Qumbaraatan tüfənglər

Silah və texnikanın Azəri dilində şərhi
Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Qumbaraatan tüfənglər

#1 Сообщение smersh70 » 23 янв 2018, 00:57

Qumbaraatan tüfənglər -1
(Yazı Azeridefence texnoloji jurnalında dərc olunmuşdur)

Qumbaraatan tüfənglər: özəllikləri və perspektivləri.
Bu tik silah növü əsasən XVII-XVIII əsrlərin tarixinə gedib çıxır.O zamanlar əldə düzəldilmiş qumbaraları muşketlərin lüləsində kustar halda düzəldilmiş qablaşdırmalara yerləşdirirdilər. Bu zaman muşketə doldurulmuş barıtın yanması nəticəsində əmələ gələn barır qazlarının təsirindən qumbaralar atılaraq düşmənə məsafədən tələfar gətirirdilər.
Əsasəmn qumbaraatan tüfənglərin yaranmasına ehtiyac-onların əl gücündən artıq uzaqlığa uca bilməsindən yarandı. Qumbaraatan tüfənglərin ikinci kütləvi istehsalı və tətbiqi Birinci Dünya müharibəsinə təsadüf edildi.Bu zaman mövqe döyüşləri zamanı düşmənin əl atımından uzaqda yerləşən səngərlərinə qumbaraların tullanması zərurəti yarandı. Əsgərlər bunun ücün yaylı katapultlardan istifadə etməyə başladı ki,bu da cox zaman arzuolunmaz nəticələrə gətirib çıxardı. Artıq bu zaman qumbaraatan tüfənglərin istehsalına zərurət yarandı. Lakin sonradan bu tip və lüləyə kemirilərək atılan qumbaraların lüləni korlamasından və bu lülədən güllə atıldıqda güllələrin hədəfdən yayınmasından irəli gələn zərurət,qumbaraların atılması ücün başqa tüfənglərin yaranmasına start verdi.Bu tip qumbaraatanların effektə malik olduğunu artıq anlayan bir cox dövlətlər,belə qumbaraatan silahlar işləyib hazırlamağa başladılar.Və Birinci Dünya Müharibəsinin sonuna kimi orduların moxunda belə qumbaraatan tüfənglər peyda oldu. İkinci Dünya müharibəsi illərində artıq piyada qüvvələrdən əlavə,zirehli texnikaya da bu tip qumbaraatanlar tətbiq olunmağabaşladı.Ən əvvəl tüfəngdən boş güllələrin barıt qazlarının yaratdığı enerji ilə atılan,lüləyə kecirilən və başlığında yandırıcı mayeli şüşələr olan qumbaralardan istifadə olundu. Bundan sonra isə Almanlar özlərinin kumulyativ təsiri olan GG/P 40 qumbaraları ilə tüfənglərdən zirehli texnikaya atəş acmağa başladılar.Müharibədən sonrakı dövr,zirehli texnikaların kütləvi istehsalı dövrü olduğu üçün ,qumbaraatan tüfənglər və yaxud kombinə edilmiş avtomatik silahlar da yaradıldı ki,bu da həmən silahlardan müxtəlif növ qumbaraların atılmasını mümkün etdi.
Изображение
Müharibədənsonrakı dövrdə bir çox silahlar uzun üfürücü kompensatorla təhciz edildi ki,bu da silahın təpməsini yüngülləşdirmək və lülədən cıxan alovun qarşısını almaqdan əlavə,bu kompensatorlara tüfəng qumbaralarını atmaq ücün istifadə olundu. Bunlardan
Yuqoslaviya istehsallı “Zastava” avtomatının bir neçə modifikasiyası,Belçika istehsallı FN FAL hücum tüfəngləri,İsrailin Galil,Almaniyanın HK G3,ABŞ-ın M16 (G3 və M16 nın bir çox modellərində həm də lüləaltı qumbaraatanlardan da istiadə olunur) avtomatik silahlarıdır ki,istehsalcı bu silahlara qumbaraatmaq kimi funksiya da əlavə etmişdir ki,bunun da sübutu uzun və təmiz səthli lülə ilə izah olunur.
İllər ötdükcə tüfənf tipli qumbaraatanlar da elmi və texniki dəyişikliklərə uğradılar. Bu tip silahların istehsalında dəyişikliklər baş verdi .Həm tüfənglərin özü,həm də qumbaralar böyük nailiyyətlə yenilənməyə məruz qaldılar. Bu zaman artıq tüfənf qumbaraatanları ilə atəş acarkən,boş güllələrdən istifadə prinsipi zəiflədi. Qumbaralar güllə kimi gilizə yerləşdirildi və taəş ücün gilizə yerləşdirilmiş barıt və kapsul istifadə edildi. Qumbaralar da zaman kecdikcə dəyişdi. Müxtəlif hərbi əməliyyatlat zamanı qoyulmuş vəzifədən irəli gələn qumbaralar gündəmə gəldi. Bunlardan : qəlpələnən,qəlpələnən-fuqas,kumulyativ,tüstülənən,səs və gözyaşardıcı,reaktiv və “ağıllı” qumbaraları göstərmək olar.
