Snayperlər. Mif və reallıqlar

Silah və texnikanın Azəri dilində şərhi
Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 91869
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2736 раз
Поблагодарили: 1834 раза

Re: Snayperlər. Mif və reallıqlar

#11 Сообщение smersh70 » 27 сен 2019, 14:25

Snayper müharibəsinə həsr olunan buraxılış


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 91869
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2736 раз
Поблагодарили: 1834 раза

Re: Snayperlər. Mif və reallıqlar

#12 Сообщение smersh70 » 18 окт 2019, 22:14


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 91869
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2736 раз
Поблагодарили: 1834 раза

Re: Snayperlər. Mif və reallıqlar

#13 Сообщение smersh70 » 31 дек 2019, 00:24

super :character-oldtimer:


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 91869
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2736 раз
Поблагодарили: 1834 раза

Re: Snayperlər. Mif və reallıqlar

#14 Сообщение smersh70 » 04 май 2020, 03:08

Əsasən Snayperlər böyük kalibrə üstünlük çox az hallarda verirlər. Bu özlüyündə çox təhlükəli tendensiyadır.
Çünki:
-Böyük çaplı snayper tüfənglərində səs boğucu istifadə etmək olmur,
-Bu tip silahların dəqiqlik əmsalı,kiçik çaplılara nisbətdə daha azdır,
-Atəş zamanı yaranan təzyiqdən ətrafdakı əşya və bitgilər çox tərpənir,
-Bu silahları daşımaq ,manevr etməyə maneə yaradır,
-Bu tip tüfənglərin sursatı çox yer tutur və aöır olur,
-Bu tip silahların təpmə gücü böyük olduğundan ,optik nişangahı hər dəfə tənzimləmək lazım olur və s.

Изображение
Ümumiyyətlə uzaq vuran və böyük çaplı snayper tüfənglərinin istifadəsi,xüsusi əməliyyatlar ,xüsusi tapşırıqlar zamanı vacib olur. Əks halda snayper özü hədəfə maksimum yaxınlaşmağı üstün tutur və bu zaman atəşin haradan atıldığının təyin olunmaması üçün səsboğucu və aldadıcı vasitələrdən istifadə edir.
Məsələn ,Fin -Rus müharibəsi zamanı Fin snayperləri HOP-HOP quşunun səsinə snayperin olduğu yerdən kənarda çıxarmaqla düşməni çaşdırırdılar. Bu zaman Ruslar psixoloji sarsıntı keçirərək,quşun səsi gələn tərəfə pulemyotlardan atəş açırdılar. Başqa səmtdə oturan snayper isə arxası ona tərəf olan düşmən pulemyotçularını və komandir heyətini bir bir sıradan çıxarırdı. Məhz buna görə Ruslar Fin snayperlərinə "Görünməz ölüm " adı vermişdilər. Ərazidə Fin snayperlərinin olması Rus qüvvələri üçün böyük psixoloji sarsıntı idi. Onlar hər an vurulacaqlarını və snayperlərə qarşı acız olduqlarını düşünərək,qorxudan stresə düşürdülər.
Snayperliyin əsasında bir çox amillər,atıcını yüksək səviyyəyə gətirir. Bu snayperin özünün hər zaman müvəffəqiyyətli olması düşüncəsidir. Bu düşüncə ona ən vacib hədəfi nişan alarkəın" o mənimdir" anlamıdır. Əyər bu anlam 1 cə saniyə snayperi tərk edərsə bu ona baha başa gələ bilər. Snayper də minaaxtaran kimidir. Onun bir səhfi əyər özünü öldürməzsə də,onun dostlarının ölümünə,əməliyyatın məhfinə gətirib çıxara bilər. Bu isə özlüyündə illər boyu bu günahla yaşamağa məhkum olan snayperin həyatda sınması və stresslər əhatəsində ağır xəstəliklərə düşar olmasıdır. Özünə tam arxayın snayper,başqalarının ağlına gəlməyən mövqedən bir atəşlə hədəfi vurmağı bacarmalıdır. O hədəfinin üstündə sezilməyəcək və heç kimin görə bilməyəcəyi dəyişikliyi görməlidir. Çox zaman snayperlər verilən tapşırığın detallarını müstəqil dəyişirlər. Bu reqlamentdən kənar olsa belə,vacib amildir. Çünki, verilən tapşırığın icrası zonasında hava,vəziyyət və s kimi mane ola bilən amillər dəyişə bilər. Bu zaman kor koranə reqlamentə əsir olmaq,sonda əməliyyatın pozulmasına gətirib çıxarar.
Çox zaman texnikanın inkar etdiyi məsafələrdə və snayperlik tarixində olmayan nümunələrdə,bir çox snayperlər uğur qazana bilmişdir. Bu də tək atəş hazırlığının yox,həm də psixoloji hazırlığın məhsuludur. Kanada ordusunun kapralı Rob Furlonq "Anakonda " əməliyyatı zamanı öz əsrinin rekordunu qıraraq,2430 metrdən düşməni vurmağa nail olmuşdur.
Çox snayperlər əksər halda öz silahları üçün sursatı ozləri hazırlamağa üstünlük verirlər.
Niyə ?
Bu haqda növbəti yazıda.
Abuzər Əbilov(Legion HVK)
Artilleriya və xüsusi taktikalar üzrə hərbi ekspert.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 91869
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2736 раз
Поблагодарили: 1834 раза

