Hərbi portal

Ya Qarabağ, Ya ölüm
Текущее время: 22 янв 2019, 11:09

Часовой пояс: UTC+05:00




Начать новую тему  Ответить на тему  [ 1 сообщение ] 
Автор Сообщение
 Заголовок сообщения: ƏSGƏRAN SAVAŞININ QƏHRAMAN GENERALI
СообщениеДобавлено: 25 ноя 2014, 05:33 
Не в сети
ополченец

Зарегистрирован: 03 сен 2013, 03:38
Сообщения: 96
"Bolşeviklər tərəfindən güllələnən generalı Həbib bəy Səlimov ölkəsinin suverenliyi uğrunda vuruşub

Yüz il boyunca Azərbaycan türklərinə "sən heç nə bacarmırsan", "sərkərdə yetişdirməmisən", "heç nəyə yaramırsan", "milli şüurun inkişaf etməyib" kimi qara fikirlər nə qədər çox təbliğ olunsa da, millətin yararsızlığını sübut etmək üçün bədxahlar nə qədər dəridən-qabıqdan çıxsalar da, tarix və həqiqət tam ayrı faktları sadalayır.
Həmin faktı ki, Azərbaycan türklərinin savadlanma yollarına nə qədər süni maneələr yaradılsa da, cəhalət İslamı ilə insanların əli-qolu bağlansa da, kiçik bir fürsət onun yenidən özünü təsdiq etməyə kifayət edib. Bu genetikanın təsiri idi ki, cəhalət və işğal altında olan Azərbaycan türkləri İslam şərqində ilk demokratik Cümhuriyyəti qura biliblər.
Fəxr və qürur yerimiz olan Cümhuriyyət Azərbaycan aydınları ilə yanaşı həm də Azərbaycan türk generallarının əsəridir. Bu yazı da həmin müəlliflərdən biri və ömrünü Azərbaycana həsr edən general Həbib bəy Səlimova ithafdır.
General Səlimov 1881-ci il fevralın 8-də İrəvanda anadan olub. Generalın ADR dövrünə qədər olan hərbi fəaliyyəti Rusiya Dövlət Hərbi Tarix arxivində saxlanılır. Atası Yusif bəy İrəvan quberniyasında məhkəmə iclasçısı vəzifəsində işləyib.
Həbib bəy ilk təhsilini İrəvanda Müəllimlər Seminariyasında alıb. Daha sonra isə təhsilini İrəvan gimnaziyasında davam etdirir. 1900-cü ilin avqustunda o, çar Rusiyasında orduya könüllü gələrək Yelizavetpol süvari alayında xidmət etməyə başlayır. Burada unter-zabit rütbəsi alır. Tiflisdə süvari məktəbini bitirir. Buradan Üçüncü Qafqaz atıcı batalyonuna xidmətə göndərilir. Batalyonda ona podporuçik rütbəsi verilir. Göstərdiyi yüksək hərbi xidmətə görə həmin ilin sentyabrında komandanlıq tərəfindən "Müqəddəs Vladimir" ordeni ilə təltif olunur. Hərbçilərin dediyinə görə, sülh dövründə gənc zabitin belə bir ordenlə təltif olunması nadir hadisə idi.
O dövrün arxivlərində göstərilir ki, 1906-cı ilin iyulundan ilin sonunadək Şuşada ezamiyyətdə olan Həbib bəy Səlimov öz atıcı batalyonu ilə əhalini daşnakların qırğınından qoruyub.
