KƏLBƏCƏRİN İŞĞALI

Cox da uzaq olmayan hadisələr
Автор
Сообщение
Elbrus Vahidov
Новобранец
Сообщения: 5
Зарегистрирован: 21 окт 2014, 22:17

Поблагодарили: 3 раза

KƏLBƏCƏRİN İŞĞALI

#1 Сообщение Elbrus Vahidov » 13 янв 2015, 14:40

ИзображениеAzərbaycan Milli Ordusunun 1992-ci ildə keçirdiyi uğurlu hərbi əməliyyatların nəticəsindən qorxuya düşən Ermənistan Respublikasının rəhbərliyi anladı ki, 1993-cü ildə hərbi əməliyyatlar belə davam etsə, Qarabağı əldə saxlamaq mümkün olmayacaq. Ermənistan Respublikası rəhbərliyi Rusiya hökumətinə müraciət edərək, 50 milyard rubl hərbi kredit aldı. Bundan əlavə, Rusiya mütəxəssislərinin köməkliyi ilə Moskva şəhəri yaxınlığında 1200 nəfər, Ermənistyandakı Rusiyaın hərbi bazasında 2500 nəfər tankçı, topçu, snayper, kəşfiyyatçı, rabitəçi, istehkamçı, hava hücumundan müdafiəçi və digər hərbi mütəxəssislər hazırlamağa başladılar. Bu mütəxəssislərin və kiçik komandir heyətinin altı aylıq təlimləri 1993-cü ilin fevral ayında başa çatdırıldı.

Qarabağ Erməni Ordusu (QEO) Xankəndi-Ağdərə yaşayış məntəqələri istiqamətində hücuma keçmək, 703 saylı motoatıcı briqadanın bölmələrinin müdafiəsini yarmaq, irəliləyib Sərsəng su anbarını və onun ətrafındakı yolları ələ keçirmək, bununla da Azərbaycan Milli Ordusunun Laçın rayonunun şimalında yerləşən və Qarabağ Erməni Ordusunun həyat əhəmoiyyətli təminat yoluna – Laçın dəhlizinə təhlükə yaradan bölmələrini əsas qüvvələrdən ayırmaq, təminat yollarını kəsmək, Ömər aşırımının mövsümlə əlaqədar olaraq bağlanmasını nəzərə alaraq ordumuzu mühasirə vəziyyətinə salmaq qərarına gəldi.

Bu məqsədlə Rusiya və Ermənistanda təlim keçmiş kiçik komandir və mütəxəssislər Laçın dəhlizindən Qarabağa keçirildi və Qarabağ Erməni Ordusunun sıraları komplektləşdirildi. Şuşa MRQ (Müdafiə Rayonu Qruplaşması) şimala doğru genişləndi və “Stepanakert” MRQ ehtiyata çıxarıldı. Əsgəran MRQ və Hadrut MRQ öz ərazilərini genişləndirərək “Martuni” MRQ-ni ehtiyata çıxardı. QEO yenidən qruplaşma həyata keçirdi. “Mardakert” MRQ, Mərkəzi MRQ və “Martuni” MRQ bölmələri, 54-cü əlahiddə tank taburu, “Şaumyan” (Goranboy), “Mardakert” (Ağdərə) rayonu silahlı dəstələri, Ermənistanın müxtəlif rayonlarından olan “fədai” ölüm dəstələri və başqa bölmələr Xankəndi-Ağdərə yaşayış məntəqələri istiqamətində cəmləşdirildi.

5 Fevral 1993-cü il tarixindən 25 fevral 1993-cü il tarixinədək 20 gün ərzində düşmən irəliləyərək Ağdərə şəhərini, Sərsəng su anbarını, orada həyat əhəmiyyətli elektrik stansiyasını və taktiki cəhətdən əlverişli Ağdərə-Kəlbəcər yolunun vacib sahəsinə tam nəzarəti ələ keçirdilər. Düşmən ilk növbədə Sərsəng su anbarına çıxaraq, onun ətrafı ilə Kəlbəcərə gedən yolları kəsdi, Laçın rayonunun şimalını müdafiıə edən 701 saylı briqadanı Azərbaycan Milli Ordusunun əsas qüvvələrindən ayırdı və faktiki blokadaya saldı. Kəlbəcər və Laçın rayonunda döyüş əməliyyatları aparan Azərbaycan Milli Ordusunun hissələri: 701 saylı briqada və başqa bölmələr sağ cinahdan Ermənistan Respublikası ilə dövlət sərhəddi boyunca erməni silahlı birləşmələri, cəbhə və sol cinahdan QEO və erməni ölüm dəstələri, arxada isə Murovdağ silsiləsi əhatəsində əlverişsiz vəziyyətə düşdülər.

