ОМОН (Xüsusi təyinatlı milis dəstəsi)

Cox da uzaq olmayan hadisələr
Автор
Сообщение
GuneyAz
партизан
Сообщения: 1792
Зарегистрирован: 10 фев 2012, 02:49

Благодарил (а): 189 раз
Поблагодарили: 113 раз

ОМОН (Xüsusi təyinatlı milis dəstəsi)

#1 Сообщение GuneyAz » 17 июн 2012, 02:39

Nedavno slishal ot otsa, chto Sasha/Bakinets, bivwiy Omonovets, ego bolwe netu snami. Allah rehmet elesun!/Tsarstvo emu nebesnoe! Oni bili xorowimi druzyami. Neznayu mojet kto-to iz vas ego znal ili net, prosto xotel vam toje soobwit. Dostlarina ve yaxinlarina sebir dileyirem.

Mi vas ne zabudem rodnie! Heyatda bizlerle olanlara ise, djan sagligi ve xoshbextlik arzu edirem.

zeynal74
партизан
Сообщения: 6111
Зарегистрирован: 28 янв 2012, 14:04

Благодарил (а): 75 раз
Поблагодарили: 528 раз

Re: OMON

#2 Сообщение zeynal74 » 19 июн 2012, 00:33

Пусть земля будет ему пухом

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: OMON

#3 Сообщение mirotvores70 » 19 июн 2012, 01:06

Да были очень славные парни.Пусть земля будет им пухом!!!
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

GuneyAz
партизан
Сообщения: 1792
Зарегистрирован: 10 фев 2012, 02:49

Благодарил (а): 189 раз
Поблагодарили: 113 раз

ОМОН (Xüsusi təyinatlı milis dəstəsi)

#4 Сообщение GuneyAz » 07 авг 2012, 17:49

Ya izvenayus narod, moya owibka. Eto ne Sawa Bakines, a Gena.
Izvinite ewe razok.

Elbrus Vahidov
Новобранец
Сообщения: 5
Зарегистрирован: 21 окт 2014, 22:17

Поблагодарили: 3 раза

ОМОН (Xüsusi təyinatlı milis dəstəsi)

#5 Сообщение Elbrus Vahidov » 04 дек 2014, 14:48

1980-ci illərin sonlarından etibarən SRRİ-də Sovet İttifaqı Mərkəzi Komitəsi əksər müttəfiq respublikalarda mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparmaq məqsədilə OMON yaratmağı qərara aldı. Bu səbəbdən 1990-cı ilin Aprel ayında Dövlət Təhlükəsizlik Komitəsinin Sədri Vaqif Hüseynov, Daxili İşlər Naziri General Məhəmməd Əsədov və onun müavini Ramiz Məmmədovun rəhbərliyi ilə Azərbaycan SSR özünün ilk hərbi dəstəsini - "Xüsusi Təyinatlı Milis Dəstəsi"ni yaratdı. İlk əvvəl OMON 60 nəfərə yaxın hərbi dəstə olmuş və sonralar genişlənərək sayı 1000 nəfərə çatmışdır.
OMON-un ilk hərbi əməliyyatı 1990-cı ilin sonlarında Xocalı aeroportunun nəzarətə götürülməsi oldu. Əməliyyat axşam səhərə yaxın bir güllə belə atılmadan uğurla başa çatdı və nəticədə Dağlıq Qarabağdan yeganə çıxış nöqtəsi olan bu obyekt 1 ildən çox Azərbaycanın nəzarətində qaldı.
Azərbaycan OMON-u 1991-ci ilin May-Avqust aylarında SSRİ Daxili Qoşunları və Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) qrupları ilə birlikdə Çaykənd (Koltso) əməliyyatını həyata keçirərək Azərbaycanın 24 rayonunda (Gəncə, Qazax, Tovuz, Ağdam, Ağdərə, Füzuli, Şuşa, Laçın, Xocavənd, Xankəndi, Goranboy və s.) erməni separatçılarını tərk-silah etmiş və ələ keçirilən ermənilər Ermənistan SSR-yə deportasiya edilmişdir. Bu Qarabağ savaşında Azərbaycanın ilk hərbi uğuru idi.