Əsasən ilkin olaraq tüfəng tipli qumbaraatanların ilkin vəzifəsi: bağlı və acıq sahələrdən ,düşmənin canlı qüvvəsinə,səngərlərinə qəlpəli,yüngül zirehli texnikasına kumulyativ,atıcı silahın tuta bilmədiyi əraziyə asılqan atəşi ilə qəlpəli –fuqas, ərazinin maskalanması ücün tüstülənən ,müxtəlif işarələr vermək üçün siqnal qumbaraları ilə,kütləvi iğtişaşalar zamanı polis qüvvələrinə kütləyə göz yaşardıcı və səs qumbaraları ilə atəş acmaqdan ibarətdir. Bundan əlavə müxtəlif növ yandırıcı və kimyəvi qumbaralar da vardır ki,onların istifadəsi Beynəlxalq konvensiyalarla məhdudlaşdırılır.
Изображение
Müasir dövrdə qumbaraatan tüfənglər bir cox modernləşdirmə və konstruktiv dəyişmələrə məruz qalmışdır.Böyük silah konsernləri bu tip silahlara daha diqqətli olaraq olnları dəqiq,dağıdıcı və xüsusi təyinatlı silah növünə catdıra bilmişlər.
RAW 20 (Personal Assault Weapon –Xüsusi hücum silahı) 2006 cı ilin payızında güniş kütləyə təqdim olunmuşdur. Gemaco Elbree Pty Ltd şirkətinin məhsulu olan RAW 20 qumbaraatan tüfəngi 20 qumbaralı daraqla təhciz olunub,özüdoldurulan silah növünə aid olaraq piyadaların atəş təminatı ücün nəzərdə tutularaq,tağım və manqalara təhkim edilir.Əsas vəzifəsi: düşmənin piyadalarını (acıq və yüngül sığınacaqlarda ),zirehli olmayan texnikasını,avtomobil ,dayanacaqda duran təyyarə və helikopterlərini yüngül tikililərini məhf etməkdir.
RAW 20 ücün xüsusi olaraq kicik impulslu 20x42mm ölcüdə olan 20mm lik mərmilər hazırlanmışdır ki,bu da silahdan ayaqlar və dəzgahsız hərəkətdə olarkən atəş acmaq mümkündür.Mərminin başlanğıc sürəti 300 m\s –dır. RAW 20 ücün mərmilər 20 mm lik avtomatik topların mərmiləri bazasında yaradılmışdır,hansı ki ,mərmi 42 mm lik halqavari gilizdə oturdulmuşdur.Bu cür döyüş mərmisinin döyüş hissəsinin cəkisi 105 qramdır və başlanğıc sürəti saniniyədə 300 metrdir. Əsas döyüş sursatları : Qəlpələnən fuqas,qəlpələnən yandırıcı,polis əməliyyatları ücün öldürməyən iclikli və təlim prossesləri ücün inert (təlim sursatı) kimi növləridir,bundan əlavə tüfəngdə konstruktiv dəyişiklik etməklə,onu”öldürməyən silah” növünə gətirərək,polis və xüsusi əməliyyatlar ücün də istifadə etmək nəzərə alınıb.
RAW 20 tüfəngi ücün sursatlar DENEL şirkətinin hissəsi plam PMP tərəfindən hazırlanır.Bu silah əsasən atəş zamanı barıt qazlarının vasitəsi ilə geriyə təpən caxmaq vasitəsi ilə avtomatik hərəkətini alır ki,bu da müsir dövrdə əsas avtomatik hərəkət yaradan bir amildir. Atəş rejimi isə “tək” atəş prinsiplidir.Silahın ştat nişangahı yoxdur. Əsasən lülə qutusunun üst tərəfində qoyulmuş Picatinny rail (Pikatini relsi) vasitəsi ilə atəş məsafəsindən asılı olaraq lazer,optik nişangah və böyütmə və yaxınlaşdırma funksiyası olmayan,sadəcə qırmızı tuşlayıcı funksiyalı kollimatorlar qoyula bilər.Atəş uzaqlığı 1000 metr və cəkisi 5.9 kq olan PAW-20 avtomatik qumbaraatan tüfəngi,özünün qatlanan qundağı vasitəsi ilə,qeyri döyüş şəraitində 845 mm dən 785 mm yə qədər qısala bilər.
Abuzər Əbilov(Legion)
Ardı var.
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Qumbaraatan tüfənglər