Erməni mənbələrinə əsasən 1993-cü il yanvar ayında Qeo-nun tərkibində 18000 nəfərdən ibarət şəxsi heyət vardı. Onlardan 12000 nəfər qarabağlı, 6000 nəfər isə ermənistanlı idi. Bu ordunun əasısını SSRİ zamanı Qarabağda təhlükəsizliyi təmin edən 4 daxili qoşun alayının silah və zirehli texnikası təşkil edirdi. Ordunun tərkibində 100 ədəd tank, 190 ədəd zirehli döyüş maşını, 60 ədəd artilleriya-minaatan sistemləri, 6 ədəd ZU-23-2, 5 ədəd özüyeriyən ZSU-23-4 Şilka, 4 ədəd 57 mm-lik S-60 zenit qurğusu, Ural avtomobili üzərində ZU-23-2 və Ermənistandan göndərilmiş 179 ədəd artsistem, 82 ədəd minaatan vardı. Ermənistan Respublikasının Azərbaycanla sərhədinin Laçın-Kəlbəcər sahəsini sayı 3000-ə qədər olan 8 tabor qoruyurdu. Bu zamanbu zaman Ermənistanın rəsmi olaraq 20000 nəfərlik ordusu, 154 ədəd tankı, 44 ədəd PDMi, 6 təyyarəsi var idi. Ermənistana Rusiya tərəfindən verilmiş 19 ədəd vertolyotdan 11 ədəd Mİ-24 döyüş vertolyotu qalmışdı.

701 saylı motoatıcı briqada 15 sentyabr 1992-ci il tarixindən əsas qüvvələrini Laçın-Kürdhacı yaşayış məntəqələri istiqamətində cəmləyərək, soldan Dəlidağ-Alxaslı yaşayış məntəqəsinin, sağdan Fərraş-Taxtabaşı yaşayış məntəqələrinin ara sərhəd xətləri zolağını, Alxaslı-Hoçaz-Tiqik-1-Fərraş yaşayış məntəqəsinin ön xətti boyunca, tərkibində 1,2,3,4 və 5-ci Bərdə taboru, Laçın polisi toboru, reyd dəstəsi, kəşfiyyat bölüyü, zirehli dəstə, D-30 artilleriya dvizionu, MT-12 batareyası, BM-21 batareyası (şəxsi heyət 1985 nəfər), 7 ədəd tank, 7 ədəd PDM, 27 ədəd artilleriya vasitəsi olmaqla müdafiə edirdi. Briqadanın 3-cü taboru yalnız atıcı silahlarla silahlanmış şəxsi heyəti 473 nəfərdən ibarət olmaqla briqadanın tabeliyindən alınmışdı və Azərbaycan-Ermənistan dövlət sərhəddinin Kəlbəcər rayonu sahəsində sərhəd xidməti vəzifələrini yerinə yetirirdi. Bu tabor 70 km-lik sərhəd boyunca Qaraqaya, Söyüdlü, Kürdyurdu, Oktyabr, Ayrım, Dikyurd, Yellicə, Zəylik, Ağduzdağ, Taxta sərhəd dəstələrinə bölünmüşdü.

701 saylı briqadaın təminat yolları iki marşrutla həyata keçirilirdi:
1. əsas marşrut: quru yolla. Sərsəng su anbarının sahili ilə Ağdərə yaşayış məntəqəsindən
2. ehtiyat marşrut: hava yolu ilə. 3261 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşən, ilin payız-qış mövsümündə istifadə üçün yararsız olan Ömər aşırımından.

