Sürət Hüseynov

Cox da uzaq olmayan hadisələr
Автор
Сообщение
Oberleytenant
партизан
Сообщения: 120
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

Sürət Hüseynov

#1 Сообщение Oberleytenant » 19 фев 2013, 14:09

Вложения
384501_208879709194520_838029859_n.jpg
384501_208879709194520_838029859_n.jpg (30.48 КБ) 9936 просмотров

Oberleytenant
партизан
Сообщения: 120
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

Re: Sürət Hüseynov

#2 Сообщение Oberleytenant » 19 фев 2013, 18:15

SÜRƏT HÜSEYNOV

Sürət Hüseynov 1959-cu il fevralın 12-də Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra 1977 ci ildə Sovet ordusu sıralarina çağırılmış, 1979-cu ilə kimi hərbi xidmətdə olmuşdur. 1979-1983 cü illərdə Gəncə texnologiya institutunda oxumuş və mühəndis- texnoloq ixtisasına yiyələnmişdir. Sürət ali məktəbdə oxuduğu vaxtda əmək fəaliyyətiylə də məşğul olmuşdur. 1980-ci ildə Gəncə şəhərində fəhlə işləmiş, xalça-mahud kombinatında usta köməkçisi, operator köməkçisi olmuş, 1984-cü ildən Şəki tədarük idarəsinin çeşidləyicisi, 1986-cı ildən Yevlax rayonunun yunun ilkin emalı fabrikinin böyük nəzarətçisi, sex rəisi, 1989-cu ildən həmin fabrikin direktoru vəzifələrində işləmişdir.
Qarabağ savaşı başlayan vaxt Sürət Hüseynov Yevlaxda yerləşən Yun zavodunun direktoru vəzifəndə çalışırdı. 1990-cı ildən də Azərbaycan parlamentinin üzvü idi.
Heç bir hərbi təhsili olmayan Sürət Hüseynov 1992 ci ildə batalyon təşkil etmiş və Qarabağa döyüşlərə yollanmışdı. 1992-ci ilin 2 iyulunda öz xidmətlərində fərqlənmiş və Prezidentin göstərişiylə Azərbaycan Respublikası baş nazirinin müavini, 2ci Korpusa komandir və Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi seçilmişdi.
Sürət Hüseynov Qarabağ müharibəsində böyük nailiyyətlərə imza atmışdır.
O vaxt ölkənin üstünü qara buludlar alanda Azərbaycanın bütün vətənpərvər insanları başa düşürdürlərki, Qarabağda yaranmış təhlükəli vəziyyətlə bağlı,siyasi mənsubiyyət və baxışlarından asılı olmayaraq, hamı bir yumruq kimi birləşməlidir.Vəziyyətin dramatikliyi isə könüllü döyüşçülərin hamısı tərəfindən qəbul edilən və əmrinə tabe olmağa hazir olduqları sərkərdənin olmamasında idi.Sərkərdəsiz isə savaş olmazdı.
Bu zərurətdən 5 may 1992-ci ildə Qarabağ komandirlərinin təşəbbüsü ilə Ağdamda, Yaqub Rzaevin “Qatır Məmməd” batalyonunun qərargahında Sürət Hüseynov “Hərbi Birliyin” təsis toplantısını təşkil etdi. “Hərbi Birliyin” yaradılmasında məqsəd – Qarabağda o zaman pərakəndə şəkildə döyüşən bütün dəstələri birləşdirmək və bir yumruq kimi hərəkətə gətirib işğalın qarşısını almaq idi. İçlasda Qarabağın hər yerindən heyətləriylə gələn rayon ozünü müdafiə batalyonlarının komandirləri,aralarında olan bütün narazılıqları Qarabağ azad olunanadək kənara qoyüb, torpaqlarımızı azad etmək üçün birgə hərəkət etmək haqqında Qurana əl basıb and içdilər. İclasda Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, Ağdərə istiqamətinin komandiri və digər şəxslər iştirak edirdilər. Sürət Hüseynov yekdilliklə “Hərbi Birliyin” sədri seçildi. Toplantının sonunda “Hərbi Birliyin” Azərbaycan Ali Sovetinə Müraciəti qəbul olundu.
“Hərbi Birliyin” iyun ayının 12-də başlayacaq hücum əməliyyatı iki istiqamətli təyin olundu:
1-ci hucum istiqamətindəki hərbi hissələrin- Ağdam özünü müdafiə batalyonları - komandirlər Yaqub Rzayev,Azərbaycanın Milli Qəhrəmanları Allahverdi Bağırov, Asif Məhərrəmov, Şirin Mirzəyev, general Ərşad, Ədalət Zeynəlov, polis batalyonu-komandir Faiq Baxşəliyev, havadan 4 döyüş helihopterinin və SU-25 dəstələriylə -döyüş vəzifəsi Ağdam cəbhəsi boyunca hucuma keçərək düşmənə sarsıdıcı zərbələr endirmək və Əskəranda toplanan erməni qüvvələrini məhv etmək;
