İSMƏT QAYIBOV KİMDİR? 1991-Cİ İL 20 NOYABR FACİƏSİ

Cox da uzaq olmayan hadisələr
Автор
Сообщение
Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

İSMƏT QAYIBOV KİMDİR? 1991-Cİ İL 20 NOYABR FACİƏSİ

#1 Сообщение Oberleytenant » 18 мар 2013, 21:37

Вложения
483960_397348633663459_300787383_n.jpg
483960_397348633663459_300787383_n.jpg (59.7 КБ) 10411 просмотров

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

İSMƏT QAYIBOV KİMDİR? 1991-Cİ İL 20 NOYABR FACİƏSİ

#2 Сообщение Oberleytenant » 18 мар 2013, 21:41

1991-ci il noyabrın 20-də Azərbaycan Respublikasının xalq deputatı, Azərbaycan Respublikası Prezidenti yanında Milli Təhlükəsizlik şurasının üzvü, Baş prokuror, 3-cü dərəcəli Dövlət Ədliyyə müşaviri İsmət İsmayıl Qayıbov öz xidməti vəzifəsini yerinə yetirərkən, Martuni rayonunun Qarakənd səmasında bir sıra digər dövlət xadimi ilə birlikdə içində olduğu “Mi-8” vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində faciəli şəkildə həlak olub. Bəs İsmət Qayıbov özü kim olub?
İsmət İsmayıl oğlu Qayıbov 1942-ci ildə Gəncə şəhərində anadan olub. O, orta təhsilini hazırda adını daşıdığı Gəncə 1 saylı orta məktəbdə alıb. Əmək fəaliyyətinə 1963-cü ildən başlayıb, Elmi tədqiqat neft maşınqayırma institutunda, Azərbaycan din İslah Əmək müəssisələri idarəsində çalışıb. İstehsalatdan ayrılmamaqla gənclər təşkilatlarında işləyib və 1967-ci ildə ADU-nin hüquq fakültəsini bitirib. 1971-ci ildə Respublika prokurorluğu orqanlarına qəbul edilib, rayon prokurorunun köməkçisi, Bakı şəhər prokurorluğunun şöbə prokuroru və şöbə rəisi, İsmayıllı rayonunda və Əli Bayramlıda şəhər prokuroru kimi çalışıbdı. 1982-ci ildə Respublika prokurorluğu aparatında şöbə rəisi vəzifəsində irəli çəkilib və 1987-ci ildən 1990-cı ilədək Sumqayıt şəhər prokuroru vəzifəsində çalışıbdır. 1990-ci ilin avqustunda isə respublikanın baş prokuroru vəzifəsinə təyin edilib.
İsmət Qayıbov yüksək ixtisaslı prokurorluq işçisi olub, prokurorluğun kollegiayasına rəhbərlik edərkən cinayətkarlıqla mübarizənin gücləndirilməsi uğrunda fəal iştirak etmiş, millətlərarası münasibətlərin gücləndirilməsi uğrunda hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi işlərində böyük xidmətləri olmuşdur. Cinayət işlərinin təhqiqatını təşkil etmək, əhalinin tapdanmış konstitusiya hüquq və azadlığını bərpa etmək məqsədiylə, o tez tez Dağlıq Qarabağa və sərhədyanı rayonlara gedirdi. İ. Qayıbov tabeliyində olan işçilərinin sayıq, vətənpərvərlik və yüksək məsuliyyət ruhlu olmalarında böyük fədakarlıq göstərirdi. Vicdanlı əməyinə və xidməti vəzifəsini nümunəvi şəkildə yerinə yetirdiyinə görə Dövlət mükafatına layıq görülmüşdür.
Azərbaycan Respublikasının ilk Baş prokuroru olan İsmət Qayıbov 1991-ci il noyabr ayının 20-də Qarabağda Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ağdam rayonunun Mərzili kəndi ərazisində bir sıra digər dövlət xadimlərilə birlikdə içində olduğu “Mi-8” vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid oldu. Qısaca da olsa yaxın keçmişimizə, 20 noyabr 1991ci ilə qayıdaq.
