Istiqlal inanin mene bir kopukluk silah deyil....ureyiniz isteyen qeder defekti var..tez tez olub ki Istiqlalin lengime vermesi sebebinden patron iceride partlayib..Tepmesine de soz ola bilmez..Onun effektiv tesir dairesie 1000-1500 m arasidir..deqiq olmagina,ates gucune eslinde sozum yoxdur...l
Şahqulu bəy,Sizin dediyiniz bir cox defektlər,silah yeni yaradıldığı zaman və orduda eksperemental istifadəyə verildiyi zamanlarda aktiv idi. Nəzərinizə catdırıram ki bu silah sonradan təkmilləşdirilərək ,catışmamazlıqlar aradan qaldırılıb, cəkisi azaldılıb və təpmə xassələri daha da yüngülləşdirilib.
.lakin indi bir sey var-hedden artiq agirdir ve cox olduqca guclu sesi var silahin,toz duman yaradir oldugu yerde..cemi 5 mermini avtomatik qaydada luleni geri tepme quvvesine esasen ates bas verir(KPVT-de oldugu kimi) indi siz tesevvur edin bu mesafede (yani BMP-in,BTR-in,Tanklarin effektiv ates mesafesinde) istiqlal neyi vuracaq??
Siz nədənsə bir cox yuzerlər kimi "İstiqlala" sırf snayper tüfəngi kimi baxırsınız. Nəzərinizə catdırıram ki,İstiqlal” İST-14,5
Anti-Material Rifle-yəni antimaterial (yüngül zirehlənmiş teznika,atəş məntəqələri,DOT və DZOTLAR və s) nəzərdə tutulmuş silahdır. Hec bir ağlı başında olan atıcı ondan "düşmən əsgərini gözündən " vurmaq ücün istifadə etmir. 14.5 mm lik mərmi(güllə yox) oz cəkisinə,gücünə ,atəş uzaqlığına görə səsə də malik olmalıdır.Toz dumana gəlincə isə,atıcı öz yerini secməyə məcburdur. Bu "maskirovka" dediyimiz bir elmin əsas hissəsidir. Qaldı ki, tankı demərəm(amma sərrast atıcı olsa,tankın da nişanlama sistemlərini sıradan cıxara bilər) BMP,BTR,BRDM zirehli maşınları effektiv şəkildə tam məhv edir. Sadaladığım zirehli texnikanı Birincı Qarabağ savaşı zamanı hətta 12.7 mm lik DŞK pulemyotu ilə də məhv etmək olurdu. Nazimdən soruşun bu haqda. O sizə 1000-lə belə fakt deyər.
piyada ucun nezerde tutulmayib-masinlar ucun nezerde tutulub,o da ki uzagi iki ates aca bilecek-3-cu de istiqlal da onun heyyeti de uje yoxdu...dashiyib aparib yerini deyismek de hedden artiq eziyyetdi,maskalanma imkani da pacti 0-di..
İstiqlal tüfəngi PKM pulemyotu deyil ki,onu ümumqoşun hücumunda istifadə edəsən. Bu silah daha cox müdafiə və diversiya xarakterli silahdırvə xüsusi əməliyyatlar ücün nəzərdə tutulub. Cəkisinə gəldikdə isə yuxarıda yazdığım kimi ,cəki yüngülləşdirilib. Bundan əlavaə İstiqlalın kicik capıə ,yəni 12.7 mm lik növü də istehsal olunaraq başqa dövlətlərə də satılır. Mütəxəssislər bu silah haqda normal fikrə malikdirlər.
Bu qebilden en elverisli silah OSV-96-di...PK agirligindadir-9 km..sesi,tepmesi cox azdir...rahat dasina bilen silahdir-12.7 mm caplidir.
Qaraladığımı hardan götürdünüz? OSV-96 artilleriya silahı deyil axı.