2-ci ci hucum istiqamətindəki hərbi hissələrin- 123 alayın tank taboru; 1-ci Göranboy batalyonu-komandir Azərbaycanın Milli Qəhramanı Maşallah Abdullayev, 2-ci Göranboy batalyonu-komandir Azərbaycanın Milli Qəhramanı Rasim Əkbərov, Tacir Adıgözəlovun Göranboy özünü mudafiə dəstəsi, Xanlar özünü müdafiə batalyonu-komandir Saleh İlyasov, döyüş vəzifəsi Şaumyankənd rayon mərkəzində və yüksəkliklərdəki kəndlərində hücum hazırlığı məqsədiilə toplanan erməni qüvvələrini məhv etmək və göstərilən ərazini azad etmək ;
20 günə yaxın gecə-gündüz hazirlıqdan sonra, 12 iyun 1992 ildə Sürət Hüseynovun əmrilə “Hərbi Birlik” ruh yüksəkliyilə özünün ilk genişmiqyaslı hücumuna başladı.
12 iyun 1992-ci ildə Yaqub Rzayevin batalyonu, döyüş əmrinə uyğun olaraq, Əsgəran şəhərinə daxil olub, orada cəmləşdirilmiş erməni qüvvələrini darmadagın etdi.
12-16 iyunda Ağdam cəbhəsi boyunca şiddətli döyüşlər nəticəsində, Xramurd, Xanabad, Fərrux, Mənikli,bütövlükdə 12 kənd azad olundu. O cümlədən, 1915 ci ildə qardaş Türk Ordusu tərəfindən alına bilməyən, təbii qala olan və mühum hərbi-strateji əhəmiyyətə malik, Naxçivanik kəndi Azərbaycanın Milli Qəhramanı Asif Məhərrəmovun batalyonu tərəfindən alındı.
2- ci hücum istiqamətində, 13 iyun 1992 ci ildə Gürzalılar,Xarxaput,Buzluq,Mənəş istiqamətlərindən hücuma keçən batalyonlar,Ruskiye Borisı, Armyanskiye Borisı, Başkənd və Gülüstan kəndlərində toplanmış və hücuma hazırlaşan erməni-rus birləşmələrini darmadağın etdilər. 14 iyunda Şaumyankənd (Ağcakənd) və bütün kəndləri azad olundu. Bununlada bu istiqamətdən Göranboy,Xanlar və Gəncə üçün erməni işğalı təhlükəsinə birdəfəlik son qoyuldu.
12 iyunda başlanmış hücum,dayanmadan Ağdamın Şotlandı, Paprəvənd, TərTərin Seyyidsulan, Qafanlı, Cəmilli, Goranboyun Tapqaraqoyunlu kəndləri istiqamətindən Ağdərəyə davam etdirildi. 24-26 iyun ərzində düşmənin şiddətli müqavimətini qıraraq azərbaycan əsgəri Ağdərənin Qırmızıkənd(Karmiravan), Həsənqaya, Levonarx(Malakan) kənd və ətraf yüksəkliklərini ələ keçirərək,Ağdərə şəhərinə bilavasitə yaxınlaşdı. Yazıda bu döyüşlər haqqında məlumat bir neçə sətirə yerləşsədə,qazilərin xatirindədi ki,ermənilərin,azərbaycan ordusunun ildrım sürətli hücumları qarşısında, müdafiə xəttini qurmaqda acizliyi,həmin günlərdə ayrı-ayrı yerlərdə onları,xaricdən gələn yardımçıların qüvvələrilə əkshücumlara keçməyə vadar etdi.
Belə ki, 24-26 iyun ərzində rusların güclü və gözlənilməz əkshücumları nəticəsində Qırmızıkənd iki dəfə itirilmiş, sonra yenidən 123-çü tank bölüyünün, Bərdənin “Meşə” könüllü batalyonunun və Goranboyun 1-ci batalyonunun bir bölüyünün qüvvəsi ilə ruslar məhv edilmiş və kənd tutulmuşdur.
İyunun 28-i ABŞ, Fransa, Suriya, Livan və Sovet-Əfgan müharibəsi veteranlarından təşkil olunmuş erməni silahlı güvvələrinin “Arabo” elit dəstəsi, əsas əkshücum qüvvələrinin ön hissəsi kimi, gecə Həsənqayanın ərazisinə soxularaq, ermənilərin əsas qüvvələrinin hərəkatını təmin etmək məqsədilə döyüş mövqei tutmuşlar. Mehman Ələkbərovun Gəncə batalyonunun 15-18 nəfərlik kəşfiyyat bölüyü və Daşkəsənli Vaqif “Arabonu” aşkar etmiş, batalyon komandirinə rabitə vasitəsilə qısa məruzə etmiş, “Arabonun”yerləşdiyi ərazini mühasirəyə alaraq, batalyonun gəlib çatmış qüvvələrilə birlikdə demək olar ki, “Arabo”-nun 170 –dən çox canlı qüvvəsini məhv etmişlər. Azərbaycan ordusu zəfər marşını davam etdirərək, iyunun sonları-iyulun ilk günlərində Metşen, Moxrataq, Akop-Kamari, 3 iyul 1992-ci ildə Ağdərə şəhəri, 3-7 iyul ərzində Aqabekalec, Verin Orataq, Canyataq, Gülyataq, Dəmirli azad olundu.
2 iyul 1992-ci ildə yeni seçilmiş Prezident Ə.Elçibəy Sürət Hüseynovu Baş Nazirin birinci müavini, Qarabağ üzrə Prezidentin Səlahiyyətli nümayəndəsi, 2-ci Ordu Korpusunun rəhbəri təyin etdi.