#2 Сообщение smersh70 » 23 янв 2018, 00:58

Qumbaraatan tüfənglər -2
(Yazı Azeridefence texnoloji jurnalında dərc olunmuşdur)
1990 cı illərdə Ukrayna hərbi sənayesi özüdoldurulan əl qumbaraatanının hazırlanması haqda qərar qəbul etdi. İşlərin aparılması ücün “Şimal maşınqayırma zavodu” secildi və “Şimal “konstruksiya bürosunun mütəxəssisləri tərəfindən “Porşen” adı altında işləmələrə başlandı.2004 cü ildə ilk olaraq “porşen” və sonradan “PQ-1” adı alan qumbaraatan silah təqdimata verildi. Lakin bundan sonra bir sıra konstrusiya üzərində olan catışmamazlıqlar aşkar olunduqdan,bu silahın təkmilləşdirilməsi yalnız 2007 ci ildə bitdi.Prosseslərin bitməsinə baxmayaraq silahın zavod,poliqon və dövlət komissiyaları tərəfindən testləri 2014 cü ildə bitərək və məhz bu ildə Ukrayna Silahlı Qüvvələrinə daxil oldu.
Изображение
RQ-1 avtomatik qumbaraatanı zaman zaman savaş teatrında istifadə olunan tək atəşli və dəzgahlı avtomatik və avtomatik olmayan piyada qumbaraatanlarını əvəzləmək ücün nəzərdə tutulub. Bu silah QP-25 və AQS -17 kimi qumbaraatanların ortasında dayanan bir silah layihəsidir ki,əsasında avtomatik atəş və yüngül daçınma prossesi durur.İlkin olaraq da bu silahın sürətli döyüş əməliyyatlarında və dağ,şəhər relyeflərində düşmənin canlı qüvvəsini və yüngül zirehli texnikasının məhf edilməsi vəzifəsi durur.AQS-17 dəzgahlı avtomatik qumbaraatanlarda istifadə edilən( VOQ-17 ,30X29 mm) mərmilərdən istifadə edən RQ-1 qumbaraatanı yüngül cəkisi ,mobilliyi və tək əsgər tərəfindən istifadə qaydaları ilə secilir,hansı ki AQS-17 qumbaraatanının heyəti 2 nəfərdən ibarətdir. RQ-1 qumbaraatanında konstruksiya ilə bağlı hec bir yenilik yoxdur. Silah klassik atıcılıq silahlarında olan atəş prinsipi ilə hazırlanmışdır.Bütün vurucu –buraxıcı mexanizmlər bir cox atıcılıq silahlarında olduğu kimi lülə qutusunda yerləşdirilmişdir.VOQ-17 tipli mərmilərin böyük atıcı qüvvəsinin olması və atəş zamanı böyük miqdarda barıt qazlarının yaranması,caxmağın hərəkəti və avtomatik atəşin təmin olunması ücün birinci meyardır.Atəş zamanı gilizin geriyə təpməsi,caxmağı arxaya hərəkətə gətirməklə ,gilizi yan oyuqdan tullayır,caxmaq yayının sıxılmasına və barıt qazlarını xarıc olunduqdan sonra onu irəli itələyərək mərmi sandıqcasından yeni mərmi götürərək lüləyə itələməsi ücün hərəkət edir.Atıcının atəş zamanı təpmə zərbəsini azaltmaq ücün lülə qutusunun sonunda dempfer tipli yay qoyulmuşdur ki,bu da öz növbəsində geriyəyəpmənin zərbəsini udmaq imkanına malikdir.İkinci təpmə əmsalını yüngülləşdirən faktor isə silahın lüləsində yerləşdirilmiş üfürücü-kompensatordur ki,bu da öz növbəsində AK -74 avtomatlarının üfürücü-kompensatorunun rolu ilə eynidir.Uzun lülə isə öz növbəsində inyensiv atəş zamanı,lüləni tez qızmadan qoruyur.Mərmi sandıcasının işlənməsindədə yenilik yoxdur-klassık atıcılıq,daha dəqiq desək avtomatik silahlarda işlədilən funksiyaya malikdir və 5 mərmi tutumu var.Silahda bir sıra köğməkedici vasitələr nəzərdə tutulmuşdur.Bunlardan : idarəolunan qundaq,yan tərəfdə kollimator,optik,teplovizion və lazer nişangahları ücün Pikkatini relsi, müxtəlif vəziyyətlərdə atəş acmaq ücün lazım olan ayaqlıqlar və s. Effektiv nişan uzaqlığı əsasən 900 metrdir. Yaxın perspektivdə bu silahın müxtəlig növ mərmilərdən atəş aca bilən prototiplərinin hazırlanması da nəzərdə tutulur.
Изображение
2010-çu ilin əvəllərində Cin Xalq Respublikasının “Norinco” şirkəti «LG6» tipli avtomatik qumbaraatan tüfəng hazırlayaraq ,2013 cü ildə böyük xalq kütləsinə təqdim etdi.Və bu ildə də bu tip tüfənglər kütləvi istehsala buraxılaraq həm də ixrac ücün təklif olundu. «LG6» avtomatik qumbaraatan tüfəng ,canlı qüvvə və yüngül zirehli texnika,atəş nöqtələrinin məhf edilməsi ücün nəzərdə tutulmuşdur. Əsasən NATO tipli unitar 40x46 caplı və əsasən də lüləaltı qumbaraatanlarda istifadə olunan mərmilərlə atəş acan bu tüfəngin mərmi sırası cox genişdir. Qəlpələnən-fuqas,qəlpələnən –zirehdələn,inert(təlim) ,tüstü,qaz mərmilərindən istifadə oluna bilir. «LG6» tipli avtomatik qumbaraatanlar,atəş zamanı barıt qazlarının yaratdığı geriyətəpmə hərəkəti,caxmağın sığılması və sonradan yay vasitəsi ilə qaytarılması hərəkəti vasitəsi ilə avtomatik atəş acma funksiyalıdır.Vurucu-buraxıcı mexanizm həm avtomatik,həm də tək atəş acmağa imkan verir. Silahını mərmi ilə təminatı 5-15 ədədlik baraban tipli sandığcadan təmin edilir ki,bu da lülə qutusunun altına bərkidilir.Lüləaltı tutacaq,atəş zamanı dəqiq nişanlama ücün və silahın əldə daha rahat saxlanması ücün işlənib hazırlanmışdır. Bundan əlavə silahın lülə qutusu ilə lüləyə birləşdiyi yerdə həm daşınma ücün dəstək,həm də mexaniki nişangahı özündə birləşdirən tutacaq da nəzərdə tutulmuşdur. Lülə üzərində bərkidilmiş Pikkatini relsinin olması ,qumbaraatanların konstruksiyasına kollimator və müxtəlif növ nişangahların qoyulmasını mümkün edir. Əsasən Silah əldən atmaq ücün nəzərdə tutulsa belə,ehtiyac yarandığı zaman onu dəzgaha qoyaraq müxtəlif transport vasitələrinə də təhkim etmək olur. «LG6» Norinco yaxşı dəqiqlik və dözümlülük göstərərək,özündə yüngüllük,komfortu birləşdirə bilən və dəqiqədə 300-350 atəş aca bilən bir silahdır.Qumbaraatanın uzunluğu 830mm ,cəkisi isə ( sandıqcasız)4.8 kq dır.
Abuzər Əbilov (Legion)
Изображение
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Qumbaraatan tüfənglər

