Zaqatalada həyəcanlar başladı

Cox da uzaq olmayan hadisələr
Закрыто
Автор
Сообщение
Одиссей
партизан
Сообщения: 4027
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 547 раз
Поблагодарили: 541 раз

Zaqatalada həyəcanlar başladı

#1 Сообщение Одиссей » 21 фев 2013, 19:46

Lahıc kəndinin sakinləri Bakı-Tiflis magistral yolunu bağlayıb



Səhər saatlarından etibarən Zaqatalanın Lahıc kəndinin sakinləri Bakı-Tiflis magistral yolunu Zaqatala rayonuna girişində bağlayıb. Aksiyada mindən artıq kənd sakini iştirak edir. Hadisə yerinə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Əhali yolu acmaqdan imtina edir. Bu barədə “Azadliqnews.tv”-yə məlumat verən mənbənin sözlərinə görə, əhali zəlzələ zamanı dağılan evlərinin inşa edilməməsinə etirazlarını bildirirlər.

“Azadliqnews.tv”-yə acıqlama verən Lahıc kənd sakini Mövlüd İbrahimin bildirdiyinə görə, etiraza səbəb Fövqəladə Hallar Nazirliyinin və yerli məmurların qanunsuz əməlləridir: “Ötən ilin may ayında baş verən zəlzələ zamanı kəndimizdə onlarla ev dağıldı və yararsız hala düşdü. Evlərin yoxlanmasını həyata keçirən FHN-nin və yerli icra strukturlarının nümayəndələri yararsız evlərin yararlı olması barədə aktlar tərtib etdilər. Ancaq vəzifəli və icra orqanlarına yaxın olan imkanlı şəxslərin evləri yenidən tikildi. Misal üçün uzun illər Lahıc kəndində Yerli Aqrar İslahat Komissiyasının sədri işləmiş İlqar Musayevin heç bir zədə almayan evinə və fermasında mövcud olmayan bir evin təmirinə 14 min manat vəsait ayrılıb. Bu hallar kəndimizdə narazılığa səbəb olur”. M. İbrahimin bildirdiyinə görə, etiraz aksiyasına rayon icra başçısı Mübariz Əhmədzadə də gəlib. O kənd sakinlərinə problemlərin həll ediləcəyini vəd edib: “Mübariz müəllim kəndimizdədir. Aaksiyadan sonra kəndimizə FHN-nin komissiyaları gəlib. Bizə bildiriblər ki, şikayət ərizələrini icra nümayəndəsi FHN-nin Zaqatalada olan komissiyasına təqdim etməyib. Əhali komissiyanın qərarını gözləyir”

Hadisənin gedişini "Azadliqnews.tv"dən izləyin
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Закрыто

Вернуться в «Yaxın Tariximiz»