Страница 1 из 2

Avtomatik minaatanlar

Добавлено: 19 ноя 2014, 14:17
mirotvores70
Sover istehsalı olan bu avtomatık minaatan 1967 ildə sovet istehsalı olan F-82 avtomatik miaatanının bazasında təkmilləşdirilmə yolu ilə hazırlanmış və 1970 -ci ildə sialhlı qüvvələrə təqdim olunmuşdur.Minaatan 82 mm lik minalarla həm avtomatik,həm də tək atəş acır. Kasetin tutumu 4 minadır .Minaatanın lüləsi yivli yox-hamardır.
Изображение
Изображение
Изображение

Avtomatik minaatanlar

Добавлено: 19 ноя 2014, 14:28
mirotvores70
TTX
Döyüş halına gətrilmə və əksinə:1,5 dəq
Döyüş komplekti 226 mina
Döyüş tempi 170 atəş\dəq
Minanın cəkisi 3.1kq
Məhvedici radius-18 metr
Minaların növü: qəlpəli,fuqas və tüstülənən
Partlayış zamanı mina 400-600 qəlpə sacır.
Minimum atəş məsafəsi 800 m
Maksimal-------------4270m

Avtomatik minaatanlar

Добавлено: 19 ноя 2014, 14:52
mirotvores70
Minaatandan Əfqanıstandakı əməliyyatlar zamanı geniş istifadə olunmuşdur. Bu zaman 40-cı ordunun mütəxəssisləri tərəfindən,minaatan avtomobil və zirehli texnika platforması üzərində quruldu. və bu da qurğunun döyüş vəziyyətinə gətirilməsinin gündəmdən cıxarmış vəmobilliyi artırmışdır.
Изображение
Изображение
Minaatandan Birinci Qarabağ müharibəsi zamanı da istifadə olunmuşdur. Cecenistan döyüşləri zamanı da tərəflər bu minaatandan istifadə etmişlər.
Изображение

Re: 82mm-lik "Vasilyok" avtomatik minaatanı

Добавлено: 19 ноя 2014, 18:00
mirotvores70
Назим Байрам Miro, sentyabrın əvvəli idi. S. Hüseynov məni Drmbona göndərdi ki, "Gör real vəziyyət nədi və bizimkilər niyə irəliləmirlər Çıldrana? İmkan elə ordakı qüvvələri qaldır hücuma, orda hər şey var, üç tank da var". Bir nəfər döyüşçü dostumla getmişdim, alayımız Laçın dəhlizi əməliyyatına çıxmağa hazırlaşırdı, ona görə Yevlaxda cəmləşdirilmişdi. Əvvəlcə gəldim 703-ün qərargahına. Orda real vəziyyəti bilmirdilər, hərə bir söz danışdı, amma sevindilər ki, gəlmişəm- ən azı ön xəttdə dəqiq nə baş verdiyini öyrənəcəm. Drmbona yaxınlaşdıqca bizim qüvvələrin sıxlığı artırdı. Drmbon yaxınlığında Həcəri gördüm. Yolun ortasında avtomatını qaçanlara tuşlayıb, yollarını kəsmişdi. Görüşdük. Geri qayıdanların arasıynan piyada qabağa gedirdik. Həcər də bizə qoşuldu. Bəzi köhnə döyüşçülər bizi qabağa gedən görüb, döndülər. Drmbonda yolun kənarına, təpələrin altında üç tank gördüm və onlara istiqamət aldıq. Özün bilirsən, tanklar işə salınıb getsə, uşaqlar hücuma keçəcəkdilər. Ekipajları da tankların yan-yörəsində idi. Yoldan 50-60 metr yuxarını minaatalar vururdu. Tanklara yaxınlaşırdıq ki, bizi yolun ortasında nətəhər atəşə tutdularsa, yerin silkələnməsindən dizlərimiz qatlandı, əlin içi boyda qəlpələr qulağımızın dibindən uçub, səslə qayalara çırpılıb, fışş eliyirdilər(qaynar idilər, çırpılıb soyuyanda belə səs çıxardırdılar). Mərmilər asfalta dəyəndə, elə səs çıxırdı, elə bil qalın bez parçanı cırırsan, sanki torpaq cırılır. Biz yolun düz ortasında idik. Görünür erməni korrektirovşiki bizi yaxşı görürdü. Nəysə, Allah saxladı, birtəhər özümüzü tankların yanına çatdırdıq ki, ermənilər atəşi keçirtdilər təpələrin arxasına- tanklar dayanan yerə. Baş qaldırmağa imkan vermirdilər. Düz deyirsən, görünür elə vasilyok olmuşdu.