1993-cü il Fevralın 15-dən etibarən quru yolun - əsas marşrutun bağlanması nəticəsində ordu rəhbərliyi 701 saylı briqadanın təminatını hava yolu ilə (vertolyotla) həyata keçirməyə məcbur oldu.
Mart ayının 5-də Azərbaycan Milli Ordusunun müdafiə cəbhəsinin Ağdərə rayonunda yarılmış sahəsini Ağdərə-Kəlbəcər istiqamətində bərpa etmək məqsədilə 701 saylı briqadanın müdafiə xətti üç dəfə uzadıldı. Briqadaya iki əsas istiqamətdə müdafiə olunmaq barədə əmr verildi:
- birinci istiqamət: Laçın rayon mərkəzi – Kürdhacı yaşayış məntəqəsi
- ikinci istiqamət: Çərəktar yaşayış məntəqəsi – Kəlbəcər rayon inzibati mərkəzi.

Briqadaya Dəlidağ-Alxaslı, Çərəktar-Kəlbəcər yaşayış məntəqələrinin müdafiə zolağını Alxaslı-Hoçaz-Tiqik 1-Fərraş-Nereştar-Mərcimək-Çərəktar yaşayış məntəqələrinin ön xətti boyunca müdafiə etmək tapşırığı verildi. 701 saylı briqadanın 1-ci taboru tərkibində 130 nəfər canlı qüvvə ilə Çərəktar yaşayış məntəqəsində Ağdərə-Kəlbəcər yolu üzərindəki yüksəkliklərdə mövqe qurdu.

Artırmalardan sonra 701 saylı briqada dağlıq ərazidə 120 km-ə qədər uzunluqda səpələndi. Briqadanın müdafiə zolağının mərkəzində 20 km müdafiəsiz dağlıq ərazi yarandı. Briqadanın sağ və sol cinahları, həmçinin arxası və mərkəzi boş qaldı. Solda Çərəktar yaşayış məntəqəsindən Ömər aşırımına kimi 25 km-lik dağlıq ərazi, sağ cinahda və arxada Azərbaycan-Ermənistan dövlət sərhədi boyunca 70 km-lik dağlıq ərazi, mərkəzdə Fərraş yaşayış məntəqəsindən Nareştar yaşayış məntəqəsinə qədər 20 km-lik dağlıq ərazi müdafiəsiz qaldı.

11 Mart 1993-cü ildə Ermənistanın Müdafiə Naziri Vazgen Manukyanın əmri ilə Azərbaycanın Ağdərə rayonunda Şaumyan və Mardakert rayonlarının yerli erməni sakinlərindən ibarət silahlı dəstəsinin nəzdində xüsusi təyinatlı alay yaradıldı.

15 Mart 1993-cü ildə 701 saylı briqada 3000 kvadrat km-lik dağlıq ərazidə mərkəzində Mıxtökən dağ silsiləsi olmaqla iki yerə parçalanmasına baxmayaraq, öncə verilmiş tapşırığı yerinə yetirməklə yanaşı Kəlbəcər rayonunun inzibati mərkəzini 20 km-lik dairəvi xətt boyunca müdafiə etmək əmrini aldı. Döyüş düzülüşü ümumqoşun ehtiyatı ayırmaqla bir eşolonda mövqe tutmaq idi.

Kəlbəcər rayonunda yerli əhalidən ibarət könüllü dəstə yaradıldı. Zabit və gizir heyəti olmadığı üçün dəstəyə yerli mülki insanlar rəhbərlik edirdi. Bu könüllü dəstə təlim keçmədən 6-cı tabor kimi 701 saylı briqadanın sərəncamına verildi. 6-cı tabor Nareştar, Mərcimək, Ağqaya və Ağdaban yaşayış məntəqələrinin mövqelərində yerləşdirildi. Kəlbəcər rayonunu müdafiə etmək məqsədilə Kəlbəcər rayonu inzibati mərkəzində dağ atıcı alayının yaradılmasına və yerli sakinlər hesabına komplektləşdirlməsinə sərəncam verildi. Alayın formalaşdırılmasına 22 Mart 1993-cü il tarixində başlanıldı.

