QAZI-Nazim Bayram

Tanıt özünü vətən oğlu.
Автор
Сообщение
Аватара пользователя
Ifti
партизан
Сообщения: 2509
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 750 раз
Поблагодарили: 1093 раза

Re: QAZI-Nazim Bayram

#11 Сообщение Ifti » 06 сен 2013, 15:01

Salam forum üzvləri.
Salam Komandir.

Sizin fikrinizcə, kifayət qədər döyüş təcrübəsi olan, lakin ehtiyata buraxılmış, yaxud pensiya yaşına çatmış zabitləri ictimaiyyətlə ordu arasında təmasların qurulması və orduya ictimai nəzarət məsələlərinə cəlb etmək olarmı?

Onlar əsgərlərə mənəvi yardım üçün psixoloq kimi fəaliyyət göstərə bilərlərmi?

Onlar qulluq edən zabitlərlə ayda bir dəfə görüşərək, döyüş təcrübəsini paylaşsalar, bu d/hazırlığına müsbət təsir edərmi? Məsələn, Siz zirehli döyüş maşınlarının, dağlıq ərazilərdə d/əməliyyatlarının aparılmasının özəlliklərini paylaşa bilərdiniz və s.

Cavablara görə minnətdaram.

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: QAZI-Nazim Bayran

#12 Сообщение Nazim Bayram » 09 сен 2013, 21:48

mirotvores70 писал(а):Nazim,məh bu sualı bəlkə 1000 adama və 1000 dəfə vermişəm. Əvəzində 10 dəfə cox fərqli cavab almışam.Qane edəni də olub,etməyəni də..Patriot və patriotizm dediyimiz vətənpərvər və vətənpərvərliyin mənbəsini bilən varmı?.
Salam Mirotvorets.
Cavablarda gecikmələrə görə üzürlü bilin, səfərdəyəm. Ancaq suallarınıza şadam və cavabsız qoymayacam.
Patriotizm, patriot(dövlətçi) bu günki anlamında milli dövlətçilik dövrünə aiddir, vətəndaşlıq anlayışına bağlıdı. Dünyada milli dövlətçiliklərin inkişafı dini, etnik, tayfa və s. təəsübkeşliyi dövlət milliyətçiliyi yaxud vətəndaş milliyətçiliyi ilə əvəz etdi.
Mənə elə gəlir ki, patriotizmin azərbaycan dilindəki qarşılığı- vətənpərvərlik daha dinamik, feyli, dolğun mənalıdı, çünki "pərvəriş"(fars) sözü böyütmək, bəsləmək, inkişaf etdirmək, qorumaq deməkdir. Vətənpərvər, Vətənini inkişaf etdirən, ölkə vətəndaşlarının etnik mənsubiyyətindən asılı olmayaraq, onları milləti hesab edən, dövlətinə bağlı, onu hər an müdafiə etməyə hazır olan adamdı.

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: QAZI-Nazim Bayram

#13 Сообщение Nazim Bayram » 09 сен 2013, 22:14

Ifti писал(а):Salam forum üzvləri.
Salam Komandir.

Sizin fikrinizcə, kifayət qədər döyüş təcrübəsi olan, lakin ehtiyata buraxılmış, yaxud pensiya yaşına çatmış zabitləri ictimaiyyətlə ordu arasında təmasların qurulması və orduya ictimai nəzarət məsələlərinə cəlb etmək olarmı?

Onlar əsgərlərə mənəvi yardım üçün psixoloq kimi fəaliyyət göstərə bilərlərmi?

Onlar qulluq edən zabitlərlə ayda bir dəfə görüşərək, döyüş təcrübəsini paylaşsalar, bu d/hazırlığına müsbət təsir edərmi? Məsələn, Siz zirehli döyüş maşınlarının, dağlıq ərazilərdə d/əməliyyatlarının aparılmasının özəlliklərini paylaşa bilərdiniz və s.

Cavablara görə minnətdaram.
Salam İfti.
Əlbəttə, zabitlərin geniş xidməti, döyüş və şəxsi heyyətlə iş aparmaq təcrübəsindən dövlət geniş və səmərəli şəkildə istifadə etməli, faydalanmalıdı.
Bu gün ehtiyyatda olan zabitlərimizin bir qismi orduda müxtəlif vəzifələrdə qalıb, mülki vətəndaşlar kimi xidmətlərini davam etdirirlər, mülki ali məktəblərdə hərbi tədrislə məşqul olurlar. Bir qismi daha çox hərbi qulluqçuların və veteranların hüquqlarını müdafiə təşkilatlarında(QHT-da) məşquldular.
Açıq demək lazımdı ki, Ordumuza ictimai nəzarət yox dərəcəsindədi. Halbuki, güclü milli ordu istəyən dövlət ordusunun sosial əlaqələrini gücləndirməli, orduya ictimai
nəzarətdə maraqlı olmalıdır.

