Страница 1 из 3

QAZI-Nazim Bayram

Добавлено: 05 сен 2013, 13:23
shooter
Salam Nazim.

1-ci sualım: Sizə görə həqiqi Qazi kimdir.Bir cox vaxtlar bəzi cəmiyyət nümayəndələri"Bir iki gün Qarabağda olub,indi veterandır" anlayışı ilə Qazilərə cəp baxırlar. Bu düzdürmü. Məhz Sizin Fikrinizcə.

Re: Nazim Bayram-QAZİ

Добавлено: 05 сен 2013, 15:12
Nazim Bayram
shooter писал(а):Salam Nazim.
1-ci sualım: Sizə görə həqiqi Qazi kimdir.Bir cox vaxtlar bəzi cəmiyyət nümayəndələri"Bir iki gün Qarabağda olub,indi veterandır" anlayışı ilə Qazilərə cəp baxırlar. Bu düzdürmü. Məhz Sizin Fikrinizcə.
Salam aleykum, forumun admin və moderator heyyətini və Vətənin bütün sıravilərini salamlayıram.

Qazi mənim üçün, müharibədə olub olmadığından asılı olmayaraq, hal- halətidir. Necə ki, müəllim var yalnız işdə müəllimdi, müəllim də var ki, bütün həyatı tələbələrinə nümunədir; həci var turistdi, həci var Məkkədə Allahına "Ləb beyk" deyib və özünü bu hala yaxın bir hazırlıqda saxlayır.
Bu mənada, Qazi mənim üçün hər an Vətəni qorumağa hazır olandı. Daha yaxşı olar ki, bunu bacarıqla etsin.
Qazi türk anlayışıdı(tarixçilər düzəltsinlər) və veteran sözündən daha çox əvvəl var.
Veteran sözü, Napaleonun, yaranmaqda olan iri milli- dövlətinin zərurətinə uyğun, yeni ordu quruculuğu prinsipini- ümumi səfərbərliklə xalq sıralarından orduya əsgər toplamaq- tətbiqilə cəmiyyətdə müharibədən çoxsaylı qayıdanların adıdı. Və qazi qədər ideoloji yük daşımaz. Veteran sözü, babalarımızın Böyük Vətən Müharibəsindən iştirakından sonra bizə doğmalaşdı.
Hər halda cəmiyyət Vətən uğrunda döyüşənə tərs baxmamalıdı.

Re: QAZI-Nazim Bayran

Добавлено: 05 сен 2013, 15:33
Одиссей
Salam, Nazim!
Mən belə basa düsdüm ki, bir gün belə döyüşdə olmadan da veteran olmaq olar. Ordumuzun çoxlu zabitləri var ki, 10-12 il qulluq ediblər, amma döyslərdə iştirak etmiyiblər. İndi təxris olunublar.
Onlar da ordumuzun veteranlarıdır.

Re: QAZI-Nazim Bayran

Добавлено: 05 сен 2013, 16:20
Nazim Bayram
Одиссей писал(а):Salam, Nazim!
Mən belə basa düsdüm ki, bir gün belə döyüşdə olmadan da veteran olmaq olar. Ordumuzun çoxlu zabitləri var ki, 10-12 il qulluq ediblər, amma döyslərdə iştirak etmiyiblər. İndi təxris olunublar.
Onlar da ordumuzun veteranlarıdır.
Mən veteranlığın nəliyinə daha çox qaziliklə müqayisədən baxdım.
Veteranlığa siz dediyiniz kimi baxsaq, müdafiə sənayəsi işçiləri və ölkənin mühüm funksiyalarında məşqul olanlar da əmək və müdafiə veteranlarıdı. Bu adamların ola bilsin ki, müharibəyə töhvələri daha böyük olsun. Misal üçün, müharibə zamanı əsgərləri qatarla daşıyan maşinistin Vətən qarşısında xidməti, cəbhə xəttində güllə altında qaçan, amma əsgərlərin yeməyini gecikdirmiş aşbaz- əsgərdən çox olsun. Hər kəs öz yerində əsgərdi. Şəxsən mən bizim hərbi- cərrahlara heyran idim və bu günə kimi bütün döyüşənlərin adından minnətdaram.
Bəli, 10-12 il qulluq etmiş zabitlər var ki, müharibə görməyiblər, onlar müharibə veteranı deyillər, amma ordu veteranı olmaq üçün 10-12 il xidmət kifayyət edirmi, bilmirəm.