25 Mart 1993-cü ildə Ağdərə istiqamətində əldə etdikləri mövqelərdə möhkəmlənən ermənilər yenidən qruplaşma həyata keçirdi. Tərkibində Stepanakert Müdafiə Rayonu Qruplaşması, martuni Müdafiə Rayonu Qruplaşması, xüsusi təyinatlı alay, tank taboru, ölüm dəstələri, əlahiddə artilleriya və reaktiv divizion, döyüş aviasiyası olmaqla Getevan-Çərəktar yaşayış məntəqəsi, həmçinin Kaşataq (Laçın) və Şuşa alayı olmaqla Laçın-Kürdhacı yaşayış məntəqəsi istiqamətlərində hücuma keçdilər.

İbrahim Məsimoğlu, "İlk Briqadanın İbrətli Döyüş Dərsləri", Bakı 2014. səh-238-243

Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 94592
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 4047 раз
Поблагодарили: 3697 раз

KƏLBƏCƏRİN İŞĞALI

#2 Сообщение smersh70 » 02 апр 2017, 13:20

Ən acı məğlubiyyətlərdən biri :think:
Bu taktikanı göstərənlər,görən o vaxtı niyə briqadanın əməliyyat bölməsinə yardım etmədilər :?:
Qənizadə cəsur komandir olsada,görünür taktikadan və irarəçilikdən bir balaca uzaq idi
hər rota,tabur komandirindən hərbi hissə komandiri çıxmır,özüdə xüsusi təyinatlılardan
spesifika ayrıdı
Kəlbəcəri ancaq və ancaq Zaur Rzayev kimi idarəetmənin bütün mərhələləri keçən zabit qoruyurdu.
Onu isə qəsdən ordan götürdülər və yerinə Qənizadəni təyin etdilər
Ruslar demişkən-Все было изначально задумано так,чтобы сдать районс целью дестабилизации в стране и смены власти
[youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 94592
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 4047 раз
Поблагодарили: 3697 раз

Re: KƏLBƏCƏRİN İŞĞALI

#3 Сообщение smersh70 » 02 апр 2017, 13:21

[youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 94592
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 4047 раз
Поблагодарили: 3697 раз

Re: KƏLBƏCƏRİN İŞĞALI

#4 Сообщение smersh70 » 02 апр 2017, 13:22

[youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 94592
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 4047 раз
Поблагодарили: 3697 раз

Re: KƏLBƏCƏRİN İŞĞALI

#5 Сообщение smersh70 » 02 апр 2017, 13:25

[youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 94592
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 4047 раз
Поблагодарили: 3697 раз

Re: KƏLBƏCƏRİN İŞĞALI

#6 Сообщение smersh70 » 02 апр 2017, 13:30

briqada komandiri avtomatla yox, ağılla vuruşmalıdır
[youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 94592
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 4047 раз
Поблагодарили: 3697 раз

Re: KƏLBƏCƏRİN İŞĞALI

#7 Сообщение smersh70 » 02 апр 2017, 15:12

döyüşün əvvəli
biz tərəfdən
[youtube]
erməni tərəfdən
bu tankın qabağına çıxıblar..ekipajda elə bilib ki-bizimkilərdi,bizim dildə qışqıraraq,saxlayıblar
ekipajı elə tankın üstündə də güllələyiblər
[youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 94592
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 4047 раз
Поблагодарили: 3697 раз

Re: KƏLBƏCƏRİN İŞĞALI

#8 Сообщение smersh70 » 02 апр 2017, 15:13

bu isə 1993-cü ilin 30 dekabr hücumu
[youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 94592
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 4047 раз
Поблагодарили: 3697 раз

Re: KƏLBƏCƏRİN İŞĞALI

#9 Сообщение smersh70 » 04 май 2017, 00:48

smersh70 писал(а):Ən acı məğlubiyyətlərdən biri
Bu taktikanı göstərənlər,görən o vaxtı niyə briqadanın əməliyyat bölməsinə yardım etmədilər
Bir qaqaş forumda elə yazıb ki,guya Kəlbəcəri ermənilər yox,bu alıb... :shifty:
O qədər plan cızın,izah verin,ancaq o vaxt silahı və ordu birləşmələri Sizə tapşırmışdılar,mənə yox.... :?
Bu məğlubiyyət Sizin alnınıza yazılıb..Gör döyüşü kimə uduzdunuz-Amerikadan gələn,savadı olmayan, ancaq yapon dilini bilən Monteyə..
Siz isə SSRİ kimi dövlətin ali hərbi məktəbini bitirmisiniz, xidmət etmisiniz...İndi Sizin hərbi biliyiniz mənim tağım komandiri biliklərindən azdı ,yoxsa çox :roll: :?:
Və bil ki,qaqaş, Hərbi kafedrəni bitirənlərə leytenant -hərbi rütbə verirlər və tağım komandiri vəzifələrinə və biliklərə yiyələnirlər..Bizim ali Məktəb isə SSRi dövlətin 3-4 ali Məktəbi idi...