Re: Snayperlər. Mif və reallıqlar

#15 Сообщение smersh70 » 06 май 2020, 01:19

Sursatlar haqda sorduqlarım.
Изображение
Hər kəsə məlumdur ki, ixtisaslı snayperlər heç zaman ərazidə səpələnmiş yaxud ordu cəbhəxanasından ortada olan həmən kalibrli güllələri götürmürlər. Bu snayperin özünəhörmətsizliyi və son anda tapşırığın məhfinə gətirib çıxara bilər. Öz snayper tüfəngi,snayper üçün onun evladıdır. Yaxşı snayper evladını heç zaman dəqiq olmayan qidala qidalandırmaz. Snayper tüfəngləri üçün xüsusi snayper güllələri istehsal edilir. Oxşarları ilə bir kalibrdən olmasına baxmayaraq -bu güllələr daha dəqiq hazırlanmış və onların barıt içliyi daha dəqiq hesablanmışdır.
Verdiyim sual: Bəs əməliyyat uzun çəksə,güllə qurtarsa siz bu kalibrdən olan başqa güllələri tüfənginizə qoyub atmayacaqsınız? O zaman gülləsiz qalarsınız ki.
Amerikalı veteran dostum:- Snayper avtomatçı deyil ki, verilən hədəfə bir qatar güllə buraxsın yaxud qoşunların olmadığı ərazidə düşmənlə uzun uzadı döyüş aparsın. Bu bizim profil deyil. Əməliyyata gedəndə 2 komplekt götürürdüm. Bu 10 güllədir. Bundan əlavə mənim tapancam vardı. Ona 4 komplekt götürürdüm. Avtomatik silah isə mənim izləyicimdə vardı. Onun vəzifəsi hədəfi izləmək və mənə ötürmək,düşmən gələrsə məni atəş zonasından çıxarmaq idi. Heç vaxt bu kalibrdən olan və snayper gülləsi olmayan sursatı tüfəngimə yeritmədim.
Sual:Bəs çox zaman filmlərdə snayperlərin özləri üçün güllə hazırladığını görmüşəm.Siz hazırlayırdınızmı?
Cavab : Olub lap gənc vaxtlarda. Özümün qram tərəzim, güllənin başlığını gilizə sıxan balaca dəzgahım, birləşən yeri rəngləmək üçün xüsusi boyam vardı. Giliz və gülləni hazırlamamışam. Bunun üçün heç bir ləvazimatım yox idi. Əldə edirdim. Bu da çox vaxt həvəsdən irəli gəlirdi. Güllə üzərində öz emblemimi qoyurdum. Düşünürdüm ki düşmən mənim imzamı tanıyar. Amma illər keçəndən sonra anladım ki, kim gedib hər dəfə gülləni axtaracaq ki,onun üstündəki emblemə baxsın? Başını buraxdım.