#3 Сообщение smersh70 » 25 янв 2018, 02:56

Qumbaraatan tüfənglər -3
(Yazı Azeridefence texnoloji jurnalında dərc olunmuşdur)

Slovakiyanın CZECH WEAPONS şirkətinin məhsulu olan RAG-30 avtomatik əl qumbaraatan tüfəngləri XX-XXI əsrlərin kəsişməsində yarandı. 30 mm lik bu silahın konstruksiyasınə görə bu həm əl həm də dəzgahlı qumbaraatan tüfəng funksiyalarını özündə birləşdirə bilir. Konstruktorlar xarakterik detalları nə qədər dəyişsələr belə,mütəxəssinin ilk baxışından bu silahın bir cox hissələrinin Rusiyanın AQS avtomatik qumbaraatanından klonlaşdırılmasını anlamaq mümkündür.Silahın kicik cəkiyə yəni 11.7kq malik olması,onun bir nəfər tərəfindən istismar olunmasına imkan yaradır. RAG-30 avtomatik qumbaraatanı atəş enerjisinin yarımazad caxmağa təpməsiindən əmələ gələn hərəkət vasitəsi ilə avtomatik hərəkəti alır.Vurucu –buraxıcı sistem,həm avtomatik,həm də tək atəşlidir.Bu zaman geriyətəpmə bufer tipli yay vasitəsi ilə yüngülləşdiyindən atəş zamanı böyük zərbədən qacılır.Qumbaraatan lülə qutusunun üst tərəfinə bərkidilən və 5 mərmi tutan sandıqcadan qıdalanır. Belə konstruksiya mexaniki nişangaha maneə olduğundan,nişangah sağ tərəfdən lülə qutusuna birləşdirilmişdir.Silah 600 metr uzaqlıqda olan canlı qüvvəni vəı atəş nöqtələrini məhf etmək ücün nəzərdə tutulub və əsasən Rusiya istehsallı VOQ-17 A və VOQ-17M tipli mərmilərlə atəş acır. Dəqiq və rahat atəş ücün silahın lülə qutusunun alt tərəfində ayaqlıqlar işlənib hazırlanmışdır. Zaman kecdikdən sonra «CZECH WEAPONS» şirkəti silahı modernizə edərək,ona SAG-30 adı verdi. Konstruksiya dəyişikliyi təkcə avtomatik atəşə toxundui,belə ki SAG-30 yarımavtomat silah olaraq yalnız tək –tək atəş aca bilir.Bundan əlavə sandıqca üzərində olan tutacaq yığışdırılaraq silahı daha yüngül etmişdir .