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 94592
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 4047 раз
Поблагодарили: 3697 раз

Re: KƏLBƏCƏRİN İŞĞALI

#10 Сообщение smersh70 » 30 май 2017, 01:20

“Əsgərlərimizi lüt soyundurub ağaca bağlamışdılar”- Polkovnik-leytenant

“Fermada yaradılmış Səyyar Qərargaha yaxınlaşanda diqqətimi yaxınlıqda anadangəlmə lüt soyundurulmuş bir neçə əsgərin əlləri bağlı vəziyyətdə ağaca bağlandıqları oldu”

“İndi haqqında çox yazılan və çox danışılan özündənrazı general çox çalışırdı ki, əsl həqiqət yayılmasın”

Əziz dostlar! Hörmətli həmkarlar!

Bu qeydləri mən etməyə bilməzdim. Son günlər Silahlı Qüvvələrlə bağlı bəzi hadisələr yaşanır və bilən də, bilməyən də həm gündəlik on-layn mediyada, sosial şəbəkələrdə müxtəlif müzakirələr açıb, bildiklərini də yazır, blmədiklərini də danışırlar. Aşağıdakı qeydlərimin son dərəcə ÇOX DƏRİN mənası var. O vaxtlar da, indi də Silahlı Qüvvələrimizin sıralarında elə adamlar olub və var ki, onlar TAMAM BAŞQA MİSSİYA ilə”xidmət göstərməyə” çalışıblar. Başa düşürəm ki, yazdığım geniş qeydləri yalnız məsələ ilə dərindən maraqlanan yoldaşlar sona qədər oxusalar çox mətləblərdən hali olacaqlar. Beləliklə:

1993-cü ildə Müdafiə Nazirliyinin gündəlik mətbu orqanı olan “Xalq Ordusu” (indi “Azərbaycan Ordusu” adlanır) qəzetinin Baş redaktoru kimi özüm və bir qrup əməkdaşımız ən çətin və ən mürəkkəb iqlimi, relyefi olan Murovdağda yerləşən hərbçilərimizə baş çəkməyi qərara almışdıq.O yeri seçməkdə məqsədimiz həm yağı erməni-rus birləşmələrinə qarşı Kəlbəcər istiqamətində misilsiz rəşadət göstərən döyüşçülərimizi ziyarət etmək, həm də orada bir vaxtlar qəzetimizin zəhmətkeş əməkdaşlarından birı olmuş peşəkar zabitimiz – briqada komandirinin şəxsi heyət üzrə müavini vəzifəsində xidmət keçən mayor İntiqam Mirzəyevə baş çəkmək idi. Biz briqadanın maddi-texniki təminat üzrə müavini vəzifəsində olan mayor Telman Zeynalovun ön xəttə silah, sursat və ərzaq aparan “Ural” markalı avtomobilinin yük yerinə oturaraq ön mövqeyə yollandıq. Kim o yolu bircə dəfə gedib-gəlibsə, yəqin yaxşı bilir ki, o yola çıxmaq o deməkdir ki, sən istənilən an həyatla vidalaşa bilərsən. Çünki, hər iki tərəfdən sıldırım qayalıqlar, demək olar ki, keçilməz döngələr və hündürlük, yalnız bir avtomobilin hərəkəti mümkün olan, ikinci bir avtomobil qarşına çıxarsa, oradan qurtulmağın mümkünsüzlüyü…Ən əsası isə yolun daima qarlı-buzlu, sürüşkən olması, o yolla gedib-gəlmənin necə riskli, çətin olması anlamına gəlir. Amma, bizim mərd və igid oğullarımız demək olar ki, hər gün o yolu aşağı-yuxarı gedib gəlirdilər. Doğrudur, o yolda xeyli faciələr də yaşanmışdı. Sürüşüb dərəyə yuvarlanan texnikamız, həyatla vidalaşan əsgər və zabitlərimiz də olmuşdular. Amma, bizim getdiyimiz maşının sürücüsü də o qədər o yolu gedib-gəlmişdi deyə, onun üçün o dağ yolları sanki qarlı-buzlu kimi deyil, adi bir hamar-düz yol kimi təsir bağışlıyırdı. Onun ağır tonnajlı, silah-sursatla, ön xətt üçün vacib ərzaq və digər materiallarla dolu maşını necə idarə etməsini sadəcə görmək və duymaq lazım idi. Böyük qorxu və həyacan hissləri altında biz Yanşaq yaşayış məntəqəsinin Ferma deyilən ərazisinə gəlib çıxdıq. Və sən demə, qarşıda bizi əsl “tamaşa” gözlüyürmüş. Fermada yaradılmış Səyyar Qərargaha yaxınlaşanda diqqətimi yaxınlıqda anadangəlmə lüt soyundurulmuş bir neçə əsgərin əlləri bağlı vəziyyətdə ağaca bağlandıqları oldu. İlk ağlıma gələn o oldu ki, yəqin düşmən əsgərləridir. Maşından tez düşərək onlara yaxınlaşanda məlum oldu ki, dünənki ağır döyüşlərdən çıxan bir neçə əsgərimiz özlərini pis hiss etdiklərinə görə bu gün keçirilən əməliyyata gedə bilməyəcəklərini dilə gətirdiklərinə görə, briqadanın komandiri mayor Saleh İlyasov tərəfindən əmr edilərək ağaca bağladılmışdılar. Ən dəhşətlisi isə o idi ki, bütün baş verənlər o vaxt Prezident Aparatının nümayəndəsi polkovnik İntiqam Abdullayev, Baş Qərargah rəisinin müavini olan və bu yaxınlarda ordu sıralarından ehtiyata buraxılan polkovnik Rüfət Əmirovun, həmçinin Kəlbəcər rayonunun başçısı mərhum Əvəz Şükürovun və digər məsul şəxslərin gözləri qarşısında baş verirdi. Onu da qeyd edim ki, o özündənrazı, son dərəcə kobud, mənim təsəvvürümdə kolxoz sədri təsiri bağışlayan savadsız mayor Saleh İlyasov briqada komandiri kimi çox dayaz və primitiv biliyə malik adam olmasına baxmayaraq, onu ora bu gün Müdafiə Nazirinin müavinlərindən biri olan məşhur bir generalın protejesi və kadrı olaraq təyin etmişdilər. Kəlbəcər kimi bir mühüm, strateji rayonun erməni-rus birləşməsinə qarşı belə məsuliyyətsizlik sözsüz ki bizim o vaxtlar bəzi şəxslərin uzaqgedən və məkrli niyyətlərindən, məqsədlərindən, ən dəhşətlisi isə kimə və nəyə qulluq etdiklərinin bariz nümunəsi idi.

Изображение
Deməli mən və qəzetimizin unudulmaz fotoqrafı Əli Qafarov həm ağaca bağlanan əsgərlərin fotogörüntülərini çəkdik, həm də onlardan bəzilərindən adlarını, soyadlarını dəqiqləşdirə bildik. Siz təssəvvür edin ki, Murovdağ kimi sərt iqlim şəraiti olan bir yerdə qalın paltarda və o vaxt tulup deyilən geyimdə durmağın mümkünsüz olan bir vaxtında bu hoqqanı çıxaran briqada komandiri mayor Saleh İlyasov insanlıqdan kənar öz əsgərlərimizə qarşı belə namərdcəsinə davranmışdı.Və heç kim də özbaşına komandirin bu antiinsani hərəkətinə etiraz etməmişdi.