Re: 82mm-lik "Vasilyok" avtomatik minaatanı

Добавлено: 19 ноя 2014, 18:01
mirotvores70
Rashad Suleymanov Qazaxistanda bu minaatan modernize edilmis BMP-1 uzerine qurulmusdu. indi İsrailin SPEAR, İspaniyanin EİMOS, BEE-nin Sinqapurla buraxdigi 120 mm Agrab, Koreyanin XM-120 kimi daha muasir ve komputerle idare olunan minaatanalrinin yaninda Vasilyok hec nedir

Re: 82mm-lik "Vasilyok" avtomatik minaatanı

Добавлено: 19 ноя 2014, 18:02
mirotvores70
Məncə döyüş maşınlarının üzərinə belə qurğuların pərcim edilməsi-yersizdir. Bunun ücün fərqli bir platforma və daşıyıcı döyüş maşını işlənib hazırlansa daha yaxşı olar. BMP-1 piyadanın döyüş maşınıdır-ona minaatandan əvvəl avtomatik qumbaraatan lazımdır. Minaatanlar isə minaatan batareyasının cörəyidir

Re: 82mm-lik "Vasilyok" avtomatik minaatanı

Добавлено: 19 ноя 2014, 18:20
Nazim Bayram
mirotvores70 писал(а):Məncə döyüş maşınlarının üzərinə belə qurğuların pərcim edilməsi-yersizdir. Bunun ücün fərqli bir platforma və daşıyıcı döyüş maşını işlənib hazırlansa daha yaxşı olar. BMP-1 piyadanın döyüş maşınıdır-ona minaatandan əvvəl avtomatik qumbaraatan lazımdır. Minaatanlar isə minaatan batareyasının cörəyidir
Əfqanıstanda "vasilyok"ları MTLB-in üstündə qoyurdular.

Avtomatik minaatanlar

Добавлено: 22 ноя 2014, 16:45
mirotvores70
Nazim Bayram писал(а):
mirotvores70 писал(а):Məncə döyüş maşınlarının üzərinə belə qurğuların pərcim edilməsi-yersizdir. Bunun ücün fərqli bir platforma və daşıyıcı döyüş maşını işlənib hazırlansa daha yaxşı olar. BMP-1 piyadanın döyüş maşınıdır-ona minaatandan əvvəl avtomatik qumbaraatan lazımdır. Minaatanlar isə minaatan batareyasının cörəyidir
Əfqanıstanda "vasilyok"ları MTLB-in üstündə qoyurdular.
Bir cox hallarda hə. Cünki birinci olaraq onun modulunu MTLB ücün hazırladılar Əfqanıstanda. Sonradan isə başqa qarnizondakə mütəxəssislər onu cürbəcür texnikaya "pərcim" edirdilər. ZİL-131,Ural,BMP-1,BMD-1 in də üstünə qoyurdular.

Avtomatik minaatanlar

Добавлено: 21 окт 2018, 16:20
smersh70
[youtube][/youtube]

Re: Avtomatik minaatanlar

Добавлено: 21 апр 2020, 22:55
smersh70
Spear MK2 SandCat zirehli avtomobil üzərində....
Изображение
Изображение
► Показать