Ukraynanın daha bir , İvano-frankovsk vilayətinin VALAR şirkəti 2010 cu illərin başlanğıcında iricaplı «Валар-30». Adlı avtomatik qumbaraatan tüfəng istehsal etməyə başladı. 30 mm-lik bu silah ənənəvi olaraq piyadaların köməkci silahı olmaqla yanaşı,özündə bir cox texnoloji yenilikləri birləşdirə bilmişdir. Silahın avtomatik hərəkəti,lülənin kicik məsafədə geriyə təpməsi və əlavə təpmə fuksiyaları vasitəsi ilə alınır.Belə texnologiya həm də atıcıya cata biləcək təpmənin qarşısını alır və bu təpmə hətta Kalaşnikov tipli avtomatların təpməsindən də yüngüldür. Başqa nümunələrdən fərqli olaraq «Валар-30» həm avtomatik,həm qısa fasiləli,həm də tək atəş aca bilir.Bu tip atəş prinsipi sursatlara qənaətdə cox keyfiyyətli bir nəticəyə gətirib cıxarda bilir.Əsasən silahın cəkisinin döyüşcü ücün böyük amil olmasını nəzərə alan mütəxəssislər,1050mm uzunluqda olan silahın cəkisini 9 kq-ya qədər azalda bilmişlər. «Валар-30».avtomatik qumbaraatanından atəş ücün dəzgah və digər avadanlıqlar tələb olunmur,silahdan həm hərəkət zamanı əldən,müxtəlif maneələr arxasından,həm də dayaq ayaqqlıqları vasitəsi ilə atəş acmaq olar. «Валар-30» avtomatik qumbaraatan tüfəngi də,VOQ-17 tipli mərmilərdən və bu tip mərmilərin müxtəlif vəzifəli növlərindən istifadə edir .İki tipli sandıqcadan istifadə olunur.Bu : 5 mərmilik adi sandıqca və 15 mərmilik baraban tipli sandıqca da ola bilir.Maksimal atəş uzaqlığı 1600 m effektiv atəş uzaqlığı isə 800 metrdir.Silahın konstruktiv və capı əmsalında modernləşmə işləri davam etdirilir. Yaxınlarda «Валар-40» adı altında NATO standartlı М383, М384, М385, М430 или М385Е4,40mm-lik mərmilərdən istifadə edə bilən nümunəsi də təqdim olunacaqdır.
Изображение
ABŞ –ın Alliant Techsystems İnc şirkətinin məhsulu olan XM25 tipli avtomatik qumbaraatanlar da kicik ölcülü ,atəş və effektivlik prinsipində qabaqcıl olan texnoloji silahlar toplusuna daxildir. XM25 avtomatik qumbaraatanı əsasən divar,avtomobil və digər maneələr arxasında gizlənmiş hədəfləri məhf edə bilmək kimi keyfiyyətləri ilə secilir.25 mm lik mərmilərlə atəş aca bilən bu tip avtomatik qumbaraatanlar əsasən elektron nişangah kompleksləri ilə təhciz olunmuşlar. Yaxın gələcəkdə bu tip silahların avtomatlarla kombinə edilmiş nümunələrinin yaradılmasına da start verilmişdir. Hal hazırdakı modellərdə,əsgər XM25 qumbaraatanı ilə birlikdə şəxsi tabel silahı da gəzdirməlidir. Bu tabel tapancası və yaxud qısaldılımış və yüngülləşdirilmiş avtomat da ola bilir.Silahdan bir cox hərbi və polis məqsədlərdə istifadə etmək mümkündür. Sursatlar: qəlpələnən,qəlpələnən-fuqas ,tüstüvürici,qaz,gözyaşardıcı kimi növlərə bölünür.Bundan əlavə xüsusi olaraq HEAB ( High Expolisive Air Bursting) tipli mərmilər də vardır ki ,bu mərmilər atəşdən əvvəl lazer uzaqlıqölcənlə hədəfin uzaqlığını ölcərək,mərmiyə havada partlamaq ücün proqramlaşdırıla bilir.Zirehli maşınlarla mübarizə ücün də mərmilər hazırlanmışdır. Bunlardan ; Zirehdələn-kumulyativ,kumulyativ( 50mm yə qədər olan zireh qatı ücün) vardır. Hətta xüsusi əməliyyatlar ücün kesset tipli,icərisində oxabənzər məhfedici elementlər olan növlər də hazırlanaraq ordu və polis qüvvələrinə təqdim olunmuşdur. Silah ənənəvi “bullpap” tipində hazırlanaraq,lülənin birləşməsi ,vurucu-buraxıcı mexanizm və sandıqca,atəşin idarəetmə mexanizmlərindən arxada,yəni qundak tərəfdə yerləşdirilmişdir.Üst tərəfdə isə coxşaxəli nişangah sistemi qurulmuşdur ki,bu kompleksdə adi optik nişangah,lazer uzaqlıqölcən,elektron-optik gecə nişangahı,elektron kompas və ballistik hesablayıcı toplanmışdır.Nişangah kompleksi və aumbaraatan,mərmilərin əvvəlcədən proqramlaşdırılması interfeysi ilə təhciz olunmuşdur.Hətta bu interfeysdə başqa qurğulara da məlumat ötürülməsi funksiyası mövcuddur. Məsələn döyüşcünün elektron şleminə.Əsgərlərin dediyinə görə,silah cox keyfiyyətli və effektivdir. XM25 -25mm caplıdır,cəkisi 5.54 kq ,atəş uzaqlığı isə 500-700 metrdir.
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Qumbaraatan tüfənglər