Çaykənd əməliyyatından sonra, yəni 1991-ci ildən etibarən OMON Qarabağ savaşında aktiv iştirak etmiş, mühüm hərbi əməliyyatlarda xalqımıza qələbələr bəxş etmişdir (Çaykənd, Ağdərə, Daşaltı, Horadiz). OMON-un 1990-cı ilin Oktyabr ayından 1991-ci ilin Noyabr ayına qədər ilk komandiri polkovnik Əbil Rzayev idi. Əbil Rzayev OMON-dan uzaqlaşdırılandan sonra 1991-ci ilin Noyabr ayından 1993-cü ilin Oktyabr ayına qədər polkovnik Rövşən Cavadov, daha sonra mayor Sərvər Məmmədov və nəhayət, polkovnik-leytenant Nizami Şahmuradov Xüsusi Təyinatlı Milis Dəstəsinin komandiri olmuşdur.
Qarabağ savaşından sonra, yəni 1995-ci ildə OMON-un 670 nəfərə yaxın üzvü müharibədən sağ qayıtmış, onlardan da 128 nəfəri yaralı olduğu üçün qərargahda 400 OMON-çu qalmışdı. Bu ərəfədə komandir Rövşən Cavadov ləğv edilən könüllü batalyonların əsgər və zabitlərini birləşdirmək məqsədilə "Demokratik Gənclər Birliyi" adlı təşkilat yaratmışdı. Elə məhz buna görə 1994-1995-ci illərdə qəhraman OMON-çularımız dövlət çevrilişinə cəhd adı altında həbs, güllələnmə və digər repressiyalara məruz qalmış və nəticədə Xüsusi Təyinatlı Milis Dəstəsi ləğv edilərək qoca tarixin arvinə qarışmışdır.

Fotoda soldan birinci şəxs OMON-un ikinci komandiri, mərhum polkovnik Rövşən Cavadov, onun yanındakı hərbçi isə OMON-un Qazax bölüyünün komandiri Elçin Əmiraslanovdur. Elçin Əmiraslanovun fotosunun altındakı hərbçi OMON-un yaradıcılarından sayılan o zamankı DİN müavini Ramiz Məmmədovdur. Aşağıda sağ küncdə fotosu olan hərbçi isə Xüsusi Təyinatlı Milis Dəstəsinin sonuncu komandiri polkovnik-leytenant Nizami Şahmuradovdur. Aşağıda sol küncdəki foto isə OMONçuların komandirləri Rövşən Cavadovla 1994-cü ildə Ağdamda çəkdirdikləri fotodur.Изображение

qaqali01
Новобранец
Сообщения: 24
Зарегистрирован: 14 дек 2014, 17:26

XÜSUSİ TƏYİNATLI POLİS DƏSTƏSİ(OMON)NİN DÖYÜŞDƏ ROLU

#6 Сообщение qaqali01 » 18 янв 2015, 18:11

Xüsusi Təyinatlı Polis Dəstəsi, XTPD, OMON[1] (rus. Отряд Милиции Особого Назначения (ОМОН)) - 1992-1995-ci illərdə Daxili İşlər Nazirliyinin tərkibində olan Xüsusı Təyinatlı Polis Dəstəsi. 1990-cı ilin avqust ayında Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) yarandı. “OMON” kimi məşhurlaşan Xüsusi Təyinatlı Polis Dəstəsi Ermənistanın Azərbaycana təcavüzünün başladığı, Qarabağda erməni separatizminin yeni baş qaldırdığı dövrdə azərbaycanlıların dayağı olub. 1990-1991-ci illərdə ən qaynar nöqtələrə ezam olunan “OMON”-çular ermənilərin də qorxduğu əsas qüvvə olub 1995-ci ilə qədər “. "OMON" İlk dəfə cəmi 60 nəfərdən ibarət batalyonda sonralar 3000 nəfər olub. Bundan sonra Rövşən Cavadov polkovnik hərbi rütbəsi alıb və onun rəhbərlik etdiyi hərbi birləşmə XTPD (xüsusi təyinatlı polis dəstəsi) adlandırılıb. Horadizin erməni işğalından azad edilməsi, Ağdam yaxınlığında 150 nəfərə qədər erməninin əsir götürülməsi, Ağdərənin Heyvalı kəndində erməni düşərgəsinin məhv edilməsində XTPD-nin böyük rolu olub. 1991-ci ildə döyüş meydanında göstərdikləri rəşadətə görə bir sıra XTPD-çi milli qəhrəman adına layiq görülüb

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: XÜSUSİ TƏYİNATLI POLİS DƏSTƏSİ(OMON)NİN DÖYÜŞDƏ ROLU

#7 Сообщение smersh70 » 30 дек 2015, 17:31

Изображение
1995-ci il mart hadisələrindən 20 ildən çox vaxt ötsə də, həmin olaylarla bağlı qaranlıq məqamlar olduğundan müzakirələr də bitib-tükənmir. Xüsusilə də sözügüedən hadisələr zamanı “OMON”un komandiri olmuş, daxili işlər nazirinin o zamanki müavini Rövşən Cavadovun ölümünə dair müxtəlif söz-söhbətlər səsləndirilir. Sosial şəbəkələrdəki eks-hərbçiləri birləşdirən bəzi qruplarda bu mövzu üstündən 20 il keçəndən sonra da müzakirə olunur.