1912-ci ilin avqustunda ona kapitan rütbəsi verilir. Həbib bəy eyni zamanda Petroqradda (indiki Peterburq) Baş Qərargahın Nikolayev Hərbi Akademiyasını bitirir.
1918-ci ilin avqustunda Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın əmri ilə Azərbaycan korpusu yenidən qurulmağa başlayanda hərbi bacarığına görə Həbib bəy korpusun qərargah rəisi təyin edilir. Azərbaycanda cümhuriyyət elan olunduqdan sonra vaxtı ilə çar ordusunda xidmət etmiş bir sıra azərbaycanlı zabitlər kimi Həbib bəy öz vətənində ordu quruculuğunda yaxında iştirak etməyə başlayır.
1918-ci il iyunun 26-da Azərbaycan Milli Ordusu yaranan gün Həbib bəy Hərb Nazirliyinin baş qərargah və dəftərxana rəisi təyin olunur.
1919-cu ilin fevralın 26-da isə hərb naziri Səməd bəy Mehmandarovun 31 saylı əmri ilə polkovnik Həbib bəy Səlimova general rütbəsi verilir.
Həbib bəy Səlimov hərb tarixinə həm də "Əsgəran savaşının qəhrəmanı" kimi düşüb. Əhvalat belə olub. Şəmistan bəyin yazdığına görə, 1920-ci il martın 22-də - Novruz bayramı günü daşnaklar Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmaq üçün Əsgəran keçidini kəsiblər. Qiyamçılar top və pulemyotlarla silahlanıbmış. Onlara Yerevandan gələn general Dro Kanayan komandanlıq edirmiş.
Müdafiə naziri Səməd bəy Mehmandarovun əmri ilə Əsgəran cəbhəsinə güclü qüvvə ayrılır, 20 minədək əsgər və zabit göndərilir. Aprelin 3-də Həbib bəy Səlimovun komandanlığı ilə ölüm-dirim savaşı başlayır... Döyüş 12 gün davam edir, qarşı tərəf darmadağın edilir və sonda Cümhuriyyət Ordusu Şuşaya və Xankəndinə daxil olur. Qarabağ dağlarında Azərbaycan bayrağı qaldırılır. Hərbi nazir Səməd Mehmandarov cəbhəyə gəlir və əsgərləri bu sözlərlə təbrik edir: "Qəhrəman əsgərlər! Mən şəxsən Almaniya cəbhəsində bir çox döyüşlərdə olmuşam. Fəqət sizin qədər qəhrəman əsgərlərə az-az təsadüf etmişəm... Siz canınızla gənc Azərbaycan ordusunun namusunu qorudunuz!".
Həbib bəy Səlimovun 1918-20-ci illərdə hərbi fəaliyyətinin xəritəsi, həmçinin o dövrün tarixi sənədləri sübut edir ki, general bütün hərbi bacarığı ilə Azərbaycanın suverenliyi uğrunda vuruşub. 1918-ci il avqust ayında təxribatçı polkovnik İlyuşenko Lənkəranda qondarma "Muğan respublikası"nı elan edir. "1919-cu ilin iyulunda general Həbib bəy Səlimovun komandanlıq etdiyi briqada Muğanda və Lənkəranda Azərbaycan milli hakimiyyətini tanımaq istəməyən malakan və rus-erməni silahlı qüvvələrini darmadağın edir. Düşməndən qənimət kimi götürdüyü 1 təyyarəni, 24 topu və 60 pulemyotu Azərbaycan ordusunun istifadəsinə verir. Muğan və Lənkəranı ana yurdu Azərbaycana qaytaran Həbib bəy buraya qısa müddətə vali təyin edilir" (Şəmistan Nəzirli "1920-ci ildə Qarabağ döyüşləri").