Sual: Bəs çox zaman eşitmişəm güllələrə hansısa məhlul sürtülürdü ki, yaralanandan sonra qanı zəhərləsin?
Cavab: Sən məni lap hərbi cinayətkar kimi HAAQA məhkəməsinə dartırsan)) . Yox mən eləməmişəm. Snayper əyər bu sənəəti seçibsə,o düşmənini hansı nöqtədən vurmasını təyin edib,ora da vurmağı bacarmalıdır. Toyuq ovlamırıq ki, deyək qanadından dəysədə gedib tutacağıq. Amma belə faktlar olub. Vyetkonqlar edib, Əfqanlar indi də edir. İrakda olub. Suriyada saqqallı şeytanlar indi də cürbəcür zibili gülləyə batırırlar. Amma bu bizlik deyil. Ya dəqiq at,yada korlanmısansa bu sənəəti burax.
Göründüyü kimi özü güllə hazırlayan snayperlər yox deyil. Bu az olsa belə və qeyriənənəvi olsa belə var. Əsasən də bu onlara "öz güllələri ilə atmaqda" bir stimul,bir həvəs də yaradırdı.
Komandirim mayor Şapka Əfqanıstandan danışanda mənim görmədiyim bir hadisə haqda danışmışdı.Bir zamanlar lap yüngül yaralanan əsgərlər də ölürdülər. Onların qanı zəhərlənirdi. Sonradan məlum olmuşdu ki, Əfqanların snayperləri,kustar silahlarla atəş açdığından,dəqiq istənilən bədən nahiyəsini vura bilmirdi. Buna gör atəş açdıqları güllələri zəhərləmək kimi metod seşmişdilər. Zəhər də axtarmırdılar.Sadəcə güllənin başlığını öz nəcislərinə batırıb atırdılar. Bağırsaq tullantısı qana qarışdıqda qana zəhərlənmə verirdi. Bunu həkimlər başa düşsə belə,heç bir şey etmək olmurdu. Çünki yaralı yol gələnə qədər vat keçirdi.
Snayperlər çox zaman özləri ilə tapşırığa heç kimi götürməməyi üstün tuturlar.
Niyə?
Davamı sonrakı yazımızda.
Abuzər Əbilov. (Legion HVK)
Artilleriya və xüsusi taktikalar üzrə hərbi ekspert

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 91869
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2736 раз
Поблагодарили: 1834 раза

Re: Snayperlər. Mif və reallıqlar

#16 Сообщение smersh70 » 13 май 2020, 02:01

Niyə snayperlər ikilikdə “işləyirlər”.
Bu anlam Snayper ikiliyi adlanır. (Снайперская пара)
Изображение