GuneyAz
партизан
Сообщения: 1792
Зарегистрирован: 10 фев 2012, 02:49

Благодарил (а): 189 раз
Поблагодарили: 113 раз

Re: QAZI-Nazim Bayram

#14 Сообщение GuneyAz » 15 сен 2013, 06:23

Salam Nazim bəy,

Siz Azərbaycanın gələcəyini necə görürsünüz,gələcəyi varmı?
Cavaba görə sağ olun.

Güney,bölmə Azəri dilində olduğu ücün-düzəliş verildi.

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: QAZI-Nazim Bayram

#15 Сообщение Nazim Bayram » 15 сен 2013, 17:07

GuneyAz писал(а):Salam Nazim bəy,

Siz Azərbaycanın gələcəyini necə görürsünüz,gələcəyi varmı?
Cavaba görə sağ olun.

Güney,bölmə Azəri dilində olduğu ücün-düzəliş verildi.
Əleyküməssalam GünayAz.

Sualınız geniş cavab tələb edir.
Azərbaycanın, əlbəttə ki, gələcəyi var.
Sualınızda müəyyən bədbin notlar və narahatçılıq hiss olunur. Narahatçılığınızı bölüşürəm, amma bədbinliyi yox.
Azərbaycanımız cəmi 20 ildir ki, müstəqildir. Bu dövr xalqımız və dövlətçiliyimiz üçün ağır sınaqlar və keşməkeşli bir dövr olmuşdur. Bunun öz səbəbləri və müəyyən qanunauyğunluqları var. Oraya girmək istəmirəm, sadəcə, qısa desək, bu, hər ölkə öz tarixində yaşadığı "böyümək xəstəlikləridir". Yaranmış və yaşadığımız vəziyyəti ümumiləşdirərək, bütün tariximizə və gələcəyimizə aid etmək, türklərin ibarəsilə desək, "anı ümumiləşdirmək" qətiyyən düzgün deyil.

Hər bir ölkənin əsl zənginliyi, "qızıl ehtiyatı", onun yeraltı və yerüstü sərvətləri deyil, vətənpərvər, ölkəsinin və xalqının dərdlərini və problemlərini şəxsi problemləri hesab edən insanlarıdır. Heç bir cəmiyyətdə bunlar əksəriyyət yaxud çoxluq təşkil etmir, lakin cəmləşmiş və təşkil olunmuş şəkildə ölkələrinin ictimai-siyasi həyatının bütün sahələrində, o cümlədən ictimai fikrin formalaşdırılmasında olduqca təsirli olurlar. Azərbaycanın bu "qızıl ehtiyatı" var, lakin hələ ki, pərakəndə və passiv şəkildədir.
Bu qüvvələrin özünü tanıma və təşkilatlanması ilə mən Azərbaycanın yaxın gələcəyini vətəndaş cəmiyyətinin yaranmasında, həqiqi hüquqi dövlətin qurulmasında, iqtisadiyatımızın qeyri-neft sektorunun inkişafında, cəmiyyətimizin mənəvi və intellektual potensialının reallaşmasında və yüksəlişində görürəm.
Bunların nəticəsi kimi, Azərbaycanın beynalxalq nüfuzu sağlam əsaslar və şəffaf əsaslar üzərində artacaq və dövlətimiz bu yüksəliş dövründə öz ərazi bütövlüyünü bərpa edəcək.
Hər bir insanın və xalqın taleyi tamamilə öz əlindədir. Bunu dərk edərək, "tale yazısı" deyilən, İslama Peyğəmbərdən(s.a.s.) sonra daşınmış, ərəb dünyagörüşünü millətimiz tamamilə rədd etməli və ictimai-siyasi həyatın aktual problemlərinin həllində fəal iştirak etməlidir.
Misal olaraq, seçkilər yaxınlaşır. Şəxsən Siz, GünayAz, seçkilərdə iştirak edəcəksizmi? Ətrafınızda olan adamlar necə? Seçkilərin nə olduğunu, əhəmiyyətini, öz vətəndaşlıq borcunu insanlarımız dərk edirmi? Vətənimizin gələcəyi üçün narahat insan kimi, yaxın və uzaqlarınıza seçki günü səsvermədə iştirak etməyin zərurəti haqqında təbliğat aparırsızmı? Mən seçkidə səsvermə təbliğatını illərdi hər yerdə daima aparıram. Şəhərdə, kənddə, dostlarım, qohumlarım və tanışlarım arasında. Kənddə yaşlı nənələr ağır həyat şəraitlərindən şikayyət edərək, "bala, bunun axırı necə olacaq?", soruşanda, cavab verirəm ki, "ay xala, ay ana, bax veriləsi qızın qalmayıb, Allah xoşbəxt eləsin. Amma desələr ki, rayona cehizlik lampa, güzgü gətiriblər, 5-6 arvad yığışıb, gedəcəksiz baxmağa. Amma seçki günü burdan bura getmirsiz, hansı ki, konstitusiya və dövlət 5 ildə bir dəfə bizə imkan verir ki, tamamilə qanuni şəkildə talehimizi dəyişdirək." Sonda söz alıram ki, arvadları da yığıb, səsverməyə gedəcək. Bunu misal olaraq, gətirdim. Heç bir partiya üzvü deyiləm, ictimai-siyasi fəaliyyətlə də məşqul olmuram, lakin bir vətəndaş kimi, istəyirəm sivil cəmiyyətdə yaşayım, xalqımı ölkəsinin ali hakimiyyətinin mənbəyi kimi görüm.