1993-cü ilin yanvarında Ali Baş Komandan 2-ci Ordu Korpusuna Qarabağda hücuma keçməyi əmr etdi. 92-ci ilin sentyabırından 2-3 müdafiə-istehkam zolağı qurmuş və mövqelərini möhkəmlətmiş düşmənin üzərinə dağlarda, qışın “oğlan çağında”, döyüş hazırlığını 50% keçmiş və hücum üçün əlavə ehtiyat qüvvəsinin olmadığı ordu ilə hücuma keçməyin zəruriliyi və məqsədəuyğunluğu hərbi nöqteyi nəzərdən yolverilməz və çox mübahisəli olsa da (hətta korpus rəhbərinin bu qərara etirazı, vəzifəsindən istefa edəcəyi dərəcəsinə çatmasına baxmayaraq), və bir çox başqa faktlar bu hücum əmrinin siyasi qərar olduğuna işarə etsə də, 2 OK-sunun hərbi hissələri əmrə tabe olaraq, 17 yanvar 1993-cü ildə Baş Qərargahın tərtib etdiyi plan üzrə Ağdam və Ağdərə istiqamətindən hücuma keçdilər.

Cəbhə xəttində, müdafiə mövqelərində öncədən dayanmış və həmin “müdafiə rayonuna”məsul olan hərbi hissələr olduğu mövqelərdən tərpədilməmişdir. Plana görə, hücumun nəticələrindən asılı olmayaraq, yerli briqada öz mövqelərini tərk etməməli, dayandığı mövqelərdə dayanmalı və düşmənin mümkün əks hücumlarını dəf etməli idi. Bu, hərbi elm və müharibə praktikasına tam uyğun bir qərar idi.