Bu müzakirələrdə isə “Mart hadisələri” zamanı Azərbaycan iqtidarının rəhbərlərindən biri olmuş, parlamentin eks-spikeri Rəsul Quliyev Rövşən Cavadovun ölümündə həmişə əsas günahkarlardan sayılır. Jurnalistlər “Mart hadisələri”nin növbəti ildönümü olmasa da, bir daha bu mövzuya qayıdaraq, eks-spiker Rəsul Quliyevə bəzi suallar ünvanlayıb. Onunla müsahibəni təqdim edirik.

- Əslində bu barədə bir neçə dəfə danışmısınız. Başqa bir məqama toxunmaq istəyirik. Bəzi çevrələr belə bir iddia irəli sürürlər ki, OMON-un keçmiş komandiri Rövşən Cavadovun öldürülməsində sizinlə Gəncənin keçmiş polis rəisi Natiq Əfəndiyevin birgə rolu olub. Biz bu iddialarla bağlı yeni informasiyalar almaq üçün sizə müraciət etdik...

- Mən artıq bir neçə dəfə 1995-ci ilin mart hadisələrinin gedişini danışmışam, əgər yenidən o məsələyə qayıdırsınızsa, bir daha izah edə bilərəm. Mart hadisələrinin yaranma səbəbləri, başlaması və final səhnəsinin ardıcıllıqla, saatbasaat necə inkişaf etdiyini mənim qədər dəqiqi bilən yoxdur. Bir çoxları, məsələn, güc nazirləri ancaq özlərinə aid olan epizodları bilə bilərlər, hər şeyi yox.

Mart hadisələri 1994-cü ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi”ndən narazı qalan Rusiyanın və Türkiyənin təşkil etdiyi dövlət çevrilişi cəhdləri idi.

- Siz yəqin ki, mart hadisələrindən qabaq, 1994-cü ilin oktyabr ayında Rövşən Cavadovun qardaşı Mahir Cavadov və onun dəstəsinin baş prokuror Əli Ömərovu girov götürməsi məsələsinə toxunmaq istəyirsiniz...

- Oktyabr hadisələri Rusiyanın əli ilə hazırlanmışdı. Rövşən Cavadov və onun komandasını isə türklər kənarlaşdırdı, çünki nəticədə rusların udacağından qorxdular.

1995-ci ildə isə Rövşən Cavadovun dövlət çevrilişi cəhdi birbaşa Türkiyənin o vaxtkı baş naziri Tansu Çillər və onun ətrafına toplaşan bir sıra korrupsiyaçı adamlar tərəfindən idarə edilirdi. Biz heç vaxt qarşıdurmanı qan tökməklə bitirmək istəmirdik.

Ona görə də bir neçə dəfə onun yanına elçilər göndərib silahı yerə qoymaq, qaldırdıqları məsələlərin müzakirə yolu ilə həllini təklif etdik. Ancaq başda Tansu Çillər olmaqla Cavadov qardaşları qələbə çalacaqlarına şübhə etmirdilər. Buna görə də təkliflərin hamısını rədd etdilər. Heç vaxt kiminsə Rövşən Cavadovu və ya bir başqasını qətlə yetirmək niyyəti olmayıb.

Həqiqətən Rövşən Cavadov təsadüfən onun arteriyasına dəyən güllənin verdiyi qanaxmadan keçinib.

- Mən bayaq Natiq Əfəndiyevin də adını çəkdim, amma cavabınızda onunla bağlı heç nə demədiniz. Səbəbi nədir?

- Natiq Əfəndiyevə gəldikdə, o, heç bir hərbi əməliyyatda iştirak etməyib. Ümumiyyətlə, bir çoxları kimi evində oturub, hadisələrin nə ilə qurtaracağını gözləyirdi. Ona görə “döyüşlərdə Naxçıvan batalyonu, yaxud Rövşən Cavadovun həlak edilməsində Natiq Əfəndiyev iştirak edib” kimi versiyalar mütləq yalandır.

- Siz özünüz Tansu Çillərlə görüşürdünüz?

- Tansu Çillər Azərbaycanda səfərdə olanda, əlbəttə, görüşmüşdüm, hər halda bir neçə dəfə müəyyən təntənələr və ya konfranslarda – həm Türkiyədə, həm də Azərbaycanda görüşmüşdüm. Diqqəti cəlb edən Türkiyə liderlərinin bir-birilərinə açıq nifrət etməkləri idi və o gözdən qaçmırdı. Məsələn, Çillərin prezident Süleyman Dəmirəldən zəhləsi gedirdi.