GuneyAz
партизан
Сообщения: 1792
Зарегистрирован: 10 фев 2012, 02:49

Благодарил (а): 189 раз
Поблагодарили: 113 раз

Re: QAZI-Nazim Bayram

#16 Сообщение GuneyAz » 16 сен 2013, 01:53

Chox sag olun, djavabiniza gore.
Xmm...chox maragli djavabdi.
Xeyir, men ses vere bilmerem, chunku heyatimin chox hissesini Azerbaycannan kenarda yashamisham ve yashayiram, ve hemchinin Azerbaycanin vetendashi deyilem. Lakin daxili hakimiyet meni qaneh etmir, Azerbaycanin geleceyi uchun.

Hormetle,
Guney

GuneyAz
партизан
Сообщения: 1792
Зарегистрирован: 10 фев 2012, 02:49

Благодарил (а): 189 раз
Поблагодарили: 113 раз

Re: QAZI-Nazim Bayram

#17 Сообщение GuneyAz » 16 сен 2013, 02:57

Nazim bey, biraz uzurlu hesab edun, Azerbaycan dilinde biraz chetinlik chekirem. Admin beyde icaze vermir Rus dilinde yazim.
Bedbinlik sozunu internet vasitesi ile axtarandan sonra basha dushdum. Narahatchiligim var, chunku mende Azerbaycanda goz acmhisam, lakin 20 ilde musbet terefe geden addim gormemishem. Buna gorede daxilde ve qurbetde olan Azerbaycanlilardan, ona gore inamim sinib ve yoxa chixib. Teki menim fikrim sef olsun, siz deyen ise duz, men sadece sevinerem.

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: QAZI-Nazim Bayram

#18 Сообщение Nazim Bayram » 21 сен 2013, 20:02

GuneyAz писал(а):Nazim bey, biraz uzurlu hesab edun, Azerbaycan dilinde biraz chetinlik chekirem. Admin beyde icaze vermir Rus dilinde yazim.
Bedbinlik sozunu internet vasitesi ile axtarandan sonra basha dushdum. Narahatchiligim var, chunku mende Azerbaycanda goz acmhisam, lakin 20 ilde musbet terefe geden addim gormemishem. Buna gorede daxilde ve qurbetde olan Azerbaycanlilardan, ona gore inamim sinib ve yoxa chixib. Teki menim fikrim sef olsun, siz deyen ise duz, men sadece sevinerem.
Bu 20 ildə müsbət şeylərdə çox oldu. Ən azı məlumdu ki, xalqımızın döyüş ruhu Mübariz, Fərid və başqa minlərlə azərbaycan övladında yaşayır.
Siz hər-halda Mübarizin məktubunu oxumuş olarsız. O məktub məzmunca Azərbaycan vətənpərvərlərin manifestidir. Millətin üzünü həmişə Mübariz kimi oğlanlar ağ ediblər. Azərbaycan rəhbərliyinə bu, siqnaldı ki, "Lazım" çoxdan gəlib.

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

123-cü alay.