Ağdərə istiqamətindəki hücumun sağ cinahında 123-cü alayın bölmələri Vaquazdan hərəkət edərək, olduqca ağır və əlverişsiz relyef və klimatik şəraitdə son dərəcə şiddətli döyüşlər nəticəsində, erməniləri dağətəyi daş karxanalarında qurduqları 5 mərtəbəli müdafiə istehkamlarından vurub çıxararaq, böyük itkilərlə (Eyvaz Əliyevin (”Xan Eyvaz”) batalyonunun şəxsi heyyətinin yarısı və b.) Vəngin yaxınlığındakı qədim Alban kilsəsinin yerləşdiyi yüksəkliyi tutdular. Dostəli Hacıyevin komandir olduğu 123-cü alayın 1-ci batalyonu isə ağır döyüşlər nəticəsində Araçadzor (Dovşanlı) kəndini nəzarətə aldı. Bununla da, 123-cü alay 5 km (hava xətti ilə) irəliləyərək, öz hücum vəzifəsinin birinci hissəsini yerinə yetirib, hücumu döyüş planına uyğun olaraq, davam etmək üçün mərkəz və sol cinahdakı batalyonları gözlədi.

Mərkəzdə və sol cinahda hücuma keçən birləşmələr çoxlu itkilər verərək, irəliləyə bilmədilər. Artıq ermənilər də Baş Qərargahın planını başa düşmüşdürlər.

Komandanlıq, mərkəz və sol cinahın üzləşdiyi böyük itkilər nəticəsində və ehtiyat (rezerv) hücum qüvvələrinin olmamasına görə, yaxın zamanda həmlə etmək iqtidarında olmadığını görüb, tutduqları mövqelərdə üç gün qəhramancasına dayanan 123-cü alayın bölmələrini, yeni itkilər verməmək və bu bölmələrin mühasirəyə düşmək təhlükəsinin qarşısını almaq məqsədilə, geriyə çəkdi.

Artıq aydın idi ki, hücum qüvvələri bərpa üçün geriyə, öz daimi dislokasiya yerinə çəkilməlidir. Hücum uğurla nəticələnsə idi də, əməliyyatdan sonra sırf hücum alayı olan 123-cü h/h, yeni tutduğu mövqeləri yerli briqadaya təhvil verib, bərpa üçün öz daimi bazasına qayitmalı idi. 123-cü alayın yaradılmasının məqsədi məhz hücüm əməliyyatları keçirib, tutduğu mövqeyi yerli briqadaya aktla təhvil verib, yeni hücum əməliyyatları üçün hazırlaşmaq idi. Yeri gəlmişkən, 93-cü ildə Ağdərədən hücuma keçdiyi mövqeləri də elə həmin 123-cü alay 1992-ci ilin 30 avqust-5 sentyabr ərzində alıb, məsuliyyət zonası üzrə müdafiə üçün həmin yerli briqadaya təhvil vermişdi.
Geri çəkilmək əmri də yalnız 123-cü alaya verilmişdir. Uğursuz hücum əməliyyatından qayıdan, əldən düşmüş, yaralı və meyyitləri bellərində gətirən, 123-cü alayın döyüşçülərini görən yerli briqadanın əsgərləri müdafiə mövqelərini tərk edərək, qaçdılar. Ermənilər əks hücuma keçdilər və irəliləməkdə idilər.
Ağdam istiqamətində keçirilən hücum əməliyyatı eyni aqibətlə sona çatsa da, yerli briqada müdafiə mövqelərini tərk etmədi, düşmən həmlələrinin qarşısını aldı.
Həm Ağdamda, həm Ağdərədə hücum əməliyyatlarına rəhbərlik edən İstiqamət komandirləri siyasi rəhbərlik nümayəndələrindən gələn göstərişləri yerinə yetirərək, əməliyyatı pozan hərəkətlər etdilər. Misal kimi, Ağdam istiqamətində hücuma keçən 123-cü alayın bölmələri öz artileriyamız tərəfindən atəşə tutulmasını və buna bənzər başqa faktları gətirə bilərəm.
Hücumun uğursuz başa çatmasından sonra,hücuma keçən 123-cü alaya 2-ci Korpus geriyə qayıtmaq əmrini verdi.
Korpus rəhbəri Sürət Hüseynov hər iki İstiqamət komandirlərinin hücumu pozan fəaliyyətlərini araşdırmağa başladı. Etdikləri xəyanətin ifşa olunması ərəfəsində, Ağdərə İstiqaməti komandiri 123-cü alayın geri çəkilməsi haqqında məxfi əmrı mətbuata çapa verdi.93-cü ilin qış hücum kampaniyasının Sürət Hüseynova qarşı hazırlanmış təxribat olduğunu sübut edən məqamlardan biri budur ki, hərbi əməliyyatlar gedən zaman, senzuraya rəğmən, mərkəzi mətbuat bu əmri çap etdi. Bu hücuma bilavasitə rəhbərlik edən istiqamət komandirləri bu məğlubiyyətə baxmayaraq o zaman vəzifədə böyüdüldülər, amma nədənsə korpus komandiri Surət Hüseynov vəzifəsindən azad edildi. Nonses!!!
Bu xain fəaliyyət bu günə qədər araşdırılmayıb.Cəbhədə düşmənin əks hücumunun qarşısının alınması tədbirləri görülən zaman, hücumun uğursuzluğunun, əslində qoşunların deyil, tək 123-cü alayın geri çəkmək əmrinin doğru yaxud səhv olduğunun və sonrakı yaranmış vəziyyətin səbəblərinin araşdırılması üçün hərbi-texniki ekspertizasının keçirilməsi təyin edilməmiş, Qarabağın yolunu belə tanımayan, Bakıda əyləşmiş AXC İcraiyyə Komitəsinin sədri Fərəc Quliyev cəbhə xəttində yaranmış vəziyyətlə bağlı 9 fevral 1993-cü ildə fətvaya bənzər bəyanat verdi. Bəyanatda deyilirdi ki, Sürət Hüseynov Ağdərədən güya bütün qoşunları geri çəkərək, müdafiə xəttini boşaldıb və bununla da xəyanət edib.