#4 Сообщение smersh70 » 25 янв 2018, 02:56

2000 ci ilin əvvəllərində Koreyanın müdafiə agentliyinin(Agency for Defense Development) və bir sıra Daewoo,Poonsang kimi kommersiya şirkətlərinin iştirakı ilə cütləçdirirlmiş (hücumtüfəngi və qumbaraatan) XK11 adı altında hücum silahı üzərində iş başladı. Silahın ilk modeli analoq kimi ABŞ –ın XM-29 OICW götürüldü ki ,bu da ştatda olan Daewoo K2 avtomatına əlavə kimi secildi. Perspektivdə bu silahın manqa səviyyəsində ,düşmənin canlı qüvvəsini,yüngül zirehli texnikasını və atəş nöqtələrini 20 mm lik qəlpələnən-fuqas,fuqas,zirehdələn və havada partlayan proqramlaşdırılmış mərmilərlə 500-600 uzaqlıqda məhf etmək ücün nəzərdə tutuldu. ABŞ prototipondən fərqli olaraq Koreya istehsallı XK11 ayrıca avtomat+qumbaraatan kimi yox bir kompleksdə birləşmiş bir model kimi layihələşdirildi. Bu zaman caxmaq sistemində aliminium metalların işlənməsi-silahın cəkisinə böyük təsir göstərərək onu yüngülləşdirdi. 2006 cı ilin sonlarında silah öz zavod yoxlama və testlərini bitirərək Koreya ordusuna ,ordu və silahlı qüvvələrdə yoxlamaları kecmək ücün təqdim olundu və bu təqdimat da uğurla başa catdığından XK11 Koreyanın silahhlı qüvvələrinin ştat silahları sırasına daxil edildi. 2009 cu ildə təkmilləşdirilmiş və birləşdirilmiş hücum avtomatı+qumbaraatanı geniş kütləyə məhz DSEİ silah sərgisi vasitəsi ilə təqdim edildi. Silah birləşdirilmə funksiyasına görə ümumi tutacaq,tətik ,qoruyucu ( təhlükəsiz rejim,qumbaraatanla atəş,avtomatdan tək və avtomatik atəş)ilə təhciz olunmuşdur.Avtomatik hərəkət klassik olaraq barıt qazlarından yaranan enerjinin geriyə təpməsi və caxmaq sistemində olan yayın caxmağı yenidən irəli itələməsi hərəkəti ilə alınır.Avtomat klassik NATO standartlı 5.56x45 tipli güllələrlə atəç acır,sandıq 30 güllə tutumludur.Qumbaraatan BULLPAP modeli üzrə hazırlanaraq,lüləsi keyfiyyətli titan metallar qarışığından hazırlanmışdır ki,bu da öz növbəsində davamlı atəşə imkan yaradır.Qumbaralar əsasən 5 mərmilik sandıqlarda yerləşdirilir. Silahın üzərində ənənəvi PİKKATİNİ relsi qurulmuşdur ki,nu da əsasən böyük və fərqli sayda nişangah sisteminin qurulmasına imkan yaradır. Hal hazırdada XK11 avtomat_qumbaraatanı Koreya ordusunda əsas və keyfiyyətli silah olaraq ştat üzrə istifadədədir.
Изображение
1998 illərin başlanğıcında Valeri Nikolayevic Telişin konstruktorluğu altında TKB -0249 “ARBALET” adlı”snayper” qumbaraatanı hazırlandı. Əsasən VOQ-17 ,VOQ-30 tipli mərmilərlə atəş acan bu tip qumbaraatan,DİN və digər xüsusi güc strukturları ücün nəzərdə tutulduğu bildirilir.Həmən ilin sonlarında TKB -0249 “ARBALET” Rusiyada MDB ölkələrinin güc strukturlarının nazirləri səviyyəsində görüşlər zamanı sərgiləndi. İstehsalcının iddiadına görə bu silah,özünün sadəliyi,ucuz başa gəlməsi və davamlı istismarı ilə fərqlənir.Qumbaraatanın əsasə konstruksiyası atıcının ciynindən uzanaraq arxaya tərəf cıxmasına baxmayaraq,istehsalcı bunu geriyətəpmənin fəsadlarını yüngülləşdirən bir amil kimi təqdim etmişdir.Vurucu buraxıcı sistemə kənar maddələr və toz,qum,daş qırıqlarının daxil olmaması ücün ,gilizin tullandığı oyuq,xüsusi qapaqla təhciz edilmişdir.Qumbaraatan tək atəş acdığından,qoriyucusu da sadədir. TKB -0249 “ARBALET” də əsasən mexaniki nişangah nəzərdə tutulub,lakin mütəxəssisin fikrinə görə ehtiyac yarandıqda PİKKATİNİ relsi vasitəsi ilə optik nişangan və uzaqlıqölcən də yerləşdirmək mümkündür. Atəş zamanı qumbaraatanda quraşdırılmış teleskopik qundaq və ayaqlıqlardan istifadə olunur.İstehsalcının iddiasına görə TKB -0249 “ARBALET”-də geriyətəpmə o qədər yüngüldür ki ,atəş zamanı onu “Qroxa “ avtomatı ilə müqatisə eləmək olar. TKB -0249 “ARBALET” –in “Snayper” qumbaraatanı olması,onun 100 m-likdə olan tək hədəfləri dəqiqliklə məhf etməsidir.30 mmlik TKB -0249 “ARBALET”,10 kq cəkisində,maksimal atəş məsafəsi 1700m,sandıq tutumu isə 5 mərmidir.
