Səfəvilər

Eşitdiyimiz və öyrəndiyimiz
Автор
Сообщение
shahkulu
партизан
Сообщения: 106
Зарегистрирован: 18 окт 2013, 20:49

Благодарил (а): 3 раза
Поблагодарили: 7 раз

Səfəvilər

#1 Сообщение shahkulu » 19 окт 2013, 21:19

Səfəvi dövlətini və Səfəvi sülaləsini müzakirə edək

Tarixşünaslıqda Səfəvi sülaləsi haqqında bir sıra ziddiyətli konsepsiyalar var və bunları qısa şəkildə burada qeyd edəcəm və forum üzvlərindən tarixçilərə və tarixlə maraqlananlara təklif edərdim müzakirə aparaq

Səfəvilər haqqında tarix elmində olan fikirlər bunlardır :

1) Səfəvilərin türk Azərbaycan mənşəli olması

2) Səfəvilərin kürd mənşəli olması

3) Səfəvilərin ərəb mənşəli olması

Одиссей
партизан
Сообщения: 3780
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 558 раз

Re: Səfəvilər

#2 Сообщение Одиссей » 21 окт 2013, 01:22

shahkulu писал(а):Səfəvi dövlətini və Səfəvi sülaləsini müzakirə edək

Tarixşünaslıqda Səfəvi sülaləsi haqqında bir sıra ziddiyətli konsepsiyalar var və bunları qısa şəkildə burada qeyd edəcəm və forum üzvlərindən tarixçilərə və tarixlə maraqlananlara təklif edərdim müzakirə aparaq

Səfəvilər haqqında tarix elmində olan fikirlər bunlardır :

1) Səfəvilərin türk Azərbaycan mənşəli olması

2) Səfəvilərin kürd mənşəli olması

3) Səfəvilərin ərəb mənşəli olması
Onların ərəb mənşəli olması özlərini seyyid adlandırmalarından irəli gəlir. Kürd könüllü surətdə o qədər türk bəyini başına yığa bilməzdi.
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

shahkulu
партизан
Сообщения: 106
Зарегистрирован: 18 окт 2013, 20:49

Благодарил (а): 3 раза
Поблагодарили: 7 раз

Re: Səfəvilər

#3 Сообщение shahkulu » 21 окт 2013, 18:26

Одиссей,
Onların ərəb mənşəli olması özlərini seyyid adlandırmalarından irəli gəlir.
Ona qalsa onda belə çıxır ki bütün seyidlər ərəbdir???Belədə ki,Azərbaycanın titul xalqı-yəni türk adlanan əhalinin yalnız 15-20%-i həqiqi türk tayfalarının(qıpçaqların,xəzərlərin,hunların,oğuzların) törəmələri olarlar...qalanları hamısı assimilə olunmuş yerli əhalinin törəməsidir-belə çıxır onda Azərbaycan əhalisinin ancaq 15-20%-i özünü türk adlandırsın qalanları yox??
Kürd könüllü surətdə o qədər türk bəyini başına yığa bilməzdi.
Tam razıyam..Amma bu iddianı edənlər əsas da Kəsrəvi öz fikirlərini belə əsaslandırırlar ki guya o vaxt Səfəvilər öz həqiqi kimliklərini gizlədiblər və özlərini türk kimi qələmə veriblər sonradan da türkləşiblər...

Səfəvilərin kürd olması iddiası Səfəvilərin kökəni barədə 14-cü əsrdə yazıya alınan və 16-cı əsrdə Təhmasibin dövründə üzü çıxarılan İbn Bazzazın Səffat us Səfa adlı traktatındakı bir nüsxədə Şeyx Səfinin 11-ci ulu babası Firuzşah Zərrinkülahın əl Kurdi əl Səncani adlanması olub....Digər nüsxələrin heç birində bu yoxdur..Həmçinin Səffat us Səfanın türkcəyə tərcüməsi sayılan Şeyx Səfi təzkirəsində də bu yoxdur....Böyük bir ehtimal ki əl Kurdi əl Səncani məhz Şeyx Səfinin ustadı olan Zahid Gilaninin ləqəbi olub və nüsxənin üzünü köçürən səhv köçürüb...Həm də Səffat as Safada və digər mənbələrin hamısında bir mənalı olaraq Şeyx Səfi türk adlanır.."türk piri" "türk gənci"....

Səfəvilərin kürd olmasına dair ikinci "dəlil" Şeyx Səfinin tat dilində yazdığı bir neçə rübaisidir..lakin bu dəlil də kürd tərəfdarlarının karına gəlmir..Çünkü əvvəla tat dili dedikləri Azərbaycanın qədim dili olan azəri dilidir-indiki talışların dilinə yaxındır(buradan da talış dostlarımız bir iddia da irəli sürürlər ki bəs akazıvaetsya Səfəvilər talışdır)...Lakin bütün bu iddiaları edənlər unudur ki,Şeyx Səfinin əsas yaradıcılığı məhz türk dilindədir-Şeyx Səfi anadilli yaradıcılığımızın banisi saymaq olar...Bu yaxın dövrə kimi itmiş hesab olunan şeyx Səfinin iri həcmli nəsr əsəri sayılan "Qara məcmuə" Tehranda tapılmış və nəşr olunmuşdur :

həmin məcmuədən hissələri və türkcə yazdığı şeiri təqdim edirəm :