1918-ci ildə Nuru paşanın komandanlığı ilə Azərbaycana gələn türk ordusu ilə hərbi əməkdaşlıqda Həbib bəy Səlimov böyük rol oynayır. O, türk ordusu ilə birgə daşnaklara qarşı döyüşlərdə bütün Qafqazda ad-san qazanır. Həmin döyüşlərdə onun başçılıq etdiyi briqada Nəvai və Ağbulaq stansiyalarının, Ələt və Bakı-Gəncə yolunun ermənilərdən azad edilməsində mislsiz rol oynayır.
Azərbaycan Milli Ordusunda 1919-cu ildə hökm sürən maddi çətinliklərdən ən çox narahat olan Həbib bəy hökumətə bu tarixi məktubu ünvanlayır: "Demək olar ki, bütün əsgərlər Azərbaycan əyalətlərində yerli əhalinin hesabına dolanır, yarıac, yarıtox həyat sürürlər. Hətta böyük və varlı şəhər olan Bakıda da əsgərlər yemək tapmırlar. Nə alayın, nə də korpusların anbarları yoxdur. Əsgərlərə həmişə "un şorbası" yedirtmək olmaz ki?" Onuncu alayın çox əsgəri çəkməsiz və corabsızdır. Ordunu yeməksiz, paltarsız, atsız, təchizatsız yaratmaq olmaz. Yarıac, paltarsız əsgər əlbəttə ki, evə qaçmaq istəyəcək. Ona görə də özümə borc bilərək aşağıdakı təkliflərimi çatdırıram:
1. Günün şüarı ancaq bu olmalıdır: hər şey ordu üçün.
2. Kağızda deyil, rəsmi şəkildə bir korpus yaratmaq lazımdır.
3. Belə Korpusun yaradılması və təminatı üçün vəsait əsirgənməməlidir. Böyük Napoleon Bonapart deyir ki, müharibə üçün üç şey lazımdır: birinci pul, ikinci pul, üçüncü yenə də pul. Ordunu yedirtmək, geydirmək və bolşevikləri nəzərdən qaçırmadan hər cür xəstəlikdən qorumaq lazımdır".
Həbib bəyin general-leytenant Əlağa Şıxlinskiyə, hərbi nazir Səməd bəy Mehmandarova yazdığı xeyli raportlar qalıb. Həmin dövrdə vəziyyətin necə olduğu bu raportlarda bütün aydınlığı ilə sezilir. Onları oxuduqca gözlərimin yaşla dolduğunu hiss etdim. Həbib bəy bu raportlarda nələr yazmayıb?! Gənc cümhuriyyət hansı sınaqlarla üzləşməyib?! Sözügedən raportlar ürəyi vətən eşqi ilə döyünən bir zabitin harayıdır...
1918-ci ildə Bakıda olan türk podpolkovnik Rüştü bəy "Böyük hərbdə Bakı yollarında" yazısında general Səlimovu "cəsur və döyüş texnikasını gözəl bilən zabit" kimi qiymətləndirir. Əlavə edir ki, Həbib bəy rus ordusunda yetişmiş zabitdir və döyüşlərdə cənub qrupuna komandanlıq edirdi...