Sovetlər ittifaqında istehsal olunmuş BARIŞEV ARQB avtomatik qumbaraatanı 1000 metr məsafədə tək və toplum halda olan canlı qüvvəni qəlpələnən mərmilərlə məhf etmək ücün nəzərdə tutulmuşdur. Qumbaraatan əsasən motoatıcı bölüklərin atəş dəstəyi ücün ,cətin relyef şəraitində ,məsələn yaşayış məntəqələrində,səngərlərdə,dağ şəraitində düşməni davamlı atəşlə məhf etməkdən ötrü yaradıldığı bildirilir.Bununla belə silahın geriyə təpməsi ,döyüşcüyə təsiri,barıt qazlarından əmələ gələn enerjinin ,lülə qutusunun axırına catmadan əks hərəkətlı mərmi götürərək lüləyə itələməsi və bu zaman silahın geridən cox irəli hərəkəti ,məhz təpmənin minimuma enməsi ,daha dəqiq atəş ücün zəmin yaratmışdır. İddia olunduğu kimi atəş toplusunun dəqiqliyi ,bu silahın dəzgaha yox ,yüngül ayaqlıqlara qoyulmasına zəmin yaratmışdır.Buradada VOQ-17 mərmisindən istifadə olunmuşdur Mərmi 5 ədədlik mərmi sandıqcasında yerləşdirilmişdir ki,bu zaman sandıqcanın dəyişdirilməsi cox asan və tex bir zamanda yerinə yetirilıir.Qumbaraatandan ayaqüstü hərəkət zamanı,maneələrə dirənərək,diz vuraraq və uzanmış halda atəç acmaq mümkündür. Lakin ordu yoxlamaları geriyətəpmə amilini təsdiq etmədi. Məlum oldu ki qumbaraatan leləaltı QP-25 tipli qumbaraatan kimi hiss olunan geriyətəpmə əmsalına malikdir və atəş zamanı qundağa əlavə rezin qoruyucu qoşulmazsa döyüşcüyə ağrılı təsiri olacaq. Həm də istehsalcının iddia etdiyi qədər də silah yüngül alınmamışdır. 15.3 kq-lıq BARIŞEV ARQB qumbaraatanı 400-500 metrlik hədəflər ücün nəzərdə tutulmuşdur. Capı 30 mm –dir.
Изображение
Cin Xalq Respublikasının istehsalı olan QLB-06 / QLZ-87B tipli yarımavtomatik qumbaraatan piyada qoşun növlərinin atəş təminatı ücün nəzərdə tutulmuşdur. 35 mm lik silahın hazırlanma prossesində daha cox möhkəımləndirilmiş aliminium metal əritmələrindən istifadə edilmişdir ki,bu da silahın cəkisini azaltmış və onu dəzgaha yox,yüngül ayaqlıqlara qoyulmasını aktual etmişdr.Silahın geriyətəpmə əmsalını istehsalcı onun həm piyadalara qarşı,həm də yüngül zirehli texnikaya qarşı effektivliyi fonunda cox da nəzərəcarpacaq amil olmamasını iddia edir.35 mm lik mərmilərin növləri müxtəlifdir. Bunlardan: qəlpələnən – fuqas,qəlpələnən-zirehdələn,yandırıcı,təlim,tüstüverən,qaz mərmiləri kimi növləri var.Mərmilərin sandıqcası 4-8 mərmilik olaraq ,baraban formalıdır.Yuxarı tutacaq üzərində mexaniki nişangah və ona ştat əsasında qoşulmuş 3 dəfə böyütmə əmsallı optik nişangah qurulmuşdur.Üfürücü kompensator isə əsasən barıt qazlarının yanmasının boğulmasına xidmət edir. Silahın qundağı teleskopikdir.Capı 35x32SR,cəkisi 9.1 kq,effektiv atəş uzaqlığı isə 600-1000 metrdir.
Son olaraq qeyd edək ki,qumbaraatan tüfənglər,revolver tipli qumbaraatanlardan bir sıra üstünlüklərlə fərqlənirlər. Bunlar :dəqiq atəş,yüngül cəki,teleskopik qundaq vasitəsi ilə müxtəlif hallardan atəş,üzərində fərqli nişangah sistemlərinin qurulması,kompensatorlar vasitəsi ilə səsin və barıt qazlarının boğulması və bir cox hallarda avtomatik silahla qoşalaşdırıldığı təqdirdə,döyüşcünün tabel silahından azad olunması ,mərmilərin sandıqca vasitəsi ilə tez bir zamanda doldurulmasıdır. Bütün silahların modernizə və yenilənmə dövründə,bu amillər avtomatik qumbaraatan tüfənglərdən yan qacmamış və bu tip silahlar da zaman kecdikcə hərəkətdədir.
Abuzər Əbilov (Legion)

