Hərbi portal

Ya Qarabağ, Ya ölüm
Текущее время: 16 дек 2018, 22:21

Часовой пояс: UTC+05:00




Начать новую тему  Ответить на тему  [ 1 сообщение ] 
Автор Сообщение
 Заголовок сообщения: Ümumi Komandanlıq haqda mülahizələr
СообщениеДобавлено: 18 июл 2015, 14:23 
Не в сети
партизан
Аватара пользователя

Зарегистрирован: 28 янв 2012, 14:04
Сообщения: 2959
Откуда: Баку
ÜMUMİ və yaxud VAHİD komandanlıq anlayışı.
(Şəxsi baxış nöqtəsi)

Uzun zamandır ki, Qrupumuzda və digər polemikalarda BQS(Birinci Qarabağ Savaşı) dövründə Vahid komandanlığın olmaması,bu baxımdan da savaşın uduzulduğu fikrləri mövcuddur.
QEYD: Müharibə yox-savaş uduzulub. Müharibə davam edir !

Bu baxımdan da şəxsi analitikamı nəzərinizə və diskussiyanıza catdırıram.Qeyd edim ki, bu analitika şəxsi anlayışımdır və haqlı,haqsız mübahisələrə səbəb ola bilər. Əsasən mən JUKOV deyiləm-adicə 1000 lərlə savaşda olan zabitlərdən biriyəm və problemə öz baxşım cərcivəmdən münasibət bildirirəm. Qazilərimiz yəqin ki ,öz fikirlərini bildirər və bir qaranlıq məqama da gün doğar. SƏBRLƏ VƏ DİSKUSSİYA MƏDƏNİYYƏTİ İLƏ.