Biz ağaca bağlanmış, demək olar ki, yarıcan lüt əsgərləri təzəcə danışdırmağa başlamışdıq ki, uzaqdan bizə tərəf qaçaraq gələn əsgərlərdən birini gördük. O, briqada komandirinin bizi çağırdığını xəbər verdi. Mən də tələsmədən işlərimizi yekunlaşdıraraq tez-bir zamanda əsgərlərin əl-qolunun açılması barəsində göstəriş verdim və həmən briqada komandirinə tərəf yeridim. Bu özündənrazı adam, mən ona zabit deyə bilmərəm, çünki əsl zabit olan adam öz əsgərinə qarşı bu cür naxələfcəsinə davrana bilməzdi və davranmamalı idi, məni görcək kim olduğumu soruşdu. Və mən də ona Müdafiə Nazirliyinin zabiti kimi özümü təqdim etdim və onun yanında dayanan polkovnik Rüfət Əmirovla, digər zabitlərlə görüşdüm. Amma, briqada komandiri mayor Saleh İlyasov mənə tərəf gələrək üzümdən bir şillə vurdu. Sən demə bu “zabitin” xoşuna gəlməmişdi ki, mən onun vəhşiliyini aşkar eləmişdim. Sözsüz ki, mən də bu qanacaqsızın cavabını yerindəcə verdim və onun “salamını” özünə qaytarmağa macal tapdım. Araya girən zabit və digər şəxslər bizi ayırdıqdan sonra “qərargahda” çox əsəbi və ciddi söhbətimiz oldu. Mən briqada komandirinin özbaşınalığına göz yuman polkovniklərə də iradımı bildirdim. Sən demə, o ağaca bağlanan əsgərlərin yeganə günahı, dünənki döyüşdən sonra özlərini pis hiss etmələri haqqında komandirə fikir bildirməsi, onların həkim müayinəsindən keçmələrini istəmələri olmuşdu. Və bundan hiddətlənən kombriq mayor Saleh İlyasov əmr edibmiş ki, guya bunlar döyüşə getməkdən yayınmaq üçün belə bəhanə edirlər və onların silahlarını aldırıb, özlərini də lüt soyunduraraq ağaca bağlanmasını əmr etmişdi.

Onu da qeyd edim ki, ön xəttdə xüsusən də Bağırlı istiqamətində əsgərlərimiz ermənilərə qan uddururdular. Həmən döyüşə də mənim tələbə yoldaşım, çoxlarının sevimlisi olan “zampolit” mayor İntiqam Mirzəyev və digər peşəkar zabitlər şəxsən rəhbərlik edirdilər. Axşam saatlarından döyüşdən geri qayıdandan sonra gündüz saatlarında bizim kombriqla olan “tamaşamızdan” xəbər tutandan sonra “zampolit” və digər tanıdıqlarımız zabitlər çox pərişan olmuşdular. Bəlkə də, həmən vaxt İntiqamın və bəzi dostların orada olması bizi real ölümdən, sui-qəsddən xilas etdi. Çünki, mənim Saleh İlyasovla aramızda olan gərginlikdən və baş verən hadisədən sonra böyük narahatçılığım var idi ki, bizi ya vurub öldürəcəklər, ya da əsgərlərin lüt soyundurub ağaca bağlanılması faktının ört-basdır edilməsi üçün bizə qarşı hansısa təxribat həyata keçiriləcəkdi. Hiss olunurdu ki, kombriq yuxarıların bu məsələ ilə bağlı məlumatının olmaması üçün çalışırdı ki, nə isə etsin. Murovdağ kimi bir yerdə bu məsələnin “həll edilməsi” “iki vur iki” kimi asan bir şey idi. Həm İntiqamın, həm də bəzi şəxslərin davranışlarından hiss edirdik ki, kombriq Saleh İlyasovun bəzi naxələf məqsəd və planları var. Və bizə imkan daxilində tez Bakıya qayıtmağımızl eşitdirməkləri də, bundan xəbər verirdi. Biz briqadada iki günə yaxın qaldıqdan sonra qərara aldıq ki, geriyə qayıdaq. Sən demə, bizi qarşıda daha çətin və acınacaqlı günlər gözləyirmiş. Özünü sığortalamaq üçün briqada komandiri Müdafiə Nazirliyindəki havadarına, hansı ki, bu gün də Silahlı Qüvvələrdə “at oynadır”, bizim orada guya onların döyüş aparmasına mane olmağımız ilə bağlı yalan məlumatlar verərək bizim cəzalandırılmağımızı tələb etmişdi. Və biz Bakıya çatar-çatmaz məni Prezident Aparatına çağırdılar və mən mərhum general Nurəddin Sadıqovun qəbuluna getdim. Murovdağda briqada komandirinin öz əsgərlərimizə qarşı etdiyi özbaşınalığı hörmətli dövlət müşaviri, təmiz və vicdanlı general kimi hamının xatırladığı Nurəddin Sadıqova məruzə edəndə, az qala kişini heyrət götürürmüşdü. Belə bir vəhşiliyin həqiqətən də olmasını ağlına belə sığışdırmayan vicdanlı general şokda idi. Mən dəyərli generalımıza dediklərimizi faktlarla sübut edə biləcəyimi deyəndə, o çox təəccübləndi. Və mən hərb tariximizin şanlı yazarlarından və tarixçilərindən biri olan Əli müəllim Qafarova o çəkdiyi tarixi şəkillərə görə həyatımın sonuna kimi minnətdaram. Məhz onun Murovdağda çəkdiyi bir çox kadrlar bəlkə də məni və kollektivin bəzi üzvlərini xoşagəlməz hadisələrədn və ən əsası isə həbsdən xilas etdi. İşi o dərəcədə “düzüb-qoşmuşdular” ki, Bakıda artıq bizə qarşı cinayət işinin başlanılması kimi absurd ideya verən də olmuşdu. İndi haqqında çox yazılan və çox danışılan özündənrazı general çox çalışırdı ki, əsl həqiqət yayılmasın.