Cəbhədəki onsuz da ağır vəziyyət,”xəyanət, xəyanət..!”sözlərilə tamamilə idarəolunmaz hala gəldi.

Dünya, yaranandan müharibələr edir və bu sahədə böyük təcrübələr toplanıb. Hərbi Nizamnamələr döyüş meydanlarında əsgərlərin tökülmüş qanı ilə yazılıb. Ancaq Döyüş Nizamnamələrinin heç birində siyasi partiyaların döyüş əməliyyatlarına müdaxiləsi, siyasi bəyanatlar, siyasətçilər tərəfindən günahkarların müəyyən edilməsi və s. nəzərdə tutulmayıb. Hətta Sovet Kommunist Partiyası, konstitusiyaya əsasən sovet cəmiyyətinin rəhbər qüvvəsi olduğu halda və buna baxmayaraq, 1941-1945 illərdəki müharibənin ən ağır məğlubiyyətləri dövründə heç vaxt hansısa komandanın əmrlərinə və yaxud cəbhədə yaranmış vəziyyətə münasibət bildirməmişdir.

Müharibələr praktikasında ilk növbədə əməliyyatın gedişində yaranmış arzuolunmaz vəziyyətin səbəblərinin aradan qaldırılması, cəbhədəki vəziyyətin düzəldilməsi, yəni ordu qarşısında duran, aparılan müharibənin məqsədləri ilə yalnız birbaşa bağlı vəzifələr əsas götürülür, qərarlar verilir. Bununla yalnız hərbi komandanlıq, peşəkarlar məşqul olur və ən sonda günahkarlar aşkar edilərək, cəzalandırılır. Döyüş uduzmayan komandan tarixdə olmayıb. Sürət Hüseynov cəbhə xəttindəki vəziyyəti sabitləşdirə bilərdi, lakin haqqında “xəyanətkar” bəyanatı və bu bəyanatdan sonra işə salınan köhnə DTK şaiə yayma mexanizmləri- “döyüşməyin mənası yoxdu, onsuzda torpaqlar satılıb”, “əskərlərimizi özümüzünkilər arxadan vururlar” və s. buna imkan vermədi.

