123-cü alay Baş Qərargahın ehtiyyat qüvvəsi kimi, həmlə- zərbə alayı kimi, müdafiə naziri R. Qaziyevin əmrilə 20 may 1992 ildə Yevlax şəhərində yaradılmışdı. Ancaq xalq arasında bu 2 minlik motoatıcı alaya "Sürətin dəstəsi" deyirdilər.
Alay artıq o zaman döyüşlərdə məhşurlaşmış, cəbhə yanı olmayan rayonların könüllü dəstələrindən və OMONun çevik zirehli qrupundan yaradılmışdı.
1-ci batalyon Şəhid Xosrov Əhmədovun Yevlaxın Qaramanlı(əfqanıstan veteranları) batalyonun əsasında yaradıldı.
2-ci batalyon Murad Qurbanov(Kobra Murad) komandiri olduğu Borsunluda yerləşən Yevlax AXC könüllü dəstəsinin əsasında yaradıldı.
3-cü batalyon bir qədər sonra, Bakı, Xaçmas, Quba, Neftçala, Səlyan, Balakən və ölkənin başqa rayonlarından gəlmiş, yüksək döyüş hazırlıqlı könüllülərin əsasında yaradıldı. Komandiri kadr zabit k-n Hümbət Əliyev idi.
4-cü batalyon Şəhid Mehman Ələkpərovun Gəncə AXC-nin könüllü özünümüdafiə batalyonu əsasında yaradıldı.
123-cü alayın tank batalyonu OMONun çevik zirehli qrupunun əsasında yaradıldı. Komandiri mən idim. Tank batalyonun qərargah rəisi də kadr tankşı zabit, sonradan bu batalyonun komandiri olmuş, Altay Bayramov idi(xeyr, qohum deyilik).
Müxtəlif vaxtlarda alayın ştatına və ştatdan kənar batalyon və dəstələr daxil edilirdi. O zaman ordu quruculuğu hələ yeni başlamışdı, ona görə könüllüləri birləşdirən zaman, bizə də əlavə dəstələr daxil etdilər. Ancaq bizə seçmək hüququ verdilər. Biz, komandiri Eyvaz Əliyev olduğu, Bərdənin əfqanlar batalyonunu götürdük və komandiri Sayıl Məmmədov olduğu Zəngilan rotasını.
Alay yüksək səviyyədə hərtərəfli təmin olunurdu. Alalyın ixtiyarında daim iki döyüş təyyarəsi və 2 döyüş helihopteri var idi. O zamanlar bu böyük şey idi. Elə indi də.
Alayın komandirləri mayor Mehman Şirinov və sonra p-k Rəsul Suleymanov olmuşlar.
Alay Ordumuzun 92-ci ildə Qarabağın şimalında və cənub- qərbində bütün hücum əməliyyatlarında iştirak edib.
Alayın döyüş yolu 12 iyun 92-ci ildə Şaumyan(Ağcakənd), daha sonra 16 iyundan Ağdərə- Karmiravan, Cerabert, Həsənqaya, Levonarx, Nerkin Orataq, Aqabekalenc, Dəmirli, Mehmana, Kasapet, Drmbon, Arqomer, Verin Orataq, Böyük, Kiçik Paqosaqomer, Kiçan, Çıldran, Araçadzor(Dovşanlı), Vəng, "Laçın dəhlizi" əməliyyatı, 93-cü il qış Ağdərə əməliyyatından keçir.
12 fevral 1993-cü ildə siyasi səbəblərdən alay buraxıldı, 27 mart 93-cü ildə MN-ə təhvil-təslim yekunlaşdırıldı və alayın Döyüş Bayrağı MN-ə təhvil verildi.
Bununla bir kərə məğlubiyyət görməmiş alay müharibənin ən kəskin məqamında, ermənilərin Ağdərədə əks-hücuma keçərək, əsas Tərtər- Kəlbəcər yolunu kəsən və bununla da Kəlbəcər işğal təhlükəsilə üzləşən zaman, buraxıldı.
Bu, 123-cü alay haqqında, linkdəki məqalə rus dilində olsa da, biz onu oxuyub, azərbaycan dilində müzakirə edə bilərik.
http://samella.ru/publ/azerbajdzhan/pol ... 3-1-0-3550" onclick="window.open(this.href);return false;
Mən 123-cü alayın tank batalyonun, sonra isə alayın qərargah rəisi olmuşam, kadr zabitəm. Alay haqqında suallara cavab verə bilərəm.