Re: QAZI-Nazim Bayran

Добавлено: 05 сен 2013, 16:40
Одиссей
Yəqin ki, rus, türk, alman və sairə ordularda 10-12 il qulluq edənlər ordu veteranı deyil. Amma bizim ordunun cəmi 22 yaşı var. Ordu onların gözü qarşısında qurulub)

Re: QAZI-Nazim Bayran

Добавлено: 05 сен 2013, 19:15
Nazim Bayram
Одиссей писал(а):Yəqin ki, rus, türk, alman və sairə ordularda 10-12 il qulluq edənlər ordu veteranı deyil. Amma bizim ordunun cəmi 22 yaşı var. Ordu onların gözü qarşısında qurulub)
Dövlət, bir gün qulluq etmişsə, qayğısını göstərməlidir, çünki bu adamlar bu dövlət üçün çalışıblar. Həmçinin cəmiyyətin xoş diqqətini qazanıblar. O 12 ili ailəlikcə elə şəraitdə yaşamış zabitlər var ki, cəmiyyətin çoxusu o şəraitə girmək istəməz. Bu, imkansızlıqdan deyil, həmin bu vətən üçün bunu edir. Biz yatanda, onlar oyaq olublar... Sovetdə mənim leytenant, bölük komandiri maaşım professora yaxın idi. Türkiyədə otelin aşbazı 60 yaşında kişi gündə üç dəfə 6-cı mərtəbədən düşürdü 3-cü mərtəbədə qapımı döyürdü- "komutanım, buyurun nahara." Xəcalət çəkirdim. Bu, qardaş türk dövlət və cəmiyyətin münasibətidi.
Bizdə isə bəziləri ordunu özlərinə borclu bilirlər, "neynədilər ki? indi də alverxanadı" nəyinə hörmət qoyacam? Bunların düşüncəsi dövlətçiliyin nə olduğunu hələ tam dərk etmədikləridi. Ordu dövlətin şah damarıdı, ordu bizim səfərbər olduğumuz şəklimizdi.
Ordumuza tənqidi yanaşmalıyıq, ictimai nəzarət olmalıdı, amma ordumuza xoşniyyətli olmalıyıq, tənqid edəndə, əvəzinə daha yaxşısın təklif etməliyik. Bu qədər.

Re: QAZI-Nazim Bayran

Добавлено: 05 сен 2013, 23:54
Ifti
Mövzuya və münasibətlərin yaxşılaşmasına görə şad oldum. Bu, çox yaxşı oldu.
Minnətdaram.

Re: QAZI-Nazim Bayran

Добавлено: 06 сен 2013, 00:45
Damba
Nazim,salam.Sizi burada oxumaq çox xoşdur.

Re: QAZI-Nazim Bayran

Добавлено: 06 сен 2013, 00:58
mirotvores70
Nazim,məh bu sualı bəlkə 1000 adama və 1000 dəfə vermişəm. Əvəzində 10 dəfə cox fərqli cavab almışam.Qane edəni də olub,etməyəni də..Patriot və patriotizm dediyimiz vətənpərvər və vətənpərvərliyin mənbəsini bilən varmı?.

Re: QAZI-Nazim Bayran

Добавлено: 06 сен 2013, 02:33
Nazim Bayram
Damba писал(а):Nazim,salam.Sizi burada oxumaq çox xoşdur.
Salam Damba, mənə də xoşdu. Sağolsunlar qardaşlar, hər yerdə üzümə yaxşı baxırlar, orda da, burda da))