İlk anda adı görünə bilir. Biri durbinlə baxıb kimisə görür,o birisinə dümsük vuraraq “görürsən”? deyə soruşur və o da Hə deyərək tətiyi basır.
Lakin bizə adı görünən bu prossesdə həddən artıq ağır təlimlər, illərin təcrübəsi,ən əsas iki insanın bir birini qəbul edərək,onların qarşılıqlı anlamı var. Bundan əlavə hər birinin özünə aid vəzifəsi var. Adətən müşahidəçi snayperi,snayper isə müşahidəçini əvəz edə bilsə belə,bir birinin vərdişini təkrarlaya bilmir. Əsasında isə snayper müşahidəçinin təyin etdiyi hədəfin uzqlığlığını,ballistik trayektoriyanı və yan küləklərinin sürətinin və digər amillərin məlumatı əsasında optik nişangahın göstəricilərində dəyişiklik edir. Çaox vaxt hədəfin vurulmasına hazır olduğunu bildirdikdən sonra müşahidəçinin komandanlıqla əlaqəsi zamanı hədəfin vurulması üçün təsdiq alır. Əyər cütlük müstəqil işləyirsə,təsdiqə ehtiyac olmur.Filmlərdə olduğu kimi hər zaman müşahidəçi snayperin yanında olmur. Bu olduqları relyef və digər amillərdən irəli gələn bir vəziyyətdir. Bundan əlavə snayper cütlük zamanı daha qorunmuş və daha müşahidəli ola bilir. Çünki ancaq optik nişangaha dirənmiş snayper ətrafı müşahidə etməkdən təcriddir. Bu zaman o 1 yaxud 2 tüfəng götürdüyü zaman( müxtəlif vəziyyətlərdə ənənəvi snayper tüfəngindən başqa,antimaterial snayper tüfənginə də ehtiyac yaranır və bu qarşıya qoyulan vəzifə zamanı təyin edilir) artıq yaxın döyüş üçün silah götürə bilmir. Müşahidəçidə isə bu və ya digər vəziyyətlər üçün avtomatik silah olur. Yaxın keçmişimizdə əsasən snayperin qorunması üçün müxtəlif qruplar tərtib olunurdu. Bu snayperlə birlikdə avtomatçıllar və hətta bu qrupda pulemyotçunun da olması kimi nümunələr var idi. Lakin daha ciddi əməliyyatlar zamanı snayperlər qruplardan kənar “işləməyi “ üstün tuturlar. Çünki toplum halda olan qrup,snayperdən kənarda olsa belə, onların xaotik hərəkətləri və atəşləri, biliklə və elmli düşməndə ,mütləq onların kimisə qoruyaraq,çaşqınlıq yaratma istəyi başa düşülməsi ilə nəticələnirdi. Bu zaman əks tərəfin snayperləri məhz bu qrupun avtomatçılarını və pulemyotçusunu buraxıb,məhz snayperi axtarıb aşkar etməklə məşqul olurdular. Bu kimi vəziyyətlər məhz döyüş çöllərinin nümunəsidir. Xüsusi tapşırıqlar zamanı böyük qruplara həm snayperlərin özləri,həm də komandanlıqlar üstünlük vermir. Bəzi tapşırıqlarda isə ümumiyyətlə snayperlər müşahidəçisiz olaraq çıxırlar. Buna onların arasında “nöqtəli” (точечный) əməliyyat deyilir.
Müşahidəçinin vəzifəsi tək hədəf axtarışı və onu müşahidə deyil.O həm də yuxarıda qeyd olunduğu kimi,hədəfəqədər uzaqlığın,portativ meteostansiya ilə havanın nəmişliyini, səmt küləklərinin miqdarını,atmosfer sıxlığını ,ballistik kalkulyator vasitəsi ilə güllənin uçuş trayektoriyasını ölçərək məlumatları snayperə ötürür. Bundan əlavə növbəti təşə hazırlıq zamanı snayperdə olan hər hansı çatışmamazlığı görərsə xəbərdarlıq edir. Əməliyyat bitsikdən sonra və yaxud əməliyyat zamanı ətrafdan qorunmaq kimi vəzifə də məhz onun payına düşür. Müşahidəçi də snayper kimi hərəkətsiz, diqqətli, ciddi və cəld olması vacib şərtdir. Başqa cürə isə o tək özünü yox,snayperin də mövqeyini açıqlaya bilər. Bu zaman isə sözsüz ki anyisnayper tədbirləri zamanı məhf olacaqdır. Bundan əlavə verilmiş tapşırıq zamanı o da snayperlə birlikdə ekstremal şəraitdə uzun müddət yaşamağı və hər bir çətin duruma dözməyi bacarmalıdır.
Antisnayperlər mifdir yoxsa reallıq?
Bu haqda növbəti yazımızda.
Abuzər Əbilov. (Legion HVK)
Artilleriya və xüsusi taktikalar üzrə hərbi ekspert.

Ответить

Вернуться в «Hərbi Hazırlıq»