Aprel işğalından sonra Həbib bəyin başına nə gəldi? MTN arxivləri nə deyir? Şəmistan bəyin yazdığına görə, Azərbaycanda qurulan sovet hökuməti ilk əvvəl onun bacarığından istifadə etməyə başlayır. Təbii ki, bu da bolşevik sıralarında yer tutmuş ermənilərin ciddi narahatlığına səbəb olur. Onlar vaxtı ilə daşnaklara divan tutan bir Azərbaycan generalını öz sıralarında görməkdən ehtiyat edirlər.
1920-ci ilin iyulunda Həbib bəy Təbriz şəhərinə ticarət məsələləri ilə məşğul olmaq üçün 14 günlüyə ezam olunur. Avqustun 26-da Naxçıvan Hərbi İnqilab Komitəsinin sədri, XI ordunun xüsusi şöbə rəisi Semyon Pankrotova məlumat verir ki, general Səlimov iyunun 30-da qayıtdı və qırmızı ordunun ehtiyacı olduğu ticarət məhsullarından kifayət qədər gətirə bilib.
Həbib bəyin öz peşəsinə sadiq, qüsursuz fəaliyyəti və general nüfuzu ermənilərin yuxusunu qaçırmağa başlayır. Əslində keçmiş Müsavat generalı olsa da, Həbib bəy Səlimovu ittiham etmək üçün əsaslar olmayıb. Çünki o hərbçi kimi daim ölkəyə olan basqınlara qarşı döyüşüb, siyasətdən uzaq olub. O dövrdə bolşevik ermənilər də bu faktın qarşısında aciz qalırlar. Lakin bu, Həbib bəyin həbs olunmaması üçün əsas olmur.
Onu 1920-ci il sentyabrında həbs edirlər. General Səlimov üçün 2017 saylı həbs vərəqəsi yazılır. Tarixi sənədlərin göstərdiyi utandırıcı məqam odur ki, Qubin soyadlı rus istisna olmaqla Həbib bəyə qarşı yalançı ittihamların əksər müəllifləri öz soydaşlarımız olur. İttihamlarda cəhd olunur ki, generalın Qarabağ, Muğan və Lənkəran döyüşlərində əvəzolunmaz xidmətləri danılsın. Təbii ki, bu alınmır. Çünki bu döyüşlərdə xidmətin mərkəzində məhz general Səlimov özü olub.
O zaman başqa fəndə əl atılır. İttiham irəli sürülür ki, 1918-ci ildə türk generalı Nuru paşa Azərbaycana gələndə Həbib bəy Səlimov onun ordusunda bolşeviklərə qarşı döyüşüb. Təbii ki, bu faktdır. Belə ki, 1918-ci ildə Nuru paşa Gəncədən sonra cəbhəni şimal və cənub qruplarına ayıraraq cənuba Həbib bəyi təyin edib. Bu haqda sonralar Türkiyədə "Böyük hərbdə Bakı yolları" kitabını yazan türk polkovnik-leytenantı Rüştü bəy general Həbib bəyin xidmətlərini xüsusi qeyd edir.
Həbib bəyin həbsi ilə bağlı ittihamlarda səslənir ki, Tiflisdə və Bakıda təşkilat fəaliyyət göstərir və onlar bolşevik hakimiyyətinə qarşı üsyana hazırlaşırlar. Guya Tiflis və Batumda əksinqilabçılara general Vrangel general Həbib bəy Səlimov vasitəsilə silah göndərir. Hətta bu ittihamlarda onun İrana ticarət məsələləri üçün göndərilməsindən də istifadə olunur. Guya o, İranda əksinqilabi danışıqlar aparıb.
Beləliklə "İran məsələsi", 1919-cu ildə Lənkəran döyüşlərində yerli əhalini guya soyub talaması, ağqvardiyaçı praporşik Dubininlə əlaqəsi, ADR dövründə sovet hökumətinə nifrəti, Naxçıvanda xan və bəylərlə oturub-durması və sair bu kimi hallar bolşeviklərin əlində "əsas fakt"a çevrilir. Həbib bəy düz 3 ay yarım həbsxanada ona qarşı irəli sürülən yalançı ittihamları yazılı şəkildə rədd edir.
1920-ci avqustun 22-də Naxçıvan ÇK-nın iclasında hərbi komissar Starovun rəhbərliyi ilə Həbib bəyin işinə baxılır. Hökm isə 1920-ci il dekabrın 19-da çıxır: "Qərara alındı: Sovet hökumətinə qarşı çıxan Həbib bəy Yusif bəy oğlu Səlimov güllələnsin. Ondan alınan əmlak müsadirə olunsun və respublikanın gəlirinə keçirilsin". Bolşeviklər general Səlimovu 1920-ci il dekabrın 30-da güllələyirlər. 39 yaşlı general heç evlənməyə də macal tapmadı...

Ülviyyə Tahirqızı"
http://baymedia.az/news.php?id=37757#.u2dd0of_s8o


Вернуться к началу
Показать сообщения за:  Поле сортировки  
Начать новую тему  Ответить на тему  [ 1 сообщение ] 

Часовой пояс: UTC+05:00


Кто сейчас на конференции

Сейчас этот форум просматривают: нет зарегистрированных пользователей и 1 гость


Вы не можете начинать темы
Вы не можете отвечать на сообщения
Вы не можете редактировать свои сообщения
Вы не можете удалять свои сообщения
Вы не можете добавлять вложения

Найти:
Перейти:  
Создано на основе phpBB® Forum Software © phpBB Limited
Русская поддержка phpBB