- Bu barədə az-çox məlumatımız var. Hətta onların arasında Azərbaycan məsələsinə görə də ciddi fikir ayrılığı yaranmışdı. İndi belə bir sual verək: Tansu Çillərlə görüşlərdə nədən söhbət edirdiniz?

- Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı və əsasən hərbi yardım məsələləri ətrafında söhbətlər edirdik.

- Bəs Azərbaycanda dövlət çevrilişi etmək planlarını quran Tansu Çilləri bu fikrindən, daşındırmaq üçün səy göstərmirdiniz?
Изображение
- Tansu Çillərin bu işə rəhbərlik etməsindən ancaq 14 mart 1995-ci ildə xəbər tuta bilmişdik. Ona görə də artıq onunla bu barədə söhbət aparmaq mənasını itirmişdi. O, artıq Cavadovların qələbəsinə inanırdı və bu məsələni müzakirə etmək istəmirdi.

- Sizə elə gəlmir ki, Rövşən Cavadov Mahir Cavadova görə özünü proseslərin episentrinə gətirdi? Çünki 1994-cü ilin oktyabr hadisələrində Mahir Cavadov baş prokuror Əli Ömərovu girov götürmüşdü, mart hadisələri isə bayaq özünüzün dediyi kimi, bu həlqənin davamı idi...

- Rövşən Cavadov çox sadəlövh, bir qədər də fantaziyalarla yaşayan adam idi. Qardaşı Mahir Cavadov isə sözün əsl mənasında tam neqativ düşüncəli, özündənrazı birisi idi. O, Rövşən Cavadova kifayət qədər təsir göstərə bilirdi. Rövşən Cavadovun atdığı səhv addımların bəlkə də 80 faizinin müəllifi qardaşı idi. O, qardaşını Azərbaycan xalqının xilaskarı olduğuna inandıra bilmişdi. Ancaq əslində aşağı intellektuallı bu insanların özlərinin xilaskar olmaq şansları yox idi.

- İndi o vaxt siyasi proseslərin mərkəzində dayanan bəzi fiqurlar belə bir rəy formalaşdırmağa çalışırlar ki, 1994-1995-ci illərdə Rusiya, Türkiyə kəşfiyyatı Azərbaycanda iş aparırdılar. Bunu sorğulamaq niyyətində deyilik, amma o zamanlar İranın da Azərbaycanda maraqları var idi. Ona görə də sual yaranır: Bu qarşıdurmalar həm də İranla bağlı ola bilərdimi?

- İranın neft kontraktına qoşulmaq şansı sıfıra bərabər idi. Qərb şirkətlərinin birinci şərti bu idi ki, İranın bu müqavilədə iştirakı yolverilməzdir. Ona görə də İran hökumət dəyişməklə müqavilədə pay almaq şansının olmadığını bildiyindən bu prosesdə iştirak etmirdi. Ancaq başqa sahələrdə, məsələn hərbi sahədə əməkdaşlıq etmək istəyirdi.

- Bu hərbi əməkdaşlıq Rövşən Cavadova təsir etmək gücündə ola bilərdimi?

- Bunun Rövşən Cavadovla heç bir əlaqəsi yox idi. Türkiyə hərbçiləri bir neçə batalyonun hazırlanmasında Azərbaycana kömək edirdi. İran da heç olmazsa bir batalyona təlim keçmək istəyirdi, ancaq bu əməkdaşlıq uzun çəkmədi, çünki onların təlimi din üzərində qurulmuşdu.

- İddiaların birində Rövşən Cavadovun ağ bayraq qaldırandan sonra öldürüldüyü bildirilir. Qardaşı Mahir Cavadov da müsahibələrinin birində bu barədə danışıb. Düzdür, o deyib ki, qardaşı ağ bayrağı təslim olmaq üçün yox, danışıqlara getmək üçün qaldırıb. Hər halda, nəticədə ağ bayraq qaldırıbsa, onun öldürülməsi əlavə suallar yaradır. O anda Rövşən Cavadovun vurulması əmrini kim vermişdi?

