Smerş, fikir verdinsə, mən, bizim "4 oktyabr"la bağlı həbsimizdən sonrasını da qeyd elədim ki, hətta o zaman da heç birimizə "4 iyunla" bağlı ittiham irəli sürülmədi. O zaman S. Hüseynovu və bizi bircə Kennedinin ölümündə ittiham etmədilər və "4 iyun"da.
Əgər dediyin kimi, "... солдат ,если он подымает руку,винтовку,камень против своего гланокомандующего,он считается восставшими нарушившим присягу....", onda əlbəttə bu qiyamdı. Olmayıbsa, deməli qiyam deyil.
Anlayıram, azərbaycanlıları dalana salan sual- 4 iyun qiyam deyildisə, onda niyə AXC iqtidardan uzaqlaşdırıldı? Səbəbi çox aydın və sadədi. AXC iqtidarı hansısa məlumatlarına əsasən(konkret desək, S. Əkbərovun və H. Hacızadənin falşivkaları əsasında) belə qənaətə gəlmişdi ki, "S. Hüseynov onları devirəcək". Bu, onların ağlına ilk dəfə deyildi ki, gəlirdi. 1-ci dəfə meydan xadimlərində bu kütləvi paranoya
92-ci ilin sonunda kəskinləşdi. Onda Seyfəlidə hazırlanan Azərbaycanın yeganə ehtiyat qüvvəsini 93-cü ilin yanvarında atdılar Ağdərə- Fərruh genişmiqyaslı hücuma. Sonu məlimdu- S. Hüseynovu hərbi vəzifələrdən uzaqlaşdırdılar.
Bunun davamında fevral-mart qarşıdurması baş verdi. Bu qarşıdurma S. Hüseynovun dövlətə tabe olmaması kimi qələmə verilsə də, gerçəkdə S. Hüseynov 2 OK-un qərargahını tərk etmədən, MN-nin təhvil-təslim komisiyasının iştirakı ilə korpusun anbarlarını ondan qanuni şəkildə qəbul olunmasını tələb edirdi
, çünki keçmiş komkor kimi maddi məsul şəxs idi. O çəkinirdi ki, bu gedişlə(gedişatın üzərində ayrıca dayanmıram) onu anbarlarda çatışmazlıqda və talançılıqda ittiham edə bilərlər. MN-i təhvil-təslim komisiyasını göndərəndən və komisiya işini bitirib, aktları tərtib edib, imzalayandan sonra S. Hüseynov bir nüsxəsini cibinə qoyub, korpusun ərazisini tərk etdi. "Bəylərin" yaratdıqları ajiotaj və boş hay-haray bu cür bitti.
Nəhayət paranoyanın yaz kəskinləşməsi yeni ajiotaja səbəb oldu. Lakin bu səfər "bəylər" işə "ciddi" yanaşdılar, çünki ölkədə bütün sahələrdə vəziyyət son dərəcə ağır idi və 91-ci ilin sonundan Ali Sovetdən kənarlaşdırılmış deputatlar Ali Sovetin sessiyasının çağırılmasını tələb edir, AXC iqtidarı isə P. Hüseynovun təbirincə desək, sessiyanın çağırılmasını dövlət çevrilişinə cəhd hesab edirdilər. Onda deputatlar, ADR-in təcrübəsindən ilhamlanaraq, sessiyanın çağırılmasını Bakıda təmin etməsələr, Gəncədə keçirəcəklərini dövlət rəhbərliyinə bəyan etdilər.