#19 Сообщение Nazim Bayram » 19 окт 2013, 02:42

123-cü alay Baş Qərargahın ehtiyyat qüvvəsi kimi, həmlə- zərbə alayı kimi, müdafiə naziri R. Qaziyevin əmrilə 20 may 1992 ildə Yevlax şəhərində yaradılmışdı. Ancaq xalq arasında bu 2 minlik motoatıcı alaya "Sürətin dəstəsi" deyirdilər.
Alay artıq o zaman döyüşlərdə məhşurlaşmış, cəbhə yanı olmayan rayonların könüllü dəstələrindən və OMONun çevik zirehli qrupundan yaradılmışdı.
1-ci batalyon Şəhid Xosrov Əhmədovun Yevlaxın Qaramanlı(əfqanıstan veteranları) batalyonun əsasında yaradıldı.
2-ci batalyon Murad Qurbanov(Kobra Murad) komandiri olduğu Borsunluda yerləşən Yevlax AXC könüllü dəstəsinin əsasında yaradıldı.
3-cü batalyon bir qədər sonra, Bakı, Xaçmas, Quba, Neftçala, Səlyan, Balakən və ölkənin başqa rayonlarından gəlmiş, yüksək döyüş hazırlıqlı könüllülərin əsasında yaradıldı. Komandiri kadr zabit k-n Hümbət Əliyev idi.
4-cü batalyon Şəhid Mehman Ələkpərovun Gəncə AXC-nin könüllü özünümüdafiə batalyonu əsasında yaradıldı.
123-cü alayın tank batalyonu OMONun çevik zirehli qrupunun əsasında yaradıldı. Komandiri mən idim. Tank batalyonun qərargah rəisi də kadr tankşı zabit, sonradan bu batalyonun komandiri olmuş, Altay Bayramov idi(xeyr, qohum deyilik).
Müxtəlif vaxtlarda alayın ştatına və ştatdan kənar batalyon və dəstələr daxil edilirdi. O zaman ordu quruculuğu hələ yeni başlamışdı, ona görə könüllüləri birləşdirən zaman, bizə də əlavə dəstələr daxil etdilər. Ancaq bizə seçmək hüququ verdilər. Biz, komandiri Eyvaz Əliyev olduğu, Bərdənin əfqanlar batalyonunu götürdük və komandiri Sayıl Məmmədov olduğu Zəngilan rotasını.
Alay yüksək səviyyədə hərtərəfli təmin olunurdu. Alalyın ixtiyarında daim iki döyüş təyyarəsi və 2 döyüş helihopteri var idi. O zamanlar bu böyük şey idi. Elə indi də.
Alayın komandirləri mayor Mehman Şirinov və sonra p-k Rəsul Suleymanov olmuşlar.
Alay Ordumuzun 92-ci ildə Qarabağın şimalında və cənub- qərbində bütün hücum əməliyyatlarında iştirak edib.
Alayın döyüş yolu 12 iyun 92-ci ildə Şaumyan(Ağcakənd), daha sonra 16 iyundan Ağdərə- Karmiravan, Cerabert, Həsənqaya, Levonarx, Nerkin Orataq, Aqabekalenc, Dəmirli, Mehmana, Kasapet, Drmbon, Arqomer, Verin Orataq, Böyük, Kiçik Paqosaqomer, Kiçan, Çıldran, Araçadzor(Dovşanlı), Vəng, "Laçın dəhlizi" əməliyyatı, 93-cü il qış Ağdərə əməliyyatından keçir.
12 fevral 1993-cü ildə siyasi səbəblərdən alay buraxıldı, 27 mart 93-cü ildə MN-ə təhvil-təslim yekunlaşdırıldı və alayın Döyüş Bayrağı MN-ə təhvil verildi.
Bununla bir kərə məğlubiyyət görməmiş alay müharibənin ən kəskin məqamında, ermənilərin Ağdərədə əks-hücuma keçərək, əsas Tərtər- Kəlbəcər yolunu kəsən və bununla da Kəlbəcər işğal təhlükəsilə üzləşən zaman, buraxıldı.
Bu, 123-cü alay haqqında, linkdəki məqalə rus dilində olsa da, biz onu oxuyub, azərbaycan dilində müzakirə edə bilərik.
http://samella.ru/publ/azerbajdzhan/pol ... 3-1-0-3550" onclick="window.open(this.href);return false;
Mən 123-cü alayın tank batalyonun, sonra isə alayın qərargah rəisi olmuşam, kadr zabitəm. Alay haqqında suallara cavab verə bilərəm.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 399 раз

Re: 123-cü alay.

#20 Сообщение mirotvores70 » 19 окт 2013, 14:27

Nazim bəy,123-cü alayın bilavasitə Daxili Qoşunlarla əlbir əməliyyatlarından yazmanızı xahiş edirəm. Cünki Ağdərə zonasında bir cox əməliyyat və döyüş pozisiyalarında bu alayın döyüşcüləri ilə əlaqəmiz olub. Mənim yadımdadır. Amma adlarını yaddan cıxarmışam. Yaş o yaş deyil, 20 il kecib. Əsasən məni yaralananda tərtərə catdırmış tankcı kapıtanı axtarıram. Uzun arıq bir oğlandı. Üzü təmiz qırxılmış.Duman kimi yadıma gəlir-ya 145 ya 45 yazılmışdı tankda.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Ответить

Вернуться в «Qazilərlə müsahibələrimiz»