- Rövşən Cavadov səhərə yaxın tam məğlub olduğunu anlayandan sonra Türkiyənin Azərbaycandakı səfiri Altan Karamanoğluna zəng edib. O, sülh yaratmaq üçün onlarla hökumət arasında vasitəçi olmağı xahiş edib. Karamanoğlu ona ağ bayraq qaldırmağı tapşırmışdı. Ancaq təəssüf ki, ağ bayraq qaldırmağına baxmayaraq onun adamları atəşi kəsməmişdilər. Cavadov əks tərəfin atəşi saxlayacağına inanaraq, fürsətdən istifadə edib döyüş zonasından yaxınları ilə qaçacağı planını qurmuşdu.

Elə buna görə də atışma səngiyən kimi o təpədən-dırnağa qədər silahlanan kiçik komandası ilə qaranlıqda qəfildən əsgərlərin qarşısında peyda olanda təbii ki, əsgərlər atəş açmışdı. Onlar qaçmaq istəyənlərin içərisində Rövşən Cvadovun olmağından və onu yaraladıqlarından belə, xəbər tutmamışdılar. Ona görə də “qəsdən onu öldürüblər” kimi rəvayətlərin fundamenti yoxdur. Rövşən Cavadovun həlak olmasının yeganə səbəbkarları onu bu işə təhrik edənlər və özüdür.

qaqali01
Новобранец
Сообщения: 24
Зарегистрирован: 14 дек 2014, 17:26

Re: XÜSUSİ TƏYİNATLI POLİS DƏSTƏSİ(OMON)NİN DÖYÜŞDƏ ROLU

#8 Сообщение qaqali01 » 26 янв 2016, 00:15

vətən üçün vuruşublar..sonra isə hökümətə qarşı...bu da bizim tariximizdi.yaxşı olardı ki hadisələr yaxşı tərəfə getsin....çox heyf...

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: XÜSUSİ TƏYİNATLI POLİS DƏSTƏSİ(OMON)NİN DÖYÜŞDƏ ROLU

#9 Сообщение smersh70 » 11 мар 2016, 01:25


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: XÜSUSİ TƏYİNATLI POLİS DƏSTƏSİ(OMON)NİN DÖYÜŞDƏ ROLU

#10 Сообщение smersh70 » 18 мар 2016, 01:11

Keçmiş spiker: “Heydər Əliyevin yerinə Cavadov qardaşları gəlsəydi, bu, Azərbaycanın ən böyük fəlakəti olardı, ölkə müstəqilliyini itirə bilərdi”

“OMON” (XTPD - Xüsusi Təyinatlı Polis Dəstəsi) hadisələrindən 21 il ötür. Azərbaycanda hərbi müxalifətin tamamilə sıradan çıxarıldığı və “OMON” rəhbəri Rövşən Cavadovun öldürüldüyü 1995-ci ilin mart hadisələri yaddaşlardan hələ də silinməyib.

21 il öncənin hadisələri ilə bağlı bugünlərdə ən çox gündəmə gələn şəxs o zamanlar Azərbaycan parlamentinin sədri olan Rəsul Quliyevdir. Eks-spikerin ünvanına ciddi ittihamlar var. Hətta onu R.Cavadovun ölümündə günahkar bilirlər. “OMON”-çuların və Cavadov qardaşlarının istefasını tələb etdiyi əsas dövlət məmurlarından biri olması, zaman keçdikcə R.Quliyevə qarşı iddiaların sayının artmasına səbəb olur.
Изображение
Hazırda Amerikada mühacirətdə yaşayan R.Quliyevlə internet üzərindən “OMON” hadisələri ilə bağlı söhbət etdik.

- Rəsul müəllim, o vaxt dövlətin ikinci şəxsi olaraq 21 il öncənin bu günlərini necə xatırlayırsınız?

- 1993-cü ilin fevralından 1995-ci ilin aprelinə qədər olan illər, aylar və günlər Azərbaycanın yaşadığı ən ağır dövr idi. 1993-cü ilin aprelindən Kəlbəcərin işğalı ilə başlanan proses həmin ilin avqustunda 20 faiz torpaqlarımızın işğal olunması ilə yekunlaşmışdı. Ardınca 1994-cü ilin sentyabrında bağlanmış neft müqaviləsindən narazı qalan Rusiyanın oktyabrda, Türkiyənin 1995-ci ilin martında dövlət çevrilişinə cəhd etməsi çox həyəcanlı günlər idi. Tək soruşduğunuz dövrü yox, əvvəlki hadisələri də yaxşı xatırlayıram. Bilirsiniz, həyatı boyu çoxsaylı səhvlər buraxmayan, hər problemi düzgün həll edən dahi siyasətçilər olmur. Kimlərsə bunun əksini iddia edirsə, sadəcə olaraq, əbləhdir. Dahilər yalnız dəqiq elmlərin alimlərindən ola bilər. Siyasətçilər isə, ancaq diktatura rejimlərində təkbaşına istədiyi məsələni həll edə, “dahilik” statusuna layiq görülə bilər. Normal rejimlərdə tək adamın yox, komandanın rolu böyükdür.