Bunun qarşısını almaq üçün AXC iqtidarı "S. Hüseynov faktorunu zərərsizləşdirmək" qərarına gəldilər, çünki AXC strateqlərinin qəti qənaətinə görə o, ona sadiq hərbi qüvvələrlə sessiyanın Gəncədə keçirilməsini təmin edə bilərdi. Sessiya isə P. Hüseynovun və İ. Qənbərovun istefasını tələb edə bilərdi. Məhz buna görə bu ikisi "Tufanın" təşkilatçıları və ideoloqları qismində çıxış etdilər. Yuxarıda qeyd etdiyim, İ. Qəmbərə yaxınlıqları ilə seçilən iki məmur "Tufan" keçirilməsini zəruri edən "əməliyyat məlumatları" bazası yaratdılar. Onlar Elçibəyin intellektinə və zəif xarakterinə bələd olduqlarından bilirdilər ki, o, bu məlumatların nə dərəcədə etibarlı olduğu ilə heç maraqlanmayacaq(daha doğrusu ağlına gəlməyəcək). Belə də oldu. 93-cü ilin mayın 26-i Dövlət təhlükəsizlik şurasında Elçibəy hələ heç bir qiyam törətməmiş Ali Sovetin deputatı S. Hüseynov barədə "ya həbs olunmalı, ya məhv edilməlidi" əmrini verdi. Lakin S. Hüseynovun deputat toxunulmazlığı var idi. Onu qaldırmaq üçünsə Hikinin və baytar həkimi Sulhəddinin tərtib etdikləri "filkina qramotalar" yetmirdi. Ona görə baş strateqlər İ. Qəmbərov və P. Hüseynov çox sadə çıxış yolu buldular- 709-cu briqadanı MN-ə itaətsizlikdə ittiham etmək, onun ləğvi bəhanəsiylə Gəncədə silahlı təxribat törətmək
və bu qarışıqlıqda S. Hüseynovu məhv etmək. Sonra isə ictimayətə məlumat vermək ki, Gəncədə rusiyapərəst hərbi müxalifət məhv edildi və qalanlarını da qorxuya salıb hakimiyəti bərkitmək. Məramları sadə olduğu kimi, dünən elmi laborantları icrasını da sadə sandılar. Lakin təxribat "provalitsa" oldu. Bakıda və bir sıra rayonlarda xalq AXC iqtidarına qarşı çoxsaylı etiraz mitinqlərinə çıxdı. Bu, artıq xalq hərəkatı idi.
Məhz bunun nəticəsində ölkədə yaranmış ağır vəziyətə dərin siyasi və hakimiyyət böhranı əlavə olundu. Böhrandan çıxmaq yolu kimi AXC iqtidarı tamamilə legitim yolla H. Əliyevi Bakıya gətirib, iyunun 13-ü istefa verərək yerini H. Əliyev üçün boşaltmış İ. Qəmbərin yerinə, H. Əliyevi MM-də səs çoxluğu ilə Ali Sovetə sədr seçdilər.
Elçibəy hələ bir əvvəl demişdi ki, "hakimiyyətə bir illik gəlirik". Ona görə komandasız qaldığını anlayaraq, S. Hüseynovu sadəcə qaçması üçün bəhanə edib, getdi Kələkiyə. Ali Sovetə sədr seçdilər. Yəni hakimiyyətin 4 iyunda Gəncədə keçirdikləri "Tufan" adlı silahlı təxribat ölkədə dərin siyasi və hakimiyyət böhranına səbəb oldu, nəticədə hakimiyyət tamamilə qanuni şəkildə H. Əliyevə təslim olundu.
Ancaq yenə də ürəyində hansısa xal qaldısa ki, Nazim özünə bəraət qazanmaq istəyir, bunu demişəm və deyəcəm- AXC iqtidarının hakimiyyətdən getməsində əlim olubsa, bunu Vətənimə ön böyük xidmət hesab edir və ömrümün sonucan bununla yalnız fəxr edərəm.
Yenə təgid edirsənsə ki, 4 iyun qiyamdı, icazənlə(artıq onsuzda vaxtından sui-istifadə etmişəm) bir filmi xatırladım. Hadisələr 18- 19-cu əsrdə baş verir. Bir holland gəlib Yaponiyaya döyüşkən keyfiyətlərinə görə samuray olur. Yaponiya imperatoru onu bir cəngavər kimi tanıyır və hörmətini saxlayır. Bir gün imperatora məlum olur ki, bu holland samuray Yaponiyay gəlməmişdən vaxtilə öz Niderland kralına qarşı qiyamda iştirak edib. İmperator onu yanına çağırtdırır və qəzəbli şəkildə ona- "sən kralına qarşı qiyam qaldırmısan! bilirsən ki, bunun cəzası edamdı?!", deyir. Samuray deyir, "bəli, bilirəm". İmperator- "özünə bəraət üçün nə deyə bilərsən?" Samuray- "bu, uğurlu qiyam olmuşdu", cavab verir. İmperator samuraya baxıb deyir, "bəli, bu, bəraətdi".
Nəzər alaq ki, Elşibəy kral deyildi. Özü də bir əvvəl hakimiyyəti devirərək, iqtidara gəlmişdi. Onu da nəzərə alaq ki, İnsan Haqları Bəyannaməsinin preambluasında çox aydın müddəa var- heç bir hakimiyyət xalqı özünə qarşı qiyama vadar etməməlidi. AXC iqtidarı xalqına qarşı bütün yazılmış və yazılmamış qanunları kobud sürətdə pozmuşdu və getməsi labüd idi. Belə bir yarıtmaz hakimiyyətin getməsində vətənpərvərləri təqsirləndirmək- ən azı hadisələrin real gedişatını kənara qoyub, hansısa formal priznaklarla "bukvoyed"lik etməkdi.