Hərbi portal

Ya Qarabağ, Ya ölüm
Текущее время: 11 дек 2018, 16:08

Часовой пояс: UTC+05:00




Начать новую тему  Ответить на тему  [ 1 сообщение ] 
Автор Сообщение
СообщениеДобавлено: 11 июн 2015, 22:00 
Не в сети
партизан

Зарегистрирован: 18 окт 2013, 20:49
Сообщения: 117
Azərbaycan Respublikasının ərazisi tarixi İran torpağıdır mı?


1918-ci il may ayının 28-də müsəlman Şərqinin ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyəti elan edildi.Bu Azərbaycan coğrafi adının ilk dəfə rəsmi dövlət adı halına gəlməsi idi..Buna qədər Azərbaycan adında rəsmi dövlət adı olmamışdı.Elə yarandığı gündən də həm adına görə həm də ərazisinə görə İran tərəfindən müxtəlif təzyiqlərə məruz qaldı.Çünkü İran ADR ərazisini öz ərazisi sayırdı və belə hesab edirdi(elə indi də elə hesab edir) ki Rusiya vaxtı ilə Şirvan və Arranı -İran torpaqlarını 1806-1813 və 1826-1828-ci illər müharibəsi zamanı işğal edib.Bu ərazilər İran torpaqlarıdır,İrana məxsusdur və burada hər hansı müstəqil dövlətin yaranması qeyri qanunidir.Azərbaycan adı isə ümumiyyətlə bu ərazilərə aid edilə bilməz çünkü tarixən Azərbaycan coğrafi adı bu ərazilərə aid edilməyib və daim İranın şimal-qərb vilayətlərini əhatə edib..
Bu yanaşma indiyədək də davam edir.İndiyədək də qonşu İranın istər rəsmi istər müstəqil KİV-də təbliğat vasitələrində müstəqil Azərbaycan dəfələrlə İranın bir vilayəti Arran adlandırılır.Bununla bağlı elmi konfranslar teşkil edilir .İranın rəsmi dərsliklərinə görə bineyi qədimdən bu vahid ərazidə İran dövləti olub və İran şahlığı onların təbirincə desək 3 min il tarixi olan bir şahlıq olub və yalnız 1978-ci ildə devirilib. İranda müxtəlif dillərdə danışan sülalələr bir birini əvəz etsə də dövlət yerində qalıb.
İran rəsmilərinin və tarixçilərinin bu konsepsiyası əslində 19-20-ci ərslərdə Avropa tarixşünaslığında geniş yer almışdı.Avropa eləcə də Rusiya tarixşünaslığı bu coğrafiyanın tarixini bütöv bir coğrafiyanın tarixi kimi İran tarixi kimi tanıyır və öyrənirdi və elə bu yanaşma bu günə qədər də davam etməkdədir. Bəs doğrudan mı bu belədir?1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini elan edənlər bu adı havadan mı götürmüşdülər?Doğrudan mı Azərbaycan Respublikasının ərazisi vaxtilə İranın bir parçası olub və sonradan Rusiya tərəfindən işğal olunub?Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri yoxdur mu?Bu suallara bu statusumda aydınlıq gətirməyə çalışacam.

Başlayaq ondan ki Azərbaycan Xalq Cümhuriyyətini elan edənlər bu adı heç də havadan götürməmişdilər.Ona qədər də bu ərazi və əhalisi Azərbaycana aid edilirdi.Çar Rusiyası dövründə yaşamış Veliçko V. özünün Kavkaz-əsərində Azərbaycan türklərini Azərbaycan tatarları adlandırır:http://www.e-reading.club/chapter.php/10900/16/Velichko_-_Kavkaz.html

Bundan başqa görkəmli ədibimiz Cəlil Məmmədquluzadənin Azərbaycan məqaləsini misal göstərməmiz bizə yetər sübut edək ki Azərbaycan məfkurəsi o zaman mövcud idi və bizim ərazimiz o vaxt da Azərbaycan adlanırdı.

Cəlil Məmmədquluzadə öz məqaləsində yazır :
— Mənim anam kimdir?
Öz-özümə də cavab verirəm ki:
— Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.
— Dilim nə dildi?
— Azərbaycan dili!
— Yəni Vətənim haradır?
— Azərbaycan vilayətidir.
Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki,
Vətənim də Azərbaycan vilayətidir.
— Haradır Azərbaycan?
— Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz
şəhərindən; qalan hissələri də Gilandan dutub qədim Rusiya hökuməti
ilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası
ilə Osmanlı Kürdüstanından və Bayəziddən ibarət olsun.