Sürət Hüseynovun məhkəmə prosesində,1993-cü ildə general Nurəddin Sadıxovun rəhbərliyi ilə keçirilmiş hərbi-texniki ekspertizaların rəyinə və məhkəmə istintaq araşdırmasının gəldiyi nəticələrə əsasən, 1993-cü ilin yanvarında Ağdərə məğlubiyyəti ilə bağlı Sürət Hüseynova qarşı irəli sürülən ittiham üzərindən götürüldü.
9 fevral 1993 – cu il tarixində Fərəc Quliyev tərəfindən Azərbaycanın Milli Qəhramanı, Milli Məclisin deputatı, Baş Nazirin müavini, Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, 2 – ci ordu korpusunun komandiri Sürət Hüseynov Vətən xaini elan edildi.
Bununla əlaqədər uç məsələyə diqqət cəlb etmək istəyirəm:
1. Hələ heç bir təhqiqat, istintaq aparılmadan, Sürət Hüseynovun günahkar olub – olmaması müəyyən edilmədən, məhkəmə tərəfindən onun hərəkətlərinə hüquqi qiymət verilmədən, onu Vətən xaini elan etmək Azərbaycan Respublikasının Daxili və Azərbaycan Dövlətinin qoşulduğu və ratifikasiya etdiyi Beynalxalq Qanunların kobud pozulması deməkdir.
2. Ağdam və Ağdərə istiqamətlərində uğursuzluqla nəticələnən hücumdan əvvəl Laçın və Şuşa rayonları düşmən əlinə kecmişdi.
3. Əgər Sürət Hüseynov Vətən xaini hesab edilmişdirsə onda necə olur ki, Ağdam – Ağdərə istiqamətlərində hərbi əməliyyantlara komandanlıq etmiş, verilən tapşırıqları yerinə yetirə bilməyən həmin istiqamətlərdə müdafiəyə cavabdehlik daşıyanlara rütbələr verilmiş və onların vəzifələri boyüdülmüşdür.


(ardı var)

Oberleytenant
партизан
Сообщения: 120
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

Sürət Hüseynov

#3 Сообщение Oberleytenant » 19 фев 2013, 22:27

1992-Cİ İLIN APRELİNDƏ GƏNCƏ ŞƏHƏRİ YAXINLIĞINDA BÖYÜK FƏLAKƏTİN QARŞISI ALINIB.

1992-ci ilin aprelində nəinki Gəncə şəhəri, onlarla kənd və yaşayış məntəqəsi yox ola bilərdi.

Tərəf.info xəbər portalında 1992-ci ilin aprelində Gəncə şəhəri yaxınlıgında yerləşən Zazalı hərbi bazasında baş verən atışma və orada baş verə biləcək fəlakətin qarşısının alınması haqqında məqalə dərc edilmişdi. Həmin mövzuya bir daha qayıdırıq. Tərəf. Infonun əməkdaşı adı çəkilən bazada baş verən silahlı insidentin canlı şahidi və həmin insidentdə qardaşı şəhid olan Ayaz Qafarovla söhbət edib və bəzi açıqlamalar əldə edib.
Ayaz Qafarovun açıqlamalarını olduğu kimi sizə təqdim edirik:

“ 1992-ci ilin aprelində Gəncə yaxınlığındakı hərbi bazada keçirilən əməliyyat haqqında qısa da olsa danışmaq istərdim. Müharibənin ən ağır günlərindən idi. Mən 818 № li Gəncə ərazi müdafiə batalyonunun tərkibində, kəşfiyyat qrupunun sıravi əsgər idim.
Aprel ayı idi. Mən məzuniyyətə buraxılmışdım. Bu vaxt bizə rəhbərlik tərəfindən belə bir əmr gəldi ki, təcili Gəncə yaxınlıgındakı Zazalı hərbi bazasına gedib, bazanın qorunmasını təmin etməlisiz. Zaqafqaziya hərbi korpusundan həmin bazaya vertolyot gəlib enmişdi. O da bazadan hansısa onlara lazım olanları götürüb, yenidən geri qayıtmalıydı. Biz bunun qarşısını almalıydıq. Biz öz heyətimizlə bazaya getdik və bizə təyin olunmuş postumuzda gözləməyə başladıq. Təxminən 1 sutkaya kimi gözlədik. Sonra bizi başqa qrupla dəyişdilər, bizi hərbi polisin qrupu əvəz etdi. Mənim qardaşım Qafarov Elxan da həmin hərbi polisin qrupunun tərkibində idi. Həmin vaxt da hərbi polisin silahları kifayət qədər deyildi. Elə oldu ki, qardaşım öz silahını yoldaşına verdi, mən də müvəqqəti öz silahımı qardaşıma verdimki, sonra silahımı geri götürərəm. Aradan bir sutka kecdi. Mən komandirim Arif Cabbarovla birgə qardaşımı axtarmaga başladıq, həm silahı geri almaq üçün, həm də nəsə olacagindan narahat idim. Bazadakı bir neçə postları axtardıq, lakin qardaşımı tapmadım. Biz məcbur olduq Gəncəyə, qərargaha baş çəkmək üçün yola düşdük. Biz şəhərə tərəf gələndə gördük ki, bazaya tərəf, rus hərbi hissələrinə məxsus tanklar irəliləyirdi. Bazanın da üstündə də hərbi vertolyotlar hərlənirdi. Bizə qərargahdan dedilər ki, qardaşımgil hələ də bazadadılar. Biz yenidən bazaya qayıtdıq.Qayıdanda gördük ki, baza mühasirəyə alınıb və silah səsləri gəlir. Biz əvvəl elə başa düşdük ki, xəbərdarlıq atəşidir. Sonra gördümki, Dəliməmmədli tərəfdən bir mülki maşın gəldi, maşında gələn adam həyəcanla mənə dediki, Məmmədov Eldar agır yaralıdır, indicə onu xəstəxanaya çatdırdım. Bu vaxt komandirim Arif mənə Eldarın dalınca getməyi tapşırdı. Mən də yubanmadan maşına minərək, Eldarın yanına getdim.
Eldar mənim qardaşımın dostu idi. Eldar atışmada yaralanıb və yaralı vəziyyətdə mühasirədən çıxaraq, bazanı tərk edə bilib və bir maşına minib. Maşın da onu xəstəxanaya çatdırıb.
Mən Eldarın yanına çatanda gördümki, Eldarın sifəti qan içindədir. Qəlpədən sifəti dagılmışdı. Demək olarki gözləri görmürdü. Məni səsimdən tanıyıb, məni qucaqladı və yalvardıki, tez özünüzü çatdırın bazaya, orada şiddətli atışma gedir. Ölənlər və yaralananlar var.
Mən vaxt itirmədən tez bazaya qayıtdım, ama əvvəl içəri daxil ola bilmədim, sonra dedilərki, icəri ancaq təcili tibbi yardım maşınıyla girə bilərsiz, başqa cür girə bilməyəcəksiz, yoxsa vuracaqlar. Mən də tibbi yardım maşınıyla icəri girə bildim, həqiqətən də bazada atışma olmuşdu, ölən və yaralılar var idi. Mən qardaşım Elxanı xəbər aldım, ama mənə yalandan dedilər ki, qardaşın yaralıdır. Xəstəxanaya aparılıb. Mən xəstəxanaya yola düşdüm və çatanda gördümki, qardaşım aldığı yaradan dünyasını dəyişib.
Atışma zamanı baza tanklar və digər zirehli texnikalarla mühasirəyə alınmışdı. Həm yerdən, həm də havadan vertolyotlardan atəş açılırdı. Şiddətli atışmada qardaşım Elxan vertolyotdan atılan mərminin qəlpəsindən agır yaralanıb, lakin qazax millətindən olan bir hərbçi qardaşımı təzədən avtomatla vurub öldürmüşdü, atışmada Elfaq adında da bir yoldaşı yaralanmışdı .
Onu qeyd etmək istərdim ki, bu baza əməliyyatına Sürət Hüseynovun göstərişiylə Gəncə, Yevlax və digər batalyonların döyüşçüləri cəlb olunmuşdu. Bizim cəsur döyüşçülər əməliyyatın uğurlu alınmasında böyük fədakarlıq göstərdilər. Bazanın alınması əməliyyatına, vertolyotun heyətinin və bir polkovnikin tərksilah edilib, tutulmasına Sürət Hüseynov şəxsən rəhbərlik edirdi.
Biz bilirdik ki, rusların niyyəti hec də xoş deyildi. Onların bazadan vertolyotu çıxarmaq istəkləri qorxunc niyyətdən xəbər verirdi. Beləki, həmin vaxt ruslar Gəncədən artıq çıxırdılar. Onların niyyətləri bazadan qiymətli hərbi sursatları cıxarıb, bazanı da minalamaq yaxud da vertolyotdan vurmaq idi. Lakin onların bu mənfur niyyəti gözlərində qaldı. Onu da deməliyəm ki, həmin bazada bir partlayış olardısa, bir mərmi belə partlayardısa, bunun nəticəsi çox dəhşətli olardı. Ekspertlər hesablamışdılar ki, həmin bazadakı sursat anbarları partlayardısa, bu yarım atom bombası partlayışına bərabər olardı. Bu da Gəncənin, Goranboyun digər kənd və yaşayış məntəqələrinin məhv olması demək idi.
Beləliklə baza əməliyyatının uğurla başa çatmasında və böyük fəlakətin qarşısının alınmasında Sürət Hüseynovun fədakarlığı və xidməti danılmaz və təkzibedilməzdir.