“Dövlət çevrilişinin qarşısını almaq üçün ən qətiyyətli addımlar atan iki şəxsdən biri mən olmuşam”


- “OMON” hadisələrinin üstündən keçən bu müddət ərzində hadisələrlə bağlı ən çox ittihamlara məruz qalan şəxslərdən biri sizsiniz...

- Burada qeyri-adi bir şey görmürəm. Həmin dövlət çevrilişinin qarşısını almaq üçün ən qətiyyətli addımlar atan iki şəxsdən biri mən olmuşam. Və o hadisələri törədənlərin ssenarisinin iştirakçıları darmadağın olmaqlarında həmişə məni ittiham edəcəklər, ancaq tarixin obyektiv analizi həmişə mənim tərəfimdə olacaq.

- Rövşən Cavadovun məşhur videosu var. Orada deyir ki, Heydər Əliyev və Rəsul Quliyev istefaya getməsə, onları özüm istefaya göndərəcəm. Hədəfdə olmağınıza səbəb nə idi?

- 1995-ci ilin martında baş vermiş hadisələr faktiki 1994-cü ilin oktyabrında başlanmış dövlət çevrilişi cəhdinin davamı idi. Hər iki hadisədə Surət Hüseynov və Rövşən Cavadov oyunçular deyildi, sadəcə, oynayanların onları ferz edəcəklərinə söz verdikləri “peşka”lar idi. Mart hadisələrinin daha qanlı qurtarmasının səbəbi isə Hüseynovdan fərqli olaraq, Cavadovun komandasında paranoik qardaşının olması oldu (Mahir Cavadovu nəzərdə tutur-red.) Heydər Əliyev və mənim neft kontraktlarının bağlanmasında Qərb kompaniyalarına üstünlük verməyimiz o dövrdə finans imkanları məhdud olan Rusiya və Türkiyənin kənarda qalması, bu ölkələrin bəzi dairələrini (Rusiyada hərbiçiləri, Türkiyədə baş naziri və onun biznes partnyorlarını) qane etmirdi. Konkret mart hadisəsində Rövşən Cavadovun bu şüarı elə bu səbəbdən səsləndirildi, yəni ağasının komandası ilə. “Getməsələr, özüm göndərəcəyəm” kimi fikirlərə gəldikdə isə, bu, sadəlövhlük idi. 500 silahlı ilə o, necə məni istefaya göndərə bilərdi?! İnsanın bədbəxtliyindən biri də özündən müştəbeh olmasıdır.

“Hökumətdə işləyənlərdən, müxalifətdə olanlardan Cavadovlara zəng edib yaltaqlananlar vardı”


- Elçibəy hakimiyyəti dövründə Rövşən Cavadov və siz hakimiyyətdə təmsil olunmusunuz. Bəlkə həmin zamandan aranızda yaranan ədavət buna səbəbdir?

- Rövşən Cavadovla mən az qala dostluğa yaxınlaşan bir münasibətdə olmuşuq. Hələ o, “OMON” komandiri olandan biz tanış idik. Bilirsiniz, o dövrlərdə Cavadov Qarabağda nələrsə etmək istəyirdi. Qarabağda nəsə bir iş görmək istəyən elə bir insan yoxdur ki, mən ona kömək etməyim. Ona görə də həm o dövrdə, həm də ondan sonra Qarabağ döyüşlərində yaralanmış, xəsarət almışları xaricə müalicəyə qədər göndərirdim. Rövşən Cavadovun Heydər Əliyev hakimiyyətə gələndən sonra daxili işlər nazirinin 1-ci müavini qoyulması da mənim təqdimatımla olubdur. Onunla heç vaxt heç bir konfliktim olmayıb. Əksinə, həmişə səhv addımlardan qorumağa çalışmışam. Elə mart hadisələrində də, onunla dil tapıb qansız-qadasız bu qarşıdurmanı həll edə bilərdim. Təəssüf ki, onun üzərində sözün əsl mənasında paranoik olan qardaşının təsiri güclü idi. Onun paranoik olmasını öyrənmək elə də çətin məsələ deyildir, işlədiyi yerlərdən soruşsanız, əmin ola bilərsiniz.

- Sizcə, “OMON” hadisələri baş verməyə bilərdimi, problemin həlli yolunu tapmaq mümkün idi?