“20 noyabr 1991-ci il.... Həmin gün respublikamızı acı bir xəbər sarsıtdı. Hərbi vertolyot qəzaya uğrarıb, şəxsi heyətin və sərnişinlərin hamısı Dövlət katibi T. İsmayılov, Baş prokuror İ. Qayıbov, dövlət müşaviri M. Əsədov, baş nazirin müavini Z. Hacıyev, deputatlar V. Məmmədov və V. Cəfərov, nazir müavini Q. Namazəliyev , Prezident Aparatında şöbə müdiri O. Mirzəyev , dövlət katibinin köməkçisi R. Məmmədov , telejurnalist A. Mustafayev, operator F. Şahbazov, işıqçı A. Hüseynzadə, DQMV prokuroru İ. Plavski, generallar R. Jinkin və V. Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi S. İvanov, Rusiya və Qazaxıstan müşahidəciləri M. Lukaşov, V. Koçerov, S. Serikov və heyət üzvləri V. Kotov, G. Domov, D. Yarovenko həlak olublar. Hamı eşitdiyi acı xəbərin sarsıdıcı təsiri altında oldugu bir vaxtda, hər kəsin əsəblərini biraz da gərginləşdirən daha bir xəbər: “Hərbi vertolyot dumanda dağa dəyib.” Halbuki qəza baş verən yerdə nə dağ var, nə də qayalıq...Noyabrın 20-də həmin ərazinin nə dağında, nə aranında duman-çən olmayıb. Ağdam təyyarə vağzalının rəisi M. Məmmədov o vaxt müxbirlərlə söhbətində deyib:
-Noyabrın 20-də iki təyyarə qəbul etmişik. Deməli, havanın uçuş üçün əlverişsiz olması fikri tamamilə əsassızdır.
Ağdamın Mərzilli kəndi, Martuni rayonundakı Qarakənd kəndi ilə qonşuluqda yerləşir. Həmin gün “Bir May ” kolxozunun çobanı Şəfa Babayev burada qoyun otarırmış. O, qəzanın necə baş verdiyini görən, bəlkə də yeganə şahiddir.
-Günortaüstüydü. Bir vertolyot Ağdamdan Martuni tərəfə uçurdu. Qəfildən güllə səsi eşitdim. İkinci güllədən sonra vertolyotun səsi dəyişdi, az sonra isə dəhşətli gurultu qopdu. Ara sıra güllə atılırdı.Çox kecmədən göyə qalxan alov dilləri göründü. Axırıncı güllə səsindən az sonra hadisə yerinin lap yaxınlığında bir maşın peyda oldu. O yerlərə yaxşı bələdəm. Vertolyot partlayan yerdən Qarakəndə torpaq yol uzanır. Yük maşını həmin yolla sürətlə kəndə tərəf gedirdi.
Hadisə olan yerdə nə hündür dağlar var, nə də sıldırım qayalar. Adicə təpəlikdir. Daha bir cəhət: hadisə əvvəllər deyildiyi kimi 16-30-da deyil, günorta radələrində baş verib. Respublika prokurorluğu xüsusi istintaq qrupunun rəyi belədir.
Bir neçə gün idi ki, Martuni rayonunun Xocavənd kəndi erməni quldurları tərəfindən dağıdılmış, əhali kənddən qaçmaga məcbur olmuşdur. Azərbaycan Respublikasının dövlət katibi T. İsmayılov, dövlət müşaviri M. Əsədov, Prezident Aparatının şöbə müdiri O. Mirzəyev, jurnalist A. Mustafayev, deputatlar B. Məmmədov, B. Cəfərov və başqa rəsmi şəxslər də elə həmin gün, yəni noyabrın 20-də Bakıdan Ağdama gəlib, qaçqınlarla görüşüb, vəziyyətlə daha yaxından tanış olmaq məqsədilə Xocavəndə getməyi qərara alıblar. Fövqəladə vəziyyət rayonunun komendantı N. Jinkin, vilayət prokuroru İ. Plavski, DQMV Daxili İşlər İdarəsinin rəisi V. Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi S. İvanov da elə bu məqsədlə Stepanakertdən (Xankəndi) Ağdama gəliblər. Baş prokuror İ. Qayıbov, nazir müavini Q. Namazəliyev isə artıq bir necə gün idi ki, Ağdamda idilər. Beləliklə, “Necə olub ki, bu qədər məsul adam eyni vaxtda, eyni vertolyotda olub?” Respublikanın və fövqəladə vəziyyət rayonunun məsul işçiləri, Rusiyanın və Qazaxıstanın müşahidəcilər qrupunun üzvləri Xocavəndə getmək, dağılmış, yandırılmış evləri öz gözləriylə görmək, müvafiq tədbirlər müəyyənləşdirmək istəyirdilər.
Ağdam rayonu icra hakimiyyətinin başçısı, hərbi vertolyotun partlaması səbəblərini təhqiq edən dövlət komissiyasının üzvü S. Verdiyevin dediklərindən:
-Qəzadan təxminən yarım saat əvvəl bir yerdə idik. Operativ müşavirə keçirtdik. T. İsmayılov Qaradağlı, Umudlu, Sırxavənd kəndlərinə də getmək istəyirdi. O, fövqəladə vəziyyət rayonunun komendantlığından regionda tezliklə qayda-qanun yaradılmasını, vilayətin quldur dəstələrindən təmizlənməsini tələb edirdi.
Respublika prokurorluğu istintaq idarəsi rəisinin müavini A. Ağayevin rəhbərlik etdiyi xüsusi istintaq qrupu artıq bəzi məsələləri aydınlaşdırmışdılar.
-Vertolyotda güllə yerlərinin olması şəksizdir, - deyə Ağayev məlumat verir.- Hələlik istintaq gedir. Hər şey diqqətlə araşdırılır. Xəbər verildiyi kimi, hərbi qulluqçuların və hüquq mühafizə orqanları əməkdaşlarının üstündə 12 tapança olmuşdur. Qəzadan iki gün sonra onlardan 4-ü tapılmışdır.
Müşahidələrimizə aydınlıq gətirə biləcək daha bir məsələ budur ki, erməni quldurlarının vertolyota atəş açmaları birinci dəfə deyil. Hərbi vertolyota isə, bəlkədə ilk hücumdur. Bəlkə də, onlar hərbi vertolyotda kimlərin getdiyini bilirdilər? Araşdırılmalı, aydınlaşdırılmalı çox məsələ var. Yeri gəlmişkən deyək ki, “qara qutu”nun hansı əllərdə olması hələ də naməlumdur.
SSRİ xalq deputatı Qalina Staravoytova həmişəki kimi yenə də uydurdu: Vertolyot ağaca toxunub. Ermənistan Daxili İşlər naziri Aşot Manuçaryan isə necə deyərlər, “kəndirini itirdi”: Siz özünüz də dediniz ki, vertolyot dumana düşüb, dağa dəyib.
Martuni rayonunun Qarakənd kəndi yaxınlığında partladılmış hərbi vertolyotun “qara qutu”su əvvəlcə Gəncəyə, oradan da Moskvaya aparılıb. Məsələ burasındadır ki, Gəncədə onu “danışdırmaq” mümkün olmayıb. Mütəxəssislər bunu qara qutunun güclü deformasiyaya uğraması ilə izah etdilər.
Ona görə də “qara qutu” Moskvaya aparıldı. Ancaq aparıldı.
Qəzanın baş verməsini araşdırmaq üçün Xankəndində yerləşən rus hərbi qarnizonunun hərbi prokuroru, polkovniki İ.Lazukitin 248-ci maddə ilə (RF CM) (Uçuşunun düzgün idarə olunması və insan təlafatı") cinayyət işİ açdı. Polkovnik İ.Lazutkin ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən heç nə anlamaq olmur. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı guya "..ermənilər göstərib..." Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh edirdi. Helikopterin "qara qutusu"nu da əlinə keçirən polkovnik oldu. Ona toxunmaq qadağan edildi bele bir məlumatda yaydıki "qara qutu" "istidən" və yanğından", "partlayışdan" (onun sozləridi)... sıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssislər yaxına buraxılmadı. Halbuki "qara qutu" Gəncədəki avia təmiri zavodunda aşkarlana bilərdi. Lakin prokuror İ.Lazutkin öz yalanlarına davam edirdi. Onun əzilməsi və sıradan çıxması üçün 3.800 dərəcə istilik lazım idi. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün helikopterdəki qara qutunu Rusiyaya göndərdilər. Ancaq sözügedən qara qutudan indinin özündə də heç bir səs-soraq yoxdur. Bütün bunları əlində əsas tutan erməni tərəfi, vertolyotun vurulduğunu yox, qəzaya uğradığını iddia etməkdədir”.
Buda bizim 1991-ci ilin o dəhşətli günlərinə qısa baxışımız.
20 ildən artıq müddət kecsədə bu günə qədər də bu faciəli hadisənin bir çox məqamları qaranlıq qaldı. Hadisənin baş vermə səbəbləri ictimaiyətə tam olaraq çatdırılmadı. Allah səbrimizi versin.

Allah bu hadisənin qurbanlarına rəhmət eləsin.

GÜNEL MƏMMƏDOVA
Вложения
qarakend.jpg
qarakend.jpg (22.63 КБ) 10410 просмотров

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

İSMƏT QAYIBOV KİMDİR? 1991-Cİ İL 20 NOYABR FACİƏSİ

#3 Сообщение Oberleytenant » 18 мар 2013, 21:51

İsmət Qayıbovun geyim paqonları
Вложения
DSCF2788.JPG
DSCF2788.JPG (168.4 КБ) 10406 просмотров

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

İSMƏT QAYIBOV KİMDİR? 1991-Cİ İL 20 NOYABR FACİƏSİ

#4 Сообщение Oberleytenant » 18 мар 2013, 21:52

İsmət Qayıbovun Gəncədəki yaşadığı ev
Вложения
DSCF2797.JPG
DSCF2797.JPG (175.4 КБ) 10406 просмотров

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

İSMƏT QAYIBOV KİMDİR? 1991-Cİ İL 20 NOYABR FACİƏSİ

#5 Сообщение Oberleytenant » 18 мар 2013, 22:00

Son vaxtlar İsmət Qayıbovun haqqında tükürpədici şayiələr çıxıb. Beləki bəzi qeyri rəsmi mənbələr İsmət Qayıbovun sağ olduğunu və Ermənistanda həbsxanada olduğunu bildirir. Hətta Gürcüstanda yaşayan bir soydaşımıza orda bir erməni demişdir ki, "Sizin İsmət Qayıbov Ermənistanda həbsxanadadır."
Bu xəbər hələ ki, rəsmən təsdiqlənməyib. Bunun doğru ya yalan olduğunu isə zaman göstərəcək.
Вложения
İsmət Qayıbov ...jpg
İsmət Qayıbov ...jpg (7.13 КБ) 10403 просмотра

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

İSMƏT QAYIBOV KİMDİR? 1991-Cİ İL 20 NOYABR FACİƏSİ

#6 Сообщение Oberleytenant » 18 мар 2013, 22:10

Deyilənə görə 20 noyabr hadisəsi zamanı ermənilər Qayıbovu ogurlamış və sonra vertolyotu partlatmışlar.
Вложения
487551_409503085810833_91253815_n.jpg
487551_409503085810833_91253815_n.jpg (9.31 КБ) 10398 просмотров

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

İSMƏT QAYIBOV KİMDİR? 1991-Cİ İL 20 NOYABR FACİƏSİ

#7 Сообщение Oberleytenant » 18 мар 2013, 22:12

DOSTLAR, BU ŞAYİƏYƏ İNANİRSİZ? SİZCƏ QAYIBOV HƏQİQƏTƏNDƏMİ SAĞDIR?

Sarmatian
партизан
Сообщения: 146
Зарегистрирован: 22 мар 2012, 02:07

Благодарил (а): 273 раза
Поблагодарили: 110 раз

Re: İSMƏT QAYIBOV KİMDİR? 1991-Cİ İL 20 NOYABR FACİƏSİ

#8 Сообщение Sarmatian » 19 мар 2013, 03:20

Oberleytenant писал(а):İsmət Qayıbovun Gəncədəki yaşadığı ev
Bura hansi kücedi?

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

Re: İSMƏT QAYIBOV KİMDİR? 1991-Cİ İL 20 NOYABR FACİƏSİ

#9 Сообщение Oberleytenant » 19 мар 2013, 16:39

Bu ev elə İsmət Qayıbov kücəsindədir. 1 nomrəli məktəblə üzbəüz

Oberleytenant
партизан
Сообщения: 119
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

İSMƏT QAYIBOV KİMDİR? 1991-Cİ İL 20 NOYABR FACİƏSİ

#10 Сообщение Oberleytenant » 19 мар 2013, 16:46

İsmət Qayıbovun təhsil aldığı Gəncə 1 nömrəli orta məktəb
Вложения
DSCF2792.JPG
DSCF2792.JPG (215.25 КБ) 10180 просмотров

Ответить

Вернуться в «Yaxın Tariximiz»