Tamamilə aydın olur ki,nəyinki Xalq Cümhuriyyətinin əsasını qoyanlar Azərbaycan adını havadan fikirləşməmişdilər-demək ki ona qədər də bu torpaqda yaşayanlar vətənlərinin Azərbaycan olduğunu bilirdilər.
Beləliklə aydın oldu ki Xalq Cümhuriyyətinə qədər də bu ərazilər Azərbaycan adlanırdı gəlin indi də tarixə ekskurs edək və görək doğrudan mı bineyi qədimdən İran coğrafiyası vahid dəyişməz halda qalıb və daim bu ərazidə İran adlı dövlət və şahlıq olub?Bu iddianın yanlışlığını elə tarix özü subut edir:

1.İran adına ilk dəfə Avestada Arrianam Vaija(Arilərin məmləkəti) şəklində rast gəlinir.Arrianam Vaijaya isə indiki İranın ancaq Xorasan əyalətinin bir hissəsi düşür-qalan Əfqanıstan,Pakistan,Tacikistan,Özbəkistan,Türkmənistan və Qazaxıstanın bir hissəsi Arrianam Vaijaya aid idi.İndiki İran adlanan ərazi isə həmin vaxtlar(Miladdan əvvəl 6-7-ci əsrlər) Raha(indiki Rey əyaləti),Sakastan(Seistan),Hirkaniya,Midiya(Manna ilə birlikdə İndiki Azərbaycan və Qum)Elam(İndiki Şiraz),Parsa(Fars)-və ya Babil Aşşur qaynaqlarındakı kimi Anşan(Pars əyaləti farslar İrana gəlməmişdən əvvəl 3-cü minillikdə Fars əyalətində elam mənşəli xalq yaşayırdı ölkələri də Anşan adlanırdı),Gutium(Midiya), Elamu(Elam),Kaşşu(Kaslar yaşayan ölkə-Zab və Diyala çayları hövzəsi) vəs.ölkələrdən ibarət idi.Yəni göründüyü kimi heç bir İrandan söhbət belə getmir və gedə də bilməzdi.İran adı altında nəzərdə tuta biləcəyimiz ölkə isə indiki İranda yox-Orta Asiyada.

2.Azərbaycan heç vaxt İran adlı coğrfi məhvumun bir parçası olmamışdır.Tarixdə Azərbaycan ərazisində ilk dövlət Manna dövlətidir sonra isə təxminən elə onun davamı sayıla biləcək Midiya dövləti.M.Ö 6-cı yüzillikdə Midiyada hakimiyyət dəyişikliyi baş verdi və farslar elə həmin midiyalıların da köməkliyi ilə hakimiyyəti ələ keçiridi.Daha sonra isə I Daranın dönəmində dövlət tamamilə bir fars imperiyasına çevrildi.Və genişərazili imperiya Parsa(Yunan və Latın qaynaqlarında sonradan buradan götürülərək günümüzə qədər Avropa və Rusiya qaynaqlarında-Persiya) adlandı. I Dara öz Behistun qaya yazısında ona tabe olan ərazilərin adlarını yazır :

Следующие страны мне достались, по воле Ахурамазды я стал над ними царем: Персия, Элам, Вавилония, Ассирия, Аравия, Египет, [страны у моря], Лидия, Иония, Мидия, Армения, Каппадокия, Парфия, Дрангиана, Арейя, Хорезм, Бактрия, Согдиана, Гайдара, Сака, Саттагидиш, Арахозия, Мака: всего 23 страны.

http://rec.gerodot.ru/behistun/abaev01.htm

Göründüyü kimi Dara Midiyanı(gələcək Azərbaycanı) digər ölkələrlə Misir Ərəbistan Lidiya vəs . ilə bir sırada çəkir-və deməli İran rəsmi təbliğatının uydurduğu 3 min illik vahid İran dövləti nağılı tamamilə əsassız və uydurmadır.Lap əgər ki iran tarixçilərinin buna da arqumenti varsa ki məna etibari ilə elə Persiya Əhəməni imperiyası ilk İran imperiyası idi və bütün onun ərazisi elə İrandır onda gəlin Aralıq dənizindən Hindistana kimi böyük bir ərazini İran adlandıraq və Əhəməni imperiyası yaranana qədər mövcud olmuş Assuriya,Babil,Midiya kimi tarixdə iz qoymuş dövlətləri silək.Onda niyə indiki İran rəsmilləri eyni iddia ilə həmin dövlətlərin yerləşdikləri ərazilərə-Suriyaya,İraqa,Hindistana,Türkiyəyə vəs.iddia irəli sürmürlər?


ardı var...


Вернуться к началу
Показать сообщения за:  Поле сортировки  
Начать новую тему  Ответить на тему  [ 1 сообщение ] 

Часовой пояс: UTC+05:00


Кто сейчас на конференции

Сейчас этот форум просматривают: нет зарегистрированных пользователей и 1 гость


Вы не можете начинать темы
Вы не можете отвечать на сообщения
Вы не можете редактировать свои сообщения
Вы не можете удалять свои сообщения
Вы не можете добавлять вложения

Найти:
Перейти:  
Создано на основе phpBB® Forum Software © phpBB Limited
Русская поддержка phpBB