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Qumbaraatan tüfənglər

#5 Сообщение smersh70 » 28 фев 2019, 00:00

ÇİN QLZ-87B, ağırlığı 9 kq,
[youtube][/youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Qumbaraatan tüfənglər

#6 Сообщение smersh70 » 05 апр 2019, 01:01

43mm QM-94.
2007-ci ildə silahlanmaya RF tərəfindən qəbul edilib..
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Qumbaraatan tüfənglər

#7 Сообщение smersh70 » 11 ноя 2019, 22:55

40-мм Qumbaraatan tüfəng Hydra
Изображение
Rheinmetall Defense AAI Milkor USA, Hydra 40-mm - Handheld Automatic Grenade Launcher, isstehsalı
2014-cü ildən istehsal edilir
atış məsafəsi -400 m, ağırlığı 4 kq,dəqiqədə-300 atəş edə bilir
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Qumbaraatan tüfənglər

#8 Сообщение smersh70 » 17 мар 2020, 21:11

QT-6 "QNOM"

"Milkor MGL" əsasında istehsal edilib
Изображение
Изображение
Daşınma komplektində 10-20 ədəd qumbara daşınır
Изображение
Kalibr, мм 40
Ağırlığı, кг 5,6
Uzunluğu, мм 520
Darağın həcmi 6
qumbaranın sürəti, м/c 76
12-15ədəd/dəqiqədə
Atəş məsafəsi м 400
lülənin dözümlüyü -2500 - 3000 ədəd..
Изображение
► Показать

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Qumbaraatan tüfənglər

#9 Сообщение smersh70 » 06 фев 2021, 01:47

BRUGGER & THOMET GL-06
Изображение
► Показать

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146165
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: Qumbaraatan tüfənglər

#10 Сообщение smersh70 » 07 май 2021, 22:59

Qumbaraatan tüfənglər 40x46 MSGL Bolqariya istehsalı...
Изображение
Изображение

Ответить

Вернуться в «Hərbi Hazırlıq»