Və çox şükürlər olsun ki, bizim söylədiklərimizi və ortaya qoyduğumuz təkzibolunmaz faktları keçmiş dövlət müşaviri, hər zaman çoxlarının “qəbri nurla dolsun” dediyimiz dəyərli generalımız Nurəddin Sadıqov ölkə rəhbərliyinə olduğu kimi məruzə edəndən sonra vəziyyət tam dəyişdi. Bir müddətdən sonra, həmən briqada komandiri mayor Saleh İlyasov öz birbaşa havadarının bütün cəhd və səylərinə, cənfəşanlığına baxmayaraq uzun müddətə azadlıqdan məhrum edildi və həbs olundu. Daha sonra biz onunla Haramı düzündə ön xəttdə görüşdük. Və hiss elədim ki, Saleh İlyasov çox “sınıb”, çox peşimandır”.

Belə fors-major hadisələr Qarabağ savaşının müxtəlif illərində başımıza çox gəlib. Bu illər ərzində həyatla-ölüm arasında o qədər hadisələr olub ki, indi bəzi ağzıgöyçəklər bizi hərbdən-müharibədən anlayışı olmayan kimi qələmə verməyə çalışanda, adam söz tapmır bu binəvalara desin. Ona görə də, son vaxtlar ordumuzun tarixində baş vermiş bəzi hadisə və faktları çatdırmağı ona görə lazım bildim ki, bəzi “psevdoqəhrəmanlar” son vaxtlar yalançı obrazlar, yalançı fəaliyyətlə məşğudurlar. Və imkan daxilində zaman-zaman həm özümün, həm də tanınmış jurnalist, zabit dostlarımızın Qarabağ cəbhəsində şəxsən şahidi olduqlarını, gördüklərini diqqətinizə çatdırmağa çalışacağıq ki, qoy tarix olduğu kimi hər kəsi qiymətləndirsin. Bu və digər faktları diqqətinizı çatdırmaqla hesab edirəm ki, biz nə qədər acı da olsa, nə qədər xoş olmasa da bizim hərb tariximizdə nə olubsa onu da gələcək nəsillərə çatdırmağı bacarmalıyıq. Bunu xüsusən də sinəsini yalandan orden-medallarla dolduran kabinet generallarının, polkovniklərinin bilməsi çox vacibdir. Biz Azərbaycan Dövlətinin və onun qürur yeri saydığımız Silahlı Qüvvələrinin ən ağır və çətin dönəmində sinəmizi qabağa verib, bacardığımızı etməyə çalışdıq. İndi bəziləri yeri gəldi-gəlmədi bizi -sovet hərb təhsilini almış zabit və gizirləri, əsgər və çavuşları söyməyə, təhqir etməyə cəhdlər edirlər. Biz zamanında-vaxtında bacardıqlarımızı etdik və bundan sonra da etməyə hər zaman hazırıq.

Üzeyir Cəfərov

Ehtiyatda olan polkovnik-leytenant

Ответить

Вернуться в «Yaxın Tariximiz»