“Mart hadisələrinin bu cür faciəvi yekunlaşmasının əsas səbəbkarı Rövşənin paranoik qardaşıdır”


- Hər halda, bu məsələni azı 10 gün qan tökülmədən həll etmək üçün hər gün çalışırdım. Yəni onların qaldırdıqları istənilən məsələni müzakirə etmək, razılığa gəlmək və ondan sonra silahları təhvil vermək istiqamətində işlər görmək üçün xeyli çalışmışam. Ancaq təəssüf ki, bu cəhdləri onlar və ağaları zəiflik kimi qəbul edirdilər. Bu günə-sabaha ölkəni qoyub qaçacağımıza inanırdılar. Həm hökumətdə işləyənlərdən, həm də müxalifətdə olanlardan onlara olan zənglər və yaltaqlanmalar da elə fikrə düşmələrinə kömək edirdi.

- İl yarımdan sonra özünüzün də hakimiyyətdən gedəcəyinizi bilsəydiniz, “OMON” hadisələrində hakimiyyəti “xilas” edərdinizmi? Ümumiyyətlə, mart hadisələrinə görə nə zamansa peşman olmusunuz? Rövşən Cavadovun istəkləri həyata keçsəydi, bəlkə də sizin üçün daha müsbət olardı...

- Həyatım boyu buraxdığım çoxsaylı səhvlərin içərisində mart hadisələrində tutduğum pozisiya yoxdur. Mart hadisələri təkrar baş versə, yenə eyni addımları atardım. Ola bilər, Cavadovu qardaşından izoliyasiya etmək üçün daha çox cəhdlər edərdim. Ancaq zorla hakimiyyəti dəyişməyin (mən ümumiyyətlə zorakılığa qarşıyam) əleyhinəyəm. 1993-cü ilin iyununda, 1994-cü ilin oktyabrında da eyni pozisiyadan çıxış edirdim. Heydər Əliyevin gedib, onun yerinə Cavadov qardaşlarının gəlməsi Azərbaycanın ən böyük fəlakəti olardı. Ölkə real müstəqilliyini itirərdi. Rövşən Cavadovun elə bir istəyi də yox idi. Ümumiyyətlə, heç bir liderlik keyfiyyətinə malik olmayan, qardaşının sayıqlamalarına inanan, Türkiyənin bəzi dairələrinin subyektiv fikirlərini analiz etməyi bacarmayan bir şəxs necə sistem yarada bilərdi, bu, qeyri-ciddidir. Mən bir il yarımdan sonra getməmək üçün müəyyən tədbirlər görə bilərdim, sözsüz dinc yolla, ancaq bunu etmədim, bu da buraxdığım ən böyük səhvlərdən biridir.

- O zaman Cavadovla siyasi müxalifətin əlaqələri var idi? Sizlərdə müxalifətin “OMON”-a dəstək verməsi ilə bağlı xəbərlər, faktlar var idi?

- Qeyd etdiyim kimi, o vaxtkı və indi də fəaliyyətdə olan bir çoxları Cavadovla telefon danışıqlarında iştirak ediblər. Sözsüz, bizim bunlardan xəbərimiz var idi. Hakimiyyətə gəlmək arzusunda olan bəzilərinin bu sadəlövh, primitiv adamın qarşısında məddahlıq etmələri məndə ikrah hissi doğururdu.

- Rövşən Cavadov yaradılacaq Dövlət Şurasında Elçibəy və Mütəllibovun təmsilçiliyini tələb edirdi. Nədən? Bəlkə bu şəxslər ona gedən proseslərdə dəstək verirdilər? “OMON” hadisələrində Rövşən Cavadovu çıxıb, digər iştirakçıları bağışlamaq mümkün deyildimi? Niyə başqa yola əl atıldı?

- Rövşən Cavadovun yaradacağı Dövlət Şurasında Mütəllibovun (Rusiyanın nümayəndəsi) Elçibəyin (Türkiyənin təmsilçisi) olması tələbi sözsüz həm ağaları, həm də adları çəkilənlərlə razılaşdırılmışdı. Ancaq onların iştirakı kukla iştirakı olmalı idi. Baş prokuror qardaşı, ölkənin bütün silahlı qüvvələrinin baş komandanı Rövşən Cavadov olmalı və bu yolla idarə etməli idilər. Əlbəttə, belə bir rejim işləyə bilməzdi. İlk növbədə məhdud ağıllı Cavadovların idarəçiliyi zorakılıq üzərində qurulacaqdı. İkincisi, Türkiyə ilə Rusiyanın maraqları toqquşacaq və ölkədə yeni vətəndaş müharibəsi başlayacaqdı.