"Pəs imdi anın kim könüldən хəbəri оlmaya, qamışı şəkərdən ayırmış оla, mən ana nə dеyim? Оl nə anlaya? Zira öyüdü əhlünə dеmək gərəkdir. ''Dürrü sədəfdə, nafеyi ahuda görün'' – dеmişlər. Pəs imdi nadana mərifəti – Allah dеmək şоra zəminə tохum əkmək kimidir… Ilahi, nеylərəm оl sirri kim, əsrarı yох; nеylərəm оl ruhi kim, ənvarı yох; nеylərəm оl dərdi kim, dərdü еşqi yох…''

Qоydi ğəm ləşkəri yüz könlümə hamun-hamun,
Qara bеydəqlu ələmlər uci gülgun-gülgun.
Ürəgimdən kinə оd qanadı duzəх-duzəх,
Cigərimdən kinə qan qaynadı Cеyhun-Cеyhun.
Çağururdum qati avazilə Lеyli-Lеyli,
Dağ səs vеrdi cavabımda ki, Məcnun-Məcnun.
Bu nə viranə könüldür, Səfi, еy vah, еy vah,
Sərvlər var idi bu bağidə mövzun-mövzun

Одиссей
партизан
Сообщения: 3780
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 558 раз

Re: Səfəvilər

#4 Сообщение Одиссей » 21 окт 2013, 19:44

Aydın məsələdir ki, seyyidlər lap yalançı olmayıb, ərəb olsalar da, min ilin ərzində çoxdan assimilə olunublar.
Şah İsmayılın öz mənşəyini gizlədə bilməi çox fantastik versiyadır ona görə ki, onlara həmişə lupa altında baxıblar. Onun nənəsi Uzun Həsən Bayandurlunun qızı olması adi bir məktəbliyə də aydın olduğu halda, niyə atasının mənşəyi gizli qala bilər? Türk bəyləri o vaxtı öz nəsillərini heç olmasa Xarəzmşahların, Samanilərin vaxtındakı babalarından tanıyirdılar. Bu köçəri cəmiyyətinin əsas prinsiplərindən biri idi. Nə oldu, onlar bir "samozvanetsin" arxasına duşdülər, əgər o lap hormətli din qazisi də olsa?
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Одиссей
партизан
Сообщения: 3780
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 558 раз

Re: Səfəvilər

#5 Сообщение Одиссей » 21 окт 2013, 19:53

Bəs maraqlıdır, Uzun Həsən qızını kimə vermişdi? Əslini gizlədənə, türk əsilzadəsinə, və yaxud kürd əsilzadəsinə? Birinci variant absurddur. Qalan iki variant mümkündür, amma onda gərək bü haqda eynimənalı sənədlər olaydı. Özü də, Səfəvilərə tabe olmayan Osmsnlı ərazisində. Bunu da onların düşmənləri osmanlı sultanları gərək dünyaya car çəkəydilər. Onların bir-birinə həqarət və söyüş dolu məktubları tarixçilərin ixtiyarındadır. Amma bu fürsəti osmanlılar nədənsə istifadə etməyiblər.
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

shahkulu
партизан
Сообщения: 106
Зарегистрирован: 18 окт 2013, 20:49

Благодарил (а): 3 раза
Поблагодарили: 7 раз

Re: Səfəvilər

#6 Сообщение shahkulu » 21 окт 2013, 19:55

:clap: :clap:

shahkulu
партизан
Сообщения: 106
Зарегистрирован: 18 окт 2013, 20:49

Благодарил (а): 3 раза
Поблагодарили: 7 раз

Re: Səfəvilər

#7 Сообщение shahkulu » 21 окт 2013, 20:11

Səfəvilərin türklüyünü sübut edən daha doğrusu şübhə yeri qoymayan daha bir dəlil elə qızılbaş ideologiyası və qızılbaş tayfalarının kimliyi olub...Məlumdur ki 12-13-cü əsrlərə kimi İslam-məhz təqdim olunduğu formada-yəni Peyğəmbərin dövründəki mahiyyətindən uzaqlaşmıq və ərəbləşmiş islamı qəbul etmirdilər..12-ci əsrdə Seyid Əhməd Yəsəvinin Yəsəviyyə təlimi Orta Asiya türkləri arasında geniş yayıldı..Bu İslamı ərəb mentaliteti əsasında yox-özünün ilkin mahiyyəti ilə qəbul etməklə səciyyələnirdi..İslamın haram buyurmadığı türk adət ənənələri ilə türk kimi qəbul etmək oldu.Yəni İslamda türk təsəvvürü türk kimliyi adət ənənəsi özünə yer açdı.Beləliklə Türk İslamı meydana çıxdı..Anadoluda da bu İslamı təmsil edənlər Hacı Bektaşi Vəlilər,Yunus Əmrələr,Pir Sultanlar,Karaca Ahmetlər oldu.15-16-cı əsrlərdə Anadolu-türkmənləri arasında ələvi-bektaşi təriqətləri geniş yayılmışdı və Şah İsmayılın da əsas gücünü onlar təşkil edirdilər..Onlar hamısı bir yerdə Qızılbaş adlanırdılar..Bunlar indi də Anadoluda və İranda öz varlıqlarını sürdürməkdə davam edirlər...İndiyə kimi də Xətayini onlar özlərinə pir bilir və öz ibadətlərində şah xətayinin adını hörmətlə anır onun deyişlərinin avazı altında səmah dönürlər..Qızılbaşlıq-və Şah Xətayinin özünün təriqəti məhz ortodoksal İran Şiəliyindən daha çox Anadolu Ələvi-Bektaşiliyinə daha yaxındır :