818 №-li Gəncə ərazi müdafiə batalyonunun kəşfiyyat qrupunun sıravi əsgəri, Qarabağ veteranı Qafarov Ayaz Aydın oğlu



aziz
Новобранец
Сообщения: 18
Зарегистрирован: 19 фев 2013, 19:01
Откуда: Republic of Turkey

Поблагодарили: 9 раз

Re: Sürət Hüseynov

#4 Сообщение aziz » 20 фев 2013, 03:18

Suretin tehvil aldığı 104 Воздушно-десантная дивизия (ВДД) ve Süretin генерал-майор, Щербак Валерий Витальевич ile olan elaqelerine diqqetnen baxmaq lazımdır.Eyni mesele Rehim Qazıyev üçün de nezere alınmalıdır.

http://www.rvvdku-vi.ru/assets/images/n ... herbak.jpg" onclick="window.open(this.href);return false;

http://www.rvvdku-vi.ru/o-vuze/istoriya ... uchilishha" onclick="window.open(this.href);return false;
Последний раз редактировалось aziz 20 фев 2013, 03:21, всего редактировалось 1 раз.

Sarmatian
партизан
Сообщения: 155
Зарегистрирован: 22 мар 2012, 02:07

Благодарил (а): 279 раз
Поблагодарили: 110 раз

Re: Sürət Hüseynov

#5 Сообщение Sarmatian » 20 фев 2013, 03:21

Oberleytenant писал(а):

Лэлэмди эйй)))

Oberleytenant
партизан
Сообщения: 120
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

Sürət Hüseynov

#6 Сообщение Oberleytenant » 20 фев 2013, 03:28

Dostlar, əldə etdiyim materialları paylaşıram ki, oxuyun.

Sarmatian
партизан
Сообщения: 155
Зарегистрирован: 22 мар 2012, 02:07

Благодарил (а): 279 раз
Поблагодарили: 110 раз

Re: Sürət Hüseynov

#7 Сообщение Sarmatian » 20 фев 2013, 03:34

Oberleytenant писал(а):Dostlar, əldə etdiyim materialları paylaşıram ki, oxuyun.
Sag olun! Amma biz bu temanı etraflı müzakire etmisik.

Oberleytenant
партизан
Сообщения: 120
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

Re: Sürət Hüseynov

#8 Сообщение Oberleytenant » 20 фев 2013, 03:37

Lap gözəl. Tək sizlər ucun qoyulmur. Basqalari da var. Bilirem siz her seyi bilirsiz. Bilmeyenler ucun qoyulub.

Oberleytenant
партизан
Сообщения: 120
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

Re: Sürət Hüseynov

#9 Сообщение Oberleytenant » 20 фев 2013, 03:38

İkincidəki müzakirəyə ehtyac yoxdur, onsuzda bizimkilər normal muzakire aparmirlar onsuzda.

Sarmatian
партизан
Сообщения: 155
Зарегистрирован: 22 мар 2012, 02:07

Благодарил (а): 279 раз
Поблагодарили: 110 раз

Re: Sürət Hüseynov

#10 Сообщение Sarmatian » 20 фев 2013, 03:40

Oberleytenant писал(а):Lap gözəl. Tək sizlər ucun qoyulmur. Basqalari da var. Bilirem siz her seyi bilirsiz. Bilmeyenler ucun qoyulub.
Oberleytenant Xanim, yadima Molla Nesreddinin bir letifesi düshdü. O "bilenler bilmeyenlere desin" meselesi)))

Ответить

Вернуться в «Yaxın Tariximiz»