“Azərbaycanda dövlət çevrilişinə cəhd olacağı xəbərini Heydər Əliyevə Süleyman Dəmirəl 14 mart günü çatdırmışdı”


- Hazırda həbsxanalarda 3 ömürlük “OMON”-çu məhbus qalıb. Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov...

- Cavadovların məğlubiyyətindən sonra döyüşdə iştirak etmiş «OMON»çulara qarşı çox da ağır cəzaların verilməməsini tələb edirdim. Düşünürdüm ki, bir çoxları, sadəcə olaraq, cavanlıqdan, savadsızlıqdan hadisələrə düzgün qiymət verə bilməyiblər. Onların həyatını məhv etmək lazım deyildi. Həmin ömürlük zindanda oturanlardan Əmiraslanov bu gün yaşamasına görə mənə borcludur. O, Qarabağ müharibəsində başından ağır yara almışdı və ölməyə məhkum idi. Onu Avstriyaya göndərib başında çox mürəkkəb cərrahiyyə əməliyyatları elətdirib yenidən həyata qaytarmışdım. Düzdür, sonralar mənim əleyhimə çox xoşagəlməz sözlər deyirdi, amma bu insanların hər üçünün azadlığa buraxılması düzgün addım olardı.

“Hakimiyyətdən getməmək üçün bəzi addımları atmamağım buraxdığım ən ciddi səhvlərdən biridir”


- “OMON” hadisələrində hakimiyyəti Türkiyənin Bakıdakı səfirinin uyarması barədə iddialar var. Əgər belədirsə, o zaman Türkiyə hökuməti Cavadovu niyə dəstəkləməli idi?

- Türkiyə səfirliyi birbaşa dövlət çevrilişinin əsas iştirakçılarından biri idi. Keçmiş səfir Karamanoğlu bu işə rəhbərlik edirdi. Cavadov atdığı addımları onunla, o isə Ankara ilə razılaşdırırdı. O vaxtkı Türkiyə hökuməti neftdən onlara verilən payın az olduğundan narazı idi. Bu hadisələr baş verəndən bir neçə ay sonra Süleyman Dəmirəl iki ölkə arasında əlaqələri qaydaya salmaq üçün Heydər Əliyevdən Tansu Çillərin Azərbaycana səfərinə razılıq aldı, guya arada heç bir şey olmayıb, dostluq, qardaşlıq davam edir. Tansu Çillər mənə onun planlarını dağıtmış adam kimi nifrətlə baxırdı. Sözsüz, mən də öz münasibətlərimi o qədər də gizlətmək niyyətində deyildim.

- Elçibəy hakimiyyətinin devrilməsində Rusiyanın təsirinin olması barədə iddialar var. O zaman Rusiya Cavadovu dəstəkləməklə nəyə nail olmaq istəyirdi?

- Rusiya Cavadovu dəstəkləmirdi, onun əli ilə öz adamını gətirmək və sonradan hakimiyyəti tamamilə ələ almaq istəyirdi. Və son nəticədə neft kontraktını pozub sonra yenidən öz xeyrinə həll etmək istəyirdi.

- “OMON” hadisələrində Türkiyənin də əlaqəsinin olduğunu dediniz. Həmin dövrdə Türkiyə ilə Azərbaycan hakimiyyətlərinin yaxın əlaqələri var idi. Bu necə mümkün ola bilərdi? Neft amili onları bizə qarşı qoymuşdu?

“Tansu Çillər mənə onun planlarını dağıtmış adam kimi nifrətlə baxırdı”


- Türkiyə ilə Azərbaycan hakimiyyətinin normal əlaqələri var idi. Eyni əlaqələr Rusiya ilə də mövcud idi. Əgər siz yaxın əlaqələr dedikdə türk hərbiçilərinin Azərbaycan əsgərlərini hazırlamasını nəzərdə tutursunuzsa, bu, doğrudur. Ümumiyyətlə, türk generalları və zabitləri əhval-ruhiyyələri çox yüksək olan qeyrətli və namuslu insanlar idi. Sözsüz ki, bu çevrilişin tərəfdarları, izah etdiyim kimi, Türkiyə hökuməti deyildi, baş nazir Tansu Çillər və onun ətrafında olan bəzi insanlar idi.

Azərbaycanda dövlət çevrilişinə cəhd olacağı xəbərini Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəl Heydər Əliyevə 14 martda çatdırmışdı. O dövrdə Dəmirəllə Çillər bir-birilərinə düşmən pozisiyada dayanmışdılar, baxmayaraq eyni partiyadan idilər. Hərbçilər isə tam müstəqil siyasət aparırdılar.

Cavanşir ABBASLI

Ответить

Вернуться в «Yaxın Tariximiz»