Burada QRU nun mən düşünürəm ki,zaman-zaman hazırladığı insanlar yox deyildi. O zaman Gəncədə parakəndə qüvvələr fəaliyyətdə idi. Əsasən Surətin dediyimiz qoşunlar kompakt olaraq hərəkət edirdilər. Lakin ücüncü qüvvə vardı ortada. Bunlar əsasən mülki geyinmiş,əllərində silah,özləri də hər addımda "Surət,Surət" qışqıran toplumlar idi. Onların vəzifəsi hər bir işi aqressiyaya cevirmək idi. Məsələn:
Gəncə dəmir yol vağzalı ,demək olar ki onların əlində idi. Sərbəst olaraq vağzalda göyü gülləbaran etməklə,sərnişinləri incitməklə,qatarda olan kişiləri"Bakının şpionları" adlandırmaqla düşürüb.incitməklə məşqul idilər.
Bu dəstənin bir hissəsi də DQ nın hərbi hissəsini təhvil götürəndə vardı.Onlar əsasən ELDAR ƏLİYEVLƏ və onu müşayət edən hərbcilərlə gəlmədilər.Sonradan HH-nin qabağına yığışmağa başladılar.
Eldar Əliyev deyir: Mən HH-nin bütün silah və sursatını qəbul edib təhvil vermişəm.Əslində yumşaq desək Eldar Əliyev yalan danışır. Cünki,HH-nin silah və sursatı sayılmadan,hec bir sənədə tərtib olunmadan maşınlara yığılırdı. Bu zaman isə bayırda olan həmən "mülki geyimlilər" bu silahlarda secib götürürdülər.Və bunun nəticəsidir ki,sonradan 22 AK -74,4 PM, 1 RPK, 1 KS-23 müxtəlif cinayətlərdə DİN strukturları tərəfindən götürüldü.
Belə ki ,məlum olur ELDAR ƏLİYEV hec də özü ilə gələn yaxud onlara sonradan qoşulan şəxsi heyət barədə məlumatsız idi və HH-ni təhvil-təslim vəzifəsini lazımi qaydalara uyğun aparmadı. Bundan əlavə başqa faktlar da var. Lakin mən demişdim bu hadisəni qurdalamayacam-cün həm mənim ücün ağırdı,həm də dostlarım ücün.