Ümumi komandanlıq və yaxud VAHİD komandanlıq deyəndə əsasən müharibə aparılan dövrdə qoşun və birləşmələrin hərəkətinin,döyüş aparmasının,operativ hücum və müdafiə planlarının,arxa və təhcizat sistemlərinin,təxliyyə və tibb personallarının,kəşfiyyat diversiya əməliyyatlarının bir Qərərgahdan tənzimlənməsi nəzərə gəlir. Əsasən hansısa bir əməliyyatın ,hansısa bir ordu hərəkətinin əmrini Ali Baş Komandan verir. Bundan sonra isə bu əmrin detalları həmən qərərgahlarda (Nazirlik və pilləli şəkildə aşağılarda) təhlil olunaraq qüvvələr arasında bölünür və vəzifələr qoyulur. Müasir müharibələr bu tempdə aparılır.
Lakin şahidi olduğumuz yaxın tarixdə belə amillərə cəhdlər olsa belə ,bu cür nizama nail ola bilmədik. Səbəblər isə coxdur. Bunların icində: İxtisaslı hərbi kadrların az olması,Hökumət böhranı,başıpozuqluq,batalyonların liderlərə tabeliyi,kriminal elementlər,səbəbli olaraq bir birini qəbul etməmək və s kimi faktlar mövcud idi.
Əsasən Azərbaycan üzləşdiyi qəsb faktına qarşı,ən əvvəl olaraq yerli əhali və milis qüvvələri ilə mübarizə ararmağa başladı. Bu zaman regionda marağı olan Rusiya qüvvələri hər vəchlə prossesə mane olmağa,haqqını tələb edən əhaliyə qarşı aqressiv mövqedə durmağa və qəsbkarı dəstəkləməyə başladı. Misal olaraq Qarabağ əhalisindən ov tüfənglərinin "Mərkəzin təhlükəsizlik əmri ilə" yığılması,Rus hərbi hissələrinin qəsbkara avtomatik silah və digər ciddi döyüş texnikası ötürməsi buna bariz nişanədir. Bu cür misallar yetərincədir. Şuşa üzərində vertolyotun "yer-hava" tipli istilik raketi ilə vurulması bu teoremanı isbat edir. Bundan əlavə 366-cə Motoatıcı alayın qəsbkara tank,PDM,Atəş qurğuları ötürməsi də başlıca faktlardan biridir. Yanlış olaraq belə fikir var ki-Qəsbkar bu vasitələri lobbinin ayırdığı pullar bahasına əldə edirdi. Bəli azacıq olsada belə amil vardı. Azacıq. Lakin gəlin anlayaq ki,Rusiya ordusu uzun zaman silah və sursatın dəqiq nəzarətini aparırdi-hətta zəbt elədiyimiz Rus bazalarındakı silahların doldurulmuş formulyarları vardı-burdan qənaətə gəlmək olar ki,silah və sursat məqsədli şəkildə qəsbkara ötürülürdü.
İlk olaraq yaradılan MN-in hərbi hissələri,DİN-in XTMD-İ say məhdudiyyətinin ucbatından ərazini tam qoruya bilmir,günü gündən artan qəsbkar ordusu ilə qüvvələr nisbətində zəif müqavimətə məcbur olurdu. Bir cox sahələrdə bəzən qələbələr olsa belə-ümumən vəziyyət qeyri qənaətbəxş olurdu.
Bu zaman Respublikanın rayonları və döyüş bölgələrində özünümüdafiə ,partiya,lider və s kimi batalyonlar təşkil olunur və düşmənlə savaşa girirdilər. LAKİN.
Müharibəni zona,rayon,şəhər,kənd aparmaz. Bu aksiomadır. Əyər müharibə dövləti bürümüşsə-müharibəni dövlət və onun aidiyyatı qurumları aparmalı-bu cür yaranmış batalyonların da vəzifəsi,cavabdehlik dairəsi və təhcizatı təyin olunmalıdır.
Tarixini kecdiyimiz dövrdə isə bu cür komplektləşmə,idarə olunma və müharibəaparma praktikası mövcud deyildi. Baxmayaraq ki,bu cür cəhdlər oldu. HƏRBİ BİRLİK adlı yaranmaya cəhd-Ümumi komandanlığın funksiyasını özünə götürmək istəsə belə-sonda bir cox amillərə görə baş tutmadı. Əvəzində batalyonlar parakəndə döyüş aparır,qoşunlar arasında birfikirlik(взаимопонимание) pozulur,qüvvələr arasında intriqa baş verir,siyasi baxışlı batalyon liderlərinin hökumətlə konflikti zamanı ona tabe qüvvələr döyüş zonasını buraxaraq liderləri ilə "razborkaya" gedirdilər. Bundan əlavə tariximizdə "döyüşcü" pərdəsi altında gizlənib öz maddi maraqlarını düşünən batalyonlar da mövcud idi. Bu batalyonlar əsasən döyüşə girməz,hansısz zorlu "dayılarının" ümidinə "qanun -qayda" yaradırmış kimi rola girər-lakin mahiyyətcə "qarətci,Maxno bandası" rolunu oynayardılar.
Bu kimi faktlar bir cox müharibələrdə olub və bu gün də Ukrayna dövlətində təkrarlanmaqdadır.
Ümumi komandanlıq anlayışı isə böyük məhfumdur. Burada ən əsası-baxmayaraq ki,hərbi qurum,yaxud özünümüdafiə tipli hərbləşdirilmiş qurumdur-onun komandirliyində-ən əvvəl vacibdir VƏTƏNPƏRVƏRLİK,ÜMUMDÖVLƏT MARAQLARI VƏ NİZAMNAMƏ MƏDƏNİYYƏTİ OLSUN.Məhz bu keyfiyyətlər savaş zamanı hərbi biliyindən asılı olmayaraq hər bir komandirin vacibi keyfiyyətidir. Əfsus bunların hec biri bir cox batalyonlarda və hərbi qüvvələrdə olmadı. Bir coxu özünü JUKOV,bir coxu CAPAYEV, bir coxu da özünü əstəqfurullah ALLAH saydı.
Burada siyasi faktor da az rol oynamadı. Kənar və daxili qüvvələrin siyasi maraqları da burada vacib amil oldu. Yəni siyasət-səriştəsizlik-ambisiya öz bəhrəsini verdi. Əfsus ki bu bəhrə gözəl bir ağacın yetişdirdiyi murdar bir meyvə kimi acı və yeyilməz oldu.
Bu cür neqativlərin arasında tariximizdə öz şanlı yolunu kecən və hər zaman tarixdə öz qanı ilə qızıl imza qoymuş Qəhrəman batalyon və qoşun növlərimizin ŞƏHİD VƏ QAZİLƏRİ QARŞISINDA BAŞ ƏYİRƏM !
Изображение

_________________
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.


Вернуться к началу
Показать сообщения за:  Поле сортировки  
Начать новую тему  Ответить на тему  [ 1 сообщение ] 

Часовой пояс: UTC+05:00


Кто сейчас на конференции

Сейчас этот форум просматривают: нет зарегистрированных пользователей и 1 гость


Вы не можете начинать темы
Вы не можете отвечать на сообщения
Вы не можете редактировать свои сообщения
Вы не можете удалять свои сообщения
Вы не можете добавлять вложения

Найти:
Перейти:  
cron
Создано на основе phpBB® Forum Software © phpBB Limited
Русская поддержка phpBB