Şah Xətayim aydır,Pir dərgahına
Hünkar Hacı Bektaş nəzərgahına
Dəli könül qul ol düş dərgahına
Ər olayım dersən,Ər ilə görüş!

Одиссей
партизан
Сообщения: 3780
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 558 раз

Re: Səfəvilər

#8 Сообщение Одиссей » 21 окт 2013, 20:25

shahkulu писал(а):Səfəvilərin türklüyünü sübut edən daha doğrusu şübhə yeri qoymayan daha bir dəlil elə qızılbaş ideologiyası və qızılbaş tayfalarının kimliyi olub...Məlumdur ki 12-13-cü əsrlərə kimi İslam-məhz təqdim olunduğu formada-yəni Peyğəmbərin dövründəki mahiyyətindən uzaqlaşmıq və ərəbləşmiş islamı qəbul etmirdilər..12-ci əsrdə Seyid Əhməd Yəsəvinin Yəsəviyyə təlimi Orta Asiya türkləri arasında geniş yayıldı..Bu İslamı ərəb mentaliteti əsasında yox-özünün ilkin mahiyyəti ilə qəbul etməklə səciyyələnirdi..İslamın haram buyurmadığı türk adət ənənələri ilə türk kimi qəbul etmək oldu.Yəni İslamda türk təsəvvürü türk kimliyi adət ənənəsi özünə yer açdı.Beləliklə Türk İslamı meydana çıxdı..Anadoluda da bu İslamı təmsil edənlər Hacı Bektaşi Vəlilər,Yunus Əmrələr,Pir Sultanlar,Karaca Ahmetlər oldu.15-16-cı əsrlərdə Anadolu-türkmənləri arasında ələvi-bektaşi təriqətləri geniş yayılmışdı və Şah İsmayılın da əsas gücünü onlar təşkil edirdilər..Onlar hamısı bir yerdə Qızılbaş adlanırdılar..Bunlar indi də Anadoluda və İranda öz varlıqlarını sürdürməkdə davam edirlər...İndiyə kimi də Xətayini onlar özlərinə pir bilir və öz ibadətlərində şah xətayinin adını hörmətlə anır onun deyişlərinin avazı altında səmah dönürlər..Qızılbaşlıq-və Şah Xətayinin özünün təriqəti məhz ortodoksal İran Şiəliyindən daha çox Anadolu Ələvi-Bektaşiliyinə daha yaxındır :

Şah Xətayim aydır,Pir dərgahına
Hünkar Hacı Bektaş nəzərgahına
Dəli könül qul ol düş dərgahına
Ər olayım dersən,Ər ilə görüş!
Maraqlsı odur ki, İsmayılın babası Şeyx Səfiəddin və onun Ustadı türkmən mənşəli Şeyx Zahid Gilani sünnu məhzəbində idilər. Necə oldu ki, Səfiəddinin oğlu Heydər şiə məhzəbinə keçdi və onu Şirvanda yaymaq fikrinə düşdü?
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

shahkulu
партизан
Сообщения: 106
Зарегистрирован: 18 окт 2013, 20:49

Благодарил (а): 3 раза
Поблагодарили: 7 раз

Re: Səfəvilər

#9 Сообщение shahkulu » 21 окт 2013, 20:30

Одиссей писал(а):

Şeyx Zahidin türkmən mənşəli olub olmaması mənə məlum deyil-amma nə o nə də Səfi heç biri sünni olmayıblar...Səfəvilər lap qədimdən şiə əqidəsi əsasında qurulmuşdur..

shahkulu
партизан
Сообщения: 106
Зарегистрирован: 18 окт 2013, 20:49

Благодарил (а): 3 раза
Поблагодарили: 7 раз

Re: Səfəvilər

#10 Сообщение shahkulu » 21 окт 2013, 20:32

Şeyx Səfi Ərdəbil xanədanının 14-17-ci əsrlər arasında Anadoludakı müridlərinə təriqətlərə xəlifələr göndərməsi buyruqlar verməsi məlumdur...o buyruqların mətni indiyərək gəlib çatıb-Şeyx Səfi buyruğu və İmam Cəfər buyruğu adlanır..Orada təriqətin bütün əsasları hökmləri vəs.verilir..və ancaq şiə əqidəsini əks etdirir

Ответить

Вернуться в «Uzaq Tarix»