Əfsanəvi "Vəhşi Diviziya"nın Azərbaycanlı Süvari Alayı.

Ответить
Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146198
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Əfsanəvi "Vəhşi Diviziya"nın Azərbaycanlı Süvari Alayı.

#1 Сообщение smersh70 » 29 дек 2015, 13:04

Изображение
I-ci hissə
_________________

"Vəhşi Diviziya"nın Tatar (o vaxt Rusiyada Azərbaycanlılara "Tatar" deyilirdi) Süvari Alayı Milli Ordumuzun qurulmasında, Azərbaycan Xalq Cümhuriyyətinin(1918-1920) ilk silahlı qüvvələrinin yaranmasında müstəsna rol oynamışdı.

“Vəhşi Diviziya”nın 6 alaydan biri olan Tatar Süvari Alayı 1914-cü il avqustun 5-dən 27-dək Gəncədə (o vaxt Yelizavetpol idi) azərbaycanlılardan təşkil olunmuşdu.
Yelizavetpol qubernatorunun verdiyi məlumata görə müraciət edənlərin sayı 2000-i keçsə də, say mədüdiyyəti(kvota) olduğundan Alaya Yelizavetpol quberniyasından 400 nəfər, Tiflis quberniyasının Borçalı uyezdindən isə 100 nəfər götürmək mümkün olmuşdu.

Yazıya "Vəhşi Diviziya"nın yaranmasına aid maraqlı bir tarixi faktdan başlayaq.

Bu hadisəni Nağı bəy Şeyxzamanlı öz xatirələrində nəql edir.

Həmin hadisə XX-ci əsrin əvvəllərində Gəncədə "El atası" kimi tanınan Ələkbər bəy Rəfibəylinin müdrikliyini və millət sevgisini bir daha əyani şəkildə göstərən tarixi bir faktdır.

Deməli, 1804-cü ildən Gəncənin işğalından sonra yüz ildən artıq bir vaxt ərzində Azərbaycandan orduya əsgər alınmasını hər vəhclə yasaqlayan Rusiya İmperiyası, Birinci dünya müharibəsi (1914-1918) başlayandan sonra ordusunun say tərkibini artırmaq məqsədilə mobilizasiya elan edərək azərbaycanlılardan da əsgər götürməyi və onları o cümlədən də Türkiyəyə qarşı döyüşlərə cəlb etməyi qərara alır...

İki qardaşı bir-birinə qırdırmağa yönlənmiş bu məkrli planın baş tutmasına mane olmaq üçün Ələkbər bəy Rəfibəyli başda olmaqla, Xəlil bəy Xasməmmədli (Millət vəkil, bələdiyyə rəisi) və Cavad xanın nəticəsi, Millət vəkili İsmayıl xan Ziyadxanovdan ibarət kiçik bir heyət Tiflisə, Qafqaz canişinin yanına yola düşür.

Heyətdəki hər iki vəkil hələ 1907-ci ildə Dumada Gəncədən seçilmiş deputat olan zaman türklərin yüksək hərbi qabiliyyətlərindən bəhs edərək Azərbaycandan da orduya əsgər alınmasını təklif etmişdilər.
Ancaq çar hökumətinin xalqınıza inanmayıb, daima şübhə dolu nəzərlərlə baxdığı üçün bu təklif rədd edilmişdir.

Bu iki vəkil canişinlə görüşən zaman Dumadakı bu hadisədən bəhs edərək, xalqın qəlbinin qırıldığını və onların indiki durumda əsgərliyə çağırılmasının düzgün iş olmayacağını söyləyirlər.
Ancaq canişin bu haqlı sözləri dinlədikdən sonra “Bəli, siz bu məsələdə haqlısınız. Xalqınız da haqlıdır.
Ancaq indi məqam gəlmişdir. Xalqınız orduya əsgər versin, onlar da cəbhədə qəhrəmanlıqlarını göstərsinlər və hökuməti utandırsınlar.
Bunun başqa cür yolu yoxdur. Dediyimiz olacaq, buna etiraz olunmamalıdır” deyir.

Bu halı görən Ələkbər bəy Rəfibəyli sözə başlayır:

" Hörmətli canişin həzrətləri. Yaşım yetmişi keçib. Çara qarşı bir düşmənçiliyimin olmamasını döşümdəki nişandan anlaya bilərsiniz. Mən hər yerdə və kimə qarşı olursa-olsun açıq danışanları sevirəm.
Sizə bir sual verəcəyəm:

"Siz hökumət tərəfindən gizli bir qərar olaraq bizi məhv etməyə qərar vermisizmi?"

Bu sözləri eşidən canişin təəccüblənir və Ələkbər bəyə eşitdiklərinin tamamilə əsassız olduğunu, bunu düşünməyin belə səhv olduğunu söyləyir.
Sonra Ələkbər bəy sözünə davam edərək:

“Madam ki, belədir məni diqqətlə dinləyin. Bir saatdan bəri danışılanları dinləyirəm. Dostlarımın məntiqli sözlərinə olmaz deyə cavab verirsiniz.

Sizdən soruşuram: "Hökumətiniz hansı üzlə bizdən yardım gözləyir və əsgər istəyir?
Yüz ildən bəri bizlərlə daima əsir kimi rəftar etdiniz. Vətəndaşlığa da qəbul etmədiniz.
Qonşularımız olan erməni və gürcülər üçün açdığınız məktəblərin yüzdə birini bizim üçün açmadınız və bizləri qaranlıqda qoydunuz.
Elm, bilik görməyən cahil kütlədən hər şey gözləmək olar.
Rejiminiz xalqımıza sevgi yerinə nifrət aşılamış və nəticədə sevgi yerinə nifrət qazanmışdır.
İndi də cahil qoyduğunuz bu xalqdan əsgər istəyirsiniz. Toplayacağınız əsgərlər də sizin bu rejimə nifrət etməkdədir. Hətta cəbhədə də əsgərlər Sizdən intiqam almaq məqsədi ilə əllərinə verəcəyiniz silahları özünüzə qarşı çevirərək düşmən tərəfinə keçəcəklər. Sonra da hökumətiniz istər-istəməz bu hərəkətin hesabını arxa cəbhədə qalan xalqımızdan alacaq. Əslində hökumətinizin tarixində bunun nümunələri vardır.
Bax mənim Sizdən soruşduğum şeylər, bu mülahizələrə əsaslanmaqdadır” deyir.
Изображение
Canişin Ələkbər bəyi dinlədikdən sonra bir az yumşalır və
“Söylədikləriniz doğrudur. İstəsəniz belə bir iş görə bilərik.
İmperator həzrətləri əsgər toplanması üçün əmr verməmişdən əvvəl mənim münasibətimi soruşur.
Mənə qalsa, Sizdən alınacaq əsgərlər cəbhəyə göndərilməsin, arxa cəbhədə istifadə edilsinlər.
Bunu sizə təmin edə bilərəm” deyə bir fikir irəli sürür.

Ancaq, Ələkbər bəy canişinin sözlərinə bu cavabı verir:

“Bu olmaz!
Belə bir hərəkət xalqımıza edə biləcəyiniz hərəkətlərin ən ağırı olar.
Əgər arxa cəbhədə istifadə etmək üçün işçi qüvvəsinə ehtiyacınız varsa, bunu elan edin və verəcəyiniz muzdu da bildirin.
İstəyən gedər”.

Bu sözlərin qarşısında fikir yürütməkdən aciz qalan canişin Ələkbər bəydən nə etmək lazım olduğunu soruşur.

Bundan sonra Ələkbər bəy təkrar sözə başlayır:

“Mən bir təklif edəcəyəm, nəticəsindən siz də razı qalacaqsınız, biz də.
Ancaq bəri başdan bunu bildirək:
"Bizim xalqımız süvari ordusundan başqa heç bir ordunu istəməyəcək.
Siz Qafqazda əsgərlik etməyənlərdən könüllü əsgər toplamağa başlayın. Xalqımızın adlı-sanlı şəxsləri də bu işə yardım edərlər.
Görəcəksiniz toplanacaq əsgərlərin cəbhədə göstərəcəyi qəhrəmanlıqlar sizləri də, bizləri də, hətta sizin əsgərlərinizi də heyran edəcəklər”.

Bu danışıqlardan bir həftə sonra belə bir vəziyyət elan edildi. Yalnız Azərbaycandan deyil, Qafqazın digər əyalətlərindən də könüllülər çıxdı.

Ələkbər bəyin bu dəyərli təklifi haqqında canişin müfəssəl bir raport yazıb çara məlumat vermişdir.
Bu raportdan istifadə edən çar hökuməti də arxa cəbhə işlərində istifadə olunacaq işçiləri Rusiyanın müsəlman xalqlarından toplamayıb, Çindən gətirtmişdir.

Beləliklə, Ələkbər bəy Rəfibəylinin səyi nəticəsində sonralar Milli İstiqlal mübarizəmizdə, Milli Ordumuzun qurulmasında və Cümhuriyyəmizin yaranmasında böyük rol oynamış məhşur "Dikaya Diviziya" və onun Azərbaycanlı Süvari Alayı yaradıldı.

Allah o böyük insana rəhmət eləsin!

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" ("Дикая дивизия") adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı.

Ardı olacaq.

Müzadil Zauroğlu

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146198
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: Əfsanəvi "Vəhşi Diviziya"nın Azərbaycanlı Süvari Alayı.

#2 Сообщение smersh70 » 05 ноя 2017, 21:12

[youtube][/yout

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146198
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: Əfsanəvi "Vəhşi Diviziya"nın Azərbaycanlı Süvari Alayı.

#3 Сообщение smersh70 » 28 июн 2018, 10:25

[youtube][/yout

Ответить

Вернуться в «TARIX»