03:32

Şuşa haqqında daha ətraflı və əhatəli məqalə yazsaq, onda qeyd etməliyik ki, Şuşadakı mülki hakimiyət də çox zəif idi.
1992- 1994 illər Qarabağ müharibəsi təcrübəsi göstərdi ki, yalnız o briqada komandiri tabeçiliyində olan bölmələrdə intizam yaradıb, onları az-çox idarə edə bilirdi ki, onun arxasında güclü rayon İcra başçısı dayanırdı. Bu əlaqəni göstərən bir çox mənfi və müsbət misallar var.
Müsbət misallardan biri- S. Həmidov- N. Sadıkov tandem idi. N. Sadıkovun bütün əmrlərininin icrasına şəxsən S. Həmidov ğzü və yaxın adamlarının vasitəsilə nəzarət edirdi.
Şuşada belə bir hərbi- mülki rəhbərlik tandemi yaranmadı. Bunun məhsuliyəti isə tamamən icra başçısı və rayonun digər vəzifəli şəxslərin üzərindədi.

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: ŞUŞANIN İŞĞALI(qısa hərbi təhlil)

#3 Сообщение Nazim Bayram » 25 ноя 2014, 04:33

Hadisə 1992-ci il mayın 8-i səhər Kosalar uğrunda gedən döyüşlər zamanı baş vermişdi.
Canhəsən kəndində döyüşçülərimiz hücuma keçən ermənilərə şiddətli müqavimət göstərib, onları geri oturtmuşdular. Lakin ermənilər bizim mövqelərin arxasına keçə bilmişdilər.
Mühasirəyə düşmək təhlükəsindən çıxıb Kosalara çəkilən döyüşçülərimizdən bir kiçik dəstə ayrılıb, Canhəsəndən Kosalara gedən yolda qalıb, onları təgib edə biləcək düşmənə pusqu qurmuşdular.
Bu zaman Canhəsəndən çıxmış əsas dəstə Kosalara çəkilib, oradakı qüvvələrimizlə birləşərək, artıq Kosalara hücum edən ermənilərin üzərinə birgə əkshücuma keçmişdilər. Bizim əkshücumun qarşısını ala bilməyən düşmən müdafiəyə çəkilib, yardım üçün əlavə qüvvə istəmişdi. Bu əlavə qüvvə düşmənin köməyinə Canhəsəndən gəlirdi.
Canhəsəndən çəkilərək, Kosalara gedən yolda pusquda dayanan döyüşçülərimiz arasında erməni dilini bilənlər olmuşdu. Onlar düşmən qarşısına çıxıb, özlərini erməni kimi göstərib, yaxınlaşıb, ermənilərə qəfil hücum etmiş, düşməndən 6-nı öldürüb, 7-ni yaralamışdılar. Bununla düşmənin köməyinə tələsən dəstənin qarşısını almışdılar. Bu döyüş epizodunu ermənilər də təsdiq edirlər.
Bir zaman bu döyüşün iştirakçılarını axtarsam da, onları müəyyən etməyə və tapmağa nail ola bilməmişdim. Bu haqqda bilən varsa, xahiş edirəm, məlumat versin.

qaqali01
Новобранец
Сообщения: 24
Зарегистрирован: 14 дек 2014, 17:26

Re: ŞUŞANIN İŞĞALI(qısa hərbi təhlil)

#4 Сообщение qaqali01 » 14 дек 2014, 17:45

Sizcə Şuşa şəhəri alınmaz qala idimi? :violence-sniperprone: :violence-sniperprone:

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2843
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 342 раза

Re: ŞUŞANIN İŞĞALI(qısa hərbi təhlil)

#5 Сообщение mirotvores70 » 15 дек 2014, 00:14

Nazim Bayram писал(а):Hadisə 1992-ci il mayın 8-i səhər Kosalar uğrunda gedən döyüşlər zamanı baş vermişdi.
Canhəsən kəndində döyüşçülərimiz hücuma keçən ermənilərə şiddətli müqavimət göstərib, onları geri oturtmuşdular. Lakin ermənilər bizim mövqelərin arxasına keçə bilmişdilər.
Mühasirəyə düşmək təhlükəsindən çıxıb Kosalara çəkilən döyüşçülərimizdən bir kiçik dəstə ayrılıb, Canhəsəndən Kosalara gedən yolda qalıb, onları təgib edə biləcək düşmənə pusqu qurmuşdular.
Bu zaman Canhəsəndən çıxmış əsas dəstə Kosalara çəkilib, oradakı qüvvələrimizlə birləşərək, artıq Kosalara hücum edən ermənilərin üzərinə birgə əkshücuma keçmişdilər. Bizim əkshücumun qarşısını ala bilməyən düşmən müdafiəyə çəkilib, yardım üçün əlavə qüvvə istəmişdi. Bu əlavə qüvvə düşmənin köməyinə Canhəsəndən gəlirdi.
Canhəsəndən çəkilərək, Kosalara gedən yolda pusquda dayanan döyüşçülərimiz arasında erməni dilini bilənlər olmuşdu. Onlar düşmən qarşısına çıxıb, özlərini erməni kimi göstərib, yaxınlaşıb, ermənilərə qəfil hücum etmiş, düşməndən 6-nı öldürüb, 7-ni yaralamışdılar. Bununla düşmənin köməyinə tələsən dəstənin qarşısını almışdılar. Bu döyüş epizodunu ermənilər də təsdiq edirlər.
Bir zaman bu döyüşün iştirakçılarını axtarsam da, onları müəyyən etməyə və tapmağa nail ola bilməmişdim. Bu haqqda bilən varsa, xahiş edirəm, məlumat versin.
Canhəsən kəndi Kosalarla bir sırada idi və demək olar ki Kosalara qarışmışdı.Bu Haqda Kosalar polis rəisə və sonradan Şuşa batalyonu komandiri Mehman Quliyevdən informasiya alamaq olar.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2843
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 342 раза

Re: ŞUŞANIN İŞĞALI(qısa hərbi təhlil)

#6 Сообщение mirotvores70 » 15 дек 2014, 00:17

Nazim Bayram писал(а):Şuşa haqqında daha ətraflı və əhatəli məqalə yazsaq, onda qeyd etməliyik ki, Şuşadakı mülki hakimiyət də çox zəif idi.
1992- 1994 illər Qarabağ müharibəsi təcrübəsi göstərdi ki, yalnız o briqada komandiri tabeçiliyində olan bölmələrdə intizam yaradıb, onları az-çox idarə edə bilirdi ki, onun arxasında güclü rayon İcra başçısı dayanırdı. Bu əlaqəni göstərən bir çox mənfi və müsbət misallar var.
Müsbət misallardan biri- S. Həmidov- N. Sadıkov tandem idi. N. Sadıkovun bütün əmrlərininin icrasına şəxsən S. Həmidov ğzü və yaxın adamlarının vasitəsilə nəzarət edirdi.
Şuşada belə bir hərbi- mülki rəhbərlik tandemi yaranmadı. Bunun məhsuliyəti isə tamamən icra başçısı və rayonun digər vəzifəli şəxslərin üzərindədi.
Bu Gün Rəhim Qazıyev və Azay Kərimovun iştirakı ilə debatda iştirak elədim. Deyərdim ki-pis təəsuratla qayıtdım. Bu haqda yazacam. Amma həmişəki kimi hec şey məlum olmadı."Mənim Xəbərim Yox İdi" prinsipi 20 ildən sonra da hələ qüvvədədir :character-oldtimer:
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2843
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 342 раза

Re: ŞUŞANIN İŞĞALI(qısa hərbi təhlil)

#7 Сообщение mirotvores70 » 15 дек 2014, 22:45

Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2843
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 342 раза

Re: ŞUŞANIN İŞĞALI(qısa hərbi təhlil)

#8 Сообщение mirotvores70 » 15 дек 2014, 23:39

Birincisi:
Azay Kərimov səhf elədi ki,özü profi hərbci ola-ola ,hərbin qaydalarını bilə-bilə Rəhim qazıyevlə debata girdi və mən cıxan zaman demək olar ki,Rəhimin hec bir məntiqə sığmayan sözləri ilə barışdı.
İndi deyim niyə:
-1 Rəhim deyir mən sadə bir vətəndaş kimi,Xalq hərəkatının aktivi kimi Şuşaya gəldim və özümlə qüvv gətirdim və silah gətirdim.

Azay-necə olur ki,sadə vətəndaşa,hərəkat aktivinə ,batalyon civarında hərbi qüvvə və silah verilir?Bunu soruşmadın.

2- Rəhim deyir ki mən Şuşada su maşınları ilə su daşıtmaq ,hamam qurmaq və ölüləri göndərməklə məşqul oldum əvvəlki günlərdə.

Sual olunur o zaman sənin gətirdiyin qüvvə və silahlar hansı məzhəbə xidmət elədi? Bunu da soruşmadın.

3-Top və Qraddan atəş məsələsı.Rəhim deyir: Mənim əlimdə səlahiyyət yoxdu ki,Malıbəyliyə kömək edə idim. O birisə tərəfdən isə 366 -cı alayı atəşə tutmağından və ona Gəncədən Rus zabiti zəng vurmasından danışır.

Sual olunur. Briqada komandiri sənin hec bir göstərişinə əməl etmirdisə,sən o zaman hansı səlahiyyətlə artilleriyadan istifadə ücün əmr verirdin?

4-Yenə qayıdaq səlahiyyət məsələsinə. Rəhim bəy sənə hörmət olaraq 20 ildi susurdum. Bəlkə də susacaqdım. Deyirsən səlahiyyətim yox idi. O zaman de,polis idarəsinin yaxınlığında,mənnəbilim nə idarəsində sən axsaya-axsaya gəlib,bizim Bakıya qayıdacağımız avtobusu zəbt elədin. Polkovnik-leytenant Xanlar Xanlarov 2 saat sənlə danışandan sonra avtobusu verdin.

Hansı səlahiyyətlə? Kim vermişdi bu səlahiyyəti sənə?

Rəhim bəy Şuşada və ətraf kəndlərdə olan texnika və silah haqda informasiya verdin. Bu zaman göründü ki, sənin Şuşada və ətrafında olan silah və texnikadan xəbərin olmayıb.

-Kosalarda sənin dediyin kimi 1 yox 2 Ks-19 topu var idi. Üstəlik mühərriki xarab olsa belə 1 BRDM və üstündə 14.5 mm KPVT var idi. 1 ədəd də RPQ-7 var idi.
Bu hələlik mənim ilk iradlarım və suallarımdı.
Davamı var.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 86802
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1913 раз
Поблагодарили: 1252 раза

Re: ŞUŞANIN İŞĞALI(qısa hərbi təhlil)

#9 Сообщение smersh70 » 16 дек 2014, 01:56

mirotvores70 писал(а):u Gün Rəhim Qazıyev və Azay Kərimovun iştirakı ilə debatda iştirak elədim
hansı tərəfdə oturmusunuz ;) tapa bilmədim)))
qaqali01 писал(а):Sizcə Şuşa şəhəri alınmaz qala idimi?
uşağın qəlbini niyə qırırsınız,ay böyük dayılar :?: :roll: həvəslə sual verir,Sizdə cavab vermirsiniz ;)

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 86802
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1913 раз
Поблагодарили: 1252 раза

Re: ŞUŞANIN İŞĞALI(qısa hərbi təhlil)

#10 Сообщение smersh70 » 16 дек 2014, 02:06

mirotvores70 писал(а):Birincisi:
ради истории еще можно послушать..так сказать принять к сведению...
а так---все ясно---после драки кулаками не машут...они были там и тупо сдали.ради своих целей.гурдарды гетди...это пятно на нас всех :!:

иеще--каждый кто заканчивает военное училище--еще не профессиональный военный....заканчивая он получает среднее военной образование и высшее гражданское.....профессиональным считается тот,кто закончил академию генштаба ВСи прослужил не просто так в тыловиках,а имеет заслуженные победы.....йохса,уставдан ,тактикадан бир-ики дяня биликляри говорить гражданскому--это не считается..............

Ответить

Вернуться в